Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əndəlus
Əndəlüs, həmçinin Əndəlus, Əndəlis və ya Andalusiya (isp. Andalucía, İspanca tələffüz: [andaluˈθi.a]) — İspaniyanın cənubunda tarixi vilayət və muxtar region. Sahəsi 87,3 min km2. Əhalisi 8 mln. nəfər (2007). Andalusiya inzibati ərazisinə 8 əyalət (Almeyra, Qranada, Kadis, Kordova, Malaqa, Sevilya, Uelva və Xaen) daxildir. Paytaxtı və əsas şəhəri Sevilyadîr. Ərazisinin çox hissəsini Qvadalkvivir çayı hövzəsindəki Əndəlus ovalığı tutur. Şimaldan Syerra-Morena, cənub və şərqdən Əndəlüs dağları ilə əhatələnir. VIII əsrin əvvələrində ərəblər bütün işğal edilmiş İspaniyanı əl-Əndəlüs adlandırmışdılar.
Əndəlus köpəyi
"Əndəlüs köpəyi" (fr. Un chien Andalou) — rejissor Luis Bunyuelin filmi. Filmin başlanğıcında orta yaşlı bir kişi ülgücü itiləyir, eyvana çıxır, bütöv olan aya baxır. Sonra isə o, həmin ülgüclə kresloda əyləşmiş qızın gözünü kəsir. Elə bu zaman da nazik buludlar ayın dairəsini kəsib keçir. Daha sonra ekranda ortasında deşik olan əl görünür. Həmin deşikdən qarışqalar çıxır. Sonra isə kişinin özü ilə üstündə ulaq ölüsü və iki keşiş bağlanmış iki royalı çəkib aparması, bir adamın o birinə atəş açması, qadın və kəsilmiş əl və s. göstərilir. Bütün bu obrazlar filmin sonuna qədər anlaşılmaz, qeyri-müəyyən və açılmamış şəkildə qalır.
Əndəlus köpəyi (film, 1929)

Əndəlüs tarixi
Əndəlüs — İslam hakimiyyətindəki İspaniya torpaqları. Ərəblər tərəfindən İspaniya torpaqları üçün istifadə edilən və onların ölkədən qovulmasından sonra ispan dilinə "Andalucia" olaraq keçən Əndəlüs kəliməsinin etimologiyası tam olaraq dəqiq deyil. İlk dəfə bu ada hicrətin 98-ci ilində (miladi 716) kəsilən bir sikkə üzərində rast gəlinir. Bir digər versiyaya görə isə, bu kəlimənin kökü V əsrdə şimali Afrikaya keçmədən öncə 18 il bu bölgədə yaşamış olan vandalların adıyla bağlıdır. Ərəblər ilk olaraq cənubi Fransadakı Septimaniya bölgəsi də daxil olmaq üzrə, İspaniyada idarə etdikləri bütün torpaqları Əndəlüs adlandırsalar da, 718-ci ildə başlayan və təxminən 8 əsr boyunca davam edən rekonkista illərində ərəblərin idarə etdiyi bölgənin daralması səbəbilə bu toponim də özünün əvvəlki mənasını itirmiş, nəticədə Əndəlüs adı yalnızca Nasiri əmirliyinin idarəsindəki torpaqlara şamil edilmişdir. "Andalucia" toponimi günümüzdə İspaniyada hələ də istifadə edilir və Almeriya, Qranada, Xaen, Kordova, Sevilya, Xuelva, Malaqa və Kadis vilayətlərini özündə birləşdirən geniş bir ərazini ifadə edir. İlk İslam fəthlərinin son mərhələsini Əndəlüsün fəthi təşkil edir. Bu hərəkatla bağlı o dönəmin yazılı mənbələrində məlumat olmadığı üçün sonrakı illərə istinad edilir, bu səbəblə bu hərəkatla bağlı bəzi tarixi və xronoloji uyğunsuzluqlar mövcuddur. İspaniyada ilk fəth hərəkatının başlanğıc tarixi haqqında 2 güclü rəvayət var: bunlardan ilkinə görə, bu tarix Xəlifə Osmanın əmriylə Abdullah ibn Nəfinin idarə etdiyi ordunun donanmayla bölgəyə gəldiyi 647-ci il; ikinci rəvayətə görə isə Tariq ibn Ziyadın idarəsindəki ordunun bölgəyə səfərə çıxdığı 711-ci ildir. Bunlardan ilkinin tutarsız olduğu bəllidir çünki 647-ci ildə ərəblər nə Tunis bölgəsindən qərbə keçə bilmiş, nə də dənizlərdə yetərli güc qazanmamışdı.
Əndəlüs Əməvi dövləti
Əndəlüs Əməvi Xilafəti (ərəb. خلافة قرطبة‎) və ya Kordova Xilafəti - indiki İspaniya və Portuqaliyada mövcud olmuş tarixi sünni İslam xilafəti. Kordova xilafəti ərəblər tərəfində 756-cı ildə Avropada yaranmışdır.
Qərb əl-Əndəlüs
Qərb əl-Əndəlus (ərəb. غرب الأندلس‎, gharb al-ʼandalus; "Əndəlüsün qərbi") və ya sadəcə əl-Qərb (ərəb. الغرب‎) — Piriney yarımdasında yaşayan müsəlmanlar tərəfindən 711-ci ildən 1249-cu ilə qədər ərazidə hakimiyyətdə olduqları dövrdə indiki Portuqaliyanın cənubundakı vilayətə və indiki İspaniyanın mərkəzi-qərbi hissəsinə verilən ad. Bu dövr Tariq ibn Ziyadın Piriney yarımadasına hücumundan və burada Əməvilərin nəzarəti bərqərar olmasından sonra Vestqot krallığının süqutu ilə başlamışdır. İndiki Alqarve öz adını bu ərəb adından götürür. Bölgənin 500 minə yaxın əhalisi var idi.
Ərəb dilinin Əndəlüs dialekti
Ərəb dilinin Əndəlüs dialekti və ya Əndəlüs ərəb dili (ərəb. اللهجة الأندلسية‎‎, isp. Árabe andalusí) — orta əsr ərəb dilinin VIII–XVI əsrlərdə "mavrların" idarə etdiyi müsəlman Pireney yarımadası (Kordova xilafəti) və Balear adalarında geniş yayılmış növlərindən biri. Rekonkistanın sonunda tədricən roman dilləri (ispan, portuqal, katalan) ilə əvəz olunmuşdur. XVII əsrə qədər mudexarlar adlanan icma arasında qismən qorunub saxlanılmışdır. Corriente, Federico. A Descriptive and Comparative Grammar of Andalusi Arabic (ingilis). BRILL. 2013. ISBN 978-90-04-22742-2.
Səndələn
Sanqalan və ya Səndələn — Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində yerləşən Ləngəbiz silsiləsinin ən hündür zirvəsi. Hündürlüyü 929 metrdir. Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin ərazisində, Ağsu rayonu ilə Şamaxı rayonunun sərhədində yerləşir. Zirvənin adının vaxtilə Bico kəndi ərazisinə gəlmiş Səndələn türk tayfalarının adı ilə bağlı olduğu və ya saklarla bağlı "Sak qala" mənasını verən toponim olduğu qeyd edilir. Ətraf ərazilərin əhalisi tərəfindən Bico dağı da adlandırılır. Yerli əhali arasında isə əsasən Sanqalan adlanır və qədim sak tayvaları ilə əlaqələndirilən "Sak qala" toponimi ilə bağlı olduğu da ehtimal edilir. (Bico kəndi ərazisində yerləşən məşhur Pirəmsaq ("sak qocası" mənasına gəlir) qəbiristanının mövcudluğu bu versiyanı daha da gücləndirir.) Böyük Qafqaz dağlarından Arana açılan strateji mövqedə olduğu üçün vaxtilə bu zirvə hərbi müdafiə və müşahidə məntəqəsi kimi istifadə edilmişdir.
Əndəlis
Əndəlüs, həmçinin Əndəlus, Əndəlis və ya Andalusiya (isp. Andalucía, İspanca tələffüz: [andaluˈθi.a]) — İspaniyanın cənubunda tarixi vilayət və muxtar region. Sahəsi 87,3 min km2. Əhalisi 8 mln. nəfər (2007). Andalusiya inzibati ərazisinə 8 əyalət (Almeyra, Qranada, Kadis, Kordova, Malaqa, Sevilya, Uelva və Xaen) daxildir. Paytaxtı və əsas şəhəri Sevilyadîr. Ərazisinin çox hissəsini Qvadalkvivir çayı hövzəsindəki Əndəlus ovalığı tutur. Şimaldan Syerra-Morena, cənub və şərqdən Əndəlüs dağları ilə əhatələnir. VIII əsrin əvvələrində ərəblər bütün işğal edilmiş İspaniyanı əl-Əndəlüs adlandırmışdılar.
Səndəl
Səndəl (lat. Santalum) — səndəlçiçəklilər sırasının səndəlkimilər fəsiləsinə aid bitki cinsi. 20-yə yaxın növü var. Ən tanınmış növü ağ səndəldir.
Sanqalan (Səndələn)
Sanqalan və ya Səndələn — Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində yerləşən Ləngəbiz silsiləsinin ən hündür zirvəsi. Hündürlüyü 929 metrdir. Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin ərazisində, Ağsu rayonu ilə Şamaxı rayonunun sərhədində yerləşir. Zirvənin adının vaxtilə Bico kəndi ərazisinə gəlmiş Səndələn türk tayfalarının adı ilə bağlı olduğu və ya saklarla bağlı "Sak qala" mənasını verən toponim olduğu qeyd edilir. Ətraf ərazilərin əhalisi tərəfindən Bico dağı da adlandırılır. Yerli əhali arasında isə əsasən Sanqalan adlanır və qədim sak tayvaları ilə əlaqələndirilən "Sak qala" toponimi ilə bağlı olduğu da ehtimal edilir. (Bico kəndi ərazisində yerləşən məşhur Pirəmsaq ("sak qocası" mənasına gəlir) qəbiristanının mövcudluğu bu versiyanı daha da gücləndirir.) Böyük Qafqaz dağlarından Arana açılan strateji mövqedə olduğu üçün vaxtilə bu zirvə hərbi müdafiə və müşahidə məntəqəsi kimi istifadə edilmişdir.
Səndələn (Sanqalan)

Gəndəlaş
Gəndəlaş (lat. Sambucus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinə aid bitki cinsi. Cinsin tərkibinə Şimal yarımkürəsində, eləcə də Avstraliyada geniş yayılmış 25-ə yaxın kol, çox da böyük olmayan ağac və nadir çoxillik ot bitki növləri daxildir.
Adi gəndəlaş
Qırmızı gəndəlaş (lat. Sambucus racemosa) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin gəndəlaş cinsinə aid bitki növü. Yarpağı tökülən kol və ya kiçik ağacdır. Latınca növ epitetini (lat. Racemosa) "salxımvari", "budaqlı" (lat. Racemus — "üzüm salxımı") kimi tərcümə etmək olar. Ədəbiyyatda növün bir neçə: salxımvari gəndəlaş, qırmızı gəndəlaş, adi gəndəlaş adına rast gəlinir. Hündürlüyü 1,5-3,5 m olan, düzgövdəli koldur. Cavan bitkilərin qabığı hamar, qocalarda soyulandır. Gövdələrin üzərində ağımtıl rəngli qabarcıqlar olur.
Euonymus pendulus
Euonymus lucidus (lat. Euonymus lucidus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Filipp Senderos
Filipp Senderos (fr. Philippe Sylvain Senderos; 14 fevral 1985, Cenevrə) — İsveçrə futbolçusu. Senderos peşəkar karyerasına "Servett" klubunda başlayıb, daha sonra gənc yaşlarında İngiltərənin "Arsenal" klubuna keçdi. O, şimali London klubunda 7 mövsüm ərzində 116 oyuna çıxmış və 2005-ci ildə Federasiya Kubokunu qazanmışdır. "Milan" və "Everton" klublarında icarə əsasında çıxış etdikdən sonra sonra o, 2010-cu ildə o, "Fulhem"ə keçdi və burada dörd mövsüm oynadı. Senderos daha sonra İspaniya, İngiltərə, Şotlandiya, İsveçrə və ABŞ-nin klublarında qısa mövsümlər keçirdi. 2005–2016-cı illərdə İsveçrənin əsas milli komandasında Senderos 57 oyuna 5 qol vurmuşdur. O, üç FİFA Dünya Kuboku və UEFA Avro 2008-də İsveçrəni təmsil etmişdir.
Qara gəndəlaş
Qara gəndəlaş (lat. Sambucus nigra) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin gəndəlaş cinsinə aid bitki növü. Kəndəlaş bitkisinin Azərbaycanda 2 növü yayılmışdır. Bunlardan biri – qara kəndəlaş adlanır. Təbabətdə ancaq qara kəndəlaşdan istifadə olunur. Makroneziya, Şimali Afrika, Asiyada İranda, Türkiyədə, Avropada, Cənubi Qafqazda, Ukraynada, Moldovada, Belarusda, Yeni Zelandiyada yayılmışdır. Hündürlüyü 4-10 metrə çatan koldur. Gövdələri budaqlı, nazik, oduncaqlı, qabığı və yumşaq məsaməli özəyi vardır. Yarpaqları üzbəüz, iri, uzunluğu 10-30 sm, lələkvarı, 3-7 ədəd uzunsov-yumurtavari xırda yarpaqlardan ibarətdir. Çiçəkləri sarımtıl-ağ rəngli (ayrıca çiçəkləri ağ), diametri 5-8 mm, beşləçəkli, iri, diametri 10-25 sm olan çiçək qruplarına yığılmışdır.
Qara kəndəlaş
Qırmızı gəndəlaş
Qırmızı gəndəlaş (lat. Sambucus racemosa) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin gəndəlaş cinsinə aid bitki növü. Yarpağı tökülən kol və ya kiçik ağacdır. Latınca növ epitetini (lat. Racemosa) "salxımvari", "budaqlı" (lat. Racemus — "üzüm salxımı") kimi tərcümə etmək olar. Ədəbiyyatda növün bir neçə: salxımvari gəndəlaş, qırmızı gəndəlaş, adi gəndəlaş adına rast gəlinir. Hündürlüyü 1,5-3,5 m olan, düzgövdəli koldur. Cavan bitkilərin qabığı hamar, qocalarda soyulandır. Gövdələrin üzərində ağımtıl rəngli qabarcıqlar olur.
Catolobus pendulus
Catolobus pendulus (lat. Catolobus pendulus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin catolobus cinsinə aid bitki növü.
Otşəkilli gəndəlaş
Otşəkilli gəndəlaş (lat. Sambucus ebulus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin gəndəlaş cinsinə aid bitki növü. Hündürlüyü 70–200 (250) sm, gövdəsi düzduran, sadə və ya budaqlanan, şırımlı olan çoxillik ot bitkisidir. Yalançı zoğları yarpaqşəkilli, neştərvari və mişarvaridir. Xoşagəlməyən iyi vardır. Yarpaqları saplaq üzərindədir, 6–9 (11) ədəd yarpaqcıqdan; yarpaqcıqlar neştərvari və ya xətvari-neştərvaridir, sivriləşmişdir, qaidə hissəsi köndələndir, kənarları mişarvaridir, çılpaq və ya alt tərəfdən tükcüklüdür. Çiçəkləri təpə hissədə yerləşən iri qalxanvari-süpürgə yastı çiçək qrupunda toplanmış, üç əsas çox şaxəli budaqları vardır. Tac ağ rəngdə, üst tərəfdən bəzən, çəhrayıtəhərdir. Meyvələri şarşəkilli, qara rəndədir, 3 (4) çəyirdəklidir və diametri 3–4 mm-dir. İyun-avqust aylarında çiçəkləyir, (iyul) avqust-oktyabr aylarında meyvə verir.
Qirmizi gəndəlaş və ya adi gəndəlaş
Maykl Sendel
Maykl C. Sendel (Michael J. Sandel, 5 mart 1953, Minneapolis, Minnesota) — amerikalı siyasi filosof və fəlsəfi kommunitarist.Harvard Universitetinin professoru, Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü (2002). 23 dilə, ümumilikdə isə əsərləri 27 dilə tərcümə edilmiş kitabların müəllifidir. Washington Post onu "güman ki, ABŞ-ın ən məşhur universitet professoru" adlandırmış və 2010-cu ildə China Newsweek jurnalı onu Çində ilin ən nüfuzlu xarici siması adlandırdı. Asturiya Şahzadəsi mükafatının laureatıdır (2018). Sendel Brandeis Universitetini əla qiymətlərlə bitirmiş (1975) və Phi Beta Kappanın üzvü olmuşdur. Doktoranturanı 1981-ci ildə Oksfordun Balliol Kollecində Rodos Təqaüdçüsü kimi bitirmişdir. Bir il əvvəl (1980-ci ildən) o, Harvard Universitetində siyasi fəlsəfədən dərs deməyə başladı, indi (2002-ci ildən) adlı professordur ( Anne T. və Robert M. Bass professoru, bu vəzifədə birincidir) ; 1999-cu ildən Harvard Kollecində professordur. 2001-ci ildən Sorbonnada qonaq professordur. Onun "Ədalət" kursu Harvardda internetdə və televiziyada sərbəst şəkildə yayılan ilk kurs idi və bütün dünyada milyonlarla insan tərəfindən izlənilmişdir. Onun digər kursları Etika, Biotexnologiya və İnsan Təbiətinin Gələcəyi, Etika, İqtisadiyyat və Hüquqdur.