Əli Rüstəmli

Rüstəmli Əli Xasay oğlu (19 sentyabr 1953) — Gəncə şəhər İcra Hakimiyyəti Başçısı Aparatında Gəncə şəhərinin Baş memarı[1]

Əli Rüstəmli
Doğum tarixi 19 sentyabr 1953(1953-09-19) (69 yaş)
Fəaliyyəti memar

Həyatı[redaktə | mənbəni redaktə et]

Əli Rüstəmli 1953-cü il 19 sentyabrda Respublikasının anadan olmuşdur. 1955-ci ildə valdeyinləri ilə birlikdə Azərbaycan SSR-ə qayıtmışdır. 1961-ci ildə Yevlax şəhər 2 №-li orta məktəbin 1-ci sinfinə getmiş və 1971-ci ildə həmin məktəbdə 10 illik təhsilini başa vurmuşdur. Həmin il Azərbyacan Respublikasının Politexnik İnstitutuna qəbul olmuşdur.

Təhsilini müvəffəqiyyətlə davam etdirərək 1976-cı ildə (Politexnik institutu 2 yerə ayrıldığına görə təhsilini profilinə uyğun olaraq) Azərbaycan İnşaat Mühəndisləri Universitetinin Memarlıq fakültəsinin memar ixtisası üzrə tam kursu başa vurmuşdur. Təhsil müddəti universitetdə hərbi kafedra olduğuna görə universiteti bitirdikdən sonra 3 ay hərbi təlimdə iştirak etmişdir. Təyinatla Rusiya Federasiyasının Kalmık Muxtar Vilayətinin Elista şəhərinə Layihə İnstitutunda memar işləmək üçün göndərilmişdir. 13 mart 1978-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Azərbaycanın Yevlax şəhərinə qayıtmışdır. Şəhər rəhbərliyinin dəstəyi ilə Yevlax şəhər XDS İcrayyə Komitəsində TikintiMemarlıq şöbəsində abadlıq üzrə mühəndis, 6 may 1978-ci ildə Tikinti-Memarlıq şöbəsinin müdiri və şəhərin baş memarı vəzifəsinə təyin olunmuşdur. 1978-ci ildən 2000-ci ilədək Yevlax şəhər XDS İcraiyyə Komitəsində müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan müstəqil olandan sonra Yevlax şəhər İcra Hakimiyyətində şəhərin Baş memarı və şəhər Komunal təsərrüfatı üzrə müavin vəzifəsində çalışmışdır. 2001-ci ildə öz ərizəsi əsasında Yevlax şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Komunal təsərrüfatı üzrə müavin və Yevlax şəhərinin Baş memarı vəzifəsindən azad olunaraq Rusiya Federasiyasına gedib ayrı-ayrı vaxtlarda MoskvaStavropol şəhərlərində 8 ilə yaxın yaşayıb və işləmişdir.

2008-ci ilin mart ayında Azərbaycan Respublikasına qayıtmış və həmən ilin noyabr ayında "Sədərək" Bazar Kompleksində işləmişdir. 2011-ci ildə Bazar Kompleksinin tikintisi başa çatdıqdan sonra həmin ilin may ayında Gəncə şəhərinə dəvət almış və 24 may 2011-ci ildə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatında Memarlıq və Şəhərsalma İradəsinin rəis müavini, Memarlıq və Şəhərsalma İdarəsinin rəisi, 27 iyun 2012-ci ildə Gəncə şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri vəzifələrinə təyin olunmuşdur.

16 sentyabr 2014-cü ildə öz ərizəsi əsasında işdən azad olunmuşdur.

10 iyun 2016-cı il tarixində yenidən Gəncə şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri və şəhərin Baş memarı vəzifəsinə təyin olunmuşdur.

1982-ci ildə SSRİ Memarlıq İttifaqının üzvü olmuş və Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Azərbaycan Memarlıq İttifaqının üzvü olmuşdur.

2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 13 fevral tarixli 269 nömrəli Sərəncamıyla Rüstəmli Əli Xasay oğlu "Əməkdar memar" adına layiq görülmüşdür.

Ailəlidir, 3 övladı və 2 nəvəsi vardır.

Şəxsi iştirakı ilə tikilən obyektlərin siyahısı[redaktə | mənbəni redaktə et]

S/s Obyektin təyinatı Obyektin ünvanı Sərəncamın №-si və tarixi Sifarişçi
1 2 3 4 5
1. Gənclər evi H. Əliyev parkı № 357

10.10.2011

Gənclər və İdman Nazirliyi
2. Şənlik evi Gülüstan y/ə № 386

28.10.2011

"TAGİEV GROUP" MMC
3. Uşaq yaradıcılıq mərkəzi Əttarlar küç. 135 № 02

13.01.2012

Gəncə ŞİH
4. Filarmoniya binası Cavadxan küçəsi № 59

24.02.2012

Gəncə ŞHİ
5. Təhsil idarəsinin inzibati binası Atatürk pospekti № 65

27.03.2012

Təhsil Nazirliyi
6. Nizami Gəncəvi muzeyi Gəncə-Bakı yolu № 132

10.04.2012

Gəncə ŞHİ
7. Mərkəzi Bank Gəncə filialı Nizami prospekti № 57

02.05.2012

Mərkəzi Bank
8. Beynəlxalq Aftovağzal Gəncə-Bakı yolu № 138

10.05.2012

"İYA" MMC
9. Qarşıq tipli cəzaçəkmə müəssisəsi Göygöl-Şəmkir yolu № 163

10.05.2012

Ədliyyə Nazirliyi Pentensiar Xidməti
10. Mətbuat evi Ə. Cəmil küçəsi № 259

18.06.2011

"Azərmətbuatyayım" ASC
11. Heydər Əliyev Mərkəzi H. Əliyev parkı № 479"a"

03.10.2012

Gəncə ŞHİ
12. Prokurorluğun inzibati binası Ş. İ. Xətai prospekti № 67

10.05.2011

AR Baş Prokurorluğu
13. 1500 ailəlik məcburi köçkün qəsəbəsi Gəncə-Bakı yolu № 71

20.05.2011

Qaçqınkom
14. Avtomobil bazarı Gəncə-Şəmkir yolu № 398

01.03.2013

Eyyubova Almast Əli qızı
15. Üzgüçülük hovuzu Bayan k. 0.10 ha № 665

22.04.2013

Məmmədov Rüstəm Bəhrəm oğlu
16. Çoxmərtəbəli yaşayış binası Ş. İ.xətai prospekti № 1820

01.11.2013

"NAB GROUP OF COMPANİES"
17. Ticarət kompleksi V. Xuluflu küçəsi № 908

18.06.2013

"Gəncə Bazar Store" MMC
18. ASAN Xidmət binası H. Əliyev prospekti № 347

05.03.2013

ASAN Xidmət
19. Mətbəə binası Yeni Gəncə y/m Ə. Mehmandarov küçəsi № 178

14.03.2014

Əliyev Fuad Yusif oğlu
20. Yaşayış kompleksi Yeni Gəncə y/m 2-ci mikrorayon № 79

25.02.2014

"Yeni Gəncə yaşayış kompleksi" MTK
21. Asfalt zavodu Bakı-Qazax yolu № 425

27.03.2014

"Az Tikinti Yol" MMC
22. Mehmanxana Cavadxan 34 № 377

03.04.2014

"Gəncə Bazar Store" MMC
23. Ticarət obyekti T. Arani küçəsi № 658

25.04.2014

Məmmədova Ayşən Vahid qızı
24. Hərbi prokurorluğun İnzibati binası N. Nərimanov 23 № 804

16.05.2014

AR Hərbi Prokurorluğu
25. Mehmanxana Hacıkənd qəsəbəsi № 1047

17.06.2014

"Gəncə Bazar Store" MMC

Əlavə olaraq tikintisində iştirak etdiyi obyektlər: Qala kompleksi, Qala divarları və "Xəmsə" 5 kitabının tikintisi, M. Ş. Vazeh parkı, Gülüstan qəsəbəsi istirahət parkı, Gəncə-Şəmkir yolunun abadlaşdırılması, Nizami prospektinin rekonstruksiyası, H. Əliyev prospektinin rekonstruksiyası, Ş. İ. Xətai prospektinin rekonstruksiyası, Həsən Əliyev prospektinin rekonstruksiyası, Şəhərin digər küçələrində aparılan yenidənqurma və tikinti işləri.

İstinadlar[redaktə | mənbəni redaktə et]