Nikolay Fyodorovic Yanitski (20 avqust (1 sentyabr) 1891, Starokonstantinov[d], Volın quberniyası[d], Rusiya imperiyası – 15 sentyabr 1979, Moskva) — din xadimi, biblioqraf, tarixçi, statistik, coğrafiya üzrə elmlər doktoru, professor və yazıçı olmuşdur.
Nikolay Yanitski | |
---|---|
Николай Яницкий | |
Doğum tarixi | |
Doğum yeri | Rusiya |
Vəfat tarixi | |
Vəfat yeri | Moskva |
Vətəndaşlığı | |
Milliyyəti | Rus |
Təhsili | Ali |
Fəaliyyəti | coğrafiyaşünas, tarixçi, statistik, kitabxanaçı, biblioqraf, universitet müəllimi[d] |
Onun valideynləri həkim idilər. Atası — Fyodor Feodosevic Yanitski — Podolsk quberniyasının Zaval vilayətində dindar bir ailədə anadan olub. Sonrada o general-polkovnik olmuşdur. Anası — Elizabetta Lvovna Qrosman — Kiyev quberniyasının Qorodişi vilayətində anadan olub.
Ailədə Nikolaydan başqa ondan balaca 3 uşaq olmuşdur. Onlardan ikisi balaca vaxtı vəfat etmiş, böyük bacısı Vera isə Otto Yulevicanın həyat yoldaşı olmuşdur.
1915-ci ildə Nikolay Elizavta Fedorov Qordeenko ilə ailə həyatı qurub (1894–1983).
İrina Nikolayevic Yanitski (1917–1966) — bioloq, müəllim və alman dilindən tərcüməçi olmuşdur. Oleq Nikolayevic Yanitski (1933) — Amerika və Avropanın sosial ekologiyası üzrə mütəxəssis olmuşdur. Bir çox sosiologiya kitabının müəllifidir.
1909-cu ildə Odessada məktəbi qırmızı medalla bitirmişdir. Həmin il Kiyevdə tarix-filogiya fakültəsinin tarix ixtisasına daxil olmuşdur. 1914-cü ildə Fedor Yanitski Kiyev universitetini bitirib. 1918–1919-cu illərdə Nikolay Kiyev universitetində müəllim işləyir. 1919-cu ilin dekabrında — Odessaya qayıdır, sonra Krıma gedir. 1920-ci ildə Simferopolun Tavrim universitetində müəllim işləyir. 1920-ci ilin sonlarında Çmidtanın təklifi ilə Moskvaya gəlir. 1920-ci ilin noyabrından 1931-ci ilə kimi Dövlət mərkəzi kitab palatasında işləyin.1970-ci ildə isə Kitab medalı ilə təltif edilib. 1929-cu ildə — Biblioqrafiya jurnalının nəşrinə başlayır. 1930-cu ildə Kitabxana və biblioqrfaiya jurnalının baş redaktoru olur. 1931–32-ci illərdə Lenin kitabxanasının idarəçisi olur. 1931–1936-cı illərdə qosplanda işləyir. 1936–63-cü illərdə Rusiya Elmlər Akademiyasının Coğrafiya İnstitutunun, MDU-i ilə əlaqəlar yaradır. 1955-ci ildə elmlər doktoru olur 1956-cı ildə professor 1970-ci ildə isə Dövlət Kitabxanasının aşağı palatasının rəisi olur.
O 20-dən çox konfransda iştirak edib. SSRi-nin biblioqrafiya, kitabxanasının yaradılmasında böyük rolu olub. Nikolay Yanitski 50-dən çox məqalənin müəllifir.