Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rüstəmli
Rüstəmli — Azərbaycanda işlədilən soyad. Asif Rüstəmli — görkəmli Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (2011) Kəndlər Rüstəmli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Rüstəmli (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Asif Rüstəmli
Asif Rüstəmli (16 fevral 1954, Qiyaməddinli, Ağcabədi rayonu) — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (2012), professor (2018), AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri (2014–2018), Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri (2018, 12 sentyabr), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), AYB tərkibində Cəfər Cabbarlı komissiyasının sədri (2015), Prezident təqaüdçüsü (2014–2015), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü (2003–2018), Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü (2013–2018). == Həyatı == 16 fevral 1954-cü il Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olub, 1982-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. Asif Rüstəmli 1988-ci ilin yanvar ayında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müsabiqə yolu ilə daxil olmuş, baş laborantlıqdan baş elmi işçi, şöbə müdiri vəzifəsinədək yüksəlmiş, "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzinin (indiki AMEA Folklor İnstitutunun) direktoru (1991–1995), Elmi nəşrlər bölməsinin (1995–1999) və Mətbuat tarixi və publisistika şöbəsinin (2014–2018) müdiri vəzifələrində işləmişdir. 2018-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Humanitar, ictimai elmlər və sənətşünaslıq, 2020-ci ilin mart ayından isə Akkreditasiya şöbəsinin müdiri, AAK Kollegiyasının üzvüdür. Asif Rüstəmlinin elmi fəaliyyətinin əsas istiqamətini cabbarlışünaslıq təşkil edir. O, Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini ilk dəfə toplayıb, ərəb qrafikasından transliterasiya və tərtib edib, ön söz, qeydlər və şərhlər yazaraq "Ədirnə fəthi" adı ilə 1996-cı ildə "Elm" nəşriyyatında çap etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan C.Cabbarlının dörd cildlik "Əsərləri"nin də tərtibi, ön sözü və şərhləri Asif Rüstəmliyə məxsusdur. O, bu nəşrə "Bədii həqiqətlər ustası" sərlövhəli, yeni faktlar əsasında 39 səhifəlik ətraflı giriş yazmış, sovet senzurasının yersiz redaktələrinə məruz qalmış əsərləri müəllif əlyazmaları əsasında bərpa etmiş, bir sıra nümunələr ilk dəfə çoxcildlikdə işıq üzü görmüşdür. Təhsil Nazirliyinin qərarı ilə "Azərbaycan ədəbiyyatı" seriyasından buraxılan Cəfər Cabbarlının "Seçilmiş əsərləri"ni (Bakı, "Çaşıoğlu" nəşriyyatı, 2004, 45.8 ç.v.) də Asif Rüstəmli tərtib etmiş, nəşrə geniş ön söz, qeyd və şərhlər yazmışdı. O son illər böyük ədibin həyat və yaradıcılığının naməlum məqamlarından bəhs edən sanballı məqalələri ilə mətbuatda və elmi məcmuələrdə mütəmadi çap olunur.
Kənan Rüstəmli
Kənan Rüstəmli (tam adı: Kənan Yalçın oğlu Rüstəmli; 14 noyabr 1999; Əsgərabad, Biləsuvar rayonu — 31 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Rüstəmli 1999-cu il noyabrın 14-ü Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur. Saleh Babayev adına Əsgərabad kənd tam orta məktəbini bitirmişdir. Bakı Slavyan Universitetinin məzunu olmuşdur. Boks və güləşlə məşğul olmuşdur. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Kənan Rüstəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklərin işğaldan azad edilməsində və Suqovuşan döyüşündə iştirak etmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən əsgər Kənan Rüstəmli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Rüstəmli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Rüstəmli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nadir Rüstəmli
Nadir Rəşid oğlu Rüstəmli (8 iyul 1999, Salyan, Salyan rayonu) — Azərbaycanlı müğənni, Səs Azərbaycan yarışmasının qalibi və 2022-ci ildə keçirilmiş Avroviziya Mahnı Müsabiqəsinin təmsilçisi. 2019-cu ildə Youthvision Beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş, 21 ölkə arasında 2-ci yeri tutmuşdur. == Həyatı == 8 iyul 1999-cu ildə Azərbaycanın Salyan şəhərində anadan olmuşdur. 2005–2016-cı illərdə Salyan rayonu 3 saylı tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetinə qəbul olub, 2021-ci ildə həmin universitetin məzunu olmuşdur. O, uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlamışdır. == Karyerası == Məktəb illərində Qulu Əsgərov adına musiqi məktəbində piano və solfecio üzrə 7 illik musiqi təhsili alıb. 2017-ci ildə Tələbə Baharı Ümumrespublika Mahnı Festivalına qatılıb ikinci yerin qalibi olub. 2019-cu ildə eyni yarışmada yenidən iştirak edərək yarışmanın qalibi olmuşdur. 2019-cu ildə Youthvision Beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş, 21 ölkə arasında 2-ci yerin qalibi olmuşdur.
Rüstəmli (Sabirabad)
Rüstəmli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Rüstəmli (Yevlax)
Rüstəmli — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Rüstəmli bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İbrahim Rüstəmli
İbrahim Mirzağa oğlu Rüstəmli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Rüstəmli İbrahim Mirzağa oğlu 18 iyul 1993-cü ildə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olub. 2011-ci ildə orta məktəbi bitirib və hərbi xidmətə gedib. Ailəli idi, bir övladı var. == Hərbi xidməti == Aprel döyüşlərinə könüllü yazılıb. 2020-ci ilin sentyabr ayının 21-də könüllü olaraq cəbhəyə yollanıb. İlk vaxtlar topçu kimi xidmət edib. Oktyabrın ortalarında yüngül qəlpə yarası alıb. Bir müddət müalicə alıb, sağaldıqdan sonra yenidən cəbhəyə yollanıb. Xocavənd rayonunun bir neçə kəndinin alınmasında fəal iştirak edib.
Əli Rüstəmli
Əmrah Rüstəmli
Əmrah Natiq oğlu Rüstəmli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəhid Əmrah Rüstəmov 2001-ci ilin iyulun 5-də dünyaya gəlib. O, orta məktəbi bitirdikdən sonra 2019-cu il iyulun 22-də hərbi xidmətə yollanıb. == Hərbi xidmətləri == 2020-ci ilin sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda silaha sarılan Əmrah Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 3-də Füzulinin Alıxanlı kəndində döyüş əməliyyatını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.
Fade to Black (Nadir Rüstəmli mahnısı)
Fade to Black (azərb. Soluruq‎) – Azərbaycanı 2022 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Nadir Rüstəmlinin müsabiqədə ifa etdiyi mahnı. Mahnının sözləri və musiqisi Andreas Stone, Anderz Wrethov, Sebastian Schub, Thomas Stengaard-ə aiddir. Nadir Rüstəmli 2022-ci ildə "Səs Azərbaycan" mahnı müsabiqəsinin qalibi olmuşdur.
Sabir Rüstəmxanlı
Sabir Xudu oğlu Rüstəmxanlı (20 may 1946, Hamarkənd, Yardımlı rayonu) — Azərbaycan Respublikasının xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı. == Həyatı == Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində dünyaya göz açıb. 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə tələbəlik illərindən başlamış, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilmişdir. 1974–1975-ci illərdə ordu sıralarında xidmət etmişdir. Bu sırada elmi işlə də məşğul olmuş, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir. S. Rüstəmxanlı 1976-cı ildə "Cəlil Məmmədquluzadə və folklor" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir. == Yaradıcılığı == Erkən yaşlarından məşğul olduğu ədəbi fəaliyyət 1967-ci ildən onun əsas peşəsinə çevrilmişdir. 1967–1978-ci illər ərzində "Ədəbiyyat və incəsənət" qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978–1989-cu illər arasında isə "Yazıçı" nəşriyyatının baş redaktoru olmuş, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirmişdir.
Tənzilə Rüstəmxanlı
Tənzilə Rüstəmxanlı (28 noyabr 1960, Qaraçanta, Amasiya rayonu) — Azəri Türk Qadınlar Birliyinin sədri. == Həyatı == Tənzilə Rüstəmxanlı 28 noyabr 1960-cı ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuşdur. 1969-cu ildə ailə vəziyyətimlə əlaqədər Azərbaycan Respublikasının Balakən rayonunun Qazbinə kəndinə köçmüşdür. 1969-cu ildə Qazbinə kənd orta məktəbin birinci sinfinə daxil olmuş və 1977-ci ildə məkətəbin 8-ci sinfini bitirmişdir. 1977-ci ildə Bakı şəhərində Bakı Ticarət Texnikomuna daxil olmuş, Mühasibat uçotu üzrə ixtisasa yiyələnmişdir.1977-ci ildə Bakı şəhərində Bakı Ticarət Texnikomuna daxil olmuş, Mühasibat uçotu üzrə ixtisasa yiyələnmişdir. 1980-ci ildə texnikomu bitirib, Mingəçevir şəhərinin Ticarət İdarəsinə təyinat üzrə göndərilmişdir. 1982-ci ildən bəri Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (Azərittifaq) müxtəlif vəzifələrdə çalışmişdır. Hal-hazırda Azərittifaqda sədrin 1-ci müavini vəzifəsində çalışır. 1991-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı flialını iqtisadçı ixtisası üzrə bitirmişdir. 2012-ci ildə Bakı Dövlət Universitetində Filologiya üzrə fəlsəfə elmlər doktoru elmi dərəcəsini almışdır.1996-cı il may ayının 3-də Azəri Türk Qadınlar Birliyinin- sədri seçilmişdir.
Fərşid Rüstəmi
Fərşid Rüstəmi (idmançı)