Nikolay Yeqorov (Nikolay Dmitriyeviç Yeqorov, d.3 may 1951 — ö. 25 aprel 1997) — Rus siyasətçi; Boris Yeltsinin prezidentliyi dövründə prezident administrasiyasının başçısı.
Nikolay Yeqorov | |
---|---|
| |
Rusiya Federasiyası Prezident Adminstrasiyasının rəhbəri[d] | |
15 yanvar 1996 – 15 iyul 1996 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 may 1951 |
Vəfat tarixi | 25 aprel 1997 (45 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər xərçəngi |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, dövlət xadimi |
Vikianbarda əlaqəli mediafayllar |
1951-ci il may ayının 13-də Krasnodar diyarının Labisk Zassovsk stanitsasında anadan olmuşdur. Təhsilini Hərbi-siyasi məktəbdə (bitirməmiş, səhhəti ilə əlaqədar komissiyadan keçməmişdir), Stavropol Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsində və Sov. İKP MK Ali Partiya Məktəbində almışdır. 1978–1984-cü illərdə rayon partiya komitəsinin təlimatçısı, "Labinski" sovxozunun partiya komitəsinin sədri, 1984–1989-cu illərdə Labinsk rayonunun "Rossiya" kolxozunun sədri olub.
1989–1990-cı illərdə Krasnodar diyarının rayon İcraiyyə Komitəsinin sədri, 1990–1991-ci illərdə Krasnodar diyarı Xalq Deputatları Şurasının sədrinin birinci müavini, 1991–1992-ci illərdə Krasnodar diyarı hökuməti sədrinin birinci müavini — kənd təsərrüfatı və ərzaq departamentinin baş direktoru, 30.12.1992-ci ildə prezident B. N. Yeltsinin sərəncamı ilə Krasnodar diyarı administrasiyasının başçısı təyin edilmişdi.
1993-cü ilin sentyabrında B. N. Yeltsin ilə RF Ali Soveti arasında yaranmış qarşıdurma zamanı B. N. Yeltsinin parlamenti buraxmaq haqqında qanununa tərəfdaş çıxmışdı. Qanun əleyhinə diyar şurası sessiyasının qərarına qarşı etiraz etmişdi. Rayon xalq deputatları şuralarını buraxmışdı.
1993–1996-cı illərdə RF Federal Məclisi Federasiya Şurası Məclisinin üzvü olub. Təhlükəsizlik və müdafiə məsələləri üzrə komitənin tərkibinə daxil idi. 1994-cü ildən B. N. Yeltsinin prezidentliyi dövründə kadr siyasəti şurasının üzvü olub. 1994–1995-ci illərdə RF millətlər və regional siyasət üzrə nazir olub.
30 noyabr 1994-cü ildən RF Prezidentinin Çeçenistan Respublikasında səlahiyyətli nümayəndəsi olub. Çeçenistana və onun İideri general C. M. Dudayevə qarşı sərt mövqeyə tərəfdar idi. 08.12.1994-cü ildə N. D. Yeqorova Çeçenistan Respublikasında bütün hakimiyyət strukturlarının konstitusion nizamın bərpa olunması koordinasiya hərəkatı tapşırılmışdı. Eyni zamanda RF hökumətinin sədr müavini səviyyəsində RF-in Çeçenistan Respublikası üzrə icra hakimiyyətləri federal orqanları ərazi idarəçiliyinin rəhbəri təyin edilmişdir.
1995-ci il dekabr ayının ikinci yarısından 1996-cı ilin yanvarınadək RF müdafiə naziri P. S. Qraçovla, daxili işlər naziri V. F. Yerin və Federal Əks-Kəşfiyyat Xidmətinin direktoru S. V. Stepaşinlə birgə Rusiya Silahlı Qüvvələrinin Çeçenistandakı fəaliyyətinə rəhbərlik etmişdir.
26 yanvar 1995-ci ildə səhhəti ilə əlaqədar RF hökumətinin sədr müavini səviyyəsində RF-in Çeçenistan Respublikası üzrə icra hakimiyyətləri federal orqanları ərazi idarəçiliyi vəzifəsindən azad edilmişdir.
17 avqust 1995-ci ildə RF Prezidentinin beynəlxalq münasibətlərlə iş üzrə köməkçisi təyin edilmişdi. 1996-cı ilin yanvarından 1996-cı ilin iyulunadək prezident administrasiyasının rəhbəri olub. RF Prezidenti B. N. Yeltsinin işlərini idarə edən P. P. Borodinlə razılaşaraq A. A. Sobçakın 1996-cı il qubernator seçkilərində məğlubiyyətindən sonra havada qalmış V. V. Putinin prezident administrasiyasına işə keçirilməsinə tərəfdar çıxmışdı. N. D. Yeqorov V. N. Putini Moskvaya çağırmış və Baş İdarənin rəisi — administrasiya rəisinin müavini vəzifəsini təklif etmişdi. Prezidentin növbəti həftədə imzalayacaq qərarının hazırlanmış layihəsini ona göstərmişdi V. V. Putin razılaşmış və Peterburqa gedərək Moskvaya çağırışı gözləmişdi. Lakin iki-üç gündən sonra gözlənilmədən N. D. Yeqorovun özünü istefaya göndərdilər. Onu əvəz edən A. B. Çubays N. D. Yeqorovun V. M. Putinə təklif etdiyi vəzifəni ləğv etdi. 1996-cı ilin iyulunda N. D. Yeqorov Krasnodar diyarı administrasiyasının başçısı təyin edildi. 16.07.1996-cı il tarixdə vətənə qayıdarkən Krasnodar şəhərinin aeroportunda "Kuban" teleşirkətinin müxbirinə demişdi:
Dünən mənə hökumət sədri kürsüsündən başqa istənilən vəzifəni tutmaq təklif edilmişdi, lakin mən Krasnodar diyarı administrasiyasının başçısı təyin edilməyimi seçdim |
Həmin ilin payızında qubernator seçkilərində N. İ. Kondratenkoya məğlub olmuşdu. 1997-ci il, aprel ayının 25-də Ağciyər xərçəngindən vəfat etmişdir.[1]
Егоров Николай Дмитриевич — council.gov.ru/services/