Mineral palçıq – bataqlıqların, dəniz, liman və laqunların, göllərin üzvi və mineral çöküntüləri. Tərkibində olan maddələr hesabına palçıqların fiziki-kimyəvi və biokimyəvi dəyişilmələrə məruz qalır. Mənşəyinə görə onları 3 qrupa ayırırlar. 1-ci qrupda liman və laqun palçıqları (S, K, Na), 2-ci qrupda göl və bataqlıq palçıqları (Na, S, B) və 3-cü qrupda palçıq vulkanları məhsulları (2-ci qrupdan əlavə olaraq Li, Se, F, Br, J və s.) iştirak edir.[1]
Palçıq tullantılarının tərkibində karbon, yod, bioloji aktiv maddələr, ion şəklində elementlər və insan orqanizmi üçün əhəmiyyətli olan yüzlərlə mineral var. Xüsusən sümük, oynaq sistemlərinin, sinir xəstəliklərinin müalicəsində çox gözəl təsirləri mövcuddur. Azərbaycanın vulkan palçığının üzvü komponentlərində bioloji aktiv maddələr aşkar edilib. Onlarda müalicə üçün faydalı inqridiyentlər: yod, bor, brom, maqnium, litium, vanadium, mis, dəmir və s. müəyyən olunub. Üzvi maddələrdən - naften, humin və fulvo turşuları və başqa bir sıra fermentlər qeydə alınıb. Bundan başqa, palçıqlar bakterisid maddələr və digər birləşmələri özündə ehtiva edir ki, onlar orqanizmin müalicəsində müsbət rol oynayır. Palçıq iltihab əleyhinə təsir göstərir və sakitləşdirir. Eləcə də cavanlaşdırıcı və bərpaedici təsirə malikdir. Bronxit və amfizem üçün effektiv müalicəvidir. vulkan palçığı tərkibli məhsullar ən effektli təbii kosmetik vasitələr sayılır. Son vaxtlar palçıqdan hazırlanan kosmetik vasitələr krem və yağları da üstələyir. Palçıq vulkanından hazırlanan kosmetik vasitələrin tərkibi çoxlu minerallar və kalsium, sink, manqan, gümüş, molibden kimi mikroelementlərlə zəngindir. Həmin maddələr dəriyə müalicəvi təsir göstərərək qan dövranını yaxşılaşdırır, dəridə geniş məsamələr əmələ gələndə onların kiçilməsinə və azalmasına səbəb olur.[2] Azərbaycan və Ukraynanın palçıq vulkanlarının geoloji-geokimyəvi xüsusiyyətləri müqayisəli təhlil edilib və yeni məlumatlar alınıb. İlk dəfə olaraq Azərbaycanın palçıq vulkanlarında mineralogiya üzrə işlər aparılıb. Şamaxı-Qobustan regionunun palçıq vulkanlarında, o cümlədən Dəmirçi K.Mərəzə və Şıxzarlidə yerin üzərinə çıxan axıntılarda müxtəlif növ minerallar öyrənilib, sulfatlar ˗ mirabilit, tenardit, yarozit, gips, eləcə də onların kalsium, maqnezium və dəmirlə qarışığı müəyyən edilib.[3]
Palçıq vulkanı təkcə müalicəvi deyil, həm də turizm baxımından əlverişlidir. Azərbaycan palçıq vulkanı dünyanın 50 təbiət möcüzəsi sırasında öz yerini alıb. Palçıq həvəskarlarının üz tutduğu məkanlardan biri də Azərbaycanın paytaxtı Bakıdan 65 kilometr cənubda yerləşən, kiçik vulkanlardan müntəzəm olaraq qalın boz palçığın püskürdüyü Qobustandır. Ölkəmizdəki vulkan ərazilərinin quruluşu Mars planetinə bənzədilib.
Palçıq vulkanlarının seysmik stansiyalar vasitəsi ilə müşahidəsi haqqında