Ayrantökən palçıq vulkanı

Ayrantökən palçıq vulkanıBakıdan 65 km cənub-qərbdə, Atbulaq d/y stansiyasından 4.5 km şimal-şərqdə yerləşir və nisbi hündürlüyü 190 m olan uzanan yayladır. Morfoloji əlamətlərinə görə ovalığa oxşar formadadır. Cənub yamacı boyunca 1964–1990-cı il püskürmələrinin brekçiya axını müşahidə olunur. 1.5 km uzunluğunda və 200 m enində "dillər" 1964-cü il püskürməsi zamanı düzənliyə axmışdır. Yüksəklik sahəsində 4 vulkan təzahürləri vardır ki, bunlardan biri strukturun cənub-qərb hissəsində yerləşir və neftli qrifonları təşkil edir. Digəri, sopka və qrifonların böyük qrupu indiki kraterin şimal- qərbində yerləşir və çoxlu sayda aktiv fəaliyyətli mikroformalara malikdir; sopkaların hündürlüyü 5–10 m-ə çatır. Krater sahəsinin ətrafında uzunluğu 700–800 m, dərinliyi 2–3 m olan bir neçə iri çatlar vardır. Kraterin mərkəzində brekçiyanın parçalanması müşahidə olunur. Brekçiyanın ümumi həcmi 500 mln. m³, örtük sahəsi isə 805 ha-dır. Ayrantökən dövrü olaraq püskürən vulkandır. Vulkanın demək olar ki, bütün püskürmələri yeraltı uğultu, partlayış, alov sütunu (bəzən, 500 m hündürlüyündə), fasiləsiz qaz yanması, vulkan brekçiya tullantılarının olması və parçalanma zonalarının, eləcə də müxtəlif istiqamətli, 45–20 m dərinlikdə, çatların əmələ gəlməsilə müşahidə olunmuşdur. Onun ilk püskürməsi 1964-cü ildə, son püskürməsi isə 2008-ci ilin martında baş verib. 2004-cü ildəki püskürmə xeyli güclü olub, alovla, 20–25 m hündürlüyə atılan brekçiya ilə müşayiət olunmuşdur. 400 min m³ həcmində və 1.2 m qalınlığında brekçiya krater ərazisində mərkəzində 4.5 ha sahəni örtmüşdür. Onun cənub və cənub-şərq hissələrində müxtəlif istiqamətli çatlar və köhnə brekçiya örtüyünün parçalanması baş vermişdir. Tullantılar içərisində çoxlu sayda neftli süxur qırıntıları vardır.

Ayrantökən palçıq vulkanı
Ümumi məlumatlar
Növü Palçıq vulkanı
İlk püskürmə 1964
Son püskürmə 1990
Mütləq hündürlüyü 190 m
Yerləşməsi
40°01′40″ şm. e. 49°16′58″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Hacıqabul
Ayrantökən palçıq vulkanı xəritədə
Ayrantökən palçıq vulkanı
Ayrantökən palçıq vulkanı