Abix palçıq vulkanı

Abıx palçıq vulkanı- Bakı şəhərindən 12 kilometr şimalda, Keyrəki vulkanından qərbdə yerləşir və sonuncudan çökəkliklə ayrılır.

Abix
Ümumi məlumatlar
Vulkan forması Palçıq vulkanı
Yerləşməsi
Ölkə  Azərbaycan
Region Bakı şəhəri

Abıx palçıq vulkanı

[redaktə | mənbəni redaktə et]

Abıx palçıq vulkanı uzun müddətdir püskürmür. Abşeron yarımadasındaXəzərdə olan palçıq vulkanlarını öyrənmiş, Azərbaycanın geoloji quruluşuna və 1859-cu il Şamaxı zəlzələsinə aid əsərlər yazmış alman geoloqu, Peterburq Elmlər Akademiyasının akademiki German Vilhelm Abixin (1806–1886) şərəfinə adlandırılmışdır. Memorial toponimdir.[1] Krater sahəsi hamarlanmış, xeyli geniş bir meydançanı tutub, yaşılımtıl sopka şlamı ilə örtülüdür. Abix vulkanının iki krateri vardır. Bunlardan biri-qədimi diametri 170 metr olan hamarlanmış sahə şəklindədir. Digəri isə nisbətən cavan olub, yalnız şimal-qərb bəndi mühafizə olunmuşdur. Vulkan üçün uzun müddət sakitlik dövrü keçirir və onun püskürmə fəaliyyəti Keyrəki vulkanına nisbətən çox zəifdir. Keyrəki və Abix vulkanlarının palçıq örtüyünün tutduğu sahənin eni 700 m, uzunluğu isə 1100 metr olub, 0,8 kvadrat kilometr təşkil edir.[2]

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı."Şərq-Qərb".2007.304 səh.
  2. Yusifov Elman. "Bioloji müxtəliflik:Abşeron yarımadasının təbiət abidələri". Bakı:Nurlar NPM,2007. (#cite_web_url)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]