Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mandolina
Mandolina (it. mandolino) — dörd qoşa metal simli italyan musiqi aləti. Bir notun uzun səsi simdə sürətlə bir-birini əvəz edən zərbələrdən ibarət mandolinə xas tremolo texnikasının tətbiqi ilə təmin edilir.
Madalina Manole
Madalina Manole — rumın müğənni Rumıniyanın folk və pop janrında ən çox sevilən müğənnilərindən biri olan Madalina Manole dünən 43 yaşının tamam olduğu ad günündə - 14 iyul 2010-cu ildə zəhərli böcək öldürücü dərman içərək intihar edib.
Mandarinka
Mandarinka (lat. Synchiropus splendidus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin callionymiformes dəstəsinin callionymidae fəsiləsinin synchiropus cinsinə aid heyvan növü. Həbidə idi: Qərb Pasifik Bəslənmə Forması: Podlar ilə bəslənərlər. Podların davamlı törəməsi üçün kafi ədəddə canlı qaya, hətta ən zəmanətli yol olaraq refugium saxlanılmalıdır. Bu şərtlərin təmin edilmədiyi akvariumlarda alınan mandarinler ölümə tərk ediləcək. Davranış Forması: Təcavüzkar olmayan Öz Növlərinə Davranışı: Bəzən problem çıxmadığı müşahidə edilmiş olsa da ya tək bəslənməli ya da uyğun bir cüt saxlanılmalıdır. Artıma: Kişilər dişilərə görə daha böyük və rəngli olar, ayrıca dorsal üzgəcləri də dişilərə görə daha uzundur. Balıqlar kurlaşmanın ardınan yumurtaları tökər və yumurtalarla maraqlanmazlar. Məğlub et/yeyilməməsi və filtr edilməməsi üçün yumurtalar ayrılmalıdır. 18 saat içində lavra halına gəlirlər, 2 həftə içində isə qumda gəzər vəziyyətə gəlirlər.
Maqdalena
Maqdalena — ad. Maqdalena Oqurek — Polşa tarixçisi, humanitar sahə üzrə elmlər doktoru. Maqdalena Noyner — Almaniya biatlonçusu Onqat dünya çempionu İkiqat Olimpiya çempionu Maqdalena Melkarz — Polşa aktrisası, modeli və müğənnisi. Maqdalena Kojena — Çex əsilli müğənnisi Soyadlar Mariya Maqdalena — İsa peyğənbərin sədaqətli davamçısı Maria Maqdalena Keveriç — bəstəkar Lüdviq van Bethovenin anası idi. Düsseldorflu Elyanora Maqdalena — Müqəddəs Roma imperatorunun xanımı Digər Maqdalena (departament) — ölkənin şimal hissəsində yerləşən, Kolumbiya departamenti. Maqdalena adası — Çilinin Aysen vilayəti ərazisində yerləşir.
Mandarin
Naringi və ya Mandarin (lat. Citrus reticulata) – Sədokimilər fəsiləsinə aid bitki növü. Azərbaycanda becərilən əsas sitrus meyvələridir. == Təbii yayılması == Çində, Yaponiyada, ABŞ-nın şimal ştatlarında, Argentinanın cənubunda və Filippində mədəni əkin şəraitində becərilən bir çoх formaları mövcuddur. == Botaniki təsviri == Hündürlüyü 2–3 m-ə çatan, dağınıq çətirə malik kol bitkisidir. Budaqları tünd-yaşıl rəngli olub, çılpaqdır. Yarpaqları ellips və ya yumurtavari formada, tamkənarlı və ya sıх mişardişlidir, üstdən tünd-yaşıl, altdan isə açıq-yaşıldır. Yarpaq saplağı 2 sm-dir. Çiçəkləri ağ rəngli, ətirlidir, tək-tək və ya 2-5-i bir yerdə yerləşir. Subtropik və tropik iqlim qurşaqlarında ildə bir dəfə çiçəkləyir.
Mandala
Mandala (sanskr. मण्डल Maṇḍala, 'çevrə') — Hinduizm və Buddizmdə Kainatı təmsil edən dini simvoldur. Çox vaxt dairə və ya kvadrat şəklində olan və hər şeyin mistik mərkəzinin simvolu olan mandalalar meditasiya vasitəsi olaraq istifadə edilir. Hinduizmdə Siva ve Saktinin kosmik rəqsini, Buddizmdə Budda Diyarını və ya Buddanı təmsil edən mandalalar mövcuddur. Buddizmdə Mandalalar ona inanan insan üçün kainatdakı müqəddəsliyi və eyni müqəddəsliyin həmin şəxsin özündəki potensial vəziyyətini xatırladan əhəmiyyətli işarələrdir. Buddizm baxımından mandalanın məqsədi insanın çətinliyinə onu aydınlanmaya çatdıraraq son vermək və həqiqətlə bağlı doğru fikrə çatdırmaqdır.
Mandana
Mandana (təq. e.ə. 584, Ekbatan – güm. e.ə. 559) – Midiya şahzadəsi, sonralar Persia hökmdarı I Kambizin arvadı və II Kirin anası. == Mandana Herodotun "Tarix"ində == Herodota görə Mandana Kiaksarın oğlu Astiaq və II Aliattın qızı Aryenisin qızıdır. Lakin, Kristian Settipani qeyd edir ki, o, Astiaqın qızı olsa da anası başqa olub. Herodot qeyd edir ki, onun doğulmasından qısa müddət sonra Astiaq qəribə bir yuxu görür. Yuxuda görür ki, onun qızı o qədər işəyib ki, bütün Asiyanı su basıb. Maqlarla məsləhətləşərkən, onlar yuxunu yozaraq qeyd edirlər ki, gələcəkdə Mandananın oğlu onun hakimiyyətini devirəcək.
Maddalena Muçumeçi
Maddalena Muçumeçi (26 mart 1976, Kataniya, Siciliya) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Maddalena Muçumeçi, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Maddalena Muçumeçi, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Mandakini (aktrisa)
Mandakini (hind. मन्दाकिनी, ing. Mandakini, əsl adı — Yasmin Cozef (ing. Yasmeen Joseph; 30 iyul 1969 və ya 30 iyul 1963, Merath, Uttar Pradeş) — aktrisa. == Həyatı == Anası Kayna Manqu müsəlman-hindli, atası Hindistanda doğulmuş Ceng Cozef katalik-ingilisdir. == Filmoqrafiya == Qanq, sənin suların bulanıb (film, 1985) / Ram Teri Ganga Maili Məhəbbət toru (film, 1986) / Jaal == İstinadlar == == Xarici keçidlər == Mandakini (aktrisa) — IMDb səhifəsi Vikianbarda Mandakini (aktrisa) ilə əlaqəli mediafayllar var. Мандакини на VIAF Мандакини на GND. Мандакини Arxivləşdirilib 2014-02-17 at the Wayback Machine // The price of fortune Мандакини Arxivləşdirilib 2013-07-07 at the Wayback Machine // The times of India Мандакини // The times of India Мандакини // archive.mid-day.com Мандакини Фотографии и информация о Мандакини на сайте "Индия ТВ" Arxivləşdirilib 2014-02-22 at the Wayback Machine Интервью Мандакини на сайте "Индийские песни. Ru". 8.3.2010 Интервью Мандакини на сайте "Индийские песни. Ru".
Maqdalena (departament)
Maqdalena (isp. Magdalena) — ölkənin şimal hissəsində yerləşən, Kolumbiya departamenti. İnzibati mərkəzi - Santa Marta şəhəridir.
Maqdalena Kojena
Maqdalena Kojena (çex. Magdalena Kožená 26 may 1973[…], Brno) — Çex əsilli müğənnisi (Mezzo-soprano) == Bioqrafiyası == Ziyalı alim ailəsində anadan olub (atası riyaziyyatçı, anası bioloqdur). Valideynlərinin hər ikisi Boxemiyadan idi. Atası on bir yaşında ikən dünyasını dəyişir. Əvvəlcə fortepianodan təhsil alır, lakin altı yaşında bir qolu sındıqdan sonra Brno Filarmoniya Orkestrinin uşaq xoruna daxil olaraq müğənnilik etməyə başlayır. Daha sonra Kojena Neva Meqova və Yirji Peşa ilə Brno Konservatoriyasında, Eva Blaxova ilə Bratislava Ali Musiqi Məktəbində (1995-ci ildə bitirmişdir) oxuyur. Elə həmin il Zalsburq festivalının laureatı seçilir. 1996-1997-ci illərdə Vyana Xalq Opera evinin solisti olur. "Adi" klassik-romantik repertuardan əlavə Kojena barokko ("orijinal") tərzdə də işləyir. Con Eliot Qardiner ilə Bax cantatalarının yubileyi dövründə (2000) fəal əməkdaşlıq etmişdir.
Maqdalena Melkarz
Maqdalena Melkarz (pol. Magdalena Mielcarz; 3 mart 1978, Varşava, Polşa) — Polşa aktrisası, modeli və müğənnisi. Əsasən Lvma Black ləqəbi ilə tanınır.
Maqdalena Noyner
Maqdalena Noyner (alm. Magdalena Neuner‎) — Almaniya biatlonçusu == Nailiyyətləri == Onqat dünya çempionu İkiqat Olimpiya çempionu == Şəkilləri == == Xarici keçidlər == Dünyanın ən gözəl qadın idmançılarından biri gözlənilmədən karyerasını bitirdi.
Maqdalena Oqorek
Maqdalena Oqurek (pol. Magdalena Agnieszka Ogórek; d. 23 fevral 1979, Rıbnik, Polşa) — Polşa tarixçisi, humanitar sahə üzrə elmlər doktoru. Polşa prezidentliyinə namizəd (2015). == Elmi fəaliyyəti == Maqdalena Oqurekin əsas işlərindən biri kilsə tarixini araşdırmaqdır.
Maqdalena Oqurek
Maqdalena Oqurek (pol. Magdalena Agnieszka Ogórek; d. 23 fevral 1979, Rıbnik, Polşa) — Polşa tarixçisi, humanitar sahə üzrə elmlər doktoru. Polşa prezidentliyinə namizəd (2015). == Elmi fəaliyyəti == Maqdalena Oqurekin əsas işlərindən biri kilsə tarixini araşdırmaqdır.
Maqdalena adası
Maqdalena adası — Çilinin Aysen vilayəti ərazisində yerləşir. Maqdalena Adası Milli Parkı ərazisinin bir hissəsini əhatə edir. Ən hündür nöqtəsi sönmüş Montalat vulkanıdır. Dağın hündürlüyü 1,659 metrdir. Adanın sahəsi 2025 km², sahil xətdinin uzunluğu isə 435,5 km təşkil edir.
Maqdalena çayı
Maqdalena çayı — ölkənin qərb hissəsindən təxminən 1528 kilometr (949 mil) şimala doğru axan Kolumbiyanın əsas çayıdır. Onun drenaj hövzəsi ölkə ərazisinin 24% -ni təşkil edən və əhalisinin 66% -nin yaşadığı 273.000 kvadrat km (105.000 kv m) bir sahəni əhatə edir. Adını bibliya xadimi Mary Magdalene'dən alıb. Magdalena yalnız yağış suları ilə dolu olduğundan, hövzə mövsümündə, çayın aşağı hissəsində su artdıqca daşqınlar çoxalır. Bu, aprel-may və sentyabr-noyabr aylarında Magdalena çayını görməyə gedərkən nəzərə alınmalıdır. == İstiqamət == Magdalena çayının qaynağı Kolumbiyanın cənubundadır. Çay, şimaldan şərqə, iki kordilleralar arasındakı böyük bir vadidə axır. Təxminən doqquz dərəcə şimalda sahil düzənliyinə çatır, sonra 100 km (62 mil) qərbə doğru hərəkət edir, şimalda Bocas de Ceniza olaraq bilinən bölgədəki Barranquilla şəhərində Karib dənizinə çatır. == Balıq == Cauca çayı və digər qolları daxil olan Magdalena çayı hövzəsi balıqlarla çox zəngindir. 2008-ci ilə qədər hövzədə 213 balıq növü məlum idi.
Mariya Maqdalena
Mariya Maqdalena ya Maqdalalı Mariya (ivr. ‏מרים המגדלית‏‎, q.yun. Μαρία ἡ Μαγδαληνή, lat. Maria Magdalena) — İsa sədaqətli davamçısı, xristianlıqda müqəddəs sayılan, həvarilərə bərabər tutulan bir qadın. İsanın çarmıxa çəkilməsinin şahidi. Pravoslav və katolik kilsələr Mariya Maqdalenanın şəxsinə müxtəlif mövqelərdən yanaşırlar. Pravoslav kilsəsi ona sülh, müjdə daşıyıcısı kimi baxır. Katolik kilsəsi isə əksinə onun şəxsinə Maqdaladan olan bir fahişə kimi baxır. İncilə görə Mariya fahişəliklə məşğul olmuş, İsanı gördükdən sonra peşəsindən əl çəkərək onun ayağını yumuş, saçları ilə silmiş, sonra isə arxasınca getmişdir. İsa çarmıxa çəkildikdən, bazar günü yenidən zühur etdikdən sonra onun ilk müjdəsini Mariya Maqdalena gətirmiş olmuşdur.
Yapon mandarini
Yapon mandarini (lat. Citrus unschiu) - sitrus cinsinə aid bitki növü.
Maqdalena Roqman
Maqdalena Roqman (nid. Magdalena Roghman; 1637, Amsterdam, Hollandiya qraflığı – 1679, Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı. == Həyatı == Maqdalena Roqman 13 yanvar 1632-ci ildə Amsterdamda qravüraçı Henrik Lamberts Roqman və Mariya Yakobs Savereyin ailəsində anadan olub. Anası məşhur sənətkar ailəsindən idi. Buna görə Maqdalena qardaşı Rolant Roqman və böyük bacısı Gertruda Roqman anası vasitəsilə məşhur rəssam Rolant Savereyin nəvəsi sayılırdı. Çünki Roland Saver anaları Mariya Yakobs Savereyin əmisi idi. Maqdalena 1669-cu ildə Jan Rulof Heisterlə ailə qurub. Onun uşaqlarının olub-olmadığı, harada və nə vaxt öldüyü məlum deyil. O, böyük qardaşı məşhur rəssam Rolant və böyük bacısı Gertruda kimi qravür düzəldirdi. O, daha çox Jan Baranın 1650-ci ildə Amsterdamda nəşr edilmiş "Herstelde vorst, ofte Geluckigh Ongeluck" adlı kitabındakı iki qravüradan tanınır.
Mandarin (məmur)
Mandarin (port. mandarim – nazir, məmur, sanskr. mantrin – məsləhətçi) — portuqalların Çin imperiyasında, daha sonradan həm də Koreya və Vyetnamdakı məmurlara verdiyi ad. Ad ("nazir" mənasını verən mandarim) portuqal dili vasitəsilə sanskritdən (mandari – rəhbər, komandir) gəlib və müvafiq olaraq Çin dilindəki quan (官) sözünə uyğundur. Məşhur yanlış düşüncənin əksinə olaraq bu söz yalnız Mançjur sülaləsinin məmurlarını nəzərdə tutmurdu. Çində 1300 il ərzində sərt təhsil senzi mövcud olmuşdur. Mandarin təyin olunmaq üçün ağır imtahan prosedurundan keçmək tələb olunurdu. == Tarixi == Çin imperiyasında dövlət xidməti Çjou sülaləsindən bəri mövcud idi, lakin o dövrdə ən yüksək hökumət postlarını əsasən monarxın yaxınları və ya zadəganların nümayəndələri tuturdu. 605-ci ildə Suy sülaləsi dövründə doqquz rütbəli sistemin Ketszüy sistemi ilə əvəzlənməsindən sonra mandarinlər təbəqəsinin meydana çıxması üçün zəmin yarandı və artıq Tan sülaləsi dövründə tamamilə formalaşdı. Mandarinlər Çində şenşi adlandırılan dövlət qulluqçuları təbəqəsinin yaradıcısı və özəyi oldular.
Mandarin çincəsi
Bu məqalə Şimali Çində danışılan Mandarin haqqındadır. Çin Xalq Respublikasının rəsmi dili olan Standard Mandarin haqqında məlumat üçün Standart Çin dili məqaləsinə baxın. Mandarin və ya Beifanghua (北方 話; Hanyu Pinyin: Běifānghuà) — Çin dilinin ən çox danışılan ləhcəsidir. Çinin şimalında danışılmış bütün ləhcələr Mandarin olaraq təsnif edilir. Bununla birlikdə, Mandarin ümumiyyətlə daha dar mənada Çin və Çin Respublikasında (Tayvan) rəsmi dil olaraq işlədilən Standard Çin dilinə (普通话, Putonghua/国语, Guoyu) aiddir. Mandarinin Pekin ləhcəsi, müasir dövrdə Çin Xalq Respublikasında və Tayvanda, Standart Çin dili adı altında rəsmi dil olaraq tanınır. == Tarixi == Standart Mandarin həmişə çox ləhcələrdən ibarət olmuşdur; lakin prestij ləhcələri həmişə tapılmışdır. Məsələn, Konfutsi yerli ləhcələrə nisbətən yǎyán (雅言) ləhcəsini və ya "fərqlənmiş ləhcəni" üstün tuturdu. Han sülaləsinin yazılarında tōngy yazısı (通 语) istifadə edilmişdir. Şimal və cənub hökmdarlarının kitabları o dövrdə bir və ya bir neçə standart sistematik tələffüzü əks etdirirdi.
Mandarin ördəyi
Mandarin ördəyi — Şimali Amerikada yaşayan meşə ördəyinə bənzəyir. Dünyanın ən gözəl quşlarındandır. Nəsli tükənmə təhlükəsi yoxdur. Çünki bu ördəyin dadının pis olması ovçuları onu ovlamaqdan çəkindirir.
Maqdalin çubuqlucası
Maqdalin çubuqlucası (lat. Philadelphus magdelenae) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. == Təbii yayılması == Çində yabanı halda bitir. == Botaniki təsviri == Hündürlüyü 3-5 m olan koldur. Zoğları cavan vaxtı tüklü olur, sonradan isə çılpaqlaşır. Yaşlı budaqları qonur və ya sarımtıl-qonur rəngli olub, soyulan qabıqla örtülmüşdür. Yarpaqları yumurtavari və ya yumurtavari-neştərşəkilli, uzunluğu 2,5-6 sm, eni 1-2 sm-dir. Uc hissəsi sivri, qaidəsi pazvari və ya dairəvi, kənarları xırda dişlidir. Üst tərəfdən sıx, qısa tüklü, alt tərəfdən isə biz və sıx tükcüklərlə örtülmüşdür. May ayının ikinci yarısından iyun ayının əvvəllərinə qədər çiçəkləyir.
Mandarin (film)
Mandarin (ing. Tangerine) — 2015-ci il ABŞ istehsalı komediya-dram filmi. Şon Beykerin rejissorluğu ilə çəkilib. Ssenari müəllifi Beyker və Kris Berqoçdur. Baş rollarda Kitana Kiki Rodriqes, Mia Teylor və Ceyms Renson çıxış edir. Film sevgilisinin ona xəyanət etdiyini öyrənən transgender seks işçisindən bəhs edir. Film üç ədəd iPhone 5S smartfonu ilə lentə alınıb. == İstinadlar == == Xarici keçidlər == magpictures.com/tangerine — Mandarin rəsmi saytı Mandarin — Internet Movie Database saytında.