Qali[2] (gürc. გალი, rus. Га́ли) və ya Qal[3][4][5] (abx. Гал) – Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Qali bələdiyyəsində (qismən tanınmış Abxaziya Respublikasının Qali rayonu) şəhər.[qeyd 1]
Şəhər | |
Qali | |
---|---|
gürc. გალი abx. Гал rus. Га́ли | |
42°38′ şm. e. 41°44′ ş. u. | |
Ölkə | Gürcüstan |
Region | [[Abxaziya Muxtar Respublikası]] |
Rayon | [[Qali]] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | XIX əsr |
Yaşayış məntəqəsi statuslu | 1932 |
Saat qurşağı | UTC+3 , yayda UTC+4 |
Əhalisi | |
Əhalisi | ▲ 7,605[1] nəfər (2011) |
Milli tərkibi | Gürcülər (meqrellər), abxazlar, ruslar, ermənilər, ukraynalılar[1] |
Etnoxronim | Qalili, Qallı |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 840 28xxxxx |
Nəqliyyat kodu | ABH |
Vikianbarda əlaqəli mediafayllar |
Müasir Qali ərazisi orta əsrlərdə Abxaziyada mövcud olmuş Samurzakan knyazlığının tərkibində idi.[6]. Yerli tarixşünas Konstantin Maçavariani bu ərazi barədə yazmışdır:
“Bu region Samurzakan adlanır, çünki bura Murzakan Çaçbanın mülkü idi. Bugün (1895), abxazların ümumi sayı 52 mindən çox deyil və üç qəzada yaşayırlar: Qudautsk, Kodorsk və Samurzakansk”.[7] |
1990-cı illərin əvvəllərində Qali şəhəri Gürcüstan-Abxaziya münaqişəsinin mərkəzində idi.
1989-cu ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi 15,763 nəfər ibarət idi.[8][9] Bunların 93,3%-i gürcü (meqrellər), 3,2%-i rus, 1,6%-i abxaz idi. 2003-cü ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi yalnız 7,169 nəfərdən ibarət idi. Əhalinin kəskin şəkildə azalmasının səbəbi Abxaziya müharibəsi zamanı və sonrası Abxaziyada gürcülərə qarşı olan etnik təmizləmə və digər demoqrafik dəyişikliklərdir. 2011-ci ildə keçirlən əhali siyahıyaalmasına əsasən şəhərin əhali 7,605 nəfərdən ibarət idi. Bunların 96,8%-i (7,360 nəfər) meqrel/gürcü, 1,7%-i (126 nəfər) abxaz, 1,0%-i (73 nəfər) rus, 0,1%-i (11 nəfər) erməni və qalan 0,1%-i (10 nəfər) ukraynalı idi.[1]
XIX əsrin ikinci yarısında, Rusiya imperiyası hakimiyyəti dövründə regionun əhalisi meqrel dilində danışan təcrid olunmuş Samurzakan xalqından ibarət idi. 1886-cı ildə verilən məlumatlara əsasən, ərazidə yaşayan təxminən 30 min nəfər Samurzakan sayılmışdır. 1897-ci ildə keçirilən əhali siyahıyaalmasında samurzakanlar abxazdillilər qrupuna daxil edilmişdir. Hal-hazırda, regionun əhalisinin əksəriyyəti özünü ya gürcü, ya da meqrel olaraq görür. Şəhərin əsas ünsiyyət dili meqrel dilidir.[10]