Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Namiq Quliyev Natiq Oğlu
Namiq Natiq oğlu Quliyev (31 dekabr 2001, Sumqayıt – 28 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namiq Quliyev 2001-ci il dekabrın 31-də Sumqayıt şəhərində anadan olub.
Nafiç
Nafiç — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,814 nəfər və 903 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Namiq
Namiq — Azərbaycanlı adı.
Natiq
Natiq — Azərbaycanda daha çox işlədilən kişi adı. Natiq Əliyev — Azərbaycan Respublikasının energetika naziri Natiq Əhmədov — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. Natiq Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Natiq Əliyev (general-mayor) — Natiq Qəzənfəroğlu — Bəstəkar. Kino bəstəkarı. Natiq Rəsulzadə — Natiq Həsənov — Videomühəndis. Videotəminatçı. Natiq Fərzəliyev — Aktyor Natiq Qədimov — Aparıcı. Müxbir. Natiq Orucov — Xınalıqlı muğam ustası Natiq Şirinov — Azərbaycan musiqiçisi, bəstəkar. Natiq Rüstəmov — şəhid.
Rafiq
Rafiq — Azərbaycanda kişilərə verilən şəxsi ad. Rafiq Abdullayev — "Buduq" Cəmiyyətinin sədri. Rafiq Mahmudov Rafiq Alıcanov — Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Rafiq Abbasov — polis general-mayoru. Rafiq Nəbiyev — Azərbaycan Respublikasının əməkdar jurnalisti Rafiq Sədrəddinov — Azərbaycanlı jurnalist. Rafiq Allahverdiyev — Rafiq Xudayev Rafiq Nağıyev Rafiq Nağıyev (fotojurnalist) — Azərbaycan fotojurnalisti. Rafiq Nağıyev (hərbçi) — Azərbaycan zabiti. Rafiq Babayev — azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti. Rafiq Əliyev Rafiq Əliyev (aktyor) — Aktyor. Mətn oxuyan.
Günel Natiq
Günel Natiq (Günel Natiq qızı Natiq; 12 mart 1980, Bakı) — azərbaycanlı yazıçı, esseist, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin (2005) və Azərbaycan Yazıçılar Birliyinin (2016) üzvü, Prezident təqaüdçüsü (2019). == Həyatı == Günel Natiq 1980-cı il martın 12-də Bakıda ziyalı ailəsində anadan olub. 2001-ci ildə Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakültəsini bitirib. == Fəaliyyəti == === Jurnalist kimi fəaliyyəti === Azərbaycan Radiosunun tarixində ən gənc redaktor (17 yaşında) olan Günel Natiq radioya gəldiyi ilk illərdən orijinal üslubu, özünəməxsus ifadə tərzilə seçilib və öz dinləyici auditoriyasını qazanıb. Azərbaycan Radiosunda məşhur "Qərib axşamlar" verilişinin müəllifidir. AzTV-nin rəsmi jurnalında "Qərib axşamlar" haqqında xüsusi reportaj (2011) hazırlanıb. "Qərib axşamlar" ilk illərdə qaçqın və köçkünlərin həyatına dair radio hekayələr formatında efirə verilib. Sonrakı illərdə proqramın formatı dəyişməsə də, qəhrəmanları dəyişib. Azərbaycan və dünya ədəbiyyatının seçilən imzaları Günel Natiqin bələdçiliyilə fərqli rakursdan təqdim edilib. 90-cı illərdən başlayaraq "Gündoğandan-günbatana" verilişinə müəlliflik edən Günel Natiq türkçülüyün təbliğində rol oynayan silsilə proqramlar (qədim türk tarixi, etnoqrafiyası, maddi-mənəvi abidələri haqqında) hazırlayıb.
Rafiq Bağırov
Rafiq Möhvət oğlu Bağırov — Azərbaycanlı şəhid. == Həyatı == Bağırov Rafiq Möhvət oğlu 1970-ci ildə Gədəbəy rayonunun Hacıalılar kəndində, kolxozçu ailəsində anadan olmuşdur. 1987-ci ildə şəhid E.İsgəndərov adına Hacıalılar kənd tam orta məktəbini bitirmişdir.1988-1990-cı illərdə Sovet ordusu sıralarında həqiqi hərbi xidməti başa vurmuş və 1991-ci ildən könüllü olaraq döyüşlərdə iştirak etmişdir. R.Bağırov Ağdərə, Şınıx, Başkənd döyüşlərində fəallıq göstərmişdir.28 fevral 1993-cü ildə Başkənd döyüşlərində şəhid olmuşdur. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Rafiq Bəyverdiyev
Rafiq Bəyverdiyev (tam adı: Rafiq Nurməhəmməd oğlu Bəyverdiyev; 1 iyun 1998; Qusar, Azərbaycan — 20 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rafiq Bəyverdiyev 1998-ci il iyunun 1-də Qusar rayonunun Cibir kəndində anadan olub. Milliyyətcə ləzgi idi. 2005-2016-cı illərdə Qusar rayonunun Cibir kənd orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Rafiq Bəyverdiyev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün İkinci Qarabağ müharibəsi başlananda, Rafiq Bəyverdiyev SHXÇDX-yə müraciət edib və müharibəyə yollanıb. Silah yoldaşları tərəfindən Rembo Rafiq ləqəbini qazanıb. Rafiq Bəyverdiyev oktyabrın 20-də şəhid olub, nəşi isə erməni tərəfində qalıb. Noyabrın 17-də nəşi qarşı tərəfdə götürüldü və ailəsinə təhvil verildi.
Rafiq Dadaşov
Rafiq Dadaşov (tam adı: Rafiq Ağahüseyn oğlu Dadaşov; 20 iyul 1946, Bakı – 5 fevral 2017, Bakı) — Azərbaycan rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2016). == Həyatı == Rafiq Ağahüseyn oğlu Dadaşov 20 iyul 1946-cı ildə Bakı şəhərində anadan olub. 1953–1961-ci illərdə Bakı şəhərində 171 saylı məktəbdə oxuyub. 1963-cü ildə 5 saylı fəhlə-gənclər gecə məktəbini bitirib. 1963-cü ildə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəhlə vəzifəsində işə qəbul olunub. 1964-cü ildə rejissor köməkçisi kimi işə başlayıb. Həmin il M. A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət Və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinin qiyabi şöbəsinə daxil olub və 1970-ci ildə universiteti bitirib. 1969-cu ildə Moskva Dövlət Kino Komitəsinin nəzdində olan Ali ikiillik kinorejissor və ssenarist kurslarına daxil olub. 1971-ci ilin dekabrında kursları başa vurub və III dərəcəli kinorejissor ixtisası adı alıb. 1971–1972-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub.
Rafiq Feyzullayev
Rafiq Babaş oğlu Feyzullayev (10 sentyabr 1943, Bakı – 17 iyun 2001, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycanın xalq təhsili naziri (1989–1992), Azərbaycan Respublikası müdafiə nazirinin müavini (1992-ci ildən). == Həyatı == Feyzullayev Rafiq Babaş oğlu 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir (1965). 1965–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. Xarkov Radiotexnika İnstitutunun aspiranturasında təhsil almışdır (1967–1970). 1971‑ci ildə Saratov Dövlət Universitetində cəbr və topologiya ixtisası üzrə namizədlik, 1985‑ci ildə Belorusiya Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda doktorluq dissertasiyalarını müdafiə edib. 1990‑cı ildə professor və 14 dekabr 1990‑ci ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülüb. 1976–1983‑cü illərdə SSRİ Ali Attestasiya Komissiyasında Azərbaycanın səlahiyyətli nümayəndəsi olub. 1980–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Xalq Nəzarəti Komissiyasının sədri kimi fəaliyyət göstərib. Rafiq Feyzullayev 1988‑ci ildə Azərbaycan KP Bakı Şəhər Komitəsinin üzvü, Bakı Şəhər Sovetinin deputatı seçilib.
Rafiq Fərəcov
Rafiq Fərəcov — Əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Vətən səsi" qəzetinin baş redaktoru. == Həyatı == Rafiq Fərəcov 1952–ci il dekabrın 18–də Qərbi Azərbaycanın Göyçə mahalının Ağbulaq kəndində müəllim ailəsində doğulub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. == Ailə vəziyyəti == Ailəlidir, iki övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə mətbuatdan başlayan Rafiq Fərəcov 1975–ci ilin oktyabrından 1979–cu ilin fevralınadək Krasnoselo rayonunda nəşr olunan “Dostluq” rayon qəzetində müxbir, məsul katib, 1979–cu ilin fevralından 1988–ci ilin dekabrınadək həmin qəzetin redaktor müavini, şöbə redaktoru vəzifələrində işləyib. Sonra qaçqınlıq həyatı başlayır və 1988–ci ildən Bakıda Azərbaycan Qaçqınlar Cəmiyyətində çalışır, 1992–ci ilin martında isə sevdiyi peşəsi üzrə işləməyə başlayır. Həmin ildən 1996–cı ilin aprelinədək “Vətən səsi” qəzetində şöbə müdiri, məsul katib, baş redaktorun müavini işləyən Rafiq Fərəcov hazırda bu qəzetin baş redaktorudur. Onun 35 ildən çox jurnalistlik fəaliyyətinin yarısı məhz “Vətən səsi” qəzeti ilə bağlıdır. Rafiq Fərəcov həm də Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Rafiq Hacıyev
Rafiq Hacıyev (güləşçi) — sovet sərbəst güləşçisi. Rafiq Hacıyev (şəhid) — Birinci Qarabağ müharibəsi şəhidi.
Rafiq Heydərov
Rafiq Rahim oğlu Heydərov (1 iyul 1995, Binəqədi rayonu – 14 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rafiq Rahim oğlu Heydərov 1 iyul 1995-ci ildə Bakı şəhəri Binəqədi rayonununda anadan olmuşdur. Orta təhsilini 157 saylı tam orta məktəbdə almışdı. 2016-cı ildə Memarlıq və İnşaat Universiteti Nəqliyyat-tikinti fakultəsini bitirib, elə həmin il Odlar Yurdu Universitetinin beynəlxalq münasibətlər fakultəsində magistr təhsilinə başlamışdır. AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) Təcrübə-Sənaye Zavodunun rezidenti olmuşdur. == Hərbi xidməti == 2016-2017-ci illərdə Qusar rayonunda "N" saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurmuşdu. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun könüllü əsgəri olan Rafiq Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Rafiq Heydərov 14 okytabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. II Fəxri Xiyabanda dəfn edilmişdir. == İrsi və xatirəsi == 2021-ci ildə Rafiq Heydərovun adına salınmış bulağın açılış mərasimi keçirilib.
Rafiq Hümmət
Hümmətov Rafiq Hümmət oğlu (Rafiq Hümmət) - şair, publisist, tərcüməçi. == Həyatı == Rafiq Hümmət 1965-ci il fevralın 13-də Borçalıda - Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində dünyaya gəlib. Burada orta məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət edib (1983-1985). Tbilisi Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb (1986-1991). 1991-ci ildən etibarən bir müddət (1991-1999) "Sovet Gürcüstanı" (indiki "Gürcüstan") və Rustavi şəhərində nəşr olunan "Region" qəzetlərində çalışıb. Gürcüstan Respublikası prezidentinin Fəxri fərmanı ilə təltif olunub (1997). 1998-ci ildən bir neçə il Bakıda yaşayıb və burada bir çox mətbu orqanlarla, o cümlədən "Şərq", "Faktor", "Yeni Azərbaycan", "Həyat" qəzetləri ilə əməkdaşlıq edib, "Milliyət" qəzetinin baş redaktoru olub. 2000-ci ildə Azərbaycanda gənc yazarlar üçün təsis olunmuş Prezident təqaüdünə layiq görülüb. 2004-cü ildə Gürcüstana qayıdıb və Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri seçilib, dilimizdə "Ədəbi Gürcüstan" adlı qəzet nəşr etdirib. 2009-cu ilin yazından Tbilisidəki "Varlıq" Mədəniyyət Mərkəzinin sədri, "Varlıq" həftəlik qəzetinin baş redaktorudur.
Rafiq Hüseynli
Rafiq Əyyub oğlu Hüseynov (4 avqust 1946, Şuşa, Dağlıq Qarabağ – 26 oktyabr 2017, Düsseldorf) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, Azərbaycan SSR xalq artisti (1990). == Həyatı == Rafiq Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. 2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülmüşdür. Televiziya diktoru Roza Tağıyevanın həyat yoldaşı olmuşdur. Leyli Hüseynlinin atasıdır. 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib. 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilib. 3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunmuşdur. == Filmoqrafiya == Şəki (film, 1977) Ölü zona (film, 1988) Fəryad (film, 1993) Artilleriyanın allahı sayılırdı (film, 1996) Ailə (film) (tammetrajlı bədii film) — redaktor Kədərimiz...
Rafiq Hüseynov
Rafiq Hüseynov (aktyor) — aktyor Rafiq Hüseynov (diktor) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, kino redaktoru, Azərbaycan Respublikasının xalq artistı.
Rafiq Hüseynzadə
Rafiq Hüseynzadə (uroloq) — uroloq, tibb elmləri doktoru
Rafiq Həriri
Rəfiq Bəhaəddin əl-Həriri (ərəb. رفيق بهاء الدين الحريري‎; 1 noyabr 1944, Sayda – 14 fevral 2005[…], Beyrut) — Livanın sabiq baş naziri. == Həyatı == Rəfiq Həriri 1944-cü ildə Livanın cənubundakı Sayda şəhərində doğulmuşdu. Gəncliyində təhsil almağa pulu olmadığından universiteti yarımçıq tullayıb iş dalınca Səudiyyə Ərəbistanı na yollanan Həriri cəmi 15 ilə milyardçı olur. O, ilk milyardını tikinti biznesində toplayır. Beynəlxalq Məhkəmə Livanın sabiq baş naziri Rəfiq Həririnin qətli ilə bağlı rəsmi araşdırma prosesinə start verib. Güman edilir ki, işin bütün məqamlarını əhatə etmək üçün Haaqa məhkəməsinə 5 il vaxt tələb oluna bilər. Məhkəmə mərhələsindən əvvəl BMT-nin xüsusi komissiyası Həririnin qətli ilə əlaqəli 4 il ərzində təhqiqat aparıb. BMT-nin son hesabatında qətlin cinayət qruplaşma tərəfindən təşkil olunduğu bildirilir. 2005-ci ildə Beyrut mərkəzində baş verən partlayış nəticəsində Rəfiq Həriri ilə yanaşı daha 22 nəfər öldürülmüşdür.
Rafiq Həşimov
Həşimov Rafiq Məhəmməd oğlu (11 avqust 1966, Ucar) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, ssenarist, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Rafiq Həşimov 1966-cı ildə anadan olmuşdur. 1985-ci ildə Bakı Rabitə Elektrotexnikumunun "Televiziya və Radio texnikası" fakültəsini bitirmişdir. 1985–1987-ci illərdə Sovet ordusunda xidmət etmişdir. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində 1987-ci ildə texnik kimi işə başlamışdır. Sonradan videooperator, montajçı işləmişdir. 1997-ci ildə Baki Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. 1990-cı ildən bu günə qədər diktor kimi fəaliyyət göstərir. Ailəlidir, bir qızı var. == Fəaliyyəti == Bu illər ərzində "Xəbərlər"in, müxtəlif dövlət tədbirlərinin, "XX əsr" müəllif proqramının, "Səhər" proqramının aparıcısı olmuşdur.
Rafiq Mahmudov
Mahmudov Rafiq Nəbi oğlu — texnika elmləri doktoru, professor == Həyatı == Mahmudov Rafiq Nəbi oğlu Bakı şəhərində anadan olmuşdur. 1961-ci ildə "Avtomatika və telemexanika" ixtisası üzrə AzNKİ-nun neft-mexanika fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra təyinat üzrə "Neftkimyaavtomat" elmi-tədqiqat və layihə institutunda işləmişdir. 1962-ci ildə AzETNÇİ-nun "Hidromexanika" laboratoriyasında kiçik elmi işçi olmuş, 1964-1966-cı illərdə isə bu institutun aspirantıdır. 1966-cı ildə "Mürəkkəbləşmiş şəraitlərdə qazımanın nəzəriyyə və praktikası məsələləri" mövzusunda namizədlik, 1976-cı ildə isə "Qazılan quyuların quyuağzı məlumatlarla tədqiqi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1967-ci ildə AzPİ-nun "Nəzəri mexanika" kafedrasında assistent, böyük müəllim, dosent vəzifələrində işləmişdir. 1986-1995-ci illərdə "Avtomexanika" fakültəsinin dekanı olmuşdur. 1991-ci ildə onun təşəbbüsü ilə AzTU və Almaniyanın Karlsruye şəhəri arasında elmi məsələlərin həlli sahəsində ikitərəfli əməkdaşlıq barədə memorandum imzalanmışdı. == Elmi fəaliyyəti == Mahmudov R.N. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: qazımada hidrodinamika; qazılan quyularda mürəkkəbləşmə məsələləri, quyuağzı məlumatın dağ-texnoloji interpretasiyası.
Rafiq Manaflı
Rafiq Hidayət oğlu Manaflı (22 sentyabr 1958, Salyan, Salyan rayonu) — Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sabiq sədri. == Həyatı == Rafiq Manaflı 1958-ci ildə Salyan rayonunun Qardaşbəyli kəndində anadan olub. 1975–1980 – Voronej Meşə Texnikası İnstitutunda ali təhsil alıb. 1980–1991 – Ələt Ağac Emalı kombinatında mühəndis, baş mexanik, sex rəisi vəzifələrində çalışıb. 1992–1996 – Özünün təşkil etdiyi "Plastik" kiçik müəssisəsində direktor işləyib. 2000-ci ildən özünün təsis etdiyi "Təkamül" MMC-in direktorudur. == Siyasi Fəaliyyəti == 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin fəal üzvü, 1990–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Qaradağ rayon təşkilatının sədri, Azərbaycan Xalq Cəbhəsinin Məclisinin üzvü olub. 1996-cı ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür, həmin ildən Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvüdür. 2001-ci ildən 2021-ci ilədək VHP Ali Məclisinin sədri olmuşdur. 2012-ci ildən İctimai Palatanın Koordinasiya Şurasının üzvü olub.
Rafiq Masallınski
Rafiq Yavər oğlu Eyvazov — Azərbaycanlı qanuni oğru == Həyatı == 1982-ci ildə Masallı şəhərində doğulmuşdur. İlk məhkumluqu cinayət məcəlləsinin naddəsi ilə qəsdən çox saylı adam yaralaması ilə cinayət işi açılmışdır. Həbsalan Eyvazov Rafiq Yavər oğlu azadlıqdan cıxdıqdan sonra Kirminal aləmə qoşulur. 2005-ci ildə Çingiz Lənkaranski tanınan kirminal avtoritet ilə əlaqə qurur. 2008-ci ildə Çingiz Lənkəranski evinin qarşısında güllələnir ve Eyvazov Rafiq dünya oğruların xaç atası (TARO) ləqəbli Krminal Avtoritet ile əlaqə qurur. 2013-ci ildə TARO yəni Tariyel Qoca Yasamallı 21-ci rus qanuni oğru 3-cü gürcü qanuni oğru Rafiq Eyvazova qanuni oğru adı verilir krişkası olaraq Masallınski verilir. Rafiq Eyvazov Sankt-Peterburq və Rusiyanın digər bazalarina baxır Rafiq Masallinskiy zəmanə üzrə ən hörmətli əsil qanuni oğrudur. Azərbaycan kaloniyalarinda 2 qanuni oğru qəbul olunursa biridə Rafiq Eyvazovdur. Rafiq Eyvazov gecə radələrində Gürcüstanlı avtoritet Kamo nu güllələmişdir. Rafiq Eyvazov Yavər oğlu 27 mart 2013-cü ildə cinayət məcəlləsindən Polis Əməkdaşları Tərəfindən 6-il həbs cəzası alıb.
Rafiq Mehdiyev
Rafiq Mehdiyev (rəssam)
Rafiq Məcidov
Rafiq Rasim oğlu Məcidov (2 iyul 1996; Xızı rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rafiq Məcidov 1996-cı il iyulun 2-də Xızı rayonunun Sitalçay qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Rafiq Məcidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rafiq Məcidov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rafiq Məcidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rafiq Məcidov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rafiq Məcidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rafiq Məcidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rafiq Məcidov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rafiq Məmmədhəsənov
Məmmədhəsənov Rafiq Musa oğlu (26 sentyabr 1945, Gədəbəy) — tibb elmləri doktoru (1990), professor,Əməkdar elm xadimi (2000), Tərəqqi medalı (2010), Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru (1993), millət vəkili (2006 və 2020),(III, IV, V çağırış) məşhur "91"-lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, YAP siyasi şurasının üzvü, Veteranlar Şurasının üzvü, Avropa Diabet və Ümumdünya Diabet assosiasiyalarının üzvüdür == Həyatı == Məmmədhəsənov Rafiq Musa oğlu 1945-ci sentyabrın 26-da Azərbaycan Respublikası Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olub.1963-cü ildə N. Nərimanov adına Azərbaycan Tibb Dövlət İnstitutunun müalicə — profilaktika fakültəsinin 1-ci kursuna daxil olub, 1969-cu ildə həmin institutu bitirib. 1969–1971-ci illərdə təyinatla Naftalan sanatoriyasında həkim-terapevt, sonra 1971–1973-cü illərdə Mərdəkan mədə-bağırsaq sanatoriyasında həkim-terapevt işləyib.1974–1976-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutu II müalicə-profilaktika fakültəsinin daxili xəstəliklər kafedrasının aspirantı olub. Respublikada İxtisaslaşmış müdafiə elmi şurası olmadığına görə 1979-cu ildə Tbilisi Dövlət Tibb İnstitutunda namizədlik dissertasiyası müdafiə edib.1977–1986-cı illərdə həmin kafedrada assistent vəzifəsində işləyib.1986–1990-cı illərdə Moskvada Ümümittifaq Endokrinoloji Elmi Mərkəzin doktorantı olub. 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.1990-cı ildən bu günə qədər Tibb Universitetinin daxili xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır və həmin ildən indiyə qədər eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş endokrinoloqudur.1993-cü ildən hal-hazıra qədər həm də Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində işləyir.2000-ci ildə Ümummilli liderimiz, prezident H. Əliyev tərəfindən Əməkdar elm xadimi adına layiq görülüb. 2010-cu ildə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif edilib.1992-ci ilin noyabrından YAP-ın üzvüdür.