Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Salur boyu
Salur boyu — Oğuz xan Dastanına görə Oğuzların 24 boyundan biri və Mahmud Qaşqarlının Dünya ədəbiyyatında türkdilli xalqların ilk ensiklopediyası olan "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki Oğuz bölüyündə beşincisi; "صالغر Salgur" lardır. Damğaları budur: deyə tanınan bir Oğuz boyudur. Bu boyların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir."Salur" sözü qılınc yelləyən mənasında istifadə edilmişdir. XIV əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin dövləti Salur boyuna mənsubdur. Bu gün müasir türkmənlərin mənşəyi Salur boyu Türkmənistan, Özbəkistan, Əfqanıstan, İraq və İranda və eyni kökdən olan Çindəki Salar təbəə Salur boyundan gəlməkdə olduğu təxmin edilsə də Salurlar əsl Xəzər ətrafında yaşamış və oradan Xorasan, Orta Asiya və Anadolu bölgələrinə qədər dağılmışdılar. Anadoluda bir çox bölgədə və Anadolu Səlcuqlu və bərabər Anadoluda yaranan bəyliklər çəkili Salur boylarından təsirlənmişdir. Bunlar başda Qaraman, Təkə və Candaroğulları çəkili Salur mənşəli tayfalar Qəbilələr tayfalar tərəfindən meydana gəlmişdilər. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır. Salurlar içində ciddi ölçüdə qıpçaqlıq da var. Xəzər regionu hər zaman Oğuz və Qıpçaq tayfalarının birləşib bir arada yaşadığı bölgə olmuşdur.
Salur Qazan
Qazan xan — Kitabi-Dədə Qorqud dastanında personaj. Oğuz elinin Salur boyundan olduğu bilinir. Oğuz igidlərinin başında bəylərbəyi Qazan xan dayanır. Bayandur xandan sonra oğuz bəyləri Qazan xanı özlərinə başçı, hökmdar, həm də arxa, pənah sayırlar. Qazan xanın mərdliyi, qəhrəmanlığı, dövlət başçısı, sərkərdə olaraq tədbirliliyi Oğuz elinə əmin-amanlıq, səadət gətirir. Qazan xan anasına böyük ehtiramla yanaşan bir oğul, xanımını ürəkdən sevən ər, oğlunun bir igid olaraq yetişməsinə çalışan, onun qəhrəmanlığı ilə fəxr edən atadır. Düşmənə əyilməyən, ən çətin anlarda belə özünü, xalqını, dinini sındırmayan Qazan xan Oğuz igidlərinin ən müsbət xüsusiyyətlərinin daşıyıcısı kimi tərənnüm olunur. Bayandur xanın qızı, Salur Qazanın xanımı "boyu uzun Burla xatun" eposun ən mükəmməl qadın surətlərindəndir. Burla xatun etibarlı, namuslu həyat yoldaşıdır. "Salur Qazanın evinin yağmalandığı boy"da Burla xatun yeganə oğlunun öldürülməsinə razı olur, ta ki Qazan xanın, Oğuz elinin namusu tapdalanmasın.
Qəhrəman Mirzə Salur
Qəhrəman mirzə Əbdüssəməd mirzə oğlu Salur (21 yanvar 1871, Tehran – 1 oktyabr 1945, Tehran) — Qacar şahzadəsi, əyalət valisi, tarixçi. == Həyatı == Əbdüssəməd mirzənin ikinci oğlu Qəhrəman mirzə Salur 21 yanvar 1871-ci ildə Tehran çəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. İngilis və fransız dillərini bilirdi. Eynəssəltənə ləqəbi daşıyırdı. Həmədanın valisi, Nəhavəndin, Qəzvinin hakimi olmuşdu. Qəhrəman mirzə Salur Fars əyaləti qoşunlarının komandanı, Xəmsənin hakimi vəzifəsini icra etmişdi. Qəhrəman mirzə Salur sərtip (briqada generalı) rütbəsi daşıyırdı. Qəhrəman mirzə Salur bir çox tarixi kitabların və xatirənin müəllifidir. Qəhrəman mirzə Salur 1 oktyabr 1945-ci ildə vəfat edib.
Səbuk Təkin Salur
Səbuk Təkin Salur (26 oktyabr 1923 - 8 noyabr 1991) — jurnalist və tarixi roman yazıçısı, bir sıra radio və televiziya proqramlarının müəllifi. == Həyatı == Səbuk Təkin Salur İran İslam İnqilabından sonra Kanadaya köçmüş və orada vəfat etmişdir. O, Əbdüssəməd mirzə Salurun nəticəsi idi.
Əbdüssəməd Mirzə Salur
Əbdüssəməd mirzə Məhəmməd şah oğlu Salur (1843, Tehran – 1929, Tehran) — Qacar şahzadəsi, əyalət valisi. == Həyatı == Məhəmməd şahın onbirinci oğlu Əbdüssəməd mirzə 1843-cü ildə Tehran şəhərində anadan olmuşdu. Anası Oğulbikə xanımdır. Mükəmməl saray təhsili almışdı. İngilis və fransız dillərini bilirdi. Əzddövlə ləqəbi daşıyırdı. Əbdüssəməd mirzə 1874-cü ildən 1876-cı ilə qədər Həmədanın valisi olmuşdu. Dəfələrlə İranın ədliyyə və ticarət vəziri vəzifəsini həyata keçirmişdi. 1881-ci ildə Rusiyanın çarı III Aleksandrın tacgüzarlığında iştirak etmək üçün gedən heyətə başçılıq etmişdi. 1901-ci ildə Zəncan əyalətinin valisi olmuşdu.
Salur Qazan xan (Kitabi-Dədə Qorqud)
Qazan xan — Kitabi-Dədə Qorqud dastanında personaj. Oğuz elinin Salur boyundan olduğu bilinir. Oğuz igidlərinin başında bəylərbəyi Qazan xan dayanır. Bayandur xandan sonra oğuz bəyləri Qazan xanı özlərinə başçı, hökmdar, həm də arxa, pənah sayırlar. Qazan xanın mərdliyi, qəhrəmanlığı, dövlət başçısı, sərkərdə olaraq tədbirliliyi Oğuz elinə əmin-amanlıq, səadət gətirir. Qazan xan anasına böyük ehtiramla yanaşan bir oğul, xanımını ürəkdən sevən ər, oğlunun bir igid olaraq yetişməsinə çalışan, onun qəhrəmanlığı ilə fəxr edən atadır. Düşmənə əyilməyən, ən çətin anlarda belə özünü, xalqını, dinini sındırmayan Qazan xan Oğuz igidlərinin ən müsbət xüsusiyyətlərinin daşıyıcısı kimi tərənnüm olunur. Bayandur xanın qızı, Salur Qazanın xanımı "boyu uzun Burla xatun" eposun ən mükəmməl qadın surətlərindəndir. Burla xatun etibarlı, namuslu həyat yoldaşıdır. "Salur Qazanın evinin yağmalandığı boy"da Burla xatun yeganə oğlunun öldürülməsinə razı olur, ta ki Qazan xanın, Oğuz elinin namusu tapdalanmasın.
Salur Qazanın evi talandığı boy (film, 2001)
Salur Qazanın evi talandığı boy — film "Dədə Qorqud Oğuznamələri" filmlər silsiləsinin ikincisidir. "Dədə Qorqud Dastanı"nın 12 boyunun çəkilməsi nəzərdə tutulan filmlər silsiləsinin yalnız iki boyu çəkilərək yarımçıq qalmışdır.
Sahur
Sahur (ərəb. سحور‎‎ / saḥūr) — oruc tutmadan öncə, səhər açılmamışdan yeyilən yemək. Məhəmməd peyğəmbər "Sahurda oyanın, sahurda bərəkət vardır" deyə buyurmuşdur. Sahur kəliməsi ərəb dilindədir. Sahurun azərbaycan dilindəki əsl adı obaşdanlıqdır.
Salar
Salarlar — Çin Xalq Respublikasında yaşayan Türk xalqlarından biri. Sayları 104.503 nəfərdir . == Din == Salırlar Sünni müsəlmanlarıdırlar, Hənafi-Məturudi məzhəbinə aiddirlər. Salırlar öz ənənəvi yaşayış yerlərindən də başqa böyük şəhərlərdə Döngən kimi tanınan müsəlman Çinlilərlə bir arada yaşayırlar. İslam təhsili Sanlanbahai bölgəsində Jiezi kəndində Gaizi Mişit adı verilən bir mədrəsədə alırlar.
Salun
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Salut
Salut (alm. salut‎) — hörmətlə Salamlamaq bir jest və ya hərəkətdi. Əsas hərbi silahlarda istfadə olunur. Salut (kənd) — Ermənistanda kənd.
Samur
Samur (lat. Martes zibellina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Təsviri == Samurun bədən uzunluğu 56 sm, quyruğu isə 20 sm-ə qədərdir. Xəzinin rəngi dəyişkəndir. Bəzi fərdlər demək olar ki, tamamən qara rəngdə olur. Bəzilərinin rəngi isə çox açıq, qumlu sarı və ya parlaqdır. Elə fərdlərdə vardır ki, arxa tərəfində tünd bir kəmər olan qəhvəyi ton, yan tərəflər isə nisbətən açıqdır. == Həyat tərzi == Sibir tayqasının xarakterik bir sakinidir. Çevik və ölçüsünə görə çox güclü yırtıcıdır. Yerüstü həyat tərzi sürür.
Saxur
Saxur kəndi — Dağıstanın Rutul rayonunda kənd. == Haqqında == Tarixən Qafqazın mərkəzlərində biri olmuşdur. Məhşər səyyahlardan Övliya Çələbi də bu kənddə olmuş və haqqında yazmışdır. Saxur kəndi həmçinin Qafqazın İslam mərkəzlərindəni biri olmuşdur. Belə ki, Səlcuq imperiyasının sultanı Məlikşahın vəziri Nizamülmülkün fərmanı ilə 1075-ci ildə Saxurda mədrəsə inşa edilmişdir. Bu mədrəsədə ilahiyyatla yanaşı təbiət elmləri də tədris edilmişdir. Mədrəsədə İmam Qəzalinin kitabları da tərcümə edilmişdir. Bura Dağıstanın hər yerindən təhsil almaq üçün tələbələr gəlirdi. Mədrəsə şagirdləri şərqin elm ocaqları olan Bağdad və Şama göndərilirdi. 1562-ci ildə Səfəvi hökmdarı I Təhmasib Saxur bəyi Adı-Görklü bəyə fərman göndərək onu İlisu sultanı elan etdi.
Ağboğaz samur
Gümüş samur
Gümüş samur (ing. Silver Sable) və ya əsl adı ilə Silver Sablinova – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan personaj. Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur. Gümüş samur muzdlu döyüşçü, Silver Sable International şirkətinin sahibi və cinayətkar ovçusudur. Əsasən Hörümçək-adamın müttəfiqi kimi göstərilir. 2017-ci ilin martında Sony Pictures Gümüş samur və Qara pişik personajları üçün ortaq film çəkəcəklərini anons etmişdi. "Gümüş və Qara" adlanacaq filmin istehsalı yubadılmış, sonda 2018-ci ilin avqustunda film ləğv olunmuşdur. Əvəzinə hər personaj üçün ayrıca film çəkmək qərarı alınmışdır. "Gümüş samur" filmi üçün studiya ssenaristlər axtarır. == Nəşrolunma tarixi == Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış personaj ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur.
Salar Aslanov
Telejurnalist. == Həyatı == Telejurnalist 1972-ci ildən Azərbaycan televiziyasında çalışır. Sonralar bir müddət müxtəlif mətbu orqanlarda çalışdıqdan sonra 1995-ci ilin sonunda yenidən Azərbaycan televiziyasına qayıtmış və burada "Səhər" redaksiyasında işləməyə davam etmişdir. O, hazırda "Azərbaycantelefilm» Yaradıcılıq Birliyinin baş redaktor müavinidir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında” sərəncamına əsasən 2016-cı ildə Salar Aslanova "Əməkdar jurnalist" fəxri adı verilmişdir. == Filmoqrafiya == Xilaskar.
Salar dili
Salarca yayğın olduğu bölgənin ətrafında olan böyük Türk dillərindən fərqli olaraq Uyğur qrupuna deyil Oğuz qrupuna aiddir. Danışılan iki ayrı ləhcəsi vardır (Ciezi və Menqda) .
Salmo salar
Atlantik qızılbalığı (lat. Salmo salar) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Ömürünün çoxunu Atlantik okeanında keçirər. Yalnız çoxalma zamanı Avropanın və Şimali Amerikanın çaylarına girər və dağların ətəklərində olan qaynaqlarına qədər köç edər. Bu səfərin sonunda cütləşib yumurtlayar və təkrar geri dönər. Amma bu köç və cütləşmə işi çox yorucudur, və köç əsnasında yemək yeməzlər. Buna görə çoxu dənizə dönə bilmədən ölər. Ayrıca şirin su da daha tez xəstəliklərə qapıla bilərlər. Dənizə dönməyə bacaranların qapdığı mikrobları dəniz suyunun duzu öldürər.
Salus (Piranşəhr)
Salus (fars. سالوس‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (5 ailə).
Salut (kənd)
Salut — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qunasyan) rayonunda kənd. == Tarixi == 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. XIX əsrin sonlarından sonra mənbələrdə bu kəndin adı çəkilmir. Sal tayfasının adından (bax: Sallı) və türk dillərində cəm bildirən "t" şəkilçi-sindən ibarətdir. == Toponimi == Toponim qədim türk mənşəli hun tayfasından olan sal etnoniminə, türk dilində cəmlik bildirən -ut şəkilçisnin artırılması ilə düzəlib, "sallar tayfasına mənsub yaşayış yeri, kənd" mənasını verir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Салут // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели.
Samur (heyvan)
Samur Gunj
Samur Gunj (d. 1380-ci illər – ö. 1455) — Elbəy Nigülesügçi xanın qızı və Kobeguntayın həyat yoldaşı. Həyatı boyunca Börçigin sülaləsinin qorunması üçün mübarizə aparmışdır. == Yaşayışı == Atası oğlanlarından biri öldürdükdən və onun həyat yoldaşını özünə götürdükdən sonra, məsləhətçisi Daiyuunun təcavüz məsələsinə qarışmasından şübhələndiyi üçün onu öldürdü. O, Daiyuunun ailəsinin qisas ala biləcəyindən qorxduğu üçün qızı Samur Gunju Daiyuunun oğluna ərə verdi. Samur Gunjun əri Oyratlar üzərinə hakim edildi və taişi adlandırıldı. Taişi Oyratlarda hakim demək idi. Samurun sülaləsinin bir çox üzvləri öz hərbçiləri tərəfindən fəxri əsirlikdə saxlanılırdılar. Samur ilk öncə öz ərini, daha sonra isə öz oğlunu onları xilas etmək üçün yürüşlər etməyə inandıra bildi.
Samur Novruzov
Samur Novruzov (tam adı: Samur Həsən oğlu Novruzov; 25 may 1938, Kirovabad – 24 sentyabr 2001, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I, II çağırış və Azərbaycan SSR Ali Sovetinin XI çağırış üzvü. == Həyatı == Samur Novruzov 1938-ci il mayın 25-də Kirovabad şəhərində (Gəncə) anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində filologiya üzrə ali təhsil alıb. Tarix elmləri namizədi idi. İngilis və rus dillərini bilirdi. Əvvəl Sovet İttifaqı Kommunist Partiyasının, 1995-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü olub. Samur Novruzov ailəli və üç övlad atası idi. == Fəaliyyəti == Samur Novruzov 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin üzvü seçilib. 1991–1993-cü illərdə Ali Sovetin, 1993–1995-ci illərdə isə Milli Məclisin üzvü olub. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 88 nömrəli Tovuz qəsəbə dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Samur Novruzov I çağırış Milli Məclisin deputatı seçildi.
Satur Ağayan
Satur Pavloviç Ağayan (erm. Ծատուր Պավելի Աղայան; 12 yanvar 1912, Zəylik, Dəstəfur rayonu – 3 dekabr 1982, İrəvan) — erməni sovet tarixçisi, pedaqoq, tarix elmləri doktoru (1948), professor (1950). Ermənistan SSR EA-nın həqiqi üzvü (1963). == Həyatı == Satur Pavloviç Ağayan 12 yanvar 1912-ci ildə Rusiya imperiyasına bağlı Yelizavetpol quberniyasının Zəylik kəndində (indiki Daşkəsən) anadan olmuşdur. O, 1941–1948-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun baş elmi işçisi, Vladimir Lenin adına APİ-nin prorektoru, Kirov adına ADU-nun dosenti olmuşdur. O1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Ağayan Ermənistan SSR Elmlər Akademiyası Tarix İnstitutunda şöbə müdiri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutu (MLİ) Ermənistan filialı direktorunun müavini (1948–1951), Ermənistan KP MK elm və mədəniyyət şöbəsinin müdiri (1951–1954), Ermənistan SSR Tarix İnstitutu direktorunun müavini, İrəvan Universitetinin professoru (1954–1961), MLİ Ermənistan filialının direktoru (1961–1968) kimi işləmişdir. O, 1968-ci ildən Ermənistan SSR Elmlər Akademiyasının akademiki, Ermənistan SSR Elmlər Akademiyasının ictimai elmlər bölməsinin akademik-katibi olmuşdur. Əsas tədqiqat sahələri: Cənubi Qafqazda inqilabi hərəkat tarixi, XIX əsrdə aqrar münasibətlər, Cənubi Qafqaz xalqlarının dostluğu. Satur Pavloviç Ağayan 3 dekabr 1982-ci ildə İrəvan şəhərində vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Большая советская энциклопедия.
Sayur (çay)
Sayur (ərəb. نهر الساجور‎ ; türk. Sayur Çayı) ― 108 kilometr (67 mil) Türkiyədən başlayaraq Suriya ərazisində Fərat çayına tökülən uzun çay. Sayur Suriyada Fərat çayına qovuşan üç çaydan ən kiçiyi və sağ sahilində Fərata qovuşan yeganə çaydır. Sayur hövzəsində məskunlaşılma Alt plaeolit dövründə başlamışdır və bu günə qədər davam edir. == Xüsusiyyətləri == Sayur çayı 60 kilometr (37 mil)-i Türkiyə, 48 kilometr (30 mil)-i isə Suriya ərazisində olmaqla 108 kilometr (67 mil) uzunluğundadır. Çay Qaziantepin cənubunda birləşən iki axınla qidalanır. Buradan başlayan Sayur Suriya-Türkiyə sərhədini keçənə qədər cənub-şərqə doğru axır. Daha sonra çay Fərata tökülənə qədər onu sağ sahili boyu təxminən şərq istiqamətində davam edir. Çayın orta su sərfi saniyədə 4,1 kub metrdir.
Samur Qunc
Samur Gunj (d. 1380-ci illər – ö. 1455) — Elbəy Nigülesügçi xanın qızı və Kobeguntayın həyat yoldaşı. Həyatı boyunca Börçigin sülaləsinin qorunması üçün mübarizə aparmışdır. == Yaşayışı == Atası oğlanlarından biri öldürdükdən və onun həyat yoldaşını özünə götürdükdən sonra, məsləhətçisi Daiyuunun təcavüz məsələsinə qarışmasından şübhələndiyi üçün onu öldürdü. O, Daiyuunun ailəsinin qisas ala biləcəyindən qorxduğu üçün qızı Samur Gunju Daiyuunun oğluna ərə verdi. Samur Gunjun əri Oyratlar üzərinə hakim edildi və taişi adlandırıldı. Taişi Oyratlarda hakim demək idi. Samurun sülaləsinin bir çox üzvləri öz hərbçiləri tərəfindən fəxri əsirlikdə saxlanılırdılar. Samur ilk öncə öz ərini, daha sonra isə öz oğlunu onları xilas etmək üçün yürüşlər etməyə inandıra bildi.
Samur dairəsi
Samur dairəsi (rus. Самурский округ) — Rusiya imperiyası (Kaspi vilayəti, Dərbənd quberniyası və Dağıstan vilayəti tərkibində) və RSFSR–in (Dağıstan MSSR–də) tərkibində, 1839–1928–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Axtı kəndi idi. 1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən dairədə 29.046 nəfəri kişilər, 28.122 nəfəri qadınlar olmaqla toplam 57.168 nəfər əhali yaşayırdı. 1853–cü ilə olan məlumata əsasən isə dairənin bütün yaşayış yerlərində 29.848 nəfəri kişilər, 29.049 nəfəri qadınlar olmaqla toplam 58.897 nəfər əhali var idi. == Mənbə == О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: XII. Дербентская губернiя, стр. 42 – 49. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.
II Şapur
II Şapur — Böyük Şapur 9-cu Sasani şahənşahı, İran və Aniran (qeyri-İran) hökmdarı. 309–379-cu illərdə hakimiyyətdə olmuşdur. Onun dövrü imperiyanın ən güclü dövrünə təsadüf edir. II Şapurun dövründə Ktesifon şəhəri salınmış və Kəsra sarayı tikilmişdir. == Hökmranlığı == Azər Narseh atası II Hörmüzdü öldürdükdən sonra onun da hakimiyyəti çox sürmədi. Bundan sonra hələ doğulmamış II Şapur şahənşah elan olundu. Hakimiyyətinin ilk illərində dövlət işləri ilə maraqlana bilməyən II Şapurun adından dövləti anası və digər əyanlar idarə edirdi. Yalnız 17 yaşında hakimiyyəti ələ almış və 70 il hökmranlıq etmişdir. II Şapur İran tarixində gördüyü böyük işlərə görə Böyük Şapur deyə anılır. === İslahatları === II Şapurdan əvvəl dövlətin paytaxtı Firuzabad şəhəri idi, II Şapur isə Ktesifon (Mədain) şəhərini saldıraraq paytaxtı ora köçürtmüşdür.
I Şapur
I Şapur (fars. شاپور اول‎; II əsr, Firuzabad, Fars ostanı – 272[…], Bişapur[d], Fars ostanı) — ikinci Sasani şahı. == İlk illəri == Şapur 215-ci ildə doğulmuşdu. Atası I Ərdəşir, anası isə Arşakilər sülaləsindən Miroddur. 240-cı ildə artıq atası ilə birgə hökmdarlıq edirdi. 242-ci ildə Ərəb Filiplə sülh imzaladı və 500.000 dinar təzminat aldı. Lakin sülh tez pozuldu və 253-cü ildə Barbarissos döyüşündə Sasani ordusu 60000lik Roma ordusunu məhv etdi. == Hakimiyyəti == 252-ci ildə Şapurun əmri ilə Ermənistan çarı II Xosrov (Arşaki) öldürüldü, I Hürmüz Ermənistan taxtına gətirildi. Gürcüstan da işğal edilərək Sasanilər dövlətinə birləşdirildi. 260-cı ildə Roma-Sasani müharibələrində Roma ordusunu məğlub etdi.