İbadulla Ağayev

Ağayev İbadulla Əliağa oğlu (17 yanvar 1950, Muğan Gəncəli, Sabirabad rayonu) — Azərbaycan alimi, tibb elmləri doktoru, professor, Baş epidemioloq (1992-2020), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2007), Əməkdar müəllim (2000). Rusiya Təbiət Elmləri Akademiyasının üzvü (1999).[1]

İbadulla Ağayev
Ağayev İbadulla Əliağa oğlu
Doğum tarixi (73 yaş)
Doğum yeri Muğan Gəncəli, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili N.Nərimanov adına Tibb İnstitutu
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı

Həyatı[redaktə | mənbəni redaktə et]

İbadulla Ağayev 1950-ci il yanvar ayının 17-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olmuşdur.Orta təhsilini 1966-cı ildə bitirdikdən sonra N.Nərimanov adına Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olaraq 1973-cü ildə ali təhsilini müvəffəqiyyətlə başa vurmuşdu.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1973-1974-cü illərdə E.Əfəndiyev adına Bakı şəhər 2 saylı klinik xəstəxanada həkim-intern işləmişdir.1974-1976-cı illərdə isə Bakı şəhər 2 saylı təcili tibbi yardım stansiyasında səyyar həkim vəzifəsini daşımışdır.1976-1982-ci illərdə həmin kafedrada assisent vəzifəsində çalışmışdır.

180 elmi əsərin müəllifidir.

1982-1992-ci illərdə ATU-nun epidemiologiya kafedrasının assisenti vəzifəsindən yüksələrək kafedranın dosenti vəzifəsində çalışmışdır. 1992-ci ildə ATU-nun epidemiologiya kafedrasının müdiri vəzifəsinə layiq görülmüşdir. Həmin ildə Ali Attestasiya Komissiyası tərəfindən ona professor elmi adı verilmişdir. Epidemiologiya sahəsində əvəzsiz xidmətlərinə görə İbadulla Ağayev 1992-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş epidemioloqudur.

O, 1992-ci ildə Azərbaycan epidemioloqları və parazitoloqları elmi cəmiyyətinin sədri, 1994-cü ildən Atu-nun epidemiologiya, mikrobiologiya və yoluxucu xəstəliklər üzrə problem komissiyasının sədri, 1995-ci ildən ATU-nun tibbi-profilaktika və tibbi biologiya fakultəsinin sahə metodik komissiyanın sədri seçilmişdir.

1999-cu ildə Səhiyyə Nazirliyinin fəxri fərmanı ilə mükafatlandırılmış, 2000-ci ildə ölkə Prezidentinin fərmanı ilə "Əməkdar müəllim" adına layiq görülmüşdür.

2007-ci ci ildə Dövlət Başçısının sərəncamı ilə tibb elmləri doktoru, professor İbadulla Ağayev "Əməkdar elm xadimi" adına layiq görülmüşdür. O, 1999-cu ildə Rusiya Təbiət Elmləri Akademiyasının üzvi seçilmişdir. 2000-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının İ.P.Pavlov adına gümüş medalı ilə təltif edilmişdir. Tibb elmləri doktoru İbadulla Ağayev 2001-ci ildə Beynəlxalq Ekoenerji Akademiyasının üzvü seçilmişdir.

2020-ci il iyulun 4-də dünyada və Azərbaycanda Koronavirus pandemiyasının baş verdiyi günlərdə Azərbaycanda fəaliyyət göstərən media qurumlarından biri İbadulla Ağayevlə əlaqə saxlayaraq ondan ölkədəki epidomioloji vəziyyət haqqında məlumat almağa çalışsa da, cavabında İbadulla Ağayev kənddə olduğunu və buna görə ölkədə baş verənlərdən tamamilə xəbərsiz olduğunu deməsi birmənalı qarşılanmayıb. Azərbaycan Tibb Universiteti isə İbadulla Ağayevin həmin vaxt dəfn mərasimində olduğu üçün belə dediyini iddia edib və məsələ ilə bağlı araşdırma aparılacağını bildirib.[2] 8 iyul 2020-ci ildə İbadulla Ağayev baş epidemioloq vəzifəsindən istefa verib. O həmçinin bu vəzifədə "ictimai əsaslarla" işlədiyini bildirib və heç bir maaş almadığını iddia edib.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. kafedra müdiri, t.e.d., prof., əməkdar elm xadimi, əməkdar müəllim Ağayev İ. Ə.[ölü keçid]
  2. "Baş epidemioloq dəfn mərasiminə gedib". 2020-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-02.
  3. "Azərbaycanın Baş epidemioloqu kəndə getdi və..." 2020-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-08.