Rafiq Rahim oğlu Heydərov (1 iyul 1995, Binəqədi rayonu – 14 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Rafiq Heydərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Binəqədi, Bakı |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur. |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016-2017 / 27.09.2020 - 14.10.2020 |
Rütbəsi | Əsgər |
Təltifləri | 2020 2020 2021 |
Rafiq Rahim oğlu Heydərov 1 iyul 1995-ci ildə Bakı şəhəri Binəqədi rayonununda anadan olmuşdur.[1] Orta təhsilini 157 saylı tam orta məktəbdə almışdı. 2016-cı ildə Memarlıq və İnşaat Universiteti Nəqliyyat-tikinti fakultəsini bitirib, elə həmin il Odlar Yurdu Universitetinin beynəlxalq münasibətlər fakultəsində magistr təhsilinə başlamışdır. AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) Təcrübə-Sənaye Zavodunun rezidenti olmuşdur.[2]
2016-2017-ci illərdə Qusar rayonunda "N" saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurmuşdu.
Azərbaycan Ordusunun könüllü əsgəri olan Rafiq Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Rafiq Heydərov 14 okytabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. II Fəxri Xiyabanda dəfn edilmişdir.