Ağdü Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda, rayon mərkəzində 5 km cənub — şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aqudı formasında qeyd edilmişdir.[4] Toponim qədim türk dilində "hörmətli, uca, yüksək" mənasında işlənən ağ sözü ilə uti//udi türk dilli tayfanın adı əsasında formalaşmışdır.[5] Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır.[6] 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur.
İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 298 nəfər, 1926-cı ildə 319 nəfər, 1931-ci ildə 496 nəfər,[7] 1959-cu ildə 828 nəfər, 1970-ci ildə 1222 nəfər[8] azərbaycanlı yaşamışdır.
1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan SSR tərəfindən kəndin azərbaycanlı əhalisi deportasiya olunaraq çıxarılmışdır. Hazırda kəndin əhalisi ermənilərdən ibarətdir.
Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək "Aqitu" olmuşdur.
Ağdü Ermənistan ərazisində ən qədim türk mənşəli toponimlərdəndir. İlk dəfə er.əv. VIII əsrə aid Urartu mənbələrində Kiçik Qafqazda Akutaini adı çəkilir. Bu adın "ini" hissəsi Urartu dilində məkan bildirən şəkilçidir. XIX əsrdə Qars əyalətinin Oltin dairəsindəki Aqut-Kom (kənd və yayla adı), Kutais quberniyasının Zuqdidi qəzasındakı Axuti (kənd adı), Tiflis quberniyasının Borçalı qəzasındakı Akut-qaya (dağ adı), Naxçıvan qəzasındakı Aqut-İr (kənd adı), Azərbaycanda Quba qəzasındakı Oqudi (qışlaq adı) toponimləri ilə mənşəcə eyidir. Azərbaycanda Şəki rayonundakı Öhüd (XIX əsrə aid mənbələrdə Oxut şübhəsiz ki, Okut adının fonetik forması) kəndinin adı da bu sıraya aid edilə bilər.[9]
PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
↑Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.200
↑B. Budaqov, Q. Qeybullayev Ermənistanda Azərbaycan Mənşəli Toponimlərin İzahlı Lüğəti Bakı,1998