Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Palçıqlı
Palçıqlı (Marağa)
Palçıqlı (Marağa)
Palçıqlı (fars. پالچقلو‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 664 nəfər yaşayır (121 ailə).
Palçıqlı (Çaroymaq)
Palçıqlı (fars. پالچقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 77 nəfər yaşayır (16 ailə).
Vulkan palçığı axını
Vulkan palçığı axını (rus. вулканический грязевой поток, ing. volcanic mud stream) — kraterində buzlaq və ya göl olan vulk. püskürməsi nəticəsində su ilə doymuş yumşaq vulk. materiallarından təşkil olunmuş kütlənin yamac boyu axması. Güclü Vulkan palçıq axını Kamçatkada krateri buzla örtülmüş vulkanlarda tez –tez baş verir (Avaçi və Klyuçevsk sopkaları).
Pambıqçı
Pambıq kolu (lat. Gossypium) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Pambıq çoxillik bitkidir. Bu sahədə tanınmış alim F. M. Mauyerin təsnifatına görə pambığın Asiya, Amerika, Afrika və Avstraliyanın tropik və subtropik rayonlarında bitən 35 növü var. Pambıq Azərbaycanda "ağ qızıl" adlanır. Pambıq isti və işıq sevən bitkidir. Vegetasiya müddətində (110–145 gündür) pambığın yetişməsi üçün orta faydalı temperaturun cəmi 2500–3000 selsidən az olmamalıdır. Becərilən pambıq əsas texniki bitkidir. Dünya toxuculuq sənayəsi üçün lazım olan lifin təxminən 50%-i pambıqdan alınır. 100 kq xam pambıqdan orta hesabla 30–35% lif alınır.
Balıqçı
Balıqçı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda qəsəbə. Balıqçı (Nəqədə) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd.
Pambıqçı (dəqiqləşdirmə)
Pambıqçı Bərdə — Bərdənin futbol klubu
Pambıqçı FK
Pambıqçı FK — Neftçala şəhərini təmsil etmiş futbol klubu. Pambıqçı FK — Bərdə şəhərini təmsil etmiş futbol klubu.
Balıqçı (Hacıqabul)
Balıqçı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Balıqçı Hacıqabul rayonunda qəsəbə. Hacıqabul golunun sahilində, Şirvan düzündədir. Oykonim sakinlərin əsas məşğuliyyətini özündə əks etdirir. Xakas vilayətində Balıksa, özbəkistanda Balıqçı, Qazaxıstanda BalıkŞi qəsəbələri qeydə alınmışdır. 2014-cü il məlumatına görə bu qəsəbədə heç kim yaşamır.
Balıqçı (Nəqədə)
Balıqçı (fars. باليقچي‎) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 758 nəfər. yaşayır (166 ailə).
Balıqçı üzüyü
Balıqçı üzüyü (lat. anulus piscatoris; həmçinin, papa üzüyü və Müqəddəs Pyotrun üzüyü) — tiara ilə yanaşı Roma papalarının geyiminə daxil olan atribut. Papa üzüyü Roma Papasının balıqçılıqla məşğul olan Müqəddəs Pyotrun vəliəhdi olduğunu xatırlatmaq üçün taxılır. Üzüyün üzərində qayıqda əyləşən apostol Pyotrun balıqçı torunu suya atması təsvir olunmuşdur. Bu simvolikanın İsa Məsihin söylədiyi kimi, onun şagirdlərinin insan ruhunun ovçusu olacağına işarə etdiyi iddia edilir. Üzük haqda ilk məlumatlara papa IV Klimentin məktubunda rast gəlinir (1265). Orta əsrlər dövründən bəri papanın yanına gələn hər kəs öz dodaqlarını bu üzüyə toxundururdu. Bu, həmin şəxsin papaya tabe olmasına işarə idi. 1842-ci ilə qədər bu üzükdən papanın şəxsi məktublarının təsdiqi üçün möhür kimi də istifadə olunurdu. Yeni seçilən papa üçün yeni bir üzük hazırlanır və ora onun adı həkk edilir.
Palçıq qrifonu
Palçıq qrifonu (rus. грязевой грифон, ing. mud grifon) — palçıq vulkanları üzərində qaz, su və palçıq xaric edən kiçik çıxışlar, hündürlükləri 10-la sm-ə çatır.
Palçıq sopkası
Palçıq sopkası (rus. сопка грязевая, ing. mud bald mountain) — kiçik ölçülü palçıq vulkanı. Palşıq sopkası forması püskürülən palçığın qatılığından asılı olur. Sopka palçığının duru olduğu hallarda konus əmələ gəlməyə də bilər.
Palçıq vulkanı
Palçıq vulkanları – vulkan palçığı materiallarından təşkil olunmuş, zirvəsində krateri olan yastı konus formalı təpə (hündürlüyü 400m-dək).Fasiləsiz və ya vaxtaşırı vulkan palçığı, qaz, suxur qırıntıları, su (bəzən neftli) püskürür. == Haqqında == Azərbaycanın neft-qaz rayonlarında 300-dən çox palçıq vulkanı və palçıq vulkanı təzahürü yerləşmişdir. Onların əksəriyyəti intensiv qrifon-salza fəaliyyəti ilə səciyyələnir və yer səthinə KH qazları, minerallaşmış sular, neft emulsiyalı lilli palçıq çıxarır. Adətən palçıq vulkanının püskürməsi güclü yeraltı uğultu və partlayışla başlanr. Yerin dərin qatlarından yer səthinə çıxan qazlar alışır. Bəzən vulkan üzərində alovun hündürlüyü 1000 metrə (Qarasu a.vulkanı) çatır.Palçıq vulkanının qazları əsasən, metandan,qismən ağır karbohidrogenlər və təsirsiz qazlardan ibarət olur. Palçıq vulkanının suyu yod, brom, bor və s-li hidrokarbonatlı-natriumlu olur, palçığının tərkibində çoxlu mikroelement (bor, civə, manqan, mis, barium, stroisium, litium və s.) olur. Hər il Azərbaycanda 2-dən 5-dək, bəzən daha çox püskürmə paroksizmi baş verir. Keçən əsrin müxtəlif illərində palçıq vulkanı fəaliyyətində aktivləşmə qeydə alınmışdır və püskürmələrin sayı həmişəkindən çox olmuşdur. Azərbaycan Respublikasında palçıq vulkanları geniş yayılmışdır.
Mineral palçıq
Mineral palçıq – bataqlıqların, dəniz, liman və laqunların, göllərin üzvi və mineral çöküntüləri. Tərkibində olan maddələr hesabına palçıqların fiziki-kimyəvi və biokimyəvi dəyişilmələrə məruz qalır. Mənşəyinə görə onları 3 qrupa ayırırlar. 1-ci qrupda liman və laqun palçıqları (S, K, Na), 2-ci qrupda göl və bataqlıq palçıqları (Na, S, B) və 3-cü qrupda palçıq vulkanları məhsulları (2-ci qrupdan əlavə olaraq Li, Se, F, Br, J və s.) iştirak edir. == Haqqında == Palçıq tullantılarının tərkibində karbon, yod, bioloji aktiv maddələr, ion şəklində elementlər və insan orqanizmi üçün əhəmiyyətli olan yüzlərlə mineral var. Xüsusən sümük, oynaq sistemlərinin, sinir xəstəliklərinin müalicəsində çox gözəl təsirləri mövcuddur. Azərbaycanın vulkan palçığının üzvü komponentlərində bioloji aktiv maddələr aşkar edilib. Onlarda müalicə üçün faydalı inqridiyentlər: yod, bor, brom, maqnium, litium, vanadium, mis, dəmir və s. müəyyən olunub. Üzvi maddələrdən - naften, humin və fulvo turşuları və başqa bir sıra fermentlər qeydə alınıb.
Məmməd Məmmədov (pambıqçı)
Məmməd Rza oğlu Məmmədov (05.01.1916, indiki Ağdam rayonunun Mahrızlı kəndi) — Sosialist Əməyi Qəhrəmanı (1951). == Həyatı == Məmməd Rza oğlu Məmmədov 5 yanvar 1916-cı ildə indiki Ağdam rayonunun Mahrızlı kəndiində anadan olmuşdur. 1931–1971-ci illərdə Ağdam MTS-ində, Telman, Nizami və Orconikidze ad. kolxozlarda aqronom və sədr işləmiş, 1971-ci ildən Orconikidze adına kolxozun aqronomu olmuşdur. Azərbaycan Kommunist Partiyasının 28-ci qurultayının nümayandəsi olmuşdur. 1950 ildən pambıqçılıq sahəsində yüksək əmək göstəriciləri əldə etmişdir. Sosialist Əməyi Qəhrəmanı (1951) adına layiq görülmüşdür. Oktyabr inqilabı və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmişdir.
Pambıqçı Bərdə FK
Pambıqçı FK — və ya rəsmi adı ilə Pambıqçı Futbol Klubu. Azərbaycanın Bərdə şəhərini təmsil etmiş futbol klubudur. 1981-ci ildə Rüstəm Səfərəliyevin təşəbbüsü ilə yaradılmış, 1997-ci ildə isə büdcənin zəifləməsi səbəbi ilə fəaliyyətini dayandırmışdır. == Tarixi == 1978-ci ildə stadionun bünövrəsi qoyulmuşdur. Hansı ki, Azərbaycanın gələckdə var olacaq güclü klubların birinin başlanğıcı idi bu stadion. 1980-ci ildə isə artıq "Pambıqçı" klubu yarışlarda iştirak etməyə başladı. 1992-ci ildən isə Azərbaycan çempionatlarında iştirak etməyə başlayan klub, rəqbləri qarşısında əzmkar qələbələrlə ön plana çıxdı. Müxtəlif zamanlarda həmçinin "Qarabağ Bərdə FK" adı altında da fəaliyyət göstərmişdir. Lakin 1997-ci ildə klubda maliyyə problemləri özünü bruzə verməyə başladı. Beləcə klub Azərbaycanın fəaliyyətini dayandırmş futbol klubları siyahısına daxil oldu.
Pambıqçı FK (Bərdə)
Pambıqçı FK — və ya rəsmi adı ilə Pambıqçı Futbol Klubu. Azərbaycanın Bərdə şəhərini təmsil etmiş futbol klubudur. 1981-ci ildə Rüstəm Səfərəliyevin təşəbbüsü ilə yaradılmış, 1997-ci ildə isə büdcənin zəifləməsi səbəbi ilə fəaliyyətini dayandırmışdır. == Tarixi == 1978-ci ildə stadionun bünövrəsi qoyulmuşdur. Hansı ki, Azərbaycanın gələckdə var olacaq güclü klubların birinin başlanğıcı idi bu stadion. 1980-ci ildə isə artıq "Pambıqçı" klubu yarışlarda iştirak etməyə başladı. 1992-ci ildən isə Azərbaycan çempionatlarında iştirak etməyə başlayan klub, rəqbləri qarşısında əzmkar qələbələrlə ön plana çıxdı. Müxtəlif zamanlarda həmçinin "Qarabağ Bərdə FK" adı altında da fəaliyyət göstərmişdir. Lakin 1997-ci ildə klubda maliyyə problemləri özünü bruzə verməyə başladı. Beləcə klub Azərbaycanın fəaliyyətini dayandırmş futbol klubları siyahısına daxil oldu.
Pambıqçı FK (Neftçala)
Pambıqçı (Neftçala) futbol klubu Neftçalada yaranmışdır. 3 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Pambıqçı Neftçala FK
Pambıqçı (Neftçala) futbol klubu Neftçalada yaranmışdır. 3 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Sabir Əhmədov (pambıqçı)
Sabir Əhmədov (1933-2016) — Pambıqçı, Sosialist Əməyi Qəhrəmanı (1973). == Həyatı == Sabir Atakişi oğlu Əhmədov 1933-cü ildə Salyanın Seydan kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1960-cı ildə Salyan rayon "Yeni Muğan" təsərrüfatında traktor və maşın ustası kimi başlamışdır. 1970-ci eyni kolxozun rəhbəri seçilmişdir. Pambıqçı Azərbaycan və Mərkəzi Asiya respublikalarının pambıq bölgələrində pambıqyığan fermerlərlə əməkdaşlıq etmişdir. 12 dekabr 1973-cü ildə SSRİ Ali Sovetinin Fərmanı ilə Sabir Əhmədov uğurlarına görə Sosialist Əməyi Qəhrəmanı medalı ilə təltif olunmuşdur. Eyni zamanda Lenin, Oraq və Çəkic, "Qırmızı Əmək Bayrağı" ordenləri ilə də mükafatlandırılmışdır. 1978-ci ildə iş təşkilinin yaxşılaşdırılması ilə texnologiya bacarıqlarından istifadə etməklə tərəvəz, kartof, pambıq, üzüm, meyvə, çay və bostan bitkilərinin yüksək və sabit məhsul əldə edilməsi və əkinçilik şəraitinin yaxşılaşdırılmasına görə, Əhmədov Sabir oğlu Atakişi SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. IX və X çağırış SSRİ Ali Soveti Millətlər Sovetinin 217 saylı Salyan dairəsindən deputat seçilmişdir. Ticarət istehlakçılarına xidmət Komissiyası və kommunal Millətlər Şurasının üzvü idi.
Abix palçıq vulkanı
Abıx palçıq vulkanı- Bakı şəhərindən 12 kilometr şimalda, Keyrəki vulkanından qərbdə yerləşir və sonuncudan çökəkliklə ayrılır. == Abıx palçıq vulkanı == Abıx palçıq vulkanı uzun müddətdir püskürmür. Abşeron yarımadasında və Xəzərdə olan palçıq vulkanlarını öyrənmiş, Azərbaycanın geoloji quruluşuna və 1859-cu il Şamaxı zəlzələsinə aid əsərlər yazmış alman geoloqu, Peterburq Elmlər Akademiyasının akademiki German Vilhelm Abixin (1806–1886) şərəfinə adlandırılmışdır. Memorial toponimdir. Krater sahəsi hamarlanmış, xeyli geniş bir meydançanı tutub, yaşılımtıl sopka şlamı ilə örtülüdür. Abix vulkanının iki krateri vardır. Bunlardan biri-qədimi diametri 170 metr olan hamarlanmış sahə şəklindədir. Digəri isə nisbətən cavan olub, yalnız şimal-qərb bəndi mühafizə olunmuşdur. Vulkan üçün uzun müddət sakitlik dövrü keçirir və onun püskürmə fəaliyyəti Keyrəki vulkanına nisbətən çox zəifdir. Keyrəki və Abix vulkanlarının palçıq örtüyünün tutduğu sahənin eni 700 m, uzunluğu isə 1100 metr olub, 0,8 kvadrat kilometr təşkil edir.
Ayrantökən palçıq vulkanı
Ayrantökən palçıq vulkanı — Bakıdan 65 km cənub-qərbdə, Atbulaq d/y stansiyasından 4.5 km şimal-şərqdə yerləşir və nisbi hündürlüyü 190 m olan uzanan yayladır. Morfoloji əlamətlərinə görə ovalığa oxşar formadadır. Cənub yamacı boyunca 1964–1990-cı il püskürmələrinin brekçiya axını müşahidə olunur. 1.5 km uzunluğunda və 200 m enində "dillər" 1964-cü il püskürməsi zamanı düzənliyə axmışdır. Yüksəklik sahəsində 4 vulkan təzahürləri vardır ki, bunlardan biri strukturun cənub-qərb hissəsində yerləşir və neftli qrifonları təşkil edir. Digəri, sopka və qrifonların böyük qrupu indiki kraterin şimal- qərbində yerləşir və çoxlu sayda aktiv fəaliyyətli mikroformalara malikdir; sopkaların hündürlüyü 5–10 m-ə çatır. Krater sahəsinin ətrafında uzunluğu 700–800 m, dərinliyi 2–3 m olan bir neçə iri çatlar vardır. Kraterin mərkəzində brekçiyanın parçalanması müşahidə olunur. Brekçiyanın ümumi həcmi 500 mln. m³, örtük sahəsi isə 805 ha-dır.
Azərbaycanın palçıq vulkanları
Azərbaycanda olan palçıq vulkanları == Abşeron — palçıq vulkanlarının regionu == Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınmışdır. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı, Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir. Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin — əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır. Son illər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin artması nəticəsində onların əraziləri dağıdılır, orada intensiv inşaat işləri aparılır, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunurdu. Bu səbəbdən ölkə ərazisində mövcud olan palçıq vulkanlarının mühafizəsini təşkil etmək, təbiətin bu nadir hadisələrinə daha qayğı ilə yanaşmaq aktual əhəmiyyət kəsb edirdi.
Ağzıbir palçıq vulkanı
Ağzıbir palçıq vulkanı — eyni adlı dağ silsiləsində Ağzıbir vulkanlar qrupuna aiddir. Burada Ağzıbir, Aralıq, Dovşandağ palçıq vulkanları diqqəti cəlb edir. Bu vulkanlar Azərbaycanın cənubunda, cənub-şərqi Şirvan düzünün sahil zolağında, Ələt dəniz körpüsü stansiyasından 15–20 km cənub və cənub-qərbdə yerləşir. Ağzıbir iri vulkan olub, 120 m yüksəkliyə malik, eyni adlı dağ silsiləsinin şimal-qərb hissəsinin kənarında yerləşmişdir. Vulkanın krateri Bozdağ dağının zirvəsindədir. Onun yamaclarının düşmə bucaqları müxtəlifdir, müxtəlif dərəcədə də parçalanmaya məruz qalmışlar. Şimal yamacı – ən çox yastı və hamar, qərb və şərq yamacları isə daha dikdir. Vulkanda 3 püskürmə – 1964, 1978 və 2002-ci il püskürmələri qeydə alınmışdır. Vulkan brekçiyası ilə örtülən sahə 514 ha, orta qalınlıq 80 m, kütlənin həcmi 410 min m³-dir. Krater sahəsində bir neçə qaz, su, palçıq çıxaran qrifoncıqlar vardır.
Paycıqlı quşüzümü
Paycıqlı quşüzümü (lat. Solanum laciniatum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, hündürlüyü 2,5 m, birillik kulturada isə 1 m-ə qədər olur. Gövdəsi tək olub, hündürlüyü 40–60 sm, dişcikli-budaqlanandır. Gövdəsi üzərində bənövşəyi piqmentli düyüncüklü, aşağı yarpaqları saplaqlı, uzunluğu 35 sm, cüt olmayan, üç hissəli parçalanan, yuxarı yarpaqları isə azalaraq sadələşən, kiçik, bütöv və neştərşəkillidir. Yarpaqları çılpaq, yuxarı hissəsi azacıq tünd-yaşıl, aşağı hissəsi isə açıq-yaşıl rənglidir. Çiçəkləri iri, qısa çiçəkqrupundan ibarət olub, 3–17 ədəddir. Kasacığı yaşıl, 5 yarpaqlı, çiçək tacı tünd-bənövşəyi, dairəvi, meyvələri şirəli olub, uzunluğu 3 sm-dir. Meyvələri narıncı-qırmızı oval giləmeyvə, uzunluğu 2–3 sm olub, toxumları kiçik və çoxsaylıdır. Butun bitkiləri zəhərlidir.