Dürri Mehmed Əfəndi (Konstantinopol – 1736, Üsküdar) — Osmanlı alimi, şair və şeyxülislamı.[1]
Dürri Mehmed Əfəndi | |
---|---|
Əvvəlki | Əbuishaqzadə İshaq Əfəndi |
Sonrakı | Feyzullahzadə Mustafa Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Uşaqları |
Nurəddin Əfəndi Dürrizadə Mustafa Əfəndi |
Məşhur Osmanlı üləma ailəsi olan Dürrizadələr ailəsinin ilk fərdi olan Mehmed Əfəndi İstanbulda dünyaya gəlmişdir. Atası İlyas Əfəndi sadə məhəllə mollası olmuşdur. Mədrəsə təhsilini bitirdikdən sonra müdərris olaraq bəzi mədrəsələrdə fəaliyyətə başladı. Daha sonra IV Mehmed dövrünün məşhur başqazılarından Əbdülqadir Əfəndinin qızı ilə evlənərək nüfuzunu yüksəltdi. 1704-cü ildə Süleymaniyə müdərrisi ikən qazılığa yüksəldi və 1707-ci ildə Misir, 1716-cı ildə Məkkə, 1720-ci ildə isə İstanbul qazısı oldu. Ancaq son vəzifə yerində məsuliyyətsizliyi səbəbilə 1721-ci ildə vəzifədən alındı. Uzun müddət vəzifəyə gətirilməyən Mehmed Əfəndi 1726-cı ildə Anadolu başqazısı təyin olundu. Ancaq dövrün qazılarının Mehmed Əfəndini guya təyin məsələlərində rüşvətə yol verməsi haqqında sədrəzəm İbrahim Paşaya şikayət etməsi nəticəsində vəzifədən alındı və paytaxtdan sürgün edildi. Bir müddət sonra baş verən Patrona Xəlil ayaqlanmasının ardından 1730-cu ilin oktyabrında Rumeli başqazısı oldu. 9 ay bu vəzifədə qaldıqdan sonra istehfa versə də, 1734-cü ilin avqustunda ikinci dəfə bu vəzifəyə gətirildi. Nəhayət, 31 oktyabr 1734-cü ildə şeyxülislamlığa gətirildi. Bu əsnada olduqca yaşlı idi. 1736-cı ilin fevralında iflic keçirdi və Sultan Mahmud tərəfindən yazdığı fətvalara imza yerinə möhür vurmaq icazəsi verildi. Xəstəliyinə baxmayaraq dövlət işləriylə yaxından maraqlanan Dürri Mehmed Əfəndi səhhətinin ağırlaşması səbəbilə 13 aprel 1736 tarixində vəzifədən alındı. Həyatının qalan bir neçə ayını Üsküdardakı evində keçirən Mehmed Əfəndi çox keçmədən burada vəfat etdi. Cənazəsi Yaşılqapı məzarlığına dəfn edildi.[2]
2 oğlunun olduğu bilinən Mehmed Əfəndinin müdərris olan böyük oğlu Nurəddin Əfəndi gənc yaşda vəfat etmiş (1722), digər oğlu Mustafa Əfəndi isə özü kimi şeyxülislam olmuşdur.