Zöhrə Ağamirova

Zöhrə Ağamirova (d. 8 avqust 2001; Bakı, Azərbaycan) — Azərbaycanlı bədii gimnast. Zöhrə Ağamirova IV İslam Həmrəyliyi Oyunlarının çempionudur.

Zöhrə Ağamirova
Zöhrə Ağamirova 2021-ci ildə
Zöhrə Ağamirova 2021-ci ildə
Şəxsi məlumatlar
Tam adı Zöhrə Atiq qızı Ağamirova
Vətəndaşlığı
Doğum tarixi 8 avqust 2001(2001-08-08) (22 yaş)
Doğum yeri
İdman növü Bədii gimnastika
Karyera illəri 2011—
Məşqçisi Mariana Vasileva
Yevgeniya Vilyayeva
Boyu 150 sm.
İdman dərəcəsi İdman ustası
Komandası Ocaq İdman Klubu

Həyatı[redaktə | mənbəni redaktə et]

Zöhrə Ağamirova 2001-ci il avqustun 8-də anadan olub. 2007-2018-ci illərdə Nizami rayonu 277 nömrəli tam orta məjtəbdə təhsil alıb. 2018-2022-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb.

Subaydır.

Karyerası[redaktə | mənbəni redaktə et]

Zöhrə Ağamirova 2011-ci ilin mayında Portuqaliyada baş tutan beynəlxalq turnirin qalibi oldu.[1] Həmin ilin noybarında isə Zöhrə Ağamirova 2001-ci il təvəllüdlü gimnastlar arasında Azərbaycan Çempionatının bürünc medalına sahib oldu.[2] 2011-ci ilin son turnirində isə Zöhrə Ağamirova Polşada baş tutan beynəlxalq turnirin qalibi oldu.[3]

2012-ci ilin fevralında Zöhrə Ağamirova 2001-ci il təvəllüdlü gimnastlar arasında şəhər çempionatını gümüş medalla başa vurdu.[4] Daha sonra mayda Kiyev şəhərində beynəlxalq turnirdə mübarizə aparan Zöhrə Ağamirova ümumi turnirdə gümüş, topla turnirdə isə bürünc medala sahib oldu.[5] Zöhrə Ağamirova növbəti uğuruna iyulda Turin şəhərində (İtaliya) beynəlxalq turnirdə gümüş medala sahib olmaqla imza atdı.[6]

2015-ci ilin əvvəlində şəhər çempionatının qalibi olan Zöhrə Ağamirova daha sonra Plovdiv şəhərində (Bolqarıstan) beynəlxalq turniri halqa və iplə turnirlərdə gümüş medallarla başa vurdu.[7]

2016-cı il[redaktə | mənbəni redaktə et]

Zöhrə Ağamirovanın birinci nüfuzlu turnriri 2016-cı ilin 11-14 fevralında Estoniyanın Tartu şəhərində baş tutan gənclər arasında Miss Valentine beynəlxalq turniri oldu. Ümumi turnirdə bürünc medala sahib olan Zöhrə Ağamirova gürzlərlə turnirdə gümüş, topla və iplə turnirdə isə bürünc medallara sahib oldu.[8]

Daha sonra Zöhrə Ağamirovanın 1-4 apreldə İtaliyanın Pezaro şəhərində baş tutan gənclər arasında FIG World Cup beynəlxalq turniri oldu.[9] Zöhrə Ağamirova təsnifat mərhələsini topla proqramda 12.650 balla 56-cı pillədə, gürzlərlə proqramda isə 15.450 balla 7-ci pillədə başa vurdu. Komanda turnirində İlahə Məmmədova, Vera Qudis və Zöhrə Ağamirova 90.384 balla turniri doqquzuncu pillədə başa vurdu. Zöhrə Ağamirovanın gürzlərlə turnirin final mərhələsində çıxışı 15.750 balla qiymətləndirildi və nəticədə dördüncü pillənin sahibi oldu.[10]

Zöhrə Ağamirova mayda gənclər arasında Açıq Azərbaycan Çempionatının qalibi oldu.[11] Halqa və iplə turnirdə qızıl, topla turnirdə gümüş, gürzlərlə turnirdə isə bürünc medallara sahib olaraq çempionatı üç qızıl, bir gümüş və bir bürünc medalla başa vuran Zöhrə Ağamirova gənclərdən ibarət Azərbaycan yığmasının heyətinə cəlb edildi.[12]

Zöhrə Ağamirova iyunda İspaniyanın Qvadalaxara şəhərində baş tutan FIG World Cup beynəlxalq turnirində çıxış eləsə də, turniri medalsız başa vurdu.[13]

2017-ci il:[redaktə | mənbəni redaktə et]

Zöhrə Ağamirovanın 2017-ci ildə birinci turniri 28-30 apreldə Azərbaycanda baş tutan FIG World Cup beynəlxalq turniri oldu. Təsnifat mərhələsində Ağamirova əvvəl halqa ilə turnirdə 16.150 balla 10-cu[14], topla turnirdə isə 13.850 balla 28-ci pillədə qərarlaşdı.[15][16] Daha sonra Ağamirova gürzlərlə proqramda 15.750 balla 10-cu[17], lentlə proqramda isə 14.450 balla 16-cı pillələrin sahibi oldu.[18] Ümumi nəticədə isə Zöhrə Ağamirova turniri 60.200 balla 35 gimnast sırasında 14-cü pillədə başa vurdu.[19][20]

Daha sonra Zöhrə Ağamirova 12-22 mayda Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı.[21] Bu turnirdə Azərbaycanı həmçinin Marina DurundaJalə Piriyeva təmsil elədi.[22] Komanda hesabında Azərbaycan gimnastları 128.200 balla IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.[23][24] Bu turnirdən sonra bədii gimnastlardan ibarət Azərbaycan yığmasının lideri Marina Durunda, həmçinin Jalə Piriyeva idmanla vidalaşdı. Komandanın yeni lideri isə 15 yaşlı Zöhrə Ağamirova oldu.

Zöhrə Ağamirovanın növbəti turniri 6-10 iyunda Almaniyanın Berlin şəhərində baş tutan FIG Challenge Cup beynəlxalq turniri oldu. Turnirin birinci günündə Ağamirova halqa ilə turniri 15.700 balla 11-ci[25], topla turniri isə 14.150 balla 16-cı pillədə başa vurdu.[26][27] Turnirin növbəti günündə isə Ağamirova gürzlərlə proqramı 14.650 balla 16-cı[28], lentlə proqramı isə 14.400 balla 12-ci pillələrdə başa vurdu.[29] Bu nəticələrə əsasən Zöhrə Ağamirova ümumi nəticədə 58.900 balla turniri 14-cü pillədə başa vurdu.[30][31]

[32]

[33]

[34]

[35]

[36]

[37]

[38]

Nəticələri[redaktə | mənbəni redaktə et]

  • Q — Final mərhələsinə adladı
  • F — Final mərhələsi
  • T — Təsnifat mərhələsi
S/S
Yarış
Ev sahibi
Mər.
[a]
Ümumi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
1
FIG World Cup Azərbaycan Azərbaycan T
16.150
10
13.850
28
15.750
10
14.450
16
N/A
F
N/A
N/A
N/A
N/A
60.200
14
1
İslam Həmrəyliyi Oyunları Azərbaycan Azərbaycan T
N/A
F
N/A
N/A
N/A
N/A
N/A
1
FIG Challenge Cup Almaniya Almaniya T
15.700
11
14.150
16
14.650
16
14.400
12
N/A
F
N/A
N/A
N/A
N/A
58.900
14

Dövlət təltifləri[redaktə | mənbəni redaktə et]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Proqramlar 2016-cı ilin fevralından iplə icra olundu

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azerbaijan Gymnastics Federation (AGF). "ОДНО «ЗОЛОТО» И ТРИ «БРОНЗЫ» С КУБКА МИРА И МЕЖДУНАРОДНОГО ТУРНИРА". www.agf.az (rus.)). 20.09.2022. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
  2. Azerbaijan Gymnastics Federation (AGF). "ГДЕ ВОЗДУХ ХАЗАРСКОГО ШАГАНА И МОРЯ КАСПИЙСКОГО ХАЗРИ!." www.agf.az (rus.)). 20.09.2022. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
  3. Azerbaijan Gymnastics Federation (AGF). "10 ЗОЛОТЫХ, 5 СЕРЕБРЯНЫХ И 7 БРОНЗОВЫХ МЕДАЛЕЙ С ТУРНИРОВ ИЗ ГРЕЦИИ, БЕЛЬГИИ И ПОЛЬШИ". www.agf.az (rus.)). 20.09.2022. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
  4. Azerbaijan Gymnastics Federation (AGF). "НИ СНЕЖНЫЙ ВИХРЬ, НИ ПУРГА БАКИНСКОМУ ТУРНИРУ НЕ БЕДА!." www.agf.az (rus.)). 20.09.2022. 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
  5. Azerbaijan Gymnastics Federation (AGF). "7 МЕДАЛЕЙ ИЗ КИЕВА И 1 ФИНАЛ В СОФИИ". www.agf.az (rus.)). 20.09.2022. İstifadə tarixi: 20.09.2022.
  6. Azerbaijan Gymnastics Federation (AGF). "МЕДАЛЬНАЯ ГЕОГРАФИЯ". www.agf.az (rus.)). 20.09.2022. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
  7. Azerbaijan Gymnastics Federation (AGF). "ОСЕННИЙ МЕДАЛЬНЫЙ ДОЖДИК ЮНЫХ ГИМНАСТОК "ОДЖАГ"". www.agf.az (rus.)). 20.09.2022. 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
  8. Azerbaijan Gymnastics Federation (AGF). "3 "СЕРЕБРА" И 3 "БРОНЗЫ" ЮНЫХ АЗЕРБАЙДЖАСНКИХ "ХУДОЖНИЦ"". www.agf.az (rus.)). 20.09.2022. 2021-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
  9. Azerbaijan Gymnastics Federation (AGF). "КУБОК МИРА И МЕЖДУНАРОДНЫЙ ТУРНИР ПО ХУДОЖЕСТВЕННОЙ ГИМНАСТИКЕ В ПЕЗАРО". www.agf.az (rus.)). 20.09.2022. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
  10. Всероссийская федерация художественной гимнастики. "Документы 2016 FIG WORLD CUP PESARO (ITALY)". www.vfrg.ru (rus.)). 20.09.2022. 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
  11. Azerbaijan Gymnastics Federation (AGF). "Жаля Пириева стала чемпионкой Азербайджана опередив Марину Дурунду". www.agf.az (rus.)). 20.09.2022. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
  12. Azerbaijan Gymnastics Federation (AGF). "ЗАВЕРШИЛИСЬ ОБЪЕДИНЕННЫЕ СОРЕВНОВАНИЯ "ХУДОЖНИЦ" И БАТУТИСТОВ". www.agf.az (rus.)). 20.09.2022. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
  13. Azerbaijan Gymnastics Federation (AGF). "КУБОК МИРА И МЕЖДУНАРОДНЫЙ ТУРНИР В ИСПАНИИ". www.agf.az (rus.)). 20.09.2022. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
  14. Fédération Internationale de Gymnastique (FIG). "Results for FIG World Cup 2017, BAKU 2017 (AZE) // Hoop". www.database.fig-gymnastics.com (ing.)). 22.08.2022. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  15. Fédération Internationale de Gymnastique (FIG). "Results for FIG World Cup 2017, BAKU 2017 (AZE) // Ball". www.database.fig-gymnastics.com (ing.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
  16. Azerisport.com idman portalı. "Команда Азербайджана по групповым упражнениям вышла в финал Кубка мира". www.azerisport.com (rus.)). 22.08.2022. 2023-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  17. Fédération Internationale de Gymnastique (FIG). "Results for FIG World Cup 2017, BAKU 2017 (AZE) // Clubs". www.database.fig-gymnastics.com (ing.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
  18. Fédération Internationale de Gymnastique (FIG). "Results for FIG World Cup 2017, BAKU 2017 (AZE) // Ribbon". www.database.fig-gymnastics.com (ing.)). 22.08.2022. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  19. Fédération Internationale de Gymnastique (FIG). "Results for FIG World Cup 2017, BAKU 2017 (AZE) // All-Around". www.database.fig-gymnastics.com (ing.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
  20. Azerisport.com idman portalı. "Команда Азербайджана по групповым упражнениям пробилась в финал Кубка мира". www.azerisport.com (rus.)). 22.08.2022. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  21. Azerisport.com idman portalı. "Исламиада: Азербайджан назвал состав на гимнастику". www.azerisport.com (rus.)). 22.08.2022. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  22. Azerisport.com idman portalı. "190 спортсменов Азербайджана, которые примут участие в Исламиаде". www.azerisport.com (rus.)). 22.08.2022. 2017-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  23. Azerisport.com idman portalı. "Гимнастки Азербайджана заняли первое место". www.azerisport.com (rus.)). 22.08.2022. 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  24. Azerisport.com idman portalı. "Исламиада: Все 162 медали Азербайджана". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  25. Fédération Internationale de Gymnastique (FIG). "Results for FIG Berlin Masters World Challenge Cup 2017, BERLIN 2017 (GER) // Hoop". www.database.fig-gymnastics.com (ing.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
  26. Fédération Internationale de Gymnastique (FIG). "Results for FIG Berlin Masters World Challenge Cup 2017, BERLIN 2017 (GER) // Ball". www.database.fig-gymnastics.com (ing.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
  27. Azerisport.com idman portalı. "Групповая команда Азербайджана вышла в финал Кубка мира". www.azerisport.com (rus.)). 22.08.2022. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  28. Fédération Internationale de Gymnastique (FIG). "Results for FIG Berlin Masters World Challenge Cup 2017, BERLIN 2017 (GER) // Clubs". www.database.fig-gymnastics.com (ing.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
  29. Fédération Internationale de Gymnastique (FIG). "Results for FIG Berlin Masters World Challenge Cup 2017, BERLIN 2017 (GER) // Ribbon". www.database.fig-gymnastics.com (ing.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
  30. Fédération Internationale de Gymnastique (FIG). "Results for FIG Berlin Masters World Challenge Cup 2017, BERLIN 2017 (GER) // All-Around". www.database.fig-gymnastics.com (ing.)). 22.08.2022. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  31. Azerisport.com idman portalı. "Групповая команда Азербайджана стала четвертой в многоборье Кубка мира". www.azerisport.com (rus.)). 22.08.2022. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  32. Azerisport.com idman portalı. [URL "TITLE"] (#bad_url). www.azerisport.com (rus.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
  33. Azerisport.com idman portalı. [URL "TITLE"] (#bad_url). www.azerisport.com (rus.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
  34. Azerisport.com idman portalı. [URL "TITLE"] (#bad_url). www.azerisport.com (rus.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
  35. Azerisport.com idman portalı. [URL "TITLE"] (#bad_url). www.azerisport.com (rus.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
  36. Azerisport.com idman portalı. [URL "TITLE"] (#bad_url). www.azerisport.com (rus.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
  37. Azerisport.com idman portalı. [URL "TITLE"] (#bad_url). www.azerisport.com (rus.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
  38. Azerisport.com idman portalı. [URL "TITLE"] (#bad_url). www.azerisport.com (rus.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
  39. Azerbaijan Gymnastics Federation (AGF). "Наши гимнастки награждены юбилейной медалью Азербайджанской Республики, посвещенной "15-летию Министерству оборонной промышленности (2005-2020)"". www.agf.az (rus.)). 20.09.2022. 2023-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.