Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Popurri
Popurri (fr. pot-pourri – həftəbecər) — başqa kompozisiyaların, eyni janrda olan bir neçə əsərin və ya müəyyən bir bəstəkarın məşhur motivlərindən ibarət musiqili instrumental pyes. Bu, xor, vokal ansamblı və ya solist üçün bir mövzu ilə birləşən, bir və ya eyni düymələrdə yazılmış və modulyasiya edən akkord ardıcıllığı ilə bağlı müxtəlif düymələrdə yazılmış mahnılardan ibarət əsərdir. Həmçinin, müasir musiqidə popurriyə yaxın "meşap" və "miks" janrlarıdır. Bunlar bir və ya bir neçə ifaçının və ya qrupun mahnılarının ayrı-ayrı fraqmentlərindən ibarət trek işlənib hazırlanmasını nəzərdə tutur. == İstinadlar == == Əlavə ədəbiyyat == M. Schönherr and K. Reinöhl: Johann Strauss Vater (London, 1954) Andreas Ballsteadt: Potpourri. In Ludwig Finscher (ed.): MGG, Sachteil, vol. 7. Till Gerrit Waidelich: Das Opern-Potpourri: Musikalisches Kaleidoskop, ars combinatoria oder musikimmanente Pornographie? In Hans-Joachim Hinrichsen/K. Pietschmann (ed.): Jenseits der Bühne: Bearbeitungs- und Rezeptionsformen der Oper im 19.
Hurri
Hurrilər vəya Hurri dövləti ― e.ə III minillikdən etibarən, Şumer, Akkad, Hitit, Ugarit və Misir qaynaqlarında haqqında bilgilər olan, Mesopotamiya və Yuxarı Dəclə bölgələrində hökm sürən, danışdıqları dil etibarilə (Hurricə) Asiya kökənli olduğunu qəbul edilən və e.ə VII əsrə qədər varlığını davam etdirən dövlət.
Coruri məbədi
Coruri məbədi (浄瑠璃寺, Coruri-ci) və ya Kutay məbədi (九体寺, Kutay-ci) – Yaponiyanın Kioto prefekturasının Kamo qəsəbəsində yerləşən buddist məbədi. Buddizmin Şinqon Ritsu sektasına aiddir. XII əsr memarlığını əks etdirən əsas zal və paqodasına, heykəltəraşlıq elementlərinə, eləcə də, yerləşdiyi yerin mənzərəsinə görə tanınır. == Tarixi == Təsdiqlənməmiş əfsanələrə görə məbəd 739 və ya 982-ci ildə tikilmişdir. Lakin XIV əsrdə aid bir əlyazmada məbədin əsas zalının 1047-ci ildə keşiş Qimyo tərəfindən tikildiyi qeyd olunur və bu tarix məbədin tikilmə tarixi kimi qəbul olunur. Amidanın 9 surətinə ev sahibliyi etməsi üçün əsas zal 1108-ci ildə yenidən tikilmişdir. Məbədin adı yapon dilindən tərcümədə "təmiz lazurit məbədi" mənasını verir. Belə ki, əsas zal ilk öncə budda Yakuşini müqəddəsləşdirmək üçün nəzərdə tutulmuşdur və Yakuşinin torpağı lazuritlə əlaqələndirilmişdir. == Memarlığı == Əsas zal hazırkı yerinə 1157-ci ildə köçürülmüşdür. Bu zal Heyan dövrünün məbəd memarlığının sağ qalmış yeganə nümunəsidir və "Doqquz Amida buddasının zalı" kimi tanınır.
Françeska Pomeri
Françeska Pomeri (d. 18 fevral 1993) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Françeska Pomeri, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Pouria Norouzian
Pouria Norouzian (22 yanvar 1992, İlam) — İranlı atıcı. Pouria Norouzian İranı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Pouria Norouzian birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 622.2 xal toplayaraq 22-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Keti Perri
Ketrin Elizabet Hadson (ing. Katheryn Elizabeth Hudson; 25 oktyabr 1984, Santa-Barbara, Kaliforniya) — və ya səhnə adı Keti Perri (ing. Katy Perry) kimi tanınan ABŞ müğənnisi və bəstəkarı. Kiçik yaşlarından kilsələrdə çıxış edən Ketrin yeniyetməlik dövründə qospel ifaçısı olaraq musiqi karyerasına başlamaq qərarına gəlmişdir. Gənc müğənni Red Hill Records albom şirkəti ilə müqavilə imzalamış və 2001-ci ildə Katy Hudson adlı ilk qospel albomunu çıxartmış, lakin albom reklam cəhətdən müğənni üçün heçdə uğurlu olmamışdır. Red Hill Records-la əlaqələrini dayandırdıqdan sonra o, 2002-ci ildə beynəlxalq musiqi aləminə qatılmaq məqsədi ilə Los-Ancelesə köçmüşdür. O Los-Ancelesdə bir neçə tanınmış prodüserlərlə işləməyə başlamışdır. Növbəti dörd il boyunca müğənni iki albom şirkəti ilə anlaşmalar imzalamış və hər iki anlaşma ona həvəsində olduğu şöhrəti qazandıra bilməmişdir. "Keti Perri" səhnə adını götürdükdən sonra müğənni 2007-ci ilin aprel ayında Capitol Records albom şirkəti ilə növbəti anlaşma imzalamışdır. Keti Perri 2008-ci ildə One of the Boys adlandırdığı ikinci studio albomunda yer alan "I Kissed a Girl" və "Hot n Cold" sinqlları ilə dünyada şöhrət qazanmağa nail olmuşdur.
Keyti Perri
Ketrin Elizabet Hadson (ing. Katheryn Elizabeth Hudson; 25 oktyabr 1984, Santa-Barbara, Kaliforniya) — və ya səhnə adı Keti Perri (ing. Katy Perry) kimi tanınan ABŞ müğənnisi və bəstəkarı. Kiçik yaşlarından kilsələrdə çıxış edən Ketrin yeniyetməlik dövründə qospel ifaçısı olaraq musiqi karyerasına başlamaq qərarına gəlmişdir. Gənc müğənni Red Hill Records albom şirkəti ilə müqavilə imzalamış və 2001-ci ildə Katy Hudson adlı ilk qospel albomunu çıxartmış, lakin albom reklam cəhətdən müğənni üçün heçdə uğurlu olmamışdır. Red Hill Records-la əlaqələrini dayandırdıqdan sonra o, 2002-ci ildə beynəlxalq musiqi aləminə qatılmaq məqsədi ilə Los-Ancelesə köçmüşdür. O Los-Ancelesdə bir neçə tanınmış prodüserlərlə işləməyə başlamışdır. Növbəti dörd il boyunca müğənni iki albom şirkəti ilə anlaşmalar imzalamış və hər iki anlaşma ona həvəsində olduğu şöhrəti qazandıra bilməmişdir. "Keti Perri" səhnə adını götürdükdən sonra müğənni 2007-ci ilin aprel ayında Capitol Records albom şirkəti ilə növbəti anlaşma imzalamışdır. Keti Perri 2008-ci ildə One of the Boys adlandırdığı ikinci studio albomunda yer alan "I Kissed a Girl" və "Hot n Cold" sinqlları ilə dünyada şöhrət qazanmağa nail olmuşdur.
Kristina Perri
Kristina Perri (19 avqust 1986, Filadelfiya) — amerikalı müğənni, bəstəkardır.
Lyuk Perri
Lyuk Perri (11 oktyabr 1966[…], Mensfild[d], Ohayo – 4 mart 2019[…], Berbank, Kaliforniya) — amerikalı aktyor. O, əsasən filmlər və televiziya seriyallarındakı rollar ifa etmişdir. Lyuk Perri "Beverly Hills, 90210" televiziya seriyalı ilə məşhurlaşmışdır. Bir çox filmlərdə əhəmiyyətli rollarda oynamışdır. 4 mart 2019 tarixində vəfat edib.
Metyu Perri
Metyu Lenqford Perri (ing. Matthew Langford Perry; 19 avqust 1969[…], Vilyamstaun[d], Massaçusets, ABŞ – 28 oktyabr 2023, Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — amerikalı-kanadalı aktyor, komik, icraçı prodüser, ssenarist və dramaturq. 1994–2004-cü illlərdə yayımlanan NBC televiziya sitkomu Dostlar serialında canlandırdığı Çendler Binq roluna görə bütün dünyada şöhrət qazanmışdır. == Həyatı == Perri 19 avqust 1969-cu ildə Massaçusets ştatının Uilyamstoun şəhərində anadan olub. Anası Suzen Morrison kanadalı jurnalistdir. Atası Con Bennet Perri amerikalı aktyor və keçmiş modeldir. Valideynləri onun bir yaşında ayrılıblar və anası onu Ottava şəhərində böyüdüb. Məktəb illərində tennisə maraq göstərdi və üst səviyyəli oyunçu oldu. Perrinin həm Kanada, həm də Amerika vətəndaşlığı var. Ulduz olmasına baxmayaraq, Metyu çoxlarının həsəd aparmayacağı bir həyat yaşayıb.
Nik Korri
Nik Korri (ing. Nick Corri; 6 oktyabr 1963, Nyu-York, Nyu-York ştatı) — Kuba əsilli ABŞ Aktyorudur. Daha çox "Hyu Qarsiya" adı ilə məşhurdur. Film karyerasında ən uğurlu filmi Qarağac küçəsində qarabasma filmi olub. == Filmoqrafya == == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt Nik Korri — Internet Movie Database saytında.
Parri boğazı
Parri boğazı ing. Parry Channel - Kanada Arktik arxipelaqına daxil adaları ayırır. Bofort dənizini Baffin dənizini birləşdirir. Şahzadə Yelizaveta adasını arxipelaqın digər adalarını ayırır. Uzunluğu 1000 km ,eni isə ən dar yerdə 45 km təşkil edir (Somerset adası ilə Kornualles adası). Boğazdan ardıcıl bir necə boğaz yerləşir ( Lankaster boğazı, Barrou boğazı, Vaykaunt-Melvill boğazı, Mak-Klur boğazı) . Arktikanın örgənən araşdırmaçı səyyah Vilyam Edvard Parrinin şərəfinə adlandırılmışdır.
Parri vallabisi
Parri vallabisi (lat. Macropus parryi) — kenquru cinsinə aid heyvan növü.
Rokko Perri
Rokko Perri (it. Rocco Perri) - İtaliyanın Kalabriya əyalətinin Plati kəndində anadan olmuş və XX əsrin əvvəllərində Kanadanın Ontario əyalətindəki kriminal fəaliyyəti ilə tanınmış italyan içki qaçaqmalçısı, narkotik taciri və qanqsteri. Perri Kanadada spirtli içki qadağasının tətbiq olunduğu illərin ən məşhur simalarından biri hesab olunmaqdadır. XX əsrin əvvəllərində Rokko Perri əvvəlcə Amerika Birləşmiş Ştatlarına, 1908-ci ildə isə Kanadanın Ontario əyalətinə köçmüşdür. 1910-cu ildən etibarən Ontario əyalətinin müxtəlif şəhərlərində əvvəlcə tikinti, daha sonra isə çörək bişirmə fabriklərində fəhlə olaraq çalışmışdır. 1916-cı ildə Perri xanımı ilə birlikdə Kanadada spirtli içki qadağasının tətbiq olunmasından istifadə edərək gizli formada spirtli içkilərin istehsalı biznesinə başlamışdır. Perrinin yoldaşı Bessi Starkman gizli biznesin əsasən maliyyə məsələləri ilə məşğul olmuşdur. Hazırlanmış qanunsuz içkilərin Amerika Birləşmiş Ştatlarına gizli və qanunsuz yollarla ixrac edilməsinə başlayan Perri qısa zamanda İçki qaçaqçılarının kralı adını almışdır. Kanada dövlətinin Kral Komissiyası tərəfindən fəaliyyəti araşdırılan Perri beş ay müddətinə həbs olunmuşdur. 1930-cu ildə həyat yoldaşı Starkman qaçaqmal içkilərin hazırlanmasında istifadə olunan qarajda yerli polislər tərəfindən pusquya salınmış və öldürülmüşdür.
Sem Perri
Rikki e Poveri
[[Kateqoriya:Əlifba sırasına görə musiqi qrupları|Rikki e Poveri (it. Ricchi e Poveri)]] Rikki e Poveri (it. Ricchi e Poveri) — məşhur İtalyan musiqi pop qrupu. Qrup 1967-ci ildə Genuyada yaranıb. Onların ilk ictimai çıxışı 1968-ci ildə "L'ultimo amore" mahnısı ilə oldu. Qrup İtaliyanı 1978-ci ildə 1978 Avroviziya Mahnı Müsabiqəsində "Questo amore" mahnısı ilə təmsil edir və 12-ci yeri tutur. 1981-ci ildə Marina Okkyena solo karyerasını qurmaq üçün qrupdan ayrılır. Rikki e Poveri 1970-ci ildən bəri bir neçə dəfə Sanremo Musiqi Festivalında iştirak edir və nəhayət 1985-ci ildə "Se m'innamoro" mahnısı onlara festivalda qalibiyyət gətirir. 2020-ci ildə qrupun 50-ci ildönümünü qeyd etmək üçün onlar yenidən Sanremo festivalında kvartet şəklində birlikdə çıxış edirlər. == Heyət == Ancela Brambati (it.
Bredli Stiven Perri
Bredli Stiven Perri (23 noyabr 1998, Nyu Cersi) — aktyor. Ən məşhur rolu orijinal Disney Channel serialı Uğurlar, Çarli!dəki Qeyb Dankan, "Şarpeyin göz qamaşdıran səyahəti"ndəki Rocer Ellistondur. == Karyera == Perri 2007-ci ildə "Kornoru seçin" və "Əzəmətli Maks" kimi filmlərdə kiçik rollarla kariyerasına başladı və professionallaşmağa başladı. Növbəti il, o İzsiz Sİ-Bİ-ES cinayət dramında qonaq baş rol ilə onun televiziya debütünü etdi. . Gələn il boyunca, Perri Mallar: Çətin yaşayın, Çətin Satın, Əks Gün və Qoca İtlər kimi belə filmlərdə kiçik komik rollarda meydana çıxmağa davam etdi.
Cozef A. Porro
Cozef A. Porro (ing. Jozeph A. Porro) – ABŞ kino rəssamıdır.
Porgi və Bess
"Porgi və Bess" (ing. Porgy and Bess) — Corc Gerşvinin dörd pərdə və doqquz səhnədən ibarət operası. İlk dəfə 1935-ci ildə səhnəyə qoyulan opera əvvəllər o qədər də uğurlu olmasa da, 1950-ci illərdən ABŞ-da, sonra isə bütün dünyada geniş populyarlıq qazanmağa başladı. "Porgi və Bess" bəstəkarın yaradıcılığının zirvələrindən biridir. Gerşvinin operanı yaratmaq üçün seçdiyi musiqi materialı müxtəlifdir və caz, habelə blüz motivlərinə, zənci folkloruna və improvizasiyaya əsaslanır. Librettoda "yanlış" xalq tələffüzünün imitasiyasından istifadə olunur. == "Porgi və Bess" xaricdə == Opera 1945-ci ildə Avropaya çatdı. Həmin dövrdə o əsasən avropalı aktyorlardan ibarət truppalar tərəfindən İsveçrə və Danimarkada tamaşaya qoyuldu. Porgi və Bess yalnız 1952–1953-cü illər mövsümündə Avropa turnesinə çıxan Amerika zənci qrupu tərəfindən nümayiş etdirildikdən sonra Avropada həqiqətən məşhurlaşdı. Bundan əvvəl və ya ondan sonra heç bir Amerika operası, hətta Can-Karlo Menottinin operalarının böyük uğuru belə, Porgi və Bessin Qərb dünyasının musiqi həyatında bu qədər güclü mövqeyini sarsıtmamışdı.
Amriş Puri
Amriş Puri (22 iyun 1932, Calandhar[d], Britaniya Hindistanı – 12 yanvar 2005[…], Mumbay) - tanınmış hind aktyorudur. == Seçilmiş filmoqrafiya == 1970: Prem Pucari (film,1970 1984: Üç muşketyor kimi 1986: Okean 1995: Karan və Arcun 1997: Kömür 2005: Mənə ərə gəl (film,2005) == Hәyatı == Amriş Puri firavan ailədə Calandxar şəhəri yaxınlığında kiçik pəncab şəhərcikində dünyaya gәlib. Ailәdә 4 nәfәr olublar. Şımlada humanitar kolleci bitirib. Ximaçal-Pradeş-in hind ştatında, sonra universitetin və 20 ilin siyasi-iqtisadi fakültəsi Əmək Nazirliyində və İndira Qandinin hökumətində Bombeydə işləyib. Hələ məktəb illərində fizikayla maraqlanırdı, kimya, həmçinin fleytada oyunla və həmişə teatr və kinoda oynamağı arzu edirdi.
Om Puri
Ser Om Raceş Puri (18 oktyabr 1949[…] – 6 yanvar 2017[…]) — Milli Dram məktəbi və Hindistan Kino və Televiziya Universitetini bitirdikdən sonra 1975-ci ildə böyük ekranda “Oğru, gözün getdi” filmi ilə debüt edir. Sonralar daha uğurlu filmlərdə rol alır və ömrünün sonuna qədər fərqli obrazlarla ekranlara çıxır. Om Purinin iştirakı ilə çəkilmiş ən məşhur ekran əsərləri “Disko rəqqası”, “Dulhan Hum Le Jayenge”, “London arzuları”, “Ədviyyatlar və ehtiraslar” filmləridir. 6 yanvar 2017-ci ildə Mumbayda (Hindistan) ürəktutmasından vəfat edib.
Ruellia puri
Ruellia jussieuoides (lat. Ruellia jussieuoides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinin ruelliya cinsinə aid bitki növü.
Musique pour Supermarché
Musique pour Supermarché(azərb. Supermarketlər üçün musiqi‎)(ing. Music for Supermarkets) elektron musiqiçi və bəstəkar Jan Mişel Jarrın altıncı studiya albomudur .Albom yalnız bir nüsxə basılaraq yayıldı və onun əsas lövhələri şəxsən Jarr tərəfindən qəsdən məhv edildi.
Pour le Mérite
Pour le Mérite (azərb. "Xidmətinə görə"‎) — Prussiyada 1740-cı ildə təsis olunmuş Birinci Dünya Müharibəsinə qədər ali orden.
Con Urri (sosioloq)
Con Riçard Urri (ing. John Richard Urry; 6 yanvar 1946, London – 18 mart 2016, Lankaster[d]) — Britaniya sosioloqu. Lancaster Universitetində professor vəzifəsində çalışmışdır. O, turizm və mobillik sosiologiyası sahələrində fəaliyyəti ilə seçilir. Urri müasir cəmiyyətin bir çox digər aspektləri, o cümlədən "mütəşəkkil kapitalizmdən uzaqlaşma", təbiət sosiologiyası, envayromentalizm və ümumilikdə sosial nəzəriyyə haqqında kitablar yazmışdır. == Həyatı == Con Riçard Urri 1 iyun 1946-cı ildə Londonda anadan olmuşdur. Heyberdeşers Eşk Oğlanlar Məkətində təhsil almışdır. O, 1967-ci ildə Kembricdə Məsih Kollecində ilk dərəcələrini, İqtisadiyyat üzrə "ikiqat birinci" bakalavr və magistr dərəcəsini, 1972-ci ildə sosiologiya üzrə fəlsəfə doktoru dərəcəsini qazanmışdır. O, 1970-ci ildə Lankaster Universitetinin Sosiologiya kafedrasına müəllim kimi gəlmiş, 1983-cü ildə kafedra müdiri, 1985-ci ildə isə professor olmuşdur. Urri Kral İncəsənət Cəmiyyətinin üzvü, Birləşmiş Krallıq Sosial Elmlər üzrə Öyrənilmiş Cəmiyyətlər Akademiyasının təsisçi akademiki olmuşdur.
Dürri Mehmed Əfəndi
Dürri Mehmed Əfəndi (Konstantinopol – 1736, Üsküdar) — Osmanlı alimi, şair və şeyxülislamı. == Həyatı == Məşhur Osmanlı üləma ailəsi olan Dürrizadələr ailəsinin ilk fərdi olan Mehmed Əfəndi İstanbulda dünyaya gəlmişdir. Atası İlyas Əfəndi sadə məhəllə mollası olmuşdur. Mədrəsə təhsilini bitirdikdən sonra müdərris olaraq bəzi mədrəsələrdə fəaliyyətə başladı. Daha sonra IV Mehmed dövrünün məşhur başqazılarından Əbdülqadir Əfəndinin qızı ilə evlənərək nüfuzunu yüksəltdi. 1704-cü ildə Süleymaniyə müdərrisi ikən qazılığa yüksəldi və 1707-ci ildə Misir, 1716-cı ildə Məkkə, 1720-ci ildə isə İstanbul qazısı oldu. Ancaq son vəzifə yerində məsuliyyətsizliyi səbəbilə 1721-ci ildə vəzifədən alındı. Uzun müddət vəzifəyə gətirilməyən Mehmed Əfəndi 1726-cı ildə Anadolu başqazısı təyin olundu. Ancaq dövrün qazılarının Mehmed Əfəndini guya təyin məsələlərində rüşvətə yol verməsi haqqında sədrəzəm İbrahim Paşaya şikayət etməsi nəticəsində vəzifədən alındı və paytaxtdan sürgün edildi. Bir müddət sonra baş verən Patrona Xəlil ayaqlanmasının ardından 1730-cu ilin oktyabrında Rumeli başqazısı oldu.