Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Möhrə
Möhrə (ev tipi) — Azərbaycanda tarixən təşəkkül tapmış ev formalarından biridir. Möhrə (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Zöhrə
Zöhrə— İranın Xuzistan ostanının Hindican şəhristanının Çəm Xələf İsa bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,282 nəfər və 267 ailədən ibarət idi.
Möhrə (Germi)
Möhrə (fars. مهره‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 323 nəfər yaşayır (66 ailə).
Zöhrə Abdullayeva
Zöhrə Abdulla qızı Abdullayeva (18 dekabr 1952, Şuşa, Dağlıq Qarabağ – 26 may 2021, Bakı) — Azərbaycanlı müğənni, Azərbaycan Respublikasının Əməkdar Artisti (2011). == Həyatı və fəaliyyəti == Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Azərbaycan Dövlət Texnologiya Universitetini bitirib. Sara Qədimova, Əbülfət Əliyev, Yavər Kələntərli kimi sənətkarlardan fərdi muğam dərsləri alıb. İlk müəllimi Rəhilə Həsənova olub. Peşəkar səhnəyə isə İslam Rzayev gətirib. Əvvəl "Lalə qızlar anasmblının", sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərmişdir. Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdır. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa etmişdir. Dünyanın otuz ölkəsində Azərbaycan musiqisini tərənnüm edib.
Zöhrə Ağamirova
Zöhrə Ağamirova (8 avqust 2001, Bakı) — Azərbaycanlı bədii gimnast. == Həyatı == Zöhrə Ağamirova 2001-ci il avqustun 8-də anadan olub. Atası Atil Ağamirov Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının prezidenti, anası Könül Ağamirova isə cərrahdır. Üç yaşında anası Zöhrəni ahrobatihaya gətirdi, amma Zöhrə dörd yaşında televiziyada gimnastların çıxışlarına baxdıqdan sonra bədii gimnast olmağı istədi. Zöhrə Ağamirova 2007-2018-ci illərdə Nizami rayonu 277 nömrəli tam orta məjtəbdə təhsil alıb. 2018-2022-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. Subaydır. == Karyerası == Zöhrə Ağamirova 2011-ci ilin mayında Portuqaliyada baş tutan beynəlxalq turnirin qalibi oldu. Həmin ilin noybarında isə Zöhrə Ağamirova 2001-ci il təvəllüdlü gimnastlar arasında Azərbaycan Çempionatının bürünc medalına sahib oldu. 2011-ci ilin son turnirində isə Zöhrə Ağamirova Polşada baş tutan beynəlxalq turnirin qalibi oldu.
Zöhrə Cuya
Zöhrə Cuya(fars. زهره جویا‎)—İran müğənnisi. == Həyatı == Zöhrə Cuya İranın Xorasan ostanının Məşhəd şəhərində anadan olub. Atası əslən Əfqanıstanın Herat şəhərindəndir. Anası isə İranlıdır. Ulu babaları Azərbaycan türklərindəndir. Azərbaycanca "Ay işığında", "Dağları duman alanda" mahnılarını oxuyur.
Zöhrə Rəhmətullina
Zöhrə Yıhanur qızı Rəhmətullina (doğ. 26 avqust 1961, BMSSR. Aşağı Lemez kəndi) — fəlsəfə elmləri doktoru, professor; Başqırdıstan Respublikası Təhsil Naziri (2004-2006); Rusiya Federasiyasının VI çağırış Dövlət Dumasının (2011-2016-cı illər); Rusiya Federasiyası VII çağırış Dövlət Dumasının deputatı (2016-cı ildən). == Bioqrafiyası == 1985—1986 illər. laborat, baş laborant, Başqırd Dövlət Universitetinin oktyabr inqilabınbın 40-cı ildönümü mühəndisi. 1986—1991 illər. Başqırd Dövlət Universitetinin Oktyabr inqilabının 40-cı ildönümü aspiranturasında təhsil almışdır. 1991—1996 illər. Başqırd Dövlət Universitetinin oktyabr inqilabınbın 40-cı ildönümü kafedrasının asistenti, baş müəllim, dosent. 1996—1999 illər. Başqırd Dövlət Universitetinin Oktyabr inqilabının 40-cı ildönümü doktoranturasında təhsil almışdır.
Zöhrə ulduzu
Venera, köhnəlmiş adı Zöhrə — Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur. Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə fırlanır. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir. Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və −4,6-ya çatan ulduz ölçüsü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə adi gözlə görülə bilər. Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47,8°-dır. Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir.
Zöhrə Əsgərova
Zöhrə Əsgərova (tam adı: Zöhrə Qulamhüseyn qızı Əsgərova; 2 aprel 1951, Bakı) — nasir, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980). == Həyat və fəaliyyəti == Zöhrə Əsgərova 1951-ci il aprelin 2-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə 199 saylı şəhər orta məktəbini bitirmişdir. Bədii yaradıcılığa erkən başlamışdır. M. Ə. Sabir kitabxanası nəzdində ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdur. İlk qələm təcrübələri – məqalə və mənsur şeirləri "Azərbaycan gəncləri" qəzetinin 1969-cu il tarixli sayında dərc edilmişdir. 1971-ci ildə Zaqafqaziya komsomol məktəbinin 6 aylıq kursunda siyasi təhsil almışdır. 1969–1973-cü illərdə M. A. Əliyev adına İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. 1973-cü ildə Azərdövsulayihə İnstitutunda klub müdiri, 1974–1978-ci illərdə R. Mustafayev adına İncəsənət muzeyinin əməkdaşı olmuşdur. Azərbaycan ədəbi-gənclər birliyi yığıncaqlarında fəal iştirak etmişdir.
Şöhrə Ağdaşlı
Şöhrə Ağdaşlı (ing. Shohreh Aghdashloo, fars. شهره آغداشلو‎, d. 11 may 1952) — İran-ABŞ aktrisası. Soyadını ilk yoldaşı olan Aydın Ağdaşlıdan götürmüşdür.
Möhrə (ev tipi)
Möhrə - Azərbaycanda tarixən təşəkkül tapmış ev formalarından biridir. == Haqqında == XIX-XX əsrin əvvəllərində Azərbaycanda geniş yayılmış yaşayış evlərinin bir qismini də möhrə tipli evlər təşkil edirdi. Belə evlərin hələ çox qədimdən mövcud olduğunu arxeoloji qazıntılar da təsdiq edir. Etnoqrafik materiallar isə göstərir ki, möhrə tipli yaşayış evləri bəzən 30-40 sm hündürlükdə çay daşından hörülmüş bünövrə üzərində, bəzən də bilavasitə torpaqdan başlayaraq tikilirdi. Möhrə divarların qoyulmasına xalq arasında “möhrə vurmaq” deyilirdi. Möhrə vurmaq üçün “möhrəkeş” adlanan üçbucaq formalı uzun saplı alətdən və şətədən istifadə olunurdu. Bu alətlərin köməyi ilə palçığı kəsib hamarlayır, onu divara vurur və divarı yonub düzəldirdilər. Möhrə divarların vurulması prosesi fasilələrlə davam etdirilirdi. Hər möhrə qatı “kürsü” adlanır, hər kürsünün üstünə isə seysmik məqsədlər üçün nəzərdə tutulan ağac qurşaq (qələmə) verilirdi. Bu qayda ilə möhrə divar 1,8-2,2 metrə qədər ucaldılırdı.
Zöhrə xanım Qovanlı-Qacar
Zəhra Xanım Tacəssəltənə (14 fevral 1883, Tehran – 25 yanvar 1936, Tehran) — İran şahzadəsi və Qacarlar sülaləsinin memuaristi. Nasirəddin şah Qacarın Turan Əssəltənədən olan qızı. == Həyatı == Zəhra Xanım Tacəssəltənə 1884-cü (bəzi mənbələrdə 1883) ildə Nəsrəddin şah Qacarla onun həm də əmisi qızı olan həyat yoldaşı Məryəm Turan əl-Səltənənin qızı olaraq dünyaya gəlmişdir. Uşaqlıq illərinin böyük bir hissəsi onun təlim tərbiyəsi ilə məşğul olan tərbiyəçi qadın və tibb bacısı ilə keçmişdir. Belə ki, o anasını gün ərzində yalnız iki dəfə görürdü. Hər dəfə şah Tehrana gələndə onu gündə 1 dəfə də atasının yanına aparırdılar. Tacəssəltənə sonralar öz xatirələrində uşaqlıq illərini acı və tənqidi xatırlayır. Tacəssəltənə ibtidai təhsilinə 7 yaşında kral məktəbində başlasa da, 1893-cü ildə nişanlanması onun təhsilini yarımçıq qoymuşdur. Sonrakı illərdə onun bir neçə şəxsi tərbiyəçisi var idi. Onların bəziləri haqqında xatirələrində ətraflı məlumatlar vermişdir.
Ohre çayı
Ohre çayı — 316 km uzunluğunda Elba çayının sol qolu. Çayın uzunluğu Almaniyada 65 km, Çexiyada 251 km-dir. Çayın sutoplayıcı sahəsi Almaniyada 6,255 km2-dir ki, onun da 5,614 km2-i Çexiyada, 641 km2-i isə Almaniyada yerləşir. Ohre çayı Çexiyanın üçüncü böyük çaydır. Almaniya və Çexiya bir neçə rayonu Eger/Ohre/Cheb bölgəsində əməkdaşlığı inkişaf etdirmək üçün Euregio Egrensis adlı Euroregion təşəbbüsünü təşkil etmişdir. == Həmçinin bax == Elba çayı Vltava çayı Mulde çayı == Mənbə == Friedrich Umlauft: Geographisches Namenbuch von Österreich-ungarn: Eine Erklärung von Länder-, Völker, Gau-, Fluss und Ortsnamen, A. Hölder, 1886.
Cəhrə
Cəhrə — yun, pambıq və ipək liflərdən ip əyirmək üçün alətdir. Güman edilir ki, fars dilindən alınma sözdür və mənşəyi cəhrənin çıxartdığı cırıltı səsi ilə bağlıdır. Azərbaycan xalçaçılığında bu alət əvəzedilməzdir. Yun, pambıq və ipək liflərdən eşilməklə (burulmaqla) ip əyrilir. Cəhrə bir neçə hissədən ibarətdir. Top (pərli və ya bütöv ola bilər), ön və arxa qollar, iy, döşək (ön, alt və arxa döşəklər), tağalaq və kiriş (top və iyi birləşdirən ip). Kiriş əsasən qoyun dərisindən hazırlanır.
Döhnə
Döhnə (fars. دهنه‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 92 nəfər yaşayır (31 ailə).
Nehrə
Nehrə — qatıqdan çalxalamaq yolu ilə yağ (çıxarmaq) hasil etmək üçün işlədilən qab. Nehrənin Dəri, ağac və gil növləri olmuşdur. Ağac nehrələr, əsasən, Gəncə–Qazax zonasında, gil nehrələr isə subtropik zonada yayılmışdır. Qazax şəhəri yaxınlığında (Babadərviş), Naxçıvanda (Kültəpə) və b. yerlərdə tapılmış gil nehrələr e.ə. 4–3-cü minilliklərə aid edilir. Azərbaycan məişətində XX əsrin ortalarına qədər çox geniş istifadə olunan nehrəni iki üsulla hazırlayırlar. Taxtadan hazırlamaq üçün palıd ağacından 1,5 və ya 2 metr uzunluğunda tir kəsir. Tirin içərisini nehrəgir vasitəsi ilə oymaqla düzəldirlər. Digər üsul Aran rayonlarında, əsasən meşə zəif olan yerlərdə gildən küpəyə oxşar şəkildə hazırlayırlar.
Pəhlə
Pəhlə (fars. پهله‎) — İranın İlam ostanının Dehluran şəhristanının Zərrinabad bəxşində şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4 341 nəfər və 840 ailədən ibarət idi.
3 nömrə, 4 nömrə, 5 nömrə...
3 nömrə, 4 nömrə, 5 nömrə... — 1920-ci illərin ikinci yarısında Bakıda meydana çıxan rəqs melodiyalarıdır. Bu rəqslər, xüsusilə "5 nömrə" və "6 nömrə" indi də məşhurdur. "3 nömrə" və "5 nömrə" kimi aram templi, həzin rəqsləri yalnız qadınlar oynayırlar.
"Şöhrət" ordeni
"Şöhrət" ordeni (Azərbaycan) — Azərbaycanın dövlət təltifi
Nəhre Poştə
Nəhre Poştə (fars. نهرپشته‎; azərb. Neyra Poşta‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 67 ailədə 142 nəfəri kişilər və 153 nəfəri qadınlar olmaqla cəmi 295 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Möhr
Möhr- İranın Fars ostanının şəhərlərindən və Möhr şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,188 nəfər və 1,316 ailədən ibarət idi.
Döhnə (Çəvərzəq)
Döhnə (az-əbcəd. دؤهنه‎, fars. دهنه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 761 nəfər yaşayır (228 ailə).
Dövrə şəhristanı
Dövrə şəhristanı— İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sarab Dövrə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 44,146 nəfər və 9,722 ailədən ibarət idi.
Göhər Məmmədova
Göhər Nağı qızı Məmmədova (5 mart 1947, Bakı – 18 aprel 2019, Bakı) — tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı. == Həyatı == Göhər Məmmədova 1947-ci il martın 5-də anadan olub. 1965-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsində təhsil alıb. 1969-2019-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda çalışıb və 1983-2016-cı illərdə isə institutun elmi katibi olub. 1980-ci ildə “Rus konsulları Azərbaycan haqqında (XVIII əsrin 20-60-cı illəri)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Göhər Məmmədovanın əsas tədqiqat obyekti XVIII-XIX əsrin əvvəllərində Rusiyanın Qafqaz siyasəti və Azərbaycan problemi idi. Bu istiqamətdə onun 30-a yaxın elmi əsəri, o cümlədən iki monoqrafiyası çapdan çıxıb. O, Rusiya Federasiyası Dövlət arxivlərində saxlanılan çoxsaylı sənədlər əsasında tədqiqat apararaq, Azərbaycan tarix elminə yeniliklər gətirib. G.Məmmədovanın kadr hazırlığında da əməyi olub – 2 nəfər tarix üzrə fəlsəfə doktoru yetişdirib. O, Tallinn, Daşkənd, Kəraçi, Bakı və s.
Köhnə univermaq
Tağıyev pasajı — Bakıda XIX əsrin sonlarında və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş ticarət mərkəzi. == Tarix == Tağıyev pasajının binası 1896-cı ildə Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə tikilmişdi. Bina arxitektor Kazimir Skureviçin proyekti əsasında klassik üslubda inşa edilmişdir. Tağıyev pasajının yerləşdiyi küçə Olqinskaya adlanırdı. Küçə Qafqaz çanişini (6.12.1862-27.07.1881) Mixail Nikolayeviç Romanovun xanımı knyaqinya Olqa Fyodorovnanın şərəfinə adlandırılmışdı. "Tağıyev pasajında (Köhnə univermaq) Dorojnov hər növ hazır paltar satırdı; kişi, arvad, uşaq libasları, yun, ipək, kətan paltarlar..." Tağıyev pasajı Sovet İttifaqı zamanında “Köhnə univermaq” və ya Bakı Universal Mağazası (BUM) adlanırdı. Hal-hazırda həmin binada bir neçə brendə aid geyim dükanları yerləşir. Tağıyev pasajının yerləşdiyi Olqinskaya küçəsi Sovet İttifaqı zamanında Caparidze küçəsi adlanırdı. İndi isə həmin küçə Məmməd Əmin Rəsulzadənin adını daşıyır.
Köhnə Çorman
Köhnə Çorman — Azərbaycan Respublikasının Laçın rayonunun Piçənis kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi yaxınlığındakı Çorman kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 210 nəfər olmuşdur. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Köhnə Çəçqab
Eski Çäçqab — Tatarıstan Respublikası Kaybiç rayonunda kənd. Əhalisi 463 nəfərdir (2010), tatarlar. Kazandan 100 km cənub-qərbdə yerləşir.
Köhnə Ürgənc
Köhnə Ürgənc (Türkməncə: Köneürgenç) — Türkmənistanın şimal-şərqində Ceyhunnun cənub sahilində Taşoğuz rayonunda yerləşən ortaçağ xarabalarının adıdır. == Tarixi == Gürgənc şəhəri Əhəmənilər İmperiyasına bağlı Xarəzm bölgəsinin mərkəzi idi. Daha sonra Xarəzmşahlar dövlətinin paytaxtı olmuşdur. Ancaq Böyük Monqol imperiyası tərəfindən dağıdılmış və təkrar inşa edilmişdir. Ürgənc şəhəri müsəlman Şərqində ən böyük mədəni mərkəzlərdən biri hesab edilirdi. 1646-cı ildə şəhərin insanları yeni şehre (Taze Ürgenç’e) taşınınca, önceki şehir "Köhne Ürgenç" (Eski Ürgenç) olaraq anılmağa başladı. Bu şəhərdə XI əsrda ve XVI əsrdə qalma bir sıra qalıntı var. Qaltıntıların ən önəmlileri, bir məscid, bir karvansara qapısı, qalalar, türbəler və bir minarədir. Qalıntılar, memari və sənət aləmində təsiri İran, Əfqanıstan və daha sonra XVI əsrdəki Hindistanındaki Böyük Moğol imperiyasına qədər uzanan başarıların bir bəlgesidir. Köhnə Ürgəncdə, Kübraviyyə və Zəhəbiyyə təriqətlarının qurucusu Nəcməddin Kübranın türbesi, Türkmənlər'in dört büyük velisinin (Priyar Veli, Danıyar Veli, Şıhatar Veli ve Döven Veli) mezarları, Xarəzmşah İl Aslan'ın ve Sultan Təkişin türbesi (Gökgömmez - Mavi Kubbe olarak bilinir) ilə məscidi, Xarəzmşahlar sülaləsi hökmdarlarının sarayı olaraq işlənilən Türebeg xanım türbəsi yer alır.
Poker
Poker — Şans, bacarıq, risk və taktikaya söykənən bir kart oyunudur. Pokerin bir çox növü vardır: 3 card poker, omaha və s. Bunlardan ən çox bilinəni isə Texas Hold'em Pokerdir. Pokerdə ümumi olaraq hər bir oyununda ən yaxşı beşliyi sıralamaq əsasdır. Yəni hər bir oyunçu üçün oyunun əsas məqsədi paylanılan 2 kartla yerdəki kartları tamamlayıb ən yaxşı 5-li yığıb rəqib və ya rəqiblərin çiplərini (oyun pulu) toplamaqdır. Poker, ən az 2, ən çox isə 10 nəfərlə və 1 ədəd 52-lik dəstəylə oynanır. Oyunun masadakı istiqaməti saat istiqamətindədir. ↻ {\displaystyle \circlearrowright } Masada kafi iştirak sayı olduğu müddətcə davam edən oyunda kart sıralaması isə belədir: A, K, Q, J, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2 == Pokerin qaydaları == Bütün rənglərin dəyəri bərabərdir. Ancaq 5 fərqli və ya bərabər əllər gəldiyində "Ürək, Qara Ürək (Pik də deyilir), Kərpic, Xaç (Gəşniş də deyilir)" sıralaması tətbiq olunur. Oyunun başlanğıcında maksimum məbləğ müəyyən edilir.
Polye
Porşe
Porsche AG — "Porsche" markası altında avtomobil istehsal edən Alman maşın istehsalat şirkəti. İstehsalat yeri və baş ofisi Almaniyanın Ştutqart şəhərində yerləşir. Şirkət 1947-ci ildə Ferdinand Porşenin oğlu Ferri Porşe tərəfindən qurulmuşdur. Qurulduğu ildən nəqliyyat vasitələri istehsalı ilə məşğuldur. Şirkət idman və yarış avtomobilləri da istehsal edir. Hazırda Boxster, Cayman, Cayenne 911, Panamera modellerini istehsal edir.
Poştə
Poştə (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Nəhre Poştə — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd.
Pоreç
Pоreç (xorv. Poreč) — Xorvatiyanın İstriyskaya vilayətində yerləşən bir şəhərdir. Şəhərin əhalisi 2011-ci ildə 16,696 nəfərdir. Şəhərin əsas əlamətdar yeri 1997-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş 6-cı əsr Euphrasian Bazilikasıdır.
Amanda Poppe