İbadulla Dəmirov

İbadulla Dəmirov (tam adı: İbadulla Ağabala oğlu Dəmirov ; d. 21.08.1959, İmişli Otuziki kəndi, - ö. 25.06.1992, Qazançı, Zəngilan rayonu) — "Hərbi xidmətlərə görə" medalı; Qarabağ müharibəsi şəhidi.[1]

İbadulla Dəmirov
İbadulla Ağabala oğlu Dəmirov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İmişli rayonu Otuziki kəndi
Vəfat tarixi (32 yaşında)
Vəfat yeri Qazançı, Zəngilan rayonu
Vəfat səbəbi Şəhid
Dəfn yeri Biləsuvar rayonu
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Daxili Qoşunlar
Hərbi hissə Daxili Qoşunlar Komandanlığı
Xidmət illəri 1977-1992
Rütbə Baş leytenant
Vəzifəsi Komandir Müavini
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri "Hərbi xidmətlərə görə" medalı — 2020

Həyatı[redaktə | mənbəni redaktə et]

İbadulla Dəmirov 1959-cu il 21 avqustda İmişli rayonu Otuziki kəndində dünyaya gəlmişdir. 1965-ci ildə Biləsuvar rayonu Səmədabad kənd orta məktəbinə daxil olmuş,daha sonra isə ailəsi ilə birlikdə Biləsuvar rayonuna köçmüşdür və Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbdə təhsilini davam etdirmişdir. 1975-ci ildə Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbi əla qiymətlərlə başa vurmuşdur. İbadulla Dəmirov 1977-ci ildə hərbi xidmətə çağırılmışdır. 1983-cü ildə Leninqrad şəhərində Ali hərbi məktəbə daxil olmuş,məktəbi qurtardıqdan sonra İbadulla təyinatla Alma-Ata şəhərində yerləşən hərbi hissəyə göndərilmişdir. 1990-cı ilin yanvar ayından Azərbaycan Respublikası Daxili Qoşunlar Komandanlığının sərəncamı ilə N saylı hərbi hissəsinin birinci batalyonunda komandir müavini vəzifəsində çalışmışdir.[1]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Dəmirova Kamilə Umudəli qızı - həyat yoldaşı

Dəmirov Natiq İbadulla oğlu - övladı

Döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]

İbadulla Dəmirov 1992-ci ilin aprel ayından Ağdam rayonunun Papravənd kəndində gedən döyüşlərdə iştirak etmişdir. Sonra o, Zəngilan rayonunun Şayıflı kəndində yerləşən “A” nöqtəsinə göndərilmiş, 24 iyun 1992-ci ildə Zəngilan rayonunun Qazançı kəndi uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Xidmət etdiyi müddətdə nümunəvi xidmətlərinə görə müxtəlif orden və medallarla təltif olunmuşdur.[1]

Azərbaycan Respublikası Prezidentinin 09.03.2007 sərəncamı ilə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.[1]

25 iyun 1992-ci ildə Biləsuvar rayonunda dəfn edilmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 "Arxivlənmiş surət". 2021-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-27.