Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nikolay
Nikolay — Dünyada daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar Nikolay Kurnakov — rus fizika-kimyaçısı (1893), əməkdar professor (1907), kimya elmləri doktoru (1909) Nikolay Luzin — SSRİ və Rusiya riyaziyyatçısı Nikolay Morozov — Rus inqilabçı, alim və ictimai xadimi. Nikolay Olyalin — sovet aktyoru, Ukrayna xalq artisti Nikolay Petruxin — Sovet İttifaqı Qəhrəmanı (20 aprel 1945). Nikolay Popov — Sovet İttifaqı Qəhrəmanı (29 iyun 1945). Nikolay Statsyuk — Sovet İttifaqı Qəhrəmanı (24 mart 1945) Nikolay Suxov — Sovet İttifaqı Qəhrəmanı (1 iyul 1944) Nikolay Zinin — Rus kimyaçısı, Peterburq Elmlər Akademiyasınin akademiki (1865) Nikolay Çernışevski — Rus inqilabçı və mütəfəkkiri, yazıçı, iqtisadçı, filosof.
Anqola
Anqola (Angola), Anqola Respublikası (Republika de Angola) — Cənubi Afrikada, Atlantik okeanı sahilində dövlət. == Ümumi məlumat == Paytaxtı Luanda şəhəridir. Rəsmi dövlət dili portuqal dili, pul vahidi kvanzadır. İnzibati cəhətdən 18 əyalətə bölünür. Anqola BMT-nin (1976), Afrika İttifaqının (1999), BYİB-in (1989), BVF-in (1989), ÜTT-nin (1996) üzvüdür. Anqolanın Namibiya, Konqo Demokratik Respublikası və Zambiya ilə quru sərhəddi vardır. Ölkə qərbdən Atlantik okeanı ilə əhatə olunmuşdur. Kabinda adlı anqlav bölgə (Atlantika okeanı sahilində, Konqo Respublikası və Demokratik Konqo Respublikası ərazilərində yarımanklav) Konqo Respublikasının tərkibində yerləşsə də, Anqolanın ərazisi hesab olunur. Anqolada əhalinin tərkibi müxtəlifdir, yəni portuqal, ingilis, ambundu, konqo, luçazi və digər xalqlar bu ölkənin sakinləridir. == Adın etimologiyası == "Nqola" — ali hökmdarın titulunun təhrif edilməsi deməkdir.
Naqoya
Naqoya (yap. 名古屋) - Yaponiyanın Xonsyu adasında liman-şəhər. Tokay rayonunun iqtisadiyyatı Naqoya limanından asılıdır. Liman bir ildə 110 mln. ton yük mübadiləsi aparır. == Əhalisi == Naqoya şəhəri Yaponiyanın ən sıx məskunlaşmış 4-cü şəhəridir. Əhalisinin sayı 2220738 (2006) nəfərdir. == Turizm == Zəngin və qədim mədəni irsə malik şəhərin iqlimi çox əlverişli, əhalisi isə mehriban və qonaqpərvərdir. Şəhərin tanınmış yerlərindən Tokuqava muzeyini, Naqoya qəsrini, Botanika bağını, Hiqasiyama zooparkını, Hərbi-dəniz arsenalını, Atsuta sintoit məbədini, Nittaydzi ibadətgahını, Naqoya televiziya qülləsini, stansiyasını, Midlend meydanını, Toyota avtomobil muzeyini, Naqoya Noh teatrını və s. qeyd etmək olar.
Naqay
Naqay adası (ing. Nagai) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. == Coğrafiya == Alyaska yarımadasının cənubunda, Alyaska körfəzində yerləşir. Adanın uzunluğu 50 km-dir. Sahəsi 310 km²-dir. == Tarix == Məhz burada 1741-ci il avqustun 31-də "Müqəddəs Pyotr" (İkinci Kamçatka Ekspedisiyası) komandasının dənizçisi Nikita Şumaqin sinqa xəstəliyindən ölür və adalara onun adı verilir. İlk dəfə 1836-cı ildə rus admiralı Fyodor Litke tərəfindən xəritəyə salınmışdır. == Mənbə == Donald J. Orth. Dictionary of Alaska Place Names.
II Nikolay
II Nikolay Romanov (18 may 1868, Puşkin[d], Rusiya imperiyası – 17 iyul 1918, Yekaterinburq, Perm quberniyası[d], RSFSR[d]) — Rusiya imperiyasının sonuncu imperatoru, III Aleksandrın oğlu, Romanovlar sülaləsinin sonuncu varisi. Çar II Nikolay ölümündən sonra Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilib. Vəfat edərkən 2012-ci il kursu ilə 300 milyard dollar məbləğində var-dövləti vardı. == Həyatı == Nikolay Aleksandroviç Romanov 1868-ci il may ayının 18-də Rusiya imperiyasının Sankt-Peterburq (Petroqrad) quberniyasında anadan olub. Atası Rusiya çarı III Aleksandr, anası Mariya Fyodorovnadır. Anası ilə çox yaxın olmuş, daim məktublaşmışlar. Nikolay ilk təhsilini 1885–1890-cı illərdə xüsusi hazırlanmış proqram çərçivəsində imperiyanın tanınmış akademiklərindən alır. Leksiyaları Rusiyanın məşhur akademikləri N. N. Beketov, N. N. Obruçev, T. A. Küyi, M. İ. Draqomirov və başqaları deyir. Rusiyanın protopresviteri (baş keşişi – A. R.) İohan Yanışev isə II Nikolaya kilsə tarixindən dərs deyir, ona kilsə qanunlarını öyrədir. Gələcək çarın təlim-tərbiyəsi atası III Aleksandrın bilavasitə rəhbərliyi və nəzarəti altında həyata keçirilib.
I Nikolay
I Nikolay
Müqəddəs Nikolay
Müqəddəs Nikolay Möcüzəyaradan (rus. Николай Чудотворец; yun. Άγιος Νικόλαος; III əsr – IV əsr, Mira, Likiya, Qədim Roma) — tarixi kilsələrdə müqəddəs şəxs, Likiyada (Bizans) arxiyepiskop. Xristianlıqda o, möcüzəyaradan kimi hörmətlə qarşılanır, Şərqdə səyahətçilərin, məhbusların və yetimlərin himayədarı, Qərbdə - cəmiyyətin demək olar ki, bütün təbəqələrinin, lakin əsasən uşaqların himayədarı kimi tanınır. O, həm başındakı yepiskopluğunun simvolu olan mitra ilə, həm də onsuz təsvir edilmişdir. Santa-Klaus personajı məhz Müqəddəs Nikolaydan götürülmüşdür. Müqəddəs Nikolayın müflis bir zənginin üç qızına cehiz hədiyyə etməsindən bəhs edən həyatının əsasında Milad hədiyyələri yarandı. Mirlikiyalı Nikolayın qədim tərcümeyi-hallarında müqəddəslərin tərcümeyi-hallarının oxşar təfərrüatlarına görə onları adətən Nikolay Pinar (Sion) ilə qarışdırırdılar: hər ikisi Likiyadan, arxiyepiskoplardan, hörmətli müqəddəslər və möcüzəyaradanlardır. Bu təsadüflər əsrlər boyu mövcud olan yanlış təsəvvürə səbəb oldu ki, kilsənin tarixində yalnız bir Müqəddəs Nikolay Möcüzəyaradan olmuşdur.
Naqolnaya çayı
Naqolnaya çayı — Rusiya Federasiyasının Rostov vilayəti ərazisindən axan çay. Polnaya çayının sağ qolunu təşkil edir. Üstəlik ona tökülən ikinci böyük çaydır. Çayın uzunluğu 44 km, hövzəsinin sahəsi isə 316 km² təşkil edir. Çayın mənbəyi 190 metr yüksəkliyə malikdir. == Axarı == Naqolnaya çayı başlanğıcını Rostov vilayətinin Çertkov rayonu, Kamennaya Balka xutoru yaxınlığından başlayır. Mənbəyinin hündürlüyü 190 metrdir. Daimi axar Karpovka xutorundan başlayır. İlk əvvəl cənub-qərbə idtiqamətlənir. Pettrovski xutoru yaxınlığından isə cənuba istiqamətlənir.
Nikolay Abaza
Nikolay Savviç Abaza (rus. Никола́й Са́ввич Абаза́; 7 (19) avqust 1837, Moskva – 21 sentyabr (4 oktyabr) 1901, Moskva) — Rusiya dövlət xadimi. == Həyatı == Nikolay Savviç Abaza 1837-ci ildə Moskvada anadan olmuşdur. O, Aleksandr Abazanın əmisioğludur. Abaza 1880–1881-ci illərdə Mətbuat İşləri üzrə Baş İdarəsinin rəisi, Ali İnzibati Komissiyanın üzvü olmuşdur. O, 1880-ci ildən senator, 1890-cı ildən Dövlət Şurasının üzvü kimi xidmət etmişdir. Abaza 1891-ci ildən torpaq mülkiyyətinin zadəganlığını qorumaq tədbirləri məsələsini müzakirə etmək üçün komissiyanın sədri olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Альманах современных русских государственных деятелей. — СПб.: Тип. Исидора Гольдберга, 1897.
Nikolay Abramoviç
Nikolay Yakovleviç Abramoviç (rus. Никола́й Я́ковлевич Абрамо́вич; 29 oktyabr (10 noyabr) 1881, Taqanroq, Don Voysko vilayəti[d] – mart 1922, Moskva) — Rusiya ədəbiyyatşünası, nasiri, şairi və publisisti. Təxəllüsləri "Nikolay Muravyov" və "N. Kadmin" olmuşdur. Qısa hekayələrin, "Tozlu yol" novellasının (1911), "Yolda olan qadın" romanının (1917) və qardaşı ilə birgə yazdığı bir neçə "dekadent" romanın müəllifidir. == Əsərləri == Литературно-критические очерки, кн. I. — СПб., 1909. Жизнь и творчество. — СПб., 1909. В осенних садах. — 1909.
Nikolay Voronov
Nikolay Nikolayeviç Voronov (rus. Никола́й Никола́евич Во́ронов; d. 5 may 1899, Sankt Peterburq, Rusiya imperiyası — ö. 28 fevral 1968, Moskva, SSRİ) — Sovet hərbi xadimi, baş artilleriya marşalı (21 fevral 1944-cü ildən etibarən), Sovet İttifaqı Qəhrəmanı (7 may 1965-ci ildən etibarən). SSRİ Ali Sovetinin deputatı (1946–1950). 1941-ci ildən 1950-ci ilə qədər Qızıl Ordunun artilleriya qüvvələrinin komandanı olmuşdur. Böyük Vətən müharibəsi ərzində Stalinqrad döyüşü, Leninqradın blokadası və Kursk döyüşündə Sovet artilleriya qoşunlarına rəhbərlik etmişdir. == Həmçinin bax == İkinci dünya müharibəsi Stalinqrad döyüşü Kursk döyüşü == İstinadlar == == Xarici keçidlər == Ф. Самсонов. "Биография Н. Воронова, составленная генерал-полковником артиллерии в отставке Ф. Самсоновым". сборник «Полководцы и военачальники ВОВ» (rus).
Nikolay Xanıkov
Nikolay Vladimiroviç Xanıkov (1819[…] və ya 24 oktyabr 1819, Kaluqa quberniyası[d] – 15 noyabr 1878, Rambuye[d]) — səfir, şərqşünas. == Həyatı == Nikolay Vladimiroviç Xanıkov 12 oktyabr 1822-ci ildə Rusiya imperiyasının Kaluqa quberniyasında anadan olmuşdu. Nikolay Xanıkov 1853-cü ildə Təbriz şəhərində baş konsul vəzifəsində xidmət etməyə başlamışdı. Nikolay Xanıkov 1878-ci ildə vəfat edib.
Nikolay Xatunsev
Xatunsev Nikolay Borisoviç (rus. Николай Борисович Хатунцев) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1988). == Həyatı == Nikolay Xatunsev 1932-ci il iyunun 9-da Bakı şəhərində qulluqçu ailəsində doğulmuşdur. Burada 6 saylı şəhər məktəbini qızıl medalla bitirmişdir (1940-1950). ADU-nun hüquq fakültəsini fərqlənmə diplomu ilə başa vurmuşdur (1955). Əmək fəaliyyətinə Azərbaycan Respublikası prokurorluğunda müstəntiq kimi başlamışdır. Sonra Azərbaycanın bir sıra rayonlarında müstəntiq, prokuror müavini işləmişdir (1955-1960). Azərbaycan SSR Səhiyyə Nazirliyinin Tibb Parazitologiya Elmi-Tədqiqat İnstitutu Xəbərlər şöbəsində elmi işçi, eyni zamanda "Molodyoj Azerbaydjana" qəzeti redaksiyasında ştatdankənar müxbir olmuşdur (1960-1965). Azərbaycan Elmlər Akademiyasının "Elm" nəşriyyatında redaktor, baş redaktor (1965-1983), redaksiya müdiri (1983-?) işləmişdir. Bədii yaradıcılığa 60-cı illərdən başlamışdır.
Nikolay Yanitski
Nikolay Fyodorovic Yanitski (20 avqust (1 sentyabr) 1891, Starokonstantinov[d], Volın quberniyası[d], Rusiya imperiyası – 15 sentyabr 1979, Moskva) — din xadimi, biblioqraf, tarixçi, statistik, coğrafiya üzrə elmlər doktoru, professor və yazıçı olmuşdur. == Ailəsi == === Valideynləri === Onun valideynləri həkim idilər. Atası — Fyodor Feodosevic Yanitski — Podolsk quberniyasının Zaval vilayətində dindar bir ailədə anadan olub. Sonrada o general-polkovnik olmuşdur. Anası — Elizabetta Lvovna Qrosman — Kiyev quberniyasının Qorodişi vilayətində anadan olub. === Qardaşları === Ailədə Nikolaydan başqa ondan balaca 3 uşaq olmuşdur. Onlardan ikisi balaca vaxtı vəfat etmiş, böyük bacısı Vera isə Otto Yulevicanın həyat yoldaşı olmuşdur. === Həyat yoldaşı === 1915-ci ildə Nikolay Elizavta Fedorov Qordeenko ilə ailə həyatı qurub (1894–1983). === Uşaqları === İrina Nikolayevic Yanitski (1917–1966) — bioloq, müəllim və alman dilindən tərcüməçi olmuşdur. Oleq Nikolayevic Yanitski (1933) — Amerika və Avropanın sosial ekologiyası üzrə mütəxəssis olmuşdur.
Nikolay Yejov
Nikolay İvanoviç Yejov (rus. Никола́й Иванович Ежо́в, 1 may 1895; 4 fevral 1940) — SSRİ NKVD-nin kommissarı. == Həyatı == 1895-ci ildə Peterburqda (indiki Sankt-Peterburqda) anadan olan Nikolay İvanoviç Yejov 14 yaşından başlayaraq, müxtəlif zavodlarda fəhləlik etməyə başladı. Eyni zamanda işləyə-işləyə də ibtidai təhsil aldı. 1917-ci ildə bolşeviklərə qoşulan Yejov özünü, necə deyərlər, gözə soxmaqla vəzifə kürsüsündə sürətlə irəliləməyə başladı. Vətəndaş müharibəsi illərində Yejov hərbi hissələrdə komissar vəzifəsində işləyirdi. Müharibədən sonra, 1920-ci ildə o, Türküstana gedir və burada bir sıra vəzifələrdə çalışır. Əvvəlcə, Semipalatinsk vilayətində, sonra isə Qazaxıstan ölkə partiya komitəsinin katibi vəzifəsində işləyir. O, ali təhsil almasa da, Stalinə sədaqəti ilə diqqəti cəlb edirdi. 1927-ci ildə Stalinə sədaqətinə görə, onu Ümumittifaq Kommunist (Bolşeviklər) Partiyasında (ÜKP) məsul vəzifəyə irəli çəkdilər.
Nikolay Yeqorov
Nikolay Yeqorov (Nikolay Dmitriyeviç Yeqorov, d.3 may 1951 — ö. 25 aprel 1997) — Rus siyasətçi; Boris Yeltsinin prezidentliyi dövründə prezident administrasiyasının başçısı. == Həyatı == 1951-ci il may ayının 13-də Krasnodar diyarının Labisk Zassovsk stanitsasında anadan olmuşdur. Təhsilini Hərbi-siyasi məktəbdə (bitirməmiş, səhhəti ilə əlaqədar komissiyadan keçməmişdir), Stavropol Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsində və Sov. İKP MK Ali Partiya Məktəbində almışdır. 1978–1984-cü illərdə rayon partiya komitəsinin təlimatçısı, "Labinski" sovxozunun partiya komitəsinin sədri, 1984–1989-cu illərdə Labinsk rayonunun "Rossiya" kolxozunun sədri olub. 1989–1990-cı illərdə Krasnodar diyarının rayon İcraiyyə Komitəsinin sədri, 1990–1991-ci illərdə Krasnodar diyarı Xalq Deputatları Şurasının sədrinin birinci müavini, 1991–1992-ci illərdə Krasnodar diyarı hökuməti sədrinin birinci müavini — kənd təsərrüfatı və ərzaq departamentinin baş direktoru, 30.12.1992-ci ildə prezident B. N. Yeltsinin sərəncamı ilə Krasnodar diyarı administrasiyasının başçısı təyin edilmişdi. 1993-cü ilin sentyabrında B. N. Yeltsin ilə RF Ali Soveti arasında yaranmış qarşıdurma zamanı B. N. Yeltsinin parlamenti buraxmaq haqqında qanununa tərəfdaş çıxmışdı. Qanun əleyhinə diyar şurası sessiyasının qərarına qarşı etiraz etmişdi. Rayon xalq deputatları şuralarını buraxmışdı.
Nikolay Yohansen
Nikolay Vesterqaard Yohansen (24 fevral 1994, Danimarka) — Vanlose klubunda müdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur. Millinin əsas oyunçuları federasiya ilə mübahisə zamanı yığmanı tərk etdikləri üçün Anders Fonss 2018-ci ilin sentyabr ayında Danimarka milli futbol komandasında debüt etmişdir. == Milli karyerası == 2018-ci ilin sentyabr ayında Danimarka Futbol Assosiasiyası və futbolçular birliyi UEFA Millətlər Liqasında Uels millisinə qarşı açılış oyununda və Slovakiya millisinə qarşı yoldaşlıq oyununda iştirak edəcək milli komandanın futbolçuları haqqında yeni müqaviləni imzalamalı idilər. Lakin müqavilədə futbolçuların kommersiya hüquqları ilə bağlı bənd mübahisəyə səbəb olmuşdur. Beləliklə, onlar müqaviləni imzalamaqdan imtina etmişlər. Gələcək danışıqları təmin etmək üçün əvvəlki sövdələşmənin uzadılması təklifinin verilməsinə baxmayaraq, DBU UEFA-nın cəzasından yaxa qurtara bilmək üçün komandanın əsas oyunçularını millidən göndərmişdir. Onun əvəzində Yon Yensen yeni baş məşqçi təyin edilmiş və komandanın heyəti yenidən qurulmuşdur. Yeni heyət Danimarka 2-ci divizionu və Danimarka Seriyasında (Danimarkanın üçüncü və dördüncü liqası) çıxış edən futbolçuların qarışığından, həmçinin Danimarka milli futzal komandasında çıxış edən futzal oyunçularından təşkil olunmuşdur. 4 sentyabr 2018-ci ildə Yohansen 24 oyunçudan ibarət olan heyətə daxil edilmişdir. O, milli ilə debütünü 5 sentyabr 2018-ci ildə Slovakiya millisinə qarşı yoldaşlıq oyununda etmişdir.
Nikolay Yudeniç
Nikolay Nikolayeviç Yudeniç (rus. Николай Николаевич Юденич; 18 (30) iyul 1862, Moskva – 5 oktyabr 1933[…], Kann) — Rusiya hərbçisi, əksinqilabçı, monarxist. == Həyatı == Nikolay Nikolayeviç Yudeniç 1862-ci ildə Moskva şəhərində anadan olmuşdu. 1881-ci ildə hərbi məktəb bitirmişdi. 1917-ci ildən sonra əksinqlabi hərakata qoşulmuşdu. Denikinin Könüllülər ordusunun tam ləğvi ərəfəsində Moskva yenidən diplomatik təzyiqlərə başladı. 1920-ci ilin yanvarın 2-də Çiçerin radioteleqrafla Azərbaycan xalqına və Azərbaycan hökumətinə müraciət etdi. Bu müraciət-nota da yuxarıdakı sənəd kimi daha çox təbliğat xarakteri daşıyırdı. Yudeniç və Kolçakı məhv etdikdən sonra Rusiyanın fəhlə-kəndli Qızıl Ordusunun General Denikinə qarşı uğurlu mübarizəsini qeyd edən Çiçerin Denikinlə müharibədə ittifaq yaradılmasını tələb edir, notanı (müraciəti) xəbərdarlıq notunda bitirirdi: ―Biz Azərbaycanı və Azərbaycan xalqını nə qədər ki, gec deyil, Deninkinə qarşı mübarizəyə başlamağa çağırırıq. Azərbaycan dövlətinin maraqlarının və onun zəhmətkeş siniflərinin sosial-siyasi maraqlarının düzgün başa düşülməsi Azərbaycanı bizim təklifimizə razılıq verməyə məcbur etməlidir.
Nikolay Zarudnıy
Nikolay Zateyev
Nikolay Vladimiroviç Zateyev (30 iyun 1926, Nijni Novqorod – 28 avqust 1998, Moskva) — Rusiyalı Hərbi sualtı gəmisinin kapitanı,Nobel mükafatı laureantı. == Həyatı == 30 iyun 1926-cı ildə Rusiyanın Nijni Novqorod şəhərində anadan olub. O 1943-cü ildə Qırmızı Orduya səfərbərliyə alındı və Bakı Ali Hərbi Dəniz Məktəbində təhsil aldı.1940-cı illərin sonunda o Qara dəniz Flotuna qoşuldu və naviqasiya zabit kimi əvvəl sualtı gəmilərdə xidmət etdi və sonra vəzifəli şəxsin vəzifəsinə qalxdı. 1954-cü ildə o Qabaqcıl Xüsusi Zabitlər Kursunu bitirdi və şəxsi əmri K-19 Hərbi sualtı gəmisinin kapitanı vəzifəsinə verildi. 28 avqust 1998-ci ildə Moskva şəhərində 72 yaşında vəfat etmişdir.
Nikolay Zelinski
Nikolay Zelinski (25 yanvar (6 fevral) 1861, Tiraspol, Xerson quberniyası – 31 iyul 1953, Moskva) — SSRİ kimyaçı-alimi, SSRİ Elmlər Akademiyasının akademiki. == Həyatı == Nikolay Zelinski 1861-ci il fevralın 6-da Tiraspol şəhərində dünyaya gəlib. Tiraspol Universitetində, Odessa Universitetində təhsil alıb. Almaniyada Viktor Meyer, Leypsiq, Gottingen Universitetlərində təhsilin davam etdirib. 1893-cü ildən Moskva Universitetində dərs deməyə başlayıb. Zelinski üzvi katalizdə nəzəriyyənin banilərindən biri idi. O dünyada odun kömürü əleyhqazını fəallaşdırılan birinci effektiv filtrləmənin ixtiraçısıdır. Onun əsas tədqiqat ərazisi dövri karbohidrogenlərin kimyası idi. O 1953-ci il 31 iyulda Moskva şəhərində vəfat edib. Onun tələbələri arasında akademik Yusif Məmmədəliyev də var idi.
Nikolay Zinin
Zinin Nikolay Nikolayeviç (13 (25) avqust 1812, Şuşa – 6 (18) fevral 1880, Sankt-Peterburq) – rus kimyaçısı (üzvi kimya). == Həyatı == 25 avqust 1812-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Peterburq Elmlər Akademiyasınin akademiki (1865), Paris Elmlər Akademiyasının üzvü (1873). Kazan universitetini bitirdikdən (1833) sonra Almaniya, Fransa və İngiltərədə ixtisasını artırmış, 1841–48 illərdə Kazan universitetinin, 1848–64 illərdə Peterburq Tibb-Cərrahlıq Akademiyasının professoru olmuşdur. O, 1842 ildə ammonium sulfidlə təsir etmək yolu ilə aromatik nitrobirləşmələrin aromatik aminlərə reduksiya reaksiyasını (Zinin reaksiyasını) kəşf etmiş, sonralar bu üsulla anilin, α -naftilamin, metafenilendiamin (1844) və metaaminbenzoy turşusu (1845) almışdır. Zininin təklif etdiyi həmin sintez üsulu əsasında Rusiyada sintetik boya, partlayıcı maddə və əczaçılıq sənayeləri yaradılmışdır. 3. 1867–68 illərdə Rus Kimya Cəmiyyətinin (D.İ.Mendeleyev ad. Ümumittifaq Kimya Cəmiyyəti) yaradılmasında fəal iştirak etmiş və həmin cəmiyyətin ilk prezidenti (1868–78) olmuşdur. Zinin müasiri A. A. Voskresenski ilə birlikdə böyük kimyaçılar məktəbi (A.M.Butlerov, N.N.Beketov, A.P.Borodin, L.N.Şişkov və o.) yaratmışdır.
Nikolay Zolotarevski
Nikolay İvanoviç Zolotarevski (30 noyabr 1910, Naxçıvan – 26 aprel 1981, Moskva). Sosialist Əməyi Qəhrəmanı (1981), Stalin mükafatı laureatı (1951). == Həyatı == Nikolay Zolotaryevski 1910-cu ildə Naxçıvanda anadan olmuşdur. Xüsusi baş aviasiya konstruksiyası, kosmos, gəmiqayırma üçün əhəmiyyətli obyektlərin, nüvə enerjisi, elektronika və digər sənaye tikilməsi, eləcə də sosial infrastrukturun tikintisi ilə məşğul olub. 27 ildən çox SSRİ-nin ən böyük hərbi tikinti təşkilatlarından birinə rəhbərlik edib.
Nikolay burnu
Nikolay burnu (ukr. мис Миколая) — Krım yarımadasının ucqar cənub nöqtələrindən biri (digəri Sarıç burnudur). Burun Qara dənizə doğru uzanır. İnzibati cəhətdən Yalta şəhər sovetliyinin, Foros qəsəbə sovetliyinə daxildir. Adını Müqəddəs Nikolaydan alması ehtimal edilir. Digər fərziyyədə isə burunun adı Napoluon müharibələri zamanı qəhrəmanlıq göstərmiş Nikolay Raevski ilə bağlıdır. I Aleksandrın burun yaxınlığında ona Təsəlli bağını verməsi faktı vardır. Burundan 1 km məsafədə Foros qəsəbəsi yerləşir. Sevastopola olan məsafə 33 km, Yalataya isə 33 km-dir. Ondan qərbdə isə Sarıç burnu yerləşir.
Nikolay Çepokov
Nikolay Anatolyeviç Çepokov(rus. Николай Анатольевич Чепоков; 30 yanvar 1961, Turoçak[d], Altay diyarı) — Sovet və rus rəssamı. == Həyatı == Nikolay Anatolyeviç Çepokov 30 yanvar 1961-ci ildə Dağlıq Altay Muxtar Vilayətinin Turoçak kəndində anadan olub. Kumandin əsillidir. Çantada tapılıb. Uşaq evində böyüyüb. 1983-cü ildə 8-ci sinfi internatda bitirib. Sonra Texniki Peşə məktəbinə daxil olub. Burada xarratlığı öyrənib. Bir müddət sənəti ilə məşğul olub.
Angolam
Alangium (lat. Alangium) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi.
Nağılar
Nağılar (Gədəbəy)
Yağolday
Yağolday (Tatar Türkcəsi: Cağolday) — Böyük Litva knyazlığının ərazisində Türk dövləti. == Tarixi == 1438-ci ildə yaranıb. Qızıl Ordadan çıxan əmirlər təqribən indiki Kurs vilayətinin ərazisində bu bəyliyi qurdular. XVI əsrin əvvələrinədək mövcud idi. Litva knyazlarından asılı idilər. == Ədəbiyyat == Татарский энциклопедический словарь. — Казань, 1999.
Kara-angolam
Alangium (lat. Alangium) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi.
Nağılar (Gədəbəy)
Nağılar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Nağılar kəndi Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Daryurd kəndi mərkəz olmaqla, Daryurd kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Cinqaralı olmuşdur. Kəndin adı bəzən Nağdalılar variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Kiçik Qaramurad kəndindən çıxmış nağılar (digər adı cinqaralı) nəslinə mənsub ailələr salmışlar. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 311 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Nağılar (Şuşa)
Nağılar — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Nağılar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.