Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İbadulla
İbadulla — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == İbadulla kəndi Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun eyniadlı inzibati ərazi dairəsində yerləşir. Arpacayın sahilində, düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə İbadulla adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır. İbadulla sözü ərəb mənşəli söz olub tərcümədə mənası "Allahın qulları" deməkdir. 29 mart 2005-ci ildə Qışlaqabbas kəndi İbadulla kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qışlaqabbas kənd inzibati ərazi vahidi yaradılmışdır. == Əhali == Əhalisi 1437 nəfərdir.(2009 - cu il) Əsasən üzümçülük, tütünçülüklə məşğul olurlar. Arxeoloji abidələrdən aid olur ki, burada Tunc dövrünə aid yaşayış yeri var. == İstinadlar == == Xarici keçidlər == İbadulla kəndi GEOnet Names Serverdə.
Abdulla
Abdulla — kişi adı və təxəllüs. Adın Abdullah forması da var.
Qabdulla Tukay
Məhəmmədarif oğlu Abdulla Tuqay ili (tatar Габдулла Тукай, Ğabdulla Tuqay, عبدالله توقاي‎; 14 (26) aprel 1886, Quşlauç[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 2 (15) aprel 1913, Klyaçinsk ambulatoriyası[d], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) – Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi. Tatar ədəbiyyatında tənqidi realizmin banisi. == Həyatı == Abdulla Tuqay 26 aprel 1886-cı ildə Kazan quberniyasının Quşlauç kəndində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. İbtidai təhsilini Kırlay kənd mədrəsəsində almışdır. 1895-ci ildən sonra Uralsk şəhərində bibisinin yanında yaşamışdır. Burada Mutiullah mədrəsəsində oxumuşdur. Eyni zamanda mədrəsənin yanındakı rus sinfində də oxumuşdur. Orada tatar xalq ədəbiyyatı ilə yanaşı, ərəb, fars, türk, rus və digər xalqların ədəbiyyatları, Şərq və Qərb mədəniyyətləri ilə tanış olmuşdur. == Yaradıcılığı == Abdulla Tuqay mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır.
Sadullah Güney
Sadullah Güney (türk. Sadullah Güney; 1883 – 18 iyun 1945, Türkiyə) — Türk əsgəri və siyasətçisi. == Hərbi fəaliyyəti == 1902-ci ildə İmperiyanın Hərbi Mühəndislik Məktəbini, 1905-ci ildə isə Osmanlı Hərbi Kollecini bitirdi. 6 iyul 1921-ci ildə İneboluya gələrək Türkiyə İstiqlaliyyət müharibəsinə qatıldı. Müharibə zamanı 16-cı briqadanın komandiri və Qərb Cəbhəsinin Ankara Mənzil müfəttişi vəzifəsində çalışmışdır. 21 iyul 1928-ci ildə ordudan təqaüdə çıxdı. == Siyasi fəaliyyəti == Türkiyə Böyük Millət Məclisinin V (Aralıq seçkisi), VI və VII dövrlərində Muğlanın millət vəkili olmuşdur. 18 iyun 1945-ci ildə İstanbulda vəfat etmişdir. == Medal və təltifləri == Osmaniyyə ordeni Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) == İstinadlar == == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 167.
Salamulla Cavid
Salamulla Molla Haşım oğlu Cavid (1900, Xalxal – 1986, Tehran) — Cənubi Azərbaycan Milli hökumətinin üzvü, daxili işlər naziri. == Həyatı == Salamulla Molla Haşım oğlu Cavid 1900-cü ildə Güney Azərbaycanın Xalxal bölgəsinin Nirov kəndində kasıb bir ailədə anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. sonra Bakı şəhərinə köçmüşdülər. Bakıya 1910-cu ilin qışında gəldiyindən dərs ili başlanmışdı və bir neçə ay keçmişdi. Vaxt itirməmək üçün dayısı Məhərrəm onu Hacı Ənam Xalxali adlı bir şəxsin məktəbinə yazdırdı. Növbəti dərs ilində Bakıdakı "İttihad" məktəbində təhsilimi davam etdirdi. Dayısının maddi imkanı az olduğundan paltar, məktəb ləvazimatı və cib xərcliyimdən korluq çəkirdi. 1914-cü ildə Məmmədəli xan Tərbiyət "İttihad" məktəbinə müdir təyin olundu. O, yaxşı və əla oxuyan şagirdlərə maddi yardım göstərdiyindən, onun da vəziyyətim yaxşılaşırdı, dayısının maddi yükü bir qədər yüngülləşirdi.
Salamulla İsmayılov
Salam Xeyrulla oğlu İsmayıl — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Salam İsmayıl 23 aprel 1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun aktyorluq fakültəsini bitirmişdir. 1974–1976-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsində işləmiş, 1977-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Kino sahəsində bir neçə irili və xırdalı rollarda çəkilmişdir. Teatr xadimlər ittifaqının üzvü, ""Qızıl Dərviş" mükafatı" mükafatı laureatıdır. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Əsas rolları == Solğun çiçəklər (C. Cabbarlı) — Bəhram, Aydın (C. Cabbarlı) — Novruz bəy Oqtay Eloğlu (C. Cabbarlı) — Mazadaranski Maral (H. Cavid) — Cəmil Atabəylər (N. Həsənzadə) — Abubəkir Sənsiz (S. Qurbanov) — Tərlan == Filmoqrafiya == Bizim küçənin oğlanları (film, 1973) Qocalar, qocalar... (film, 1982) Yük (film, 1995) Bir anın həqiqəti (film, 2003) Koroğlu (film, 2003) Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film) — rol: Qəzənfər Cavad xan (film, 2009) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: bağban Kərim Həsənov Çölçü (film, 2012) Tək olanda qorxma...
Saypulla Absaidov
Saypulla Absaidov (14 iyul 1958, Tərki[d]) — Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Saypulla Absaidov 68 kq çəki dərəcəsində 2 dəfə (1980, 1981) SSRİ çempionu, bundan 1 il əvvəl isə gümüş mükafatçı olub. 1980-ci ildə olimpiya və Avropa, növbəti il dünya çempionatında qızıl medal qazanıb. 2009-cu ildə Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.
Səyadulla Kərimli
Kərimli Səyadulla Xudaverdi oğlu — yazıçı-publisist, tənqidçi. == Həyatı == Səyadulla Kərimli 1948-ci il iyulun 1-də Yardımlı rayonunun Zenqaran kəndində anadan olmuşdur. Orta təhsilini 1966-cı ildə Yardımlıdakı M.F. Axundov adına 1 saylı orta məktəbdə bitirmişdir. 1967-1969-cu illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Yardımlı rayonundakı Hamarkənd kənd orta məktəbində müəllimlikdən başlamışdır. 1976-1977-ci illərdə həmin məktəbdə tədris işləri üzrə direktor müavini işləmişdir. 1977-ci ildə Bakı şəhərinə köçmüş, bir il Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir, 1978-1981-ci illərdə "Azərnəşr"də redaktor, böyük redaktor, 1982-1990-cı illərdə "Zəka" jurnalında məsul katib, 1991-2005-ci illərdə "Zəka" jurnalında baş redaktor, 2006-2008-ci illərdə "Respublika" qəzetində redaktor, 2008-2009-cu illərdə isə "Lider" TV-nin Dublyaj redaksiyasında redaktor vəzifələrində çalışmışdır. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında həmişə mühüm fəaliyyəti olub. Fəxri adlara, fəxri fərmanlara, müxtəlif mükafatlara layiq görülüb.
Səyadulla Əhmədov
Səyadulla Rasim oğlu Əhmədov (29 dekabr 1998; Cəfərxanlı, Cəlilabad, Azərbaycan — 2 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səyədulla Əhmədov 29 dekabr,1998-ci ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində anadan olub. == Hərbi xidmətləri == Səyadulla Əhmədov 2017–2019-cu ildə Naxçıvanda BMP atıcısı kimi xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səyadulla Əhmədov Füzuli, Cəbrayılın azad edilməsində savaşıb. Səyadulla Əhmədov oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Cəlilabadda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sayadulla Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyadulla Əhmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səyadulla Əhmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səyadulla Əhmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
İbadulla Ağayev
İbadulla Əliağa oğlu Ağayev (17 yanvar 1950, Muğan Gəncəli, Sabirabad rayonu) — Azərbaycan alimi, tibb elmləri doktoru (1991), professor (1992). Səhiyyə Nazirliyinin Baş epidemioloqu (1992–2020), Azərbaycan Respublikasının əməkdar müəllimi (2000), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2007). Rusiya Təbiət Elmləri Akademiyasının (1999), Beynəlxalq Ekoenerji Akademiyasının (2001) və Yeni Azərbaycan Partiyasının üzvü. Azərbaycan Epidemioloqları, Mikrobioloqları və Parazitoloqları Cəmiyyətinin sədridir. == Həyatı == İbadulla Ağayev 1950-ci il yanvar ayının 17-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olmuşdur. 1966-cı ildə Muğangəncəli kənd orta məktəbini bitirib. 1967-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1973-cü ildə oranı bitirib. 1973–1974-cü illərdə E. Əfəndiyev adına 2 saylı Bakı şəhər klinik xəstəxanasında cərrahiyə ixtisası üzrə internatura keçmişdir. 1974-cü ildən 1976-cı ilin mart ayına qədər Bakı şəhər mərkəzi təcili tibbi yardım stansiyasında həkim işləmişdir. 1976-cı ilin mart ayında N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun epidemiologiya kafedrasına müsabiqə yolu ilə assistent vəzifəsinə seçilmişdir.
İbadulla Dəmirov
İbadulla Əliyev
Əlizadə İbadulla Ağaməli oğlu (Əliyev İbad Əli oğlu)-(1879-1938) - Görkəmli Azərbaycan mühəndisi, beynəlxalq iqtisadçı, müəllim. == Həyatı == İbadulla Ağaməli oğlu 1879-cu ildə Bakıda anadan olmuşdur. Riqa Politexnik İnstitutunda H.Z.Tağıyevin təqaüdü ilə ali təhsil almışdı (1902-1909). Bakıda Tağıyevin neft mədənlərində mühəndis işləyib (1909-1917). Azərbaycan Cümhuriyyəti dövründə (1918-20) Bakı Şəhər İdarəsinin işçisi və Şollar- Bakı su kəmərinin müdiri olub. Sovet hakimiyyətinin başlanğıcında (1920-21) Azərbaycan SSR Xarici İşlər Xalq Komissarlığında ticarət müşaviri olub. 1921-ci ildə N.Nərimanovun təklifi ilə Azərneft xəttiylə Azərbaycanın Berlindəki Ticarət Nümayəndəliyinə göndərilib. 9 sentyabr 1921-dən 30 sentyabr 1927-yədək burada texniki şöbənin mühəndisi olub (1922-də SSRİ yarandıqdan sonra SSRİ-nin Almaniyadakı Ticarət Nümayəndəliyində bu dövlətin təmsilçisinə çevrilib). Orada 1 noyabr 1927-ci il 1 sentyabr 1928-ci il arasında neft avadanlıqları şöbəsinin məsul əməkdaşı ("müxbir"i) işləyib. Bu illərdə menşeviklərin 1920-də partlatdığı Şollar su kəmərini bərpa etməkçün Almaniyadan dizel maşınları alınmasını, Bakının neft mədənləri üçün avadanlıqlar göndərilməsini və dövlət əhəmiyyətli bir çox məsələləri uğurla təşkil edib.
Abbas Abdulla
Abdulla Abbas Hacaloğlu (12 may 1940, Kəpənəkçi, Lüksemburq rayonu – 4 sentyabr 2019) — şair, ədəbiyyatşünas, tərcüməçi, 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), ədəbiyyatşünas, tərcüməçi, redaktor, siyasətçi, Azərbaycan Kommunist Partiyası üzvü, Müsavat Partiyası Ali Məclisinin üzvü, Azərbaycanın İstanbuldakı baş konsulu (1992–1997), Ukraynanın Maksim Rılski adına ədəbi mükafatı laureatı (1984). == Həyatı == Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olmuşdur. Tiflisin baş hakimi İsrafil ağa Acalov və Cənub-Qərbi Qafqaz Türk Respublikasının qurucusu və başcısı Emin ağa Acalov əmiləridirlər. Orta təhsili Bolus Kəpənəkçisi (I-VUI), Arıxlı (IX) və Faxralı (X–XI) kəndlərində almışdır. 1958-ci ilin oktyabrından 1959-cu ilin sentyabrınadək doğma kəndində müəllimlik etmişdir. Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1958–1963). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1964–1966), Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini (1981–1982) bitirmiş, Kiyevdə Ukrayna EA-nın T. Q. Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçmişdir. Universitetdə tələbəlik illərində həm də işləmişdir: Bakı Neftayırma zavodunda köməkçi fəhlə, çilingər, eyni zamanda zavodun "Neftayıran" çoxtirajlı qəzeti redaksiyasında əməkdaş olmuşdur (1961–1963). "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1966–1973), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973–1977), baş redaktorun müavini (1979–1987), "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru (1987–1992), Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992–1997) olmuşdur. Kommunist Partiyasının üzvü olmuş (1978–1990), Azərbaycan Yazıçılar İttifaqında ilk partiya təşkilatının katibi (1981–1983), Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (tənqid-ədəbiyyatşünaslıq, publisistika üzrə) katib seçilmişdir (1991–1992).
Abdulla (Avurğazı)
Abdulla (başq. Абдулла, rus. Абдуллино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 28 km, kənd sovetliyindən (Şlanlı): 1 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 39 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (90%) üstünlük təşkil edir.
Abdulla Sabir
Sabir Abdulla (18 sentyabr 1905 və ya 5 (18) sentyabr 1905, Kokand, Fərqanə vilayəti – 24 oktyabr 1972, Daşkənd) — özbək yazıçısı, şairi. == Həyatı və fəaliyyəti == Abdulla Sabir (Sabircan Abdullayevin təxəllüsü) 18 sentyabr 1905-ci ildə Kokandda anadan olmuşdur. Onun "Bahar" (1931), "Sevinc" (1933), "Dostluq" (1937), "Gülşən" (1939), "Həyat nəğmələri (1962), "Divan" (1970) şeir və hekayə toplularında zəhmət adamlarının həyatından söhbət açılır. Abdulla Sabir "Mövlana Müqimi" (1965)romanının, "Bağban qızı" (1930), "Ayxan" (1935), "Qurban Ömərov" (1941) pyeslərinin, "Tahir və Zöhrə" (1943), "Muqimi" (1954), "Alpamış" (1959) musiqili dramlarının müəllifidir. Abdulla Sabirə Özbəkistan ədəbiyyatında göstərdiyi xidmətlərinə görə 1944-cü ildə Özbəkistanın əməkdar incəsənət xadimi, 1965-ci ildə Özbəkistanın xalq şairi fəxri adları verilmişdir. O, 3 ordenlə təltif edilmişdir. Abdulla Sabir 1972-ci ildə Daşkənddə vəfat etmişdir.
Abdulla Sur
Mirzə Abdulla Məhəmmədzadə (təxəllüsü: Abdulla Sur, Abdulla Tofiq; 23 iyul 1883, Yelizavetpol – 1912, Yelizavetpol) — ədəbiyyatşünas, tənqidçi. == Həyatı == Abdulla Sur 23 iyul 1883-cü ildə Gəncədə anadan olmuşdur. === Təhsili === İlk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində almış, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənmişdir. Çox gənc yaşda – 1899-da, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlamışdır. 1906-cı ildə İstanbula getmiş və İstanbul Universitetində təhsil almışdır. Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsiylə çox qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınmışdır. == Fəaliyyəti == İlk məqalələri 1903-cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzetində çap olunmuşdur. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyir. Onun yazıları qəzetin hər sayında yer alırdı. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam etmişdir.
Abdulla Süleymanov
Abdulla Telman oğlu Süleymanov (28 iyun 1999; Bakı, Azərbaycan — 30 noyabr 2021; Xızı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının leytenantı, pilot, İkinci Qarabağ müharibəsinin iştirakçısı. 30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olmuşdur. == Həyatı == Abdulla Süleymanov 28 iyun 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Cəbrayıl rayonunun Çərəkən kəndindəndir. 2005–2016-cı illərdə M. Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbində təhsil almışdır. 2016–2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin Akademiyasında ali təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Abdulla Süleymanov 2020-ci ildə akademiyanı aviasiya ixtisası üzrə bitirmiş və "leytenant" rütbəsində Səngəçal aerodromunda xidmətə başlamışdır. Azərbaycan Ordusunun leytenantı olan Abdulla Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində pilot olaraq iştirak etmişdir. Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Abdulla Tahirzadə
Abdulla Mahmud oğlu Tahirzadə (19 yanvar 1896, Vartaşen, Nuxa qəzası – 2 noyabr 1978, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Abdulla Tahirzadə 19 yanvar 1896-cı ildə Şəki qəzasının Xaçmaz mahalında anadan olmuşdur. İlk təhsilini Ağdaşda alan Tahirzadə orta təhsilini İstanbulda xeyriyyə məktəbində davam etdirmişdir. Daha sonra o, parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün İstanbul Universitetinə (Türkiyə) göndərilmişdir. Orada Ali İqtisad Məktəbində və İstanbul Universitetinin Riyaziyyat fakültəsində təhsil almışdır. 1923-cü ildə vətənə qayıdan Abdulla Tahirzadə Azərbaycanın orta ixtisas və ali məktəblərində müəllim kimi fəaliyyət göstərmişdir. == Repressiya dövrü == Abdulla Tahirzadə 1949-cu ildə repressiyaya məruz qalmışdır. O, 1949-cu ilin may ayında Xüsusi Müşavirənin qərarı ilə yalançı ittihamlarla həbs edilərək Orta Asiyaya sürgünə göndərilmişdir. Beş il müddətinə islah-əmək düşərgəsində sürgündə olan Abdulla Tahirzadə 1953-cü ildə azad edilmişdir. O, iki il Cambulda (Qazaxıstan) müəllim işləmişdir.
Abdulla Tağızadə
Abdulla Məmməd oğlu Tağızadə (1897, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 12 yanvar 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan dilçisi, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının elmi işçisi və APİ-nin dilçilik kafedrasının müdiri. Azərbaycan orfoqrafiyası və terminologiyası sahəsində tanınmış mütəxəssislərdən biri və Azərbaycandakı əlifba hərəkatının fəal üzvlərindən biri olmuşdur. Böyük təmizləmə zamanı öldürülüb. == Təhsili == İlk təhsilini məhəllədəki ibtidai məktəbdə alan Abdulla, daha sonra Gəncə gimnaziyasında oxuyub. O, 1916-cı ildə gimnaziyanı uğurla başa vurub və Moskva Universitetinin hüquq fakültəsinə daxil olub. Bir il sonra Rusiyanı bürümüş inqilab dalğası səbəbiylə Gəncəyə geri dönmüşdür. Abdulla Tağızadə, Maarif Komissarlığının sərəncamı ilə 1924-cü ildə Leninqrad şəhərindəki Şərq Dilləri İnstituna oxumağa göndərilir. O, həm də Leninqrad Dövlət Universitetinin dil və mədəniyyət fakültəsinə daxil olur. Burada professor A. N. Samoyloviçlə dostluq edən Abdulla 1925-ci ildə Leninqradda Bəkir Çobanzadə ilə tanış olur. Bu tanışlıq sonralar onlar arasında möhkəm dostluğa çevrilir.
Abdulla Tukay
Məhəmmədarif oğlu Abdulla Tuqay ili (tatar Габдулла Тукай, Ğabdulla Tuqay, عبدالله توقاي‎; 14 (26) aprel 1886, Quşlauç[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 2 (15) aprel 1913, Klyaçinsk ambulatoriyası[d], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) – Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi. Tatar ədəbiyyatında tənqidi realizmin banisi. == Həyatı == Abdulla Tuqay 26 aprel 1886-cı ildə Kazan quberniyasının Quşlauç kəndində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. İbtidai təhsilini Kırlay kənd mədrəsəsində almışdır. 1895-ci ildən sonra Uralsk şəhərində bibisinin yanında yaşamışdır. Burada Mutiullah mədrəsəsində oxumuşdur. Eyni zamanda mədrəsənin yanındakı rus sinfində də oxumuşdur. Orada tatar xalq ədəbiyyatı ilə yanaşı, ərəb, fars, türk, rus və digər xalqların ədəbiyyatları, Şərq və Qərb mədəniyyətləri ilə tanış olmuşdur. == Yaradıcılığı == Abdulla Tuqay mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır.
Abdulla Tuqay
Məhəmmədarif oğlu Abdulla Tuqay ili (tatar Габдулла Тукай, Ğabdulla Tuqay, عبدالله توقاي‎; 14 (26) aprel 1886, Quşlauç[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 2 (15) aprel 1913, Klyaçinsk ambulatoriyası[d], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) – Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi. Tatar ədəbiyyatında tənqidi realizmin banisi. == Həyatı == Abdulla Tuqay 26 aprel 1886-cı ildə Kazan quberniyasının Quşlauç kəndində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. İbtidai təhsilini Kırlay kənd mədrəsəsində almışdır. 1895-ci ildən sonra Uralsk şəhərində bibisinin yanında yaşamışdır. Burada Mutiullah mədrəsəsində oxumuşdur. Eyni zamanda mədrəsənin yanındakı rus sinfində də oxumuşdur. Orada tatar xalq ədəbiyyatı ilə yanaşı, ərəb, fars, türk, rus və digər xalqların ədəbiyyatları, Şərq və Qərb mədəniyyətləri ilə tanış olmuşdur. == Yaradıcılığı == Abdulla Tuqay mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır.
Abdulla Vəliyev
Vəliyev Abdulla Hüseyn oğlu (13 fevral 1910 – 8 iyun 1986) — Azərbaycanın tanınmış görkəmli dialektoloqu, filologiya elmləri doktoru, professor. == Həyatı == Vəliyev Abdulla Hüseyn oğlu 13 fevral 1910-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1941-ci ildə xarici Dillər İnstitutunda Azərbaycan və rus dili kafedrasının müdiri olmuş, 1954–1960-cı illərdə Azərbaycan Dövlət Universitetində Azərbaycan dili kafedrasının müdiri vəzifəsidnə çalışmışdır. Vəliyev Abdulla Nizami adına Ədəbiyyat və Dil İnstitutunun baş elmi işçisi, "Türk dilləri dialektologiyası məsələləri" adlı ümumittifaq jurnalının məsul katibi, Azərbaycan EA dil üzrə əlaqələndirmə şurasının katibi, ADU-nun filologiya fakültəsinin Müdafiə Elmi Şurasının elmi katibi vəzifələrini icra etmişdir. O, Moskva türkologiya məktəbinin yetirməsidir. == Elmi yaradıcılığı == A.Vəliyevin elmi fəaliyyəti zəngin və çəxşaxəli olmuşdur. Uzun müddətli ekspedisiyalarda topladığı materiallar əsasında yazılmış "Azərbaycan dilinin Muğan qrupu şivələri" (1955), "Naxçıvan MSSR-in dialekt və şivələri" (1962), "Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri" (1967) monoqrafiyalarının və "Azərbaycan dilinin dialektoloji lüğətin"nin (1964) müəlliflərindən biri olmuşdur. A.Vəliyev 1952-ci ildə "Говоры западных районов Апшеронского полуострова" adlı mövzuda namizədlik dissertasiyasını müdafiə etmişdir, 1975-ci ildə "Переходные говоры азербайджанского языка" adlı mövzu üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Cəbhədəki xidmətlərinə və səmərəli əmək fəaliyyətinə görə o, bir çox orden və medallarla, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur. == Kitablar == 1.
Abdulla Zərbəliyev
Kərbəlayı Abdulla Zərbəliyev (1849, İçəri şəhər, Bakı qəzası – 1934, Bakı) — məşhur azərbaycanlı milyonçu, mesenat, Bakı Şəhər Dumasının üzvü. == Həyatı == Kərbəlayı Abdulla Hacı Zərbəli oğlu Zərbəliyev 1849-cu ildə rəncbər ailəsində dünyaya göz açıb. Atası Hacı Zərbəli Mirzəli oğlu İçəri Şəhərin Mirzəli tayfasındandır. Hacı Zərbəlinin şəhər kənarında – Dərnağında (indiki Dərnəgül) torpaq sahələri var idi. O, əsasən taxıl əkib becərməklə məşğul olurdu. Günlərin birində təsadüfən icarəyə verdiyi torpaqlardan neft fəvvarəsi vurur. O, ağ neft istehsal edən zavod açaraq xeyli sərvət toplayır. Məkkəyə ziyarətə gedib, Hacı titulunu alır. Hacı Zərbəlinin iki arvaddan 5 uşağı olub, onlardan biri də Kərbəlayı Abdulla idi. Kərbəlayı Abdulla Bakıda və onun ətraf kəndlərində qoçuların qoçusu (baş qoçu) adlandırırdılar.
Abdulla xan
Abdulla xan (1340 – 1370) — Mamay xanın köməyi ilə hakimiyyətə gəlmişdi. Əvvəlcə Həsən xan tərəfindən devrilsə də yenidən hakimiyyətə gətirilmiş, müstəqil hərəkətlərindən dolayı Mamay xan onu devirib taxta Bulak xanı gətirmişdi.
Abdulla İbrahimov
Abdulla Hacıbaba oğlu İbrahimov — Azərbaycan SSR Ali Məhkəməsinin sədri (1962–1980), əməkdar hüquqşünas. == Həyatı == Abdulla İbrahimov 1921-ci ildə Dəvəçi rayonunun Zöhrabkənd kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısı olan A.İbrahimov 1948-ci ildə Ümumittifaq Hüquq İnstitutunu bitirmişdir. Abdulla İbrahimov 1944–1958-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmış, o cümlədən Bakı şəhər milis idarəsi rəisinin müavini olmuşdur. 1958–1960-cı illərdə isə o, Bakı şəhərinin prokuroru vəzifəsində işləmişdir. 1960–1962-ci illərdə Azərbaycan respublikası Daxili İşlər nazirinin müavini işləmiş A.İbrahimov 1962-ci ilin martında Azərbaycan SSR Ali Məhkəməsinin sədri seçilmişdir. A.İbrahimov 1962-ci ildən 1980-ci ilədək fasiləsiz olaraq 18 il Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləmiş, 1980–1991-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Hüquq Şöbəsinin müdiri olmuşdur. Təqaüdə çıxdıqdan sonra isə ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Abdulla Hacıbaba oğlu İbrahimov 2003-cü il iyulun 5-də 82 yaşında vəfat etmişdir.