Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Rafiq Hidayət oğlu Manaflı (22 sentyabr 1958, Salyan, Salyan rayonu) — Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sabiq sədri.
Rafiq Manaflı | |
---|---|
2001 – 14 fevral 2001 | |
Əvvəlki | Cümşüd Nuriyev |
Sonrakı | Felmar Ələkbərli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 sentyabr 1958 (65 yaş) |
Doğum yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Rafiq Manaflı 1958-ci ildə Salyan rayonunun Qardaşbəyli kəndində anadan olub. 1975–1980 – Voronej Meşə Texnikası İnstitutunda ali təhsil alıb. 1980–1991 – Ələt Ağac Emalı kombinatında mühəndis, baş mexanik, sex rəisi vəzifələrində çalışıb. 1992–1996 – Özünün təşkil etdiyi "Plastik" kiçik müəssisəsində direktor işləyib. 2000-ci ildən özünün təsis etdiyi "Təkamül" MMC-in direktorudur.
1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin fəal üzvü, 1990–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Qaradağ rayon təşkilatının sədri, Azərbaycan Xalq Cəbhəsinin Məclisinin üzvü olub.
1996-cı ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür, həmin ildən Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvüdür. 2001-ci ildən 2021-ci ilədək VHP Ali Məclisinin sədri olmuşdur.
2012-ci ildən İctimai Palatanın Koordinasiya Şurasının üzvü olub. 2020-ci ilədək Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olmuşdur.[1]
Evlidir, iki oğlu var.