Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Near adaları
Near adaları (ing. Near Islands, aleut. Sasignan tanangin) — Aleut arxipelaqında ən kiçik və ən qərb adalar qrupu. Near adaların ümumi sahəsi 1143,8 km²-dir. 2000-ci ilə qədər əhalisi 47 nəfər olmuşdur. Əhali Attu və Simia adalarında yaşayır. Qrupun ən böyükləri Attu, Aqattu adaları və öz növbəsində Alaid, Nizki və Simiya adalarından ibarət Semiçi adaları qrupunu təşkil edir. Simiyadan 30 km şimal-şərqdə İnqenstrem qayaları kimi tanınan kiçik bir rif yerləşir. İlk rus səyahətçilər tərəfindən bütün Aleut adaları arasında Rusiyaya ən yaxın adalar kimi adlandırılmışdır. Onlar ilk dəfə rəsmi olaraq müasir ad altında adaları 1813-1814-cü illərdə rus tədqiqatçısı Lanqsdorf tərəfindən dəniz hesabatlarında qeyd etmişdir .
NAR
Android Wear
Wear OS — Google tərifindən təkmilləşdirilən ağıllı saatlar üçün nəzərdə tutulan əməliyyat sistemi.
Bear-Jeovresya
Bear-Jeovresya (fr. Béard-Géovreissiat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Nantyua kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01170. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 925 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 617 nəfər (15-64 yaş) arasında 491 nəfər iqtisadi cəhətdən fəal, 126 nəfər hərəkətsiz (fəaliyyət göstərici 79.6%, 1999-cu ildə 78.5%) idi. 491 fəal sakindən 469 nəfər (252 kişi və 217 qadın), 22 nəfəri işsizdir (8 kişi və 14 qadın). Fəal olmayan 126 nəfər arasında şagird və ya tələbə, 28 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Buddy Bear
United Buddy Bears — bütün dünyada sülh ideyasını dəstəkləyən dünya turnesi çərçivəsində beynəlxalq mədəniyyət layihəsidir. Hər birinin hündürlüyü 2 metr olan 140-dan çox Baddi ayısı Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış ölkələrin sayını təmsil edəcəklər. 2002-ci ildə Berlin şəhərində keçirilmiş ilk sərgidən başlayaraq bütün dünyada artıq 40 milyondan çox tamaşaçı "Bir-birimizi daha yaxşı tanımalıyıq ki, bir-birimizi daha yaxşı anlaya, daha çox inana və sülh şəraitində qonşu ola bilək" şüarı ilə səbir, xalqlar arasında dostluq və sülhü təbliğ edir. == Vəzifəsi == Baddi ayıları sakit əl-ələ tutub durur və xalqlar, mədəniyyətlər və dinlər arasında səbir və razılığı təbliğ edirlər. Hər Baddi ayısı öz ölkəsini təmsil edən rəssam tərəfindən bəzənmişdir. Belə şənlik toplantısında beynəlxalq rəssamlar qrupunun cürbəcür üslub istiqamətləri həyat sevincini yayan vahid bir əsərə birləşir. Ayıların cürbəcür, təmsil olunmuş ölkələrə xas olan bəzənməsinə görə tamaşaçılar dünya ətrafında səyahət edirlər. Azərbaycan tərəfdən Birləşmiş Baddi Ayılarını rəssam İbrahim Əhrari bəzəmişdir. == Dəstək və yardım == Sərgilər Almaniyanın səfirliklərinin, həmçinin UNİCEF-in bütün dünyada olan xoşməramlı səfirlərinin (Peter Ustinov, Ceki Çan, Miya Ferrou, Ken Don, Kristian Xerbiqer) dəstəyi ilə keçirilir. Bəzi sərgiləri ev sahibi olan ölkələrin prezidentləri və ya baş nazirləri açmışlar, misal üçün, Almaniya prezidenti Horst Köller, Yaponiyanın baş naziri Yuniçiro Koizumi, Avstraliyanın baş naziri Con Hovard və Misir prezidentinin xanımı Suzanna Mübarək.
Emmanuel Bear
Emmanüel Bear (fr. Emmanuelle Béart; 14 avqust 1963) — Fransalı aktrisa. Fransız müğənni Qi Bearın qızıdır. 14 avqust 1964-cü ildə Fransanın Var departamentində anadan olmuşdur. İlk dəfə 1971-ci ildə rejissor Rene Klemanın Dovşanın Qaçışı filmində çəkilmişdir. 1996–2006 illərində YUNİSEF-in Fransa Komitəsinin Səfiri çalışmışdır.
Nevar dili
Nevar dili (नेपाल भाषा, Nēpāl bhāṣā, Newah Bhaye və Newari kimi də tanınan) – Nepalın əsas dillərdən biri. Təxminən Nepal əhalisinin 3%-inin ana dilidir.Nepal Bhasanın Çin-Tibet dilləri kimi təsnifləşdirilməsinə baxmayaraq,böyük ölçüdə Hind-ari dillərindən təsirlənmişdir. Nepalın xaricində, Nepal Bhasa , Hindistanda da danışılır, xüsusilə Sikkimdə ki 11-rəsmi dillərindən biridir.
Pino-nuar
Pino-nuar (ing. Pinot noir) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Əsasən Fransada yetişdirilir. Bu üzümdən hazırlanan şəraba qara albalı və moruq da əlavə edilə bilər.
Puent-Nuar
Puent-Nuar (fr. Pointe-Niore; hərfi tərcüməsi: "Qara nöqtə") — Afrikada, Konqo Respublikasında eyniadlı əyalətdə yerləşən şəhər. Konqo Respublikasının Brazzavildən sonra ən böyük ikinci şəhəridir. Atlantik okeanının sahilində yerləşir. Əhalinin sayına görə də şəhər ölkə üzrə ikincidir. 2010-cu ilin siyahıalmasına görə şəhərdə 829.134 nəfər yaşayır. Şəhərdə bir liman, bir hava limanı və 550 km uzaqlıqda olan Brazzavillə əlaqə saxlamağa yardımçı olan dəmiryolu var. Fransa müstəmləkəsi dövründə qurulan şəhər fransız qüvvələri üçün salınmışdır. Bu torpaqlara ilk dəfə 1484-cü ildə gələn portuqallar sahildən görünən qara qayalıqlar səbəbi buranı "Qara nöqtə" adlandırmış, daha sonra fransızların gəlişindən sonra uyğun adla — Puent-Nuar ("Qara nöqtə") əvəz olunmuşdur. 1924–1934-ci illərdə Brazzavillə dəmir yolu xətti inşa edilmiş, 1939-cu ildə isə liman istifadəyə verilmişdir.
Tyerri Nuar
Tyerri Nuar (fr. Thierry Noir) – Berlində yaşayan fransız küçə sənətçisi . O, Berlin divarında rəsmlər çəkən ilk küçə rəssamı hesab olunur. 5 il ərzində Berlin divarının 5 km-ə yaxın hissəsini rəsmlərlə bəzəmişdir. 1958-ci ildə Fransanın Lion şəhərində anadan olmuş və həyatının ilk illərini də burada keçirmişdir. Burada həyatda heçnəyə nail olmayacağını anlayıb gözlənilmədən 1982-ci ildə Qərbi Berlinə köçmüşdür. Başlıca səbəb kimi musiqilərinin fanatı olduğu Devid Boui və İqqi Pop kimi sənətkarların həmin dövrdə orada yaşaması göstərilir. Maddi imkanı olmadığından Berlin divarı yaxınlığındakı Mariannenplatzda yerləşən və 1978-ci ildə qeyri-leqal olaraq gənclər mərkəzi kimi fəaliyyət göstərən baxımsız xəstəxanada məskunlaşmışdır. Qaldığı bina onun kimi maddi imkanı olmayan bir çox rəssamın sığınacağına çevrilmişdi. Tyerri ömrünün 20 ilini burada yaşamışdır.
Wear OS
Wear OS — Google tərifindən təkmilləşdirilən ağıllı saatlar üçün nəzərdə tutulan əməliyyat sistemi.
Neor gölü
Neor gölü (farsca:دریاچه نِئور) - İranın şimal-qərbindəki Bağru dağ silsiləsində Ərdəbil əyalətinin Ərdəbil şəhərindən 48 km məsafədə yerləşən dayaz göl. Bu göl Eosen dövründə iki qırılma zonası nəticəsində yaranmışdır. Neor gölü 1969-cu ildən Ətraf Mühitin Mühafizəsi Agentliyinin nəzarəti altında ətraf mühitin mühafizəsi zonası elan edilmişdir. Göl Talış dağlarının Bağru yüksəkliklərinin aşağı yamaclarında yerləşir. Gölün hündürlüyü orta dəniz səviyyəsindən 2500 metr yüksəkdə, Ərdəbildən 48 km cənub-şərqdə Xalxal yolu üzərində yerləşir. Göl Eosen geoloji zaman şkalası zamanı yaranıb. Eosen dövründən aktiv olan Neor qırılması və gölün qərb hissəsindəki digər qırılma bu gölün yaranmasına səbəb olmuşdur. Orta dərinliyi 3 metr, maksimim dərinliyi isə 5-5,5 metrdir. Hövzə soyuq dağ iqlimi ilə illik 400 mm yağıntı alır. Gölün 220 hektar su yayılma sahəsi var və Şimali-Qərbi İranda Taleş (Əlborz) dağlarının çəmən cinahındakı tektonik çökəklik üzərində əmələ gələn mövsümi olaraq doldurulan su hövzəsidir.
Fear Fun
Fear Fun — ABŞ musiqiçisi Coş Tilmanın(en) Father John Misty adı altında buraxdığı ilk studiya albomu. 30 aprel 2012-ci ildə buraxılıb. Bütün mahnılar Coş Tilman tərəfindən yazılmış və bəstələnmişdir.
Love + Fear
Love + Fear — Uels müğənnisi Marina Diamandisin dördüncü studiya albomu. 26 aprel 2019-cu ildə Atlantic Records tərəfindən buraxılıb.
Nar (Mobile)
Nar — Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanı. Şirkətin açıqlamasına görə “Nar” əmtəə nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,24 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. Azerfon MMC şirkəti 2005-ci ildə rəsmi qeydiyyatdan keçib (link). 2007-ci il mart 21-də “Nar Mobile” əmtəə nişanı ilə fəaliyyətə başlayıb. Azərbaycan telekommunikasiya bazarına üçüncü daxil olan mobil operator bazarda ən sərfəli qiymətləri təklif etdi . 2008-ci ildə “Nar” Azərbaycanda 3G texnologiyası əsasında xidmət təklif edən mobil operator olub. 2014-cü ildə 4G'ni tətbiq elədi.
Nar (dəqiqləşdirmə)
Nar — meyvə. Nar (şirkət) — Mobil operator. Nar (film, 1981) — Azərbaycan filmi. Nar (Nepal) — Nepalda kənd. Nar (albom) — Musiqi albomu.
Nar (meyvə)
Nar (şirkət)
Nar — Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanı. Şirkətin açıqlamasına görə “Nar” əmtəə nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,24 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. Azerfon MMC şirkəti 2005-ci ildə rəsmi qeydiyyatdan keçib (link). 2007-ci il mart 21-də “Nar Mobile” əmtəə nişanı ilə fəaliyyətə başlayıb. Azərbaycan telekommunikasiya bazarına üçüncü daxil olan mobil operator bazarda ən sərfəli qiymətləri təklif etdi . 2008-ci ildə “Nar” Azərbaycanda 3G texnologiyası əsasında xidmət təklif edən mobil operator olub. 2014-cü ildə 4G'ni tətbiq elədi.
Nar Mobile
Nar — Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanı. Şirkətin açıqlamasına görə “Nar” əmtəə nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,24 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. Azerfon MMC şirkəti 2005-ci ildə rəsmi qeydiyyatdan keçib (link). 2007-ci il mart 21-də “Nar Mobile” əmtəə nişanı ilə fəaliyyətə başlayıb. Azərbaycan telekommunikasiya bazarına üçüncü daxil olan mobil operator bazarda ən sərfəli qiymətləri təklif etdi . 2008-ci ildə “Nar” Azərbaycanda 3G texnologiyası əsasında xidmət təklif edən mobil operator olub. 2014-cü ildə 4G'ni tətbiq elədi.
Nar bayramı
Nar bayramı — Azərbaycan ərazisində, əsasən də Göyçay rayonunda, nar yığımı vaxtı keçirilən bayram şənliyi. Nar Bayramı hər ilin oktyabr və noyabr aylarında Azərbaycanın Göyçay rayonunda nar və ondan ənənəvi istifadə üsullarını və onun simvolik mənasını qeyd etmək məqsədilə təşkil edilən festivaldır. "Nar bayramı" ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 3 noyabr 2006-cı ildə keçirilmişdir. Tədbirdə bir sıra xarici ölkə səfirləri, habelə respublikadan kənarda yaşayan göyçaylı iş adamları da iştirak edirdilər. Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında nar məhsullarından hazırlanmış şirələrə qonaq edildilər. "Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti" 2020-ci ilin dekabrın 16-da UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası zamanı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Bayram Azərbaycanın nar paytaxtı olan Göyçayda keçirilir, burada 4 min hektar sahədə nar yetişən bağlar salınıb. Nar bayramında Göyçay rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətirilir və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir. Şəhər mərkəzində gənc idmançıların çıxışları və konsert proqramlarına tamaşa edilir. Nar bayramı festivalının proqramına nar yarmarkası, ondan hazırlanan şirə, Azərbaycan mətbəxinin təamlarının dequstasiyası, folklor, rəqs, mahnı qruplarının və idmançıların çıxışı, eləçə də müxtəlif müsabiqələr daxildir.
Nar qovurma
Bu yeməyin vətəni Göyçaydır. nar — 3 ədəd yumurta — 2 ədəd baş soğan — 1 ədəd Narı dənələyib soğanla qovurursan. duz — istiot vurulur. Üstünə yumurta çalınıb tökülür və bişirilir. Bunu həmçinin plovnan da yemək olar. Qoyun əti – 330 q, ərinmiş yağ – 30 q, nar – 50 q, şabalıd – 180 q, baş soğan – 100 q, zəfəran – 0,05 q, keşniş və şüyüd – 15 q, istiot – 0,1 q, duz. Qoyun əti 60–70 qramlıq tikələrə doğranır, duz və istiot vurulub yağda qızardılmış soğan, təmizlənmiş şabalıd, bulyon və zəfəran şirəsi əlavə edib öz buğunda bişirilir. Hazır olmağa 5 dəq. qalmış nar dənələri və ya şirəsi əlavə olunur. Süfrəyə verildikdə üstünə göyərti səpilir.
Nar salatı
Nar şirəsi
Nar şirəsi — Əsl nar şirəsi zəngin tünd qırmızı rəngdədir, günəş işığında yarı şəffafdır. Nar meyvəsinin pulpasından sıxılaraq alınan meyvə şirəsidir. Nar şirəsi təravətləndirici şirin və ya turş dada, bəzən bir qədər turş dada malikdir. Nara turş dad verən onun şirəsində olan limon turşusudur. Belə ki, cır narın şirəsində 5–9 %, becərilən narda isə 2–4 %-ə qədər limon turşusu vardır. Nar meyvəsinin qabıq hissələrində isə 22–39 % aşı maddəsi vardır. Bundan əlavə narın şirəsində çoxlu miqdarda şəkər və C vitamini vardır. Narın tərkibində 8–19 % qlükoza və fruktoza, 1 % saxaroza, şirin sortlarda 0,2 %, turşa-şirin sortlarda 2–3 %, turş narlarda isə 3–7 % limon turşusu vardır. Narın tərkibində bədən üçün faydalı maddələr vardır. Bir sıra elmi araşdırmalar və həkim rəylərinə əsasən, şirin nar ağ ciyər, mədə və qara ciyər xəstəliklərinə kömək edir.
Nar şorbası
Nar şorbası (fars. آش انار‎ āš e anār; azərb. anar aşı‎) — Azərbaycan və İranın milli xörəklərindən biri. Bu yeməyin vətəni İran və İraqdır. Çorba, qədim Çin və Spartada miladdan əvvəl I əsrdə hazırlanmışdır. Daha sonra bu qidalandırıcı və faydalı yemək bütün dünyada yayılmış və onun müxtəlif reseptləri icad edilmişdir. Müasir növ şorba maddələr sayı, məhsullar dəsti və hətta tutarlılıq baxımından əhəmiyyətli dərəcədə fərqlənir. Bu mütləq maye şorba deyil — məsələn, Alman aintopf və ya Fin şorbası calakeutto kimi çox qalın və qidalı ola bilər. Bütün bunlar bu resepti icad edən insanların ənənələrindən asılıdır. Ən qeyri-adi, əlbəttə ki, əriştə və şokoladdan olan Yapon şorbası, Karib dənəsində hazırlanan — iguana şorbası və Afrikada bişirilən qəhvə, banan və kirdən olan şorbalardır.
Nea Eklezya
'Nea Eklezya (yun. Νέα Ἐκκλησία Azərbaycanca: 'Yeni Kilsə) — Bizans İmperatoru Makedoniyalı I Basileios tərəfindən 876 ilə 880-ci illər arasında Konstantinopolda inşa etdirilmiş bir kilsədir. Bizansın paytaxtında VI əsrdə inşa edilən Aya Sofyadan sonra inşa edilmiş ilk monumental kilsəyə. Bizans arxitekturasının orta çağının başlanğıcını işarə edən bu kilsə Palaiologos Xanədanı dövrünə qədər istifadə edilmişdir. Osmanlılar tərəfindən barıt anbarı olaraq istifadə edilən bu quruluş, 1490-ci ildə ildırım düşməsindən sonra təxrib olmuşdur. İmperator I. Basileios, Bizans tarixinin ən müvəffəqiyyətli ailəsi olan Makedon Xanədanının qurucusudur. Basileios, özünü imperatorluğun yenidən qurucusu, yeni Yustinian adlandırmış və böyük qabaqcılı kimi Konstantinopolisdə böyük bir inşa hücumu başlatmışdır. Yeni Kilsə adının ilk sözü Nea, Basileiosun Aya Sofyasını və yeni bir dövrün başlanğıcını işarə edər. Daphne Sarayında olan Əziz Stefen Kilsəsi, Faroslu Bakirə qızın Kilsəsi ilə birlikdə Nea Eklezya, İmperatorluq sarayında olan müqəddəs əmanətlərin ana evsahiplerinden biriydi. Bunlar arasında peyğəmbər İlyasa aid köçün, üç mələyi qonaq etdiyi İbrahimin masası, Şamuelin Davudu müqəddəs yağ ilə yağlarken istifadə borusu və Böyük Konstantinin əmanətləri vardı.
Nəsr
Nəsr — ərəbcədən hərfi mənada vəzni, qafiyəsi və rədifi olmayan bədii əsər deməkdir. Nəsr poetikasından bəhs edən ədəbiyyatşünaslar hətta nəsr dilini adi danışıq dili və insanlar arasında gündəlik yazışmaların dili ilə eyniləşdirirlər. Bir sıra nəzəriyyəçilər isə bu fikirdədirlər ki, nəsr əsərlərinin özünün də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları var. Nəsr dili konkret müəllif ideyasının, poetik məzmunun ardıcıl şəkildə dərkində məqsədyönlü surətdə işlədilən bir dildir. Nəsrdə sətirlərin uzun və qısalığından, sadə və mürəkkəbliyindən asılı olmayaraq bədii sistemlilik, ardıcıl məntiq və ritm olmalıdır. Nəsr dilində yazılan ədəbiyyat müxtəlif olur: povest, roman, novella, oçerk, memuar və s. Povest rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən "povestvovanie" sözündəndir. Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur.
Bab-Ənar
Bab-Ənar – İranın Fars ostanının Cəhrom şəhristanının Xəfr bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,702 nəfər və 445 ailədən ibarət idi.
Ben-Nəsr
Ben-Nəsr (ərəb. بن ناصر‎) — Əlcəzairin şimal-şərqində, Uarqla vilayətində şəhər və kommuna. Taybet dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin şimalında, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 494 kilometr (307 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 101 metr (331 ft) yüksəklikdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 66 mm-dir). Orta illik temperatur 21,5 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,1°C, ən isti ayın (iyul) orta temperaturu 33,3°C-dir. == Nəqliyyat == 16 nömrəli respublika əhəmiyyətli avtomobil yolu şəhərdən keçir.
Elektron nəşr
Elektron nəşr - redaksiya-nəşriyyat işlənməsi mərhələsindən keçmiş, dəyişdirilmədən yayılmaq üçün nəzərdə tutulmuş, çıxış məlumatları olan elektron sənəd və ya elektron sənədlər qrupu. Elektron nəşr – elektron hesablama maşınlarından istifadə etməklə çap əsərlərinin buraxılması, yaxud nəşrlərin elektron vasitələrlə, informasiyanın maşında oxunan formada hazırlanması və yayılması (məsələn, maqnit-lent nəşrləri, elektron jurnal və s.). Elektron sənədlərə aşağıdakılar aiddir: elektron kitablar, elektron məqalələr və göstəricilər, yeni liklərin göndərilmə ünvanlarının və qruplarının siyahıları, rəqəmsal şəklə salınmış video və audiomateriallar, elektron materialların digər müxtəlif növləri. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Nəsr Surəsi
110-cu surə
Viszlát nyár
Viszlát nyár (azərb. Sağol, yay‎) — Macarıstanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. AWS "Viszlát nyár" mahnısı ilə Macarıstanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Post-hardkor üslubunda olan mahnı AWS qrupunun üzvləri Daniel Kökenyes, Bens Braker, Aron Veress, Soma Şisler və Örs Siklosi tərəfindən bəstələnmişdir.
Əl Nəsr
Əl-Nəsr FK — 1955-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yaradılmış futbol klubu. Səudiyyə Ərəbistanı Peşəkar Liqasında mübarizə aparır. Onlar matçlarını 25 min tamaşaçı tutumuna malik KSU Stadionunda keçirirlər. 2022-ci il dünya çempionatından sonra Kriştiano Ronaldonu transfer etməklə bütün dünyada ad çıxardılar. Bu transferdən sonra Əl-Nəsrin Instaqram izləyicilərinin sayı 15 milyona yüksəldi.