Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lotu Quli
Lotu Quli (Nadir Nəriman oğlu Səlifov; 28 avqust 1972, Məmişli, Dmanisi rayonu – 20 avqust 2020, Antalya) — qanuni oğru. == Həyatı == Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. "Quli" gürcü dilində "ürək" deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. "Quli" Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla ("Otar") yaxın dost olub. "Otar"ın 2003-cü il martın 21-də Moskvadakı "Suşi" barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra "Lənkəranski"yə "oğru" adı verən "Nardaranlı Mirseymur" da qətlə yetirilir ki, bunu da indiyədək "Quli"nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvada kı "Abşeron" restoranında baş vermiş atışmada da "Quli" və "Lənkəranski" tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı "qanuni oğru"lar və kriminallar bu davada əsasən "Quli"ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının "xaç atası" sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da ("Ded Xasan") alıblar. "Quli"nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.
Məhəmməd Quri
Muizəddin Məhəmməd Quri (fars. معز الدین محمد غوری; 1149 – 15 mart 1206, Qəzni) və ya Şihabəddin – 1149-cu ildə anadan olmuşdur. Qövr (Qur) vilayətində anadan olan Quri Şimali Hindistanı üzərində rəhbərlik edib. Quri Cənubi Asiya ölkələrində müsəlmanlığı yayan hərəkatın başçılarından olub. O Əfqanıstan, Banqladeş, İran, Hindistan, Pakistan, Tacikistan və Türkmənistan kimi Cənubi Asiya ölkələrində müsəlman dini təlim edib. O, həmçinin Xarəzmşahlar dövlətinin rəhbəri olaraq Qərbi Asiyada yerləşən Xorasanı işğal edib. == Uşaqlıq və gənclik illəri == Məhəmməd Quri 1149-cu ildə indiki Əfqanıstanın Quri şəhərində anadan olub. Ancaq dəqiq doğum tarixi haqqında məlumat yoxdur. Onun atası Baha al-Din Sam olub. O, o dövrdə Quri regionunda yerli qaydalar yaradanlardan biri hesab olunur.
Qufi (personaj)
Qufi (ing. Goofy) — 1932-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajıdır. Əsası Art Bebbit tərəfindən qoyulmuşdur. Qufi hündür, insanabənzər it olaraq hazırlanmışdır. Volt Disneyin digər məşhur qəhrəmanları olan Minni Maus və Donald Dakın onun ən yaxın dostudur. Bir çox cizgi filmlərdə bacarıqsız və ağılsız kimi nümayiş olunsada bəzi səhnələrdə o, özünəməxsus unikal beyin və yaddaşa məxsus olduğunu tamaşaçılara bildirir. 1930-cu illərdə personajın orijinal adı "Dippy Dawg" idi. 1950-ci illərdəki filmlərdə "George Geef" və ya "G. G. Geef" adı verilmişdir. Sonrakı illərdə adı elə Qufi olaraq qalmışdır. == İlk görünüşü == Qufi ilk dəfə 25 may 1932-ci ildə "Mickey's Revue" qısametrajlı cizgi filmində görülmüşdür.
Quni (Urmiya)
Quni (fars. قوني‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 898 nəfər yaşayır (140 ailə).
Quri Sultanlığı
Qurilər — 1148-1206-cı illərdə Əfqanıstanın Qur əyalətində hökmranlıq etmiş sülalə. Bunlar müxtəlif zamanlarda Əfqanıstan, İran, Hindistanın müəyyən hissələrini özlərinə tabe etmişdilər. Həmin sülalədən olan hökmdarlar bunlardır: Qiyasəddin Məhəmməd (1162-1203) Şəhabəddin (Müizəddin və ya Məhəmməd Quri) (1203-1206) Qurilər Xarəzmşahlarla mübarizədə hakimiyyətdən məhrum oldular .
Quti Xatun
Quti Xatun — Elxanilər dövlətinin qurucusu Hülaku xanın arvadı. Hülaku xanın yeddinci oğlu Elxanilərin üçüncü hökmdarı (1282-1284) Əhməd Təkudar xanın anasıdır. Konkurat (monqol) qəbiləsindəndir. Qarabağlar türbəsi onun şərəfinə inşa edilmişdir.
Quti dövləti
Kuti — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno–siyasi birliklərdən biri. == Kutilər erkən tayfa birliyi şəklində == E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub – Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer – İkçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Naram-Suen Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir.
Quo Vadis?
Quo Vadis? ( Latın: [kʷoː ˈwaːdɪs]) latınca Hara gedirsən? mənasına gələn ifadədir.Dini mənbələrdə qeyd edirilir ki,Müqəddəs Pyotr İsa peyğəmbəri görərkən ona bu sualı verib.Və "yenidən çarmıxa çəkilmək üçün Romaya" cavabını verir.
Amami se vuoi
Amami se vuoi (azərb. İstəsən, sev məni‎)— İtaliyanın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Tonina Toriyelli italyan dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil.
Qazi Əhməd Qumi
Qazi Əhməd Qumi —Səfəvilər sarayında xidmət etmiş, xəttat, münşi və vəzir olmuş İran tarixçisi Qazi Əhməd Qumi (1549-təqribən 1606) dövrün Azərbaycan mədəniyyətinin araşdırılmasına yardım edə bilən, dəyərli məlumatlar verən orta əsr müəlliflərindəndir. Qazi Əhməd Qumi “Xülasət ət-təvarix”, “Gülüstani-hünər”, “Məcmə əş-şüəra” kimi məşhur əsərlərin müəllifidir. == Həyatı == Qazi Əhməd Qumi 1546-cı il mayın 17-də (hicri tarixi ilə 953-cü il rəbi əl-əvvəl ayının 18-də) İranın Qum şəhərində anadan olmuşdur. Qazi Əhmədin nəsli Qum şəhərindəndir. Ona görə də Qazi Əhməd “Qumi” nisbəsi daşımışdır. Qazi Əhməd Qumi ata tərəfdən ulu babaları Qumun zadəgan və nücəbalarından hesab olunurdular. Qazi Əhməd öz ulu babası Qazi Şərəfəddin Əbdülməcid Qumi haqqında yazır ki, o, 1497-ci ildə sonuncu Ağqoyunlu padşahlarının hakimiyyəti dövründəki iğtişaşlar zamanı Qum şəhərinin darvazalarını Eybə Sultanın qoşunları üçün açmaqdan imtina etdiyinə görə ailəsi ilə birlikdə öldürülmüşdür. Qazi Əhmədin ana tərəfdən babası Ağa Kəmaləddin Hüseyn öz dövrünün nüfuzlu şəxsiyyətlərindən olmuş, Qumda məşhur olan “Hüseyniyyə” adlı dərviş zaviyyəsinin əsasını qoymuşdur. Qazi Əhməd öz əsərlərində “Mir Münşi” təxəllüsü ilə tanınan atası Mir Şərəfəddin Hüseyn əl-Hüseyninin adını bir neçə dəfə çəkir. Mir Şərəfəddin 1508 -ci il iyul ayının 16-da (hicri tarixi ilə 914-cü il rəbi əl-əvvəl ayının 17-də) Qum şəhərində anadan olmuş və Herat şəhərində Şah I İsmayılın oğlu, Xorasanın naibi Sam Mirzənin dəftərxanasında münşi vəzifəsində çalışmışdır.
Quli-Malik döyüşü
Quli-Malik və ya Quli-Malik gölü yaxınlığında döyüş — Səfəvi imperiyasının dəstəklədiyi Baburla Şeybanilər arasında artıq uzun müddətdir davam edən mübarizənin kulminasiya nöqtəsini təşkil edən döyüş. Döyüş Buxara yaxınlığında, Quli-Malik gölü yaxınlığında baş vermişdir. == Arxa plan == 1501-ci ildə yaradılmış Səfəvi dövləti çox sürətlə böyüməyə başlamışdı. Bu böyümə sayəsində dövlət elə bir yerə çatdı ki, artıq 1505-1506-cı illərdən etibarən Mərkəzi Asiyaya nüfuz etməyə başladı. Bu nüfuz prosesi 1510-cu ildə baş vermiş Mərv döyüşündə Şah İsmayılın Şeybani xanı məğlub etməsi ilə nəticələndi. Mərkəzi Asiyauğrunda Şeybani-Səfəvi rəqabəti isə hələ bundan sonra da davam etdi. Lakin bir müddət Səfəvi imperiyası Şeybanilərə qarşı Teymuri irsinə sahib çıxmağa çalışan və o sülalədən olan qanuni hökmdar Babura dəstək verməklə məşğul oldu. Şeybani xanın 1510-cu ildə ölümündən sonra Şeybanilər daxilində ara çəkişmələri başladı. Üsyanlar və daxili qarışıqlıqdan istifadə edən Babur hücuma keçərək 1511-ci ilin əvvəllərində Hisar adlanan bölgəni ələ keçirdi. Baburun hücumu zamanı bir çox insan onu Mavəraünnəhrin qanuni hökmdar hesab edərək onun ordusuna qatıldı.
Quri hökmdarlarının siyahısı
Quri hökmdarlarının siyahısı — 1148–1206-cı illərdə Əfqanıstanın Qur əyalətində hökmranlıq etmiş sülalə. Onlar müxtəlif zamanlarda Əfqanıstan, İran, Hindistanın müəyyən hissələrini özlərinə tabe etmişdilər. == Siyahı == Mavi sətirlər, Qəznəvilərin vassallığında olan hökmdarları göstərir. Sarı sətirlər, Səlcuqların vassallığında olan hökmdarları göstərir. Yaşıl sətirlər, Xarəzmşahların vassallığında olan hökmdarları göstərir. === Bamiyan hakimləri === Yaşıl sətirlər, Qəznəvilərin vassallığında olan hökmdarları göstərir.
Quti Xatun məqbərəsi
Quti Xatun Məqbərəsi — orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi == Tarixi == XIV əsrdə Qarabağlar memarlıq kompleksində inşa edilmişdir. Tədqiqatçıların fikrincə, kompleksin qoşa minarələrini bağlayan baştağın (monqol hökmdarı Sultan Əbu Səidin 1316–35 dövründə tikilmişdir) üzərində Elxanilər sülaləsinin və dövlətinin banisi Hülaku xanın arvadı Quti xatunun adının yazılması məqbərənin onun şərəfinə inşa olunduğunu göstərir. Bax Qarabağlar türbəsi. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 288. ISBN 5-8066-1468-9.
Şeyx Abbas Qumi
Şeyx Abbas Qumi (1875, Qum – 21 yanvar 1941, Nəcəf) — İlahiyyatçı alim. == Həyatı == Şeyx Abbas Qumi hicri 1294-cü ildə (1877) İranın Qum şəhərində anadan olmuşdur. Şeyx Abbas Qumi hicri 1359-cu ildə (1940) İraqın Nəcəf şəhərində vəfat etmişdir. == Əsərləri == Məfatihul-cinan. Beytül-əhzan. əl-Kuna vəl Əlqab Zübdətul-əhadis == Tərcümə == Şeyx Abbas Qumi, Məfatihul-cinan, mütərcim: Zəfər Cəfərzadə, Daneşe hamedun, Bakı, 2006, 5000 tiraj, 1232 səh.
Əhməd Azəri Qumi
Əhməd Azəri Qumi Bəydili — Şiə ruhani, fəqih və siyasətçi.O, həmçinin İranın Ekspertlər məclisinin üzvü idi. 1925-ci ildə Qumda dünyaya gəlmişdir.
Quid pro quo
Quid pro quo (lat. Quid pro quo — «heçnəyə görə heçnə») — adətən ingilis dilində “quid pro quo” mənasında işlənən frazeoloji vahid. İspan, italyan, portuqal və fransız dillərində latın mənşəli, səs baxımından çox oxşar, lakin fərqli məna daşıyan başqa bir frazeoloji vahid istifadə olunur — “Quiproquo”. == Etimologiyası == Frazeoloji vahid XX əsrin 30-cu illərinin əvvəllərində söz əmələ gəlməsinin leksik-semantik metodundan istifadə edərək (latın dilində quid pro quo ifadəsini qui pro quo-ya transliterasiya etdikdən sonra) bir ifadəni sözə birləşdirərək yaranmışdır. Quiproquo mənşəcə beau monde, igrek, salto mortale və s. sözləri ilə oxşardır: fransızca i grec “və yunan”, italyanca salto mortale “ölümcül salto”, fransızca beau monde “gözəl dünya”) == İstifadəsi == Quid pro quo ifadəsi mətn məlumatlarının transkripsiya və ya yenidən yazılması kontekstində istifadə olunur. Teatr kontekstində istifadə olunan Quiproquo ilə qarışdırılmamalıdır. Quid pro quo xidmət və ya malların az və ya çox bərabər mübadiləsini göstərir. Bu ifadə tez-tez müasir ingilis dilində«a favor for a favor» , «what for what» , «give and take», «tit for tat» , «this for that» , həmçinin «you scratch my back, and I’ll scratch yours kimi ifadələrlə birlikdə istifadə olunur. o" (bu onun üçündür), həmçinin "sən mənim kürəyimi qaşıram, mən də sənin belini qaşıram" (sən mənim kürəyimi qaşıram, mən də sənin belini qaşıram).
Status quo ante bellum
Status quo ante bellum — latın dilində müharibədən əvvəlki vəziyyətin bərpası mənasını verən hüquqi termin. Müqavilələrdə bu termin düşmən qüvvələrin geri çəkilməsi və müharibədən əvvəlki vəziyyətin bərpa olunmasını nəzərdə tutur. Yəni tərəflərdən heç biri ərazi, iqtisadi və siyasi hüquqlar itirmir və ya qazanmır. Bu uti possidetis vəziyyəti ilə əkslik təşkil edir. Həmin halda tərəflər ələ keçirdikləri əraziləri və ya digər mülkiyyəti müharibədən sonra da əllərində saxlayırlar.
Təzəkənd-i Hasil-i Qubi (Qoşaçay)
Təzəkənd-i Hasil-i Qubi (fars. تازه كندحاصل قوبي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (36 ailə).
Güni (Mahnişan)
Güni (fars. گوني‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 234 nəfər yaşayır (62 ailə).
Aioi
Aioi (yap. 相生市) — Yaponiyanın Hyöqo prefekturasında yerləşən şəhər.
Audi
Audi AG ([ɑʊdɪ]) — avtomobillər istehsalında ixtisaslaşan Volkswagen Group konsernində Audi markası altında Almaniya avtomobil istehsalçısı. Baş ofis Inqolştadtda (Almaniya) yerləşir. Sloqanı Vorsprung durch Technikdir ("Texnologiya ilə tərəqqi"). 2016-cı ildə istehsal həcmi 1,903,259 avtomobil təşkil edib. 2012-ci ildə Alman avtomobil mütəxəssisləri Audini ən yaxşı istifadə edilən avtomobil kimi qiymətləndirdi. == Tarixi == Audi DKW, Horch, Audi və Wanderer markaları altında avtomobil və motosiklet istehsal edən dörd şirkətin birləşməsi nəticəsində meydana gələn Auto Union birliyininin davamçısıdır. Dəyişikliklər nəticəsində yalnız Audi markası qalmışdır. İlk Wanderer avtomobili 1913-cü ildə çıxdı, ilk öz müəssisəsi isə (Horch & Co.) 1899-da təşkil edilən və kreditorlar işdən çıxdıqdan sonra 1909-cu ildə isə Audi ortaya çıxdı. 1910-cu ildə ilk avtomobil istehsal olundu. Almancadan tərcümədə Horx (Horch) "qulaq asmaq" deməkdir.
BuBi
"BuBi" (rəsmi olaraq: MOL BuBi) — Macarıstanın Budapeşt şəhərində velosiped paylaşma şəbəkəsidir. Adı, Budapeşt və Bicikli (macar dilində velosiped) sözlərindən yaradılmış və "baloncuq" mənasını verir. 2019-cu ilin may ayına kimi şəbəkə 143 dok stansiyadan və 1846 velosipeddən ibarət idi. == Tarixi == BuBi layihəsi Budapeşt Bələdiyyəsi tərəfindən 2008-ci ildə yaradılmışdır. Bu layihə üçün kapital qoyuluşu təqribən 900 milyon HUF (təxminən 3 milyon €) təşkil edir. Bu məbləğin 85% -i Avropa Birliyi, qalan 15% -i isə yerli hökumət tərəfindən ödənilir. Təxminən 250 milyon HUF (təxminən 800.000 €) illik əməliyyat xərcləri ən böyük inteqrasiya edilmiş neft və qaz qrupu olan MOL tərəfindən ödənilir və Macarıstanda bir yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edir, buna görə də layihə "MOL Bubi" adlandırılmışdır. Təchizat və proqram təminatı və velosipedləri özündə birləşdirən Nextbike-nin velosiped paylaşma sisteminin həyata keçirildiyi hər yerdən fərqli olaraq Budapeştdə bu sistem Nextbike tərəfindən idarə edilmir. Budapeştdə bu sistem T-Systems və Csepel tərəfindən idarə olunur. Normalda nextbike-nin velosiped paylaşma sisteminin digər tətbiqlərində velosipedlər Nextbike-nin öz istehsal salonuna toplanaraq dünyaya çatdırılır, lakin Budapeştdə velosipedlər Macar velosiped istehsalçısı Csepel tərəfindən istehsal olunur və yığılır.
Cudi
Fuci
Fuci (富士山 Fuci-san) və ya Fuciyama "müqəddəs dağ") Yaponiyada yerləşən, hündurluyü 3777 metr olan yatmış vulkan. Burada həmçinin Yaponiyanın ən uca zirvəsi yerləşir. Bu sonuncu dəfə burada vulkan 1707–1708 illərə təsadüf etmişdir. Fuci dağı yaponların ən çox ziyarət etdiyi məkandır.
Husi
Husilər və ya rəsmi adı ilə Ənsarullah (anṣār allāh أنصار الله "Allahın köməkçiləri") — Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulmuş təşkilat. Onlara bu ad 2004-də öldürülən rəhbərləri Hüseyn Bədrəddin Əl-Husiyə görə verilmişdir. 2015-ci ildə paytaxt Sananı və parlamenti ələ keçirən bu qrup ilk dəfə 2004-cü ildə silahlı iğtişaş törətmişdir. Həmin ildən İrandan və Hizbullah qruplaşmasından hərbi və maliyyə yardımları almaqdadır.
JuHİ
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. == Məqsədi və fəaliyyət istiqamətləri == JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Juli
Juli — Gissen (Hessen bundeslandı) şəhərindən olan Eva Briegel, Jonas Pfetzing, Simon Triebel, Andreas "Dedi" Herde və Marcel Römer özündə birləşdirən, məşhur alman bandı (qrupu).
Kuti
Kuti — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno–siyasi birliklərdən biri. == Kutilər erkən tayfa birliyi şəklində == E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub – Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer – İkçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Naram-Suen Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir.
Budi
Budi (ukr. Буди, rus. Буди) — Ukraynanın Xarkov vilayətinin Xarkov rayonunda yerləşən kənd tipli yaşayış məntəqəsi. Merefanın sol sahilində, Donun drenaj hövzəsində yerləşir. 2022-ci ilin məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 5,829 nəfərdə ibarətdir. 2024-cü ilin 26 yanvar tarixinədək Budi şəhər tipli qəsəbə statusuna malik olub. Həmin tarixdə isə yaşayış məntəqəsinin şəhər tipli qəsəbə statusu ləğv edilərək, kənd tipli yaşayış məntəqəsi statusuna çevirilmişdir.
Ağudi
Ağdü — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur. == Tarixi == Ağdü Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda, rayon mərkəzində 5 km cənub — şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aqudı formasında qeyd edilmişdir. Toponim qədim türk dilində "hörmətli, uca, yüksək" mənasında işlənən ağ sözü ilə uti//udi türk dilli tayfanın adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə dönə bilmişdir.
Qali
Qali (gürc. გალი, rus. Га́ли) və ya Qal (abx. Гал) – Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Qali bələdiyyəsində (qismən tanınmış Abxaziya Respublikasının Qali rayonu) şəhər. == Tarixi == Müasir Qali ərazisi orta əsrlərdə Abxaziyada mövcud olmuş Samurzakan knyazlığının tərkibində idi.. Yerli tarixşünas Konstantin Maçavariani bu ərazi barədə yazmışdır: 1990-cı illərin əvvəllərində Qali şəhəri Gürcüstan-Abxaziya münaqişəsinin mərkəzində idi. == Əhali == 1989-cu ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi 15,763 nəfər ibarət idi. Bunların 93,3%-i gürcü (meqrellər), 3,2%-i rus, 1,6%-i abxaz idi. 2003-cü ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi yalnız 7,169 nəfərdən ibarət idi. Əhalinin kəskin şəkildə azalmasının səbəbi Abxaziya müharibəsi zamanı və sonrası Abxaziyada gürcülərə qarşı olan etnik təmizləmə və digər demoqrafik dəyişikliklərdir.
Qami
Qami (erm. Քամի; azərb. Külək‎) — Ermənistanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Sevak Xanağyan "Qami" mahnısı ilə Ermənistanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Mahnı ifaçı Sevak Xanağyan və eyni zamanda Anna Danielyan və Viktoriya Maloyan tərəfindən bəstələnmişdir.
Qapı
Qapı —Girib-çıxmaq üçün evin, yaxud barının və s.-nin divarında açıq yer, deşik, habelə bu deşiyi qapamaq üçün taxtadan, dəmirdən və s.-dən düzəldilən qurğu. Qapılar əsasən obyektin daxili təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edilir. == Etimologiyası == "Qapı" sözünün ilkin forması, tarixən Göytürk xaqanlığının dilinə, yəni Qədim türk dilində təsadüf edir. Göytürkçə səslənişi "Kapuğ"dur. Bu söz Azərbaycan dilində iki formada hələ də istifadə olunur. "Qapı" və "qabığ". Bunu daha yaxşı anlamaq üçün, belə bir mülahizə yürütmək olar: Necə ki, meyvənin "qabığını" açmadan onu yeyə bilməzsən, eyniylə evində "qabığını" açmadan içəri daxil ola bilməzsən. Bir müddət sonra öz tələffüz şəklini yavaş-yavaş itirməyə başlayıb bu söz, lakin bir çox dildə o sözün öz quruluşunu necə dəyişdiyi aydın olur. "Kapuğ" Macar dilində "Kapu" şəklində, yəni son hərfinin düşməsi şəklində, Türk dilində "Kapı" şəklində, yəni son hərfin dəyişilməsiylə və Azərbaycan dilində isə "Qapı" şəklində səsləndirilməyə davam edir.