Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Samit İmanov
Samid Gülağa oğlu İmanov (14 oktyabr 1981, Həsənabad, Neftçala rayonu – 4 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Aprel döyüşləri şəhidi və Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində Gülağa və Xuraman İmanovların ailəsində anadan olmuşdur. Samid İmanov ailənin birinci oğul övladı idi. Onun özündən böyük Aybəniz və Gülbəniz (d. 1978) adında iki bacısı, Sadiq adında isə bir qardaşı var idi. Samid İmanov 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbinin birinci sinfinə getmiş, 1998-ci ildə isə həmin məktəbi bitirmişdir. Ardınca təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirən İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görülmüşdür. Samid İmanov 2013-cü ilin iyununda dayısı qızı Badam xanım ilə ailə həyatı qurdu. Şəhidin 2014-cü il təvəllüdlü Fidan adlı qızı və 2016-cı il təvəllüdlü Turan adlı oğlu yadigar qalıb. == Hərbi xidməti == Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.
Samit-sait yazısı
Əbcəd hesabı – Türk, ərəb və fars ədəbiyyatında bir hadisəni, bir işin tarixini bildirmək üçün işlənən və rəqəmləri hərflərdən ibarət olan hesabdır. Biz orta əsrlərdə müsəlman səyyahların coğrafi kordinatları Əbcəd hesabı ilə verdiyinin şahidi oluruq. Məsələn: Hacı Zeynalabdin Şirvani özünün Riyaz əs-siyahət əsərində Səmərqənd, Konya, Qeysəriyyə və s. şəhərlərin coğrafi kordinatlarını verərkən Əbcəd hesabından istifadə etmişdir.
Ubadə ibn əs-Samit
Ubadə ibn əs-Samit (586, Mədinə – 655, Ramla[d], ərəb. عبادة بن الصامت‎) — İslam peyğəmbəri Məhəmmədin (s.a.v) səhabələrindən biri. == Həyatı == O, səhabələrdən və ənsarın böyüklərindəndir. Ləqəbi Ubadə Əbu Vəliddir və xəzrəc qəbiləsinin Avfoğullarındandır. Atası Samit ibn Kays, anası Kurret-ül-ayn binti Ubadədir. Tam adı Ubadə ibn Samit ibn Kays ibn Əsrəm ibn Fihr ibn Saləbə ibn Qanem ibn Salim ibn Avf ibn Amr bin Avf ibn Xəzrecdir. 583-cü ildə Mədinədə doğulmuş, 654-cü ildə Fələstində vəfat etmişdir. Hicrətin 34-cü ilində 72 yaşında Şam yaxınlığındakı Ramlada vəfat edən Ubade bin Samit orada dəfn edilmişdir. === Müsəlman olması === Ubadə Besətin on birinci ilində həcc mövsümündə Məkkəyə gedir və müsəlman olur. O, hicrətdən əvvəl baş vermiş birinci və ikinci Əqəbə beyətlərində iştirak etmişdir.
Samitlərin səslənməsi
Danışıq səslərinin fərqli xüsusiyyətlərinə görə iki növə bölünür:sait səslər və samit səslər. Sait səslər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Samit səslərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur. Dilimizdə 25 samit səs var ki,onlar yazıda 23 hərflə ifadə olunur. Samit hərflər:[b];[c];[ç];[d];[f][g];[ğ];[h];[x];[j];[k];[q];[l];[m];[n];[p];[r];[s];[ş];[t];[v];[y];[z]. Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür: 1. Cingiltili samitlər 2. Kar samitlər Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir. Cingiltili samitlərin tələffüzündə isə səs telləri də iştirak edir və onlar küydən və avazdan ibarət olur. Dilimizdəki cingili və kar samitlərin çoxu cütlük təşkil edir.
Sami Sabit Qaraman
Sami Sabit Qaraman (türk. Sami Sabit Karaman) (d. 1877 Dəməşq, – ö. 04.09.1957, İstanbul) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1895-cı ildə hərbi məktəbə daxil olmuş və 1899-cu ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin aprel ayında Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədə göstərdiyi şücaətlərə görə Qırmızı lentli "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə mükafatlandırıldı. 16 dekabr 1935-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 1957-ci ildə vəfat etdi.
Semit-hamit dil ailəsi
Semit-hamit dil ailəsi –semit, Misir (hamit), liviyabərbər, kuş və çad budaqları ilə təqdim olunur. Semit budağı şimal və cənub qruplarına ayrılır. Onlardan birincisi akkat (babil-assur) dilindən ibarət olan şərq yarımqrupuna və xananey, finikiya, uqarit, moavit, qədim yəhudi və aramey dillərindən ibarət olan qərb yarımqruplarına ayrılır. İsraildə hazırda süni sürətdə qədim yəhudi dilini bərpa etməy çalışırlar. Aramey dili b.e.ə VI əsrdən başlayaraq eramızın VI əsrinə qədər yaxın Şərqdə ən geniş yayılan dil olmuşdur. Onun qalıqlarına hazırda Livanda təsadüf edilir. Arameyin bir hissəsi aysor dili kimi bu günə qədər Rusiya, İraq, İran və Türkiyədə saxlanılır. Semit dillərinin cənub qrupu ərəb və efiopiya dilləri ilə: amxar, tiqre, tiqrinye ilə təmsil olunmuşdur. Köhnə həbəş dili-gez hazırda kilsə dili kimi saxlanılır. Qədim, orta və yeni Misir dilləri Misir budağına aiddir.
Sabit
Sabit — Daimi mənasını bildirən şəxs adı. Bu adı olan şəxslər Sabit Rəhman — Sabit Bağırov — Sabit Orucov — Sabit Abbasəliyev — Sabit Kərimov — Sabit Dönentayev — qazax şairi, satira yazarı, esse yazarı və ictimai fiqur.
Samin
Samin — İranın Həmədan ostanının Məlayer şəhristanının Samen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,025 nəfər və 1,207 ailədən ibarət idi.
Samir
Samir — Kişi adı. Samir Xasıyev — Azərbaycanın Milli Qəhrəmanı. Samir Şərifov — Azərbaycan Respublikasının Maliyyə naziri Samir Əliyev Samir Əliyev (futbolçu) — azərbaycanlı futbol mütəxəssisi, Səbail PFK sabiq baş məşqçisi. Samir Əliyev (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi. Samir Əliyev (Tiqana) — 16 yaşlı şəhid. Samir Cavadzadə — azərbaycanlı müğənni. Samir Ələkbərov — Azərbaycanın məşhur futbolçusu. Samir Musayev — azərbaycanlı futbolçu. Samir Cəfərov — Azərbaycanlı tenor, opera ifaçısı, Samir Abbasov — azərbaycanlı sabiq futbolçu, müdafiəçi. Samir Məmmədov Samir Məmmədov (boksçu) Samir Məmmədov (kiçik çavuş) Samir Nuriyev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri.
Simit
Simit — suysamla qablı yumru formalı çörəklərə verilən ümumi ad. Türkiyə və Yunanıstanda geniş şəkildə istehlak edilən simitə Yunanıstanda kuluri (Yunanca: κουλούρι) deyilir. İzmir elində simit gevrek adıyla bilinir.(Bolqarıstanda 'gevrek' və Serbiyada 'çevrek' və Rumıniyada da 'covrigi' deyilir. Ehtimalla balkanlardan İzmirə gələn immiqrantların təsiriylə simitə 'gevrek' deyilir.) Ümumiyyətlə tək istehlak edilən simit, nahar üçün seçildiyində pendir, çay və ya cemlə birlikdə də yeyilə bilər. İndiki vaxtda simit, müasir sobalarda və simit evlərində hazırlanıb satıla bildiyi kimi prospekt və küçələrdə satıcılıq edən səyyar satıcılar tərəfindən bir əl avtomobili içində də satılar.
Sait
Azərbaycan əlifbasında 9 sait var. I saiti yeganə saitdir ki, Azərbaycan dilində onunla başlanan söz yoxdur. Bu saitlərin 4-ü qalın, 5-i incədir. 1. Saitlər iki yerə ayrılır: Qalın — a, ı, o, u İncə — e, ə, i, ö, ü 2. Dodaqların vəziyyətinə görə: Dodaqlanan saitlər: o, u, ö, ü. Dodaqlanmayan saitlər: a, e, ə, ı, i. 3. Alt çənənin vəziyyətinə görə: Açıq saitlər: a, e, ə, o, ö. Qapalı saitlər: ı, i, u, ü.
Sabit kəmiyyət
Sabit kəmiyyət — verilmiş prosesdə öz qiymətini dəyişməyən kəmiyyətdir. Sabit kəmiyyət kimi işarə olunur. Məsələn, ideal qazı sıxanda Boyl-Moriott qanununa görə qazın həcminin onun təzyiqinə hasili sabit kəmiyyətdir. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.
Sabit xərclər
Sabit xərclər — istehsal olunan məhsulun miqdarından asılı olmayan, istehsal prosesi dayansa belə mövcud olan xərclərdir.
Sabit Şəqaqi
Sabit Şəqaqi — Azərbaycan şairi
Sabit Əliyev
Sabit Əliyev — həkim-yazar, Rusiya Professional Yazıçılar ittifaqının üzvü. == Həyat və fəaliyyəti == 1977-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olub.1993-cü ildə Azərbaycan Respublikası Salyan şəhərində 20 saylı orta məktəbi bitirib. 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin bitirib. 2015-ci ildə Göte Universitetinin İmplantologiya sertifikatına layiq görülmüşdür. Moskva şəhərində yaşayır, hansı ki, ilk üç kitabında təəssüratını tapıb. 2017-ci ildən Rusiya Professional Literatorlar üzvü. 2018-ci ildən isə Rusiya Professional Yazıçılar ittifaqının üzvüdür. === Ailəsi === 2006-cı ildən ailəlidir. Həyat yoldaşı Əskərova Esmira (1979-cu il) həkim-ginekoloqdur. Seçenov adına Akademiyanı bitirib , üç uşagi var.
Sakit Allahverdiyev
Sakit Allahverdiyev (24 dekabr 2001, Tatlı, Ağstafa rayonu – 13 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Sakit Allahverdiyev 24 dekabr 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində dünyaya göz açmışdır. 2007–2018-ci illərdə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət müddətində Sakit təlim tapşırıqlarını yerinə yetirmiş, hərbi təlim toplantılarına qatılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Sakit Allahverdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın, Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sakit Allahverdiyev 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 13 noyabr 2020-ci ildə Çaylı kəndinin qəbiristanlığında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sakit Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Sakit Rəsulov
Sakit Rəsulov (Sakit Rauf oğlu Rəsulov; 17 yanvar 1956, Ağdaş rayonu) — Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının müdiri, texnika üzrə elmlər doktoru, professor, əməkdar mühəndis. == Həyatı == Sakit Rəsulov 1956-cı ildə Azərbaycan Respublikasının Ağdaş rayonunda anadan olub. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun "Kimya texnologiyası" fakültəsinin əyani şöbəsinə daxil olub. 1976-cı ildə həmin institutu "Neft və qaz emalının kimyəvi texnologiyası" ixtisası üzrə bitirib. 2008-ci ildən bugünədək Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının müdiri vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var. == Elmi fəaliyyəti == "1976–1993-cü illərdə "Neftkimyaavtomat" Elmi-tədqiqat və Layihə İnstitutunda böyük texnik, mühəndis, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində işləmişdir. 1986-cı ildə Daşkənd şəhərində dissertasiya müdafiə edərək texnika elmləri namizədi adına layiq görülmüşdür. 2011-ci ildə "Neft və qaz yataqlarının işlənməsi və istismarı" və "Neft-qaz borularının, bazalarının və anbarlarının tikilməsi və istismarı" ixtisasları üzrə doktorluq dissertasiyasını müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 2016-cı ildə professor elmi adina layiq görülmüşdür.
Sakit Yaqubov
Sakit Məmədi oğlu Yaqubov (1 iyul 1953) — Azərbaycan Dövlət İqtisad Universitetinin Elm üzrə prorektoru, "Riyaziyyat və Statistika" kafedrasının professoru. İqtisad elmləri doktoru. == Həyatı == Sakit Məmədi oğlu Yaqubov 01 iyul 1953-cü ildə Saatlı rayonunun Məzrəli kəndində anadan olmuşdur. 1969-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əyani şöbəsinə daxil olmuş, 1973-cü ildə həmin İnstitutu "Statistika" ixtisası üzrə bitirmişdir. 1973–1974-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975–1977-ci illərdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin (İndiki Dövlət Statistika Komitəsi) "Kənd təsərrüfatı statistikası" şöbəsində iqtisadçı, baş iqtisadçı və müdir vəzifələrində çalışmışdır. 1977–1980-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Statistika" kafedrasının aspiranturasında əyani təhsil almış və 1980-ci ildə Moskva İqtisadi-Statistika İnstitutunda (Московский Экономико- Статистический Институт) "Statistika" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1980–1990-cı illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun və Leninqrad Maliyyə-İqtisad İnstitutu Bakı filialının "Statistika" kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışmışadır. 1990–1993-cü illərdə Moskva İqtisadi-Statistika İnstitutunun doktoranturasında əyani təhsil almış və 1993-cü ildə həmin institutda "Statistika" ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 1993–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad İstitutunun "Statistika" kafedrasında professor vəzifəsində çalışmışdır.
Sakit Zahidov
Mirzə Sakit (19 oktyabr 1959, Şamaxı) — Azərbaycanlı satirik şair. == Həyatı və karyerası == Sakit Zahidov (Mirzə Sakit) 1959-cu il oktyabrın 19-da Şamaxının Meysəri kəndində anadan olub. Hal-hazırda Fransada yaşayan Qənimət Zahidin qardaşıdır. Evlidir, beş uşağı var. Qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 2006-cı il iyunun 23-də həbs edilib və 3 il iş alıb. 2009-cu il aprel ayında həbsdən amnistiya ilə azad edilmişdir. Həbsdən çıxdıqdan sonra Almaniyanın Hamburq şəhərinə mühacirət etmiş, bir il yaşadıqdan sonra Belçikaya köçmüşdür. Hal-hazırda Belçikada yaşayır və tənqidi-satirik yazılar yazmaqda davam edir. 2011-ci ilin may ayınadək Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olmuşdur.
Sakit eyrenis
Sakit eyrenis (lat. Eirenis modestus) — Suilanıkimilər fəsiləsinə, Eyrenis cinsinə aid ilan növü. == Görünüşü == Yetkin ilanların uzunluğu 60 sm təşkil edir. Quyruğu isə bədənindən 2–3 dəfə kiçikdir. Bədəni boz-qəhvəyi rəngdə olur. Quyruğu işiqlı rəngdə olur. == Yayılması == Gözəl təlxə əsasən Egey dənizi, Aralıq dənizi sahillərində, Türkiyənin şərqi, Suriya, İran, İraq, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərində yayılmışdır. Rusiya ərazisində isə ancaq Dağıstanın dağlıq ərazilərində rast gəlinir. == Həyat tərzi == Gündüz saatları daşların və kolluqların arasında gizlənir. Gecə saatları aktivləşir.
Sakit İsmayılov
Sakit İsmayıl oğlu İsmayılov (7 yanvar 1985, Aran, Şəki rayonu – 23 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sakit İsmayılov 1985-ci il yanvarın 7-də Şəki rayonunda Aran kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Sakit İsmayılov 2003-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2010-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2011-2018-ci illərdə Manqa Komandiri olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Sakit İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sakit İsmayılov oktyabrın 23-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sakit İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Sakit Əliyev
Sakit Əliyev (22 dekabr 1965, Tovuz – 12 oktyabr 2015, Tovuz) — müdafiəçi mövqeyində oynamış sovet və Azərbaycan futbolçusu. == Həyatı == Onun peşəkar səviyyədə ilk klubu Azərbaycan Premyer Liqasında çıxış edən Tovuzun "Turan" komandası olmuşdur. Klubda keçirdiyi 5 il ərzində 1993/94 mövsümündə Azərbaycan çempionluğunu qazanmışdır. Azərbaycan yığmasında yeganə oynunu Slovakiyaya qarşı keçirtmişdir. 1997/98 mövsümündə Gəncənin "Kəpəz" komandasının futbolçusu idi, sonra yenidən "Turan"a qayıtdı və orada 39 yaşında futbolçu karyerasını başa vurdu. Avrokuboklarda 4 oyunda iştirak etmişdir — "Turan"ın heyətində UEFA Kubokunun 1994/95 mövsümündə 2 oyun və "Kəpəz"in heyətində 1997/98 Kuboklar Kubokunda 2 oyun. == Məşqçi karyerası == Məşqçilik karyerasına "Turan"ın o zamanki baş məşqçi Naci Şensoyun assistenti kimi başlamışdır, 2006-cı ilin yanvarında türkiyəli mütəxəssis istefaya göndərildi, Əliyev isə komandanın baş məşqçisi təyin olundu. Baş məşqçi kimi 1,5 mövsüm işlədi. 2008-ci ildə "A" kateqoriyalı məşqçilik lisenziyasını qazandı. 2009/10 mövsümündə "Turanın" məşqçisi oldu, 2010-cu ilin iyunundan isə yenidən komandaya başçılıq etdi.
Sakit Hüseynov
Sakit Yəhya oğlu Hüseynov (25 may 1948, Ocaqlı, Astraxanbazar rayonu) — fəlsəfə elmləri doktoru, professor == Həyatı == Sakit Hüseynov 25 may 1948-ci ildə Cəlilabad rayonunun (keçmiş Astraxanbazar rayonu) Ocaqlı kəndində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi əla qiymətlərlə bitirib Azərbaycan Pedoqoji Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Respublikası EA-nın Fəlsəfə və Hüquq İnstitutunun sosiologiya ixtisası üzrə əyani aspiranturasına qəbul olunmuşdur. Aspiranturanı bitirdikdən sonra ordu sıralarında qulluq etmiş və yenidən EA-nın Fəlsəfə və Hüquq İnstitutunun Sosiologiya şöbəsində elmi işçi kimi fəaliyyət göstərmişdir. Sakit Hüseynov 1978–1980-ci illərdə Rusiyanın Yekaterinburq (keçmiş Sverdlovsk) şəhərində tanınmış sosioloq, fəlsəfə elmləri doktoru, professor L.N.Koqanın yanında təkmilləşmədə olmuşdur. == Elmi fəaliyyəti == S.Hüseynov 1980-ci ildə namizədlik, 2001-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1985–2005-ci illərdə Azərbaycan Texniki Universitetinin Fəlsəfə və Politologiya kafedrasında dosent vəzifəsində çalışmışdır. Sakit Hüseynov 2008-ci il 24 aprel tarixində İran İslam Respublikasının Rudehen şəhərində yerləşən Azad İslam Universitetində keçirilən "Universitetlər və yeni iş yeri yaradanlar" adlı Beynəlxalq konfransda "Yeni iş yerlərinin açılması: yoxsulluğun azaldılması və davamlı insan inkişafı" mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin məruzə çap edilmiş və qızıl medala layiq görülmüşdür. S.Hüseynov 2005-ci ildən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmiş, 2009–2018-ci illərdə institutun "Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri" şöbəsinin müdiri olmuşdur.
Sakit Məmmədov
Sakit Qulam oğlu Məmmədov (5 avqust 1958, Neftçala rayonu) — Azərbaycan Respublikasının xalq rəssamı (2018), professor (2018), YUNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, "Türk Dünyası" Akademiyasının həqiqi üzvü. == Həyatı == Sakit Məmmədov 1958-ci il avqust ayının 5-də Neftçala şəhərində anadan olmuşdur. 1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirmişdir. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuş S. Məmmədov 1981-ci ildə İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsinə daxil olmuş, 1987-ci ildə oranı adəti olaraq fərqlənmə ilə bitirmişdir. Rus və Türk dillərini bilir. Ailəlidir 3 övladı, 3 nəvəsi var. Övladları Nizar Məmmədov, Cəsar Məmmədov və Aynur Məmmədova da rəssamlıq fəalliyəti ilə məşğuldurlar. == Fəaliyyəti == Çox maraqlı rəsm manerası və təkrarolunmaz yaradıcılıq texnikasına malik olan Sakit Məmmədov 30 ildən çoxdur ki, bədii yaradıcılıq fəalliyyəti ilə məşğuldur və dünyanın ən mötəbər sərgi salonlarında, qalereyalarında keçirilən sərgilərin iştirakçısı olmuşdur. O 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Sakit Məmmədov 80-ci illərdə formalaşan istedadlı rəssamlar nəslinin parlaq nümayəndəsidir.
Sakit Okean
Sakit okean (ing. Pacific Ocean) — 161.8 mln km² sahəsi olan Sakit okean Yer planetinin təxminən 1/3 hissəsini tutur. Ekvatorun kəsdiyi okean Şimali Sakit Okean və Cənubi Sakit Okean olaraq ikiyə ayrılır. Sakit okean ərazisinin böyüklüyünə və təbii xüsusiyyətlərinə görə planetimizin nadir obyektlərindən biridir. O, şərqdən qərbə 19.000 km, şimaldan cənuba doğru isə 16.000 km məsafədə uzanır. Avrasiya, Avstraliya, Şimali Amerika, Cənubi Amerika materikləri ilə əhatə olunub. Sakit okean Şimal Buzlu okeanı ilə Berinq boğazı, Atlantik okeanı ilə Dreyk boğazı vasitəsilə əlaqələnir. Hind okeanı ilə Sakit okeanın su mübadiləsi Böyük və Kiçik Zond adaları arasındakı dəniz və boğazlar vasitəsilə baş verir == Etimologiya == Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Böyük okyanus" adlandırılmışdır. == Dənizləri == Berinq dənizi Oxot dənizi Yapon dənizi Şərq dənizi Sarı dəniz Şərqi Çin dənizi Cənubi Çin dənizi Yava dənizi Banda dənizi Filippin dənizi Ross dənizi Amundsen dənizi Bellinshauzen dənizi Mərcan dənizi Tasman dənizi Durvil dənizi Fici dənizi və.s. == Sahəsi == Sakit okean Yer kürəsinin 1/3 hissəsini, Dünya okeanının demək olar ki, yarısını tutur.
Samet adası
Samet adası- (tay เกาะเสม็ด)- Siam körfəzində sahəsi-13,1 кm² olan kiçik bir adadır. İnzibati cəhətdən Rayonq əyalətinə aiddir. Materikin cənubundan 6,5 km məsafədə yerləşir. Balaca bir yaşayış məntəqəsi Nadan kəndi vardır. Adanın bütün plyajlarında otellərə rast gəlinir. Samet -sahildə yerləşən çox da iri olmayan adaların içərisində ən irisidir. Bu ada sakit dincəlməyin ən əsas yerlərindəndir. Lxao Layem Ya-Mu-Ko milli parkının tərkibinə daxil olan bu adada zəngin fauna və flora aləmi mövcuddur. Bu adada plyaj istirahətindən əlavə sorfinq, yelkənli idman növləri, su xizək növləri də keçirilir. Adanın ziyarəti ödənişlidir.
Samir Abdullayev
Samir İlham oğlu Abdullayev (28 iyul 1998; Gəncə, Azərbaycan — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Abdullayev 28 iyul 1998-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2016-cı ildə Gəncə şəhər 37 nömrəli tam orta məktəbi bitirmişdir. == Hərbi xidməti == Samir Abdullayev 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirmişdir. 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Samir Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Samir Abdullayev 25 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 28 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şamil
Şamil — kişi adı və təxəllüs Şamil Rasizadə — Azərbaycan SSR dövrünün görkəmli dövlət xadimi. Şamil Basayev - Rus-Çeçen müharibəsinin iştirakçısı, Çeçenistanın əfsanəvi səhra komandiri. Şamil Süleymanlı — Azərbaycan kino aktyoru, televiziya aparıcısı, Azərbaycanın xalq artisti Şamil Mahmudbəyov (rejissor) - Azərbaycan kinorejissoru, aktyor, ssenarist Şamil İbrahimov — Azərbaycanın teatr və kino aktyoru, rejissor. Şamil Əliyev — Azərbaycan kinorejissoru və ssenaristi. Şamil Şamxalov – Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət və idman xadimi Şamil Əsgərov - şair, tərcüməçi, filologiya elmlər namizədi, Əməkdar mədəniyyət işçisi. Şamil Fətullayev — memarlıq elmləri doktoru, professoru, AMEA-nın həqiqi üzvü (akademik) Şamil Əzizbəyov — geologiya-mineralogiya elmləri doktoru (1943), professor (1944) Şeyx Şamil - Qafqaz xalqlarının milli qəhrəmanı Şamil Xurşud - ictimai xadim, yazıçı, publisist və dramaturq, Şamil Ramazanov — Azərbaycanın Milli Qəhrəmanı, Şamil Əliyev (akademik) - akademik, Bakı Dövlət Universitetinin rektoru (1941-1944) Şamil Mahmudbəyov (repressiya qurbanı) — repressiya qurbanı Şamil rayonu - Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. Şamil Cəfərov (entomoloq) — entomoloq. Şamil Şahməmmədov- jurnalist Şamil Qazıyev — rəssam, əməkdar incəsənət xadimi. Şamil Vəliyev — Professor, filologiya elmləri doktoru, əməkdar jurnalist, Şamil Səlimxanov - Tibb elmləri doktoru. Şamil Nəcəfzadə — Azərbaycan kino və televiziya rejissoru, kino rəssamı, ssenari müəllifi və aktyor, Şamil Qurbanov — Azərbaycan Respublikasının dövlət xadimi, filologiya elmləri doktoru, professor Məşədi Şamil Hacıyev - vəkil, "Difai" təşkilatının üzvü Şamil Xudiyev - iqtisad elmləri dоktоru Şamil Qafarov - professor (2003) Şamil Allahverdiyev - Geoloq, geologiya-mineralogiya elmləri doktoru Şamil Yusifov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı.
Şami
Şami — Lənkəran mətbəxinə aid yemək. Şami Lənkəran mətbəxinə aid yeməkdir. Görünüş etibarilə şami tava-kabab və kotletə oxşayır, amma şaminin tərkibinin hazırlanma qaydası onlardan bir qədər fərqlidir. Burada ət əvvəlcə bişirilir, sonra çəkilib küftəcik şəkili verildikdən sonra qızardılır. Şamini adətən plovla süfrəyə verirlər (Lənkəranda şami-plov adlanan plov var). == Lazım olan ərzaqlar == 18–20 ədəd şami üçün 1 kg sümüksüz, yağsız qoyun əti 2 ədəd orta baş soğan — qabığını soyun, bütöv qalsınlar 2 ədəd yumurta zövqə görə duz zövqə görə istiot təxminən üçdə bir stəkan duru yağ — qızartmaq üçün == Hazırlanma qaydası == Əvvəlcə əti və bütöv soğanları bir qazana qoyun. Üstünə ərzaqları örtəcək qədər su tökün. Bir çimdik duz atın. Qaynadın və təxminən 30 dəqiqə bişirin. Ət tamamilə bişməlidir.
Adi Şamir
Adi Şamir (ivr. ‏עדי שמיר‏‎; 6 iyul 1952, Tel-Əviv) — İsrailli kriptoqrafdır. O, RSA alqoritminin ixtiraçılarından biridir (digərləri Ron Rivest və Len Adleman. Bundan başqa, O, diferensial kripto-analizin yaradıcılarındandır, ümumiyyətlə, kriptoqrafiya və informatikanın bir çox sahəsinə onlarla töhfələr veribdir. == Həyatı == Adi Şamir (Adi Shamir) 6 iyul 1952-ci ildə Təl-Əvivdə anadan olmuşdur. == Təhsili == O bakalavr dərəcəsini riyaziyyat üzrə Tel-əviv universitetində 1973-cü ildə almışdır. O, magistratura və doktorantura dərəcələrini informatika üzrə Veiçman institutunda uyğun olaraq 1975 və 1977-ci ildə bitirmişdir. == Fəaliyyəti == Hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış israilli alim, kriptoanalitik, Veysman institutunun informatika və tətbiqi riyaziyyat üzrə professoru Adi Şamir 2002-ci ildə Ronald Linn Rivest (Ronald Linn Rivest) və Leonard Adlemanla (Leonard Adleman) birgə açıq açarlı şifrləmə sisteminin praktiki faydalarının artırılmasına verdiyi əvəzsiz töhfəyə görə Türinq mükafatına layiq görülmüşdür. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Gilad Şalit
Gilad Şalit (ivr. ‏גלעד שליט‏‎) (28 avqust 1986, Nahariya, İsrail) — İsrail müdafiə ordusunun əsgəri. 25 iyun 2006-cı ildə Hamas döyüşçüləri tərəfindən oğurlanıb. 18 oktyabr 2011-ci ildə, beş il dörd aylıq əsirlikdən sonra, Gilad İsrail həbsxanalarındakı 1027 nəfər fələstinli məhbusun azad edilməsi qarşılığında İsrailə təhvil verildi.
Maksim Şamil
Maksim Şamil və ya Maksim Müəllim (tam adı:Şamil Hümbət oğlu Cabbarov; 9 mart 1952, Daşkənd, Basarkeçər rayonu – 22 mart 2022, Bakı) — Azərbaycan şairi, baş müəllim. == Həyatı == Şamil Cabbarov 1952-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1971–1973-cü illərdə hərbi xidmət keçmişdir. 1979-cu ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş və doğma kəndində 1988-ci ilə qədər müəllim və dərs hissə müdiri işləmişdir. Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim işləmişdir. == Yaradıcılığı == Onun çətinliyi artırılmış məsələ və misallardan ibarət "Riyaziyyat nəyi sevir" adlı kitabı riyaziyyat elminə böyük töhfədir. "Tufandan tez yeli çatar" şeirlər kitabında Maksim Şamilin həyata baxışlarının ərməğanı olan ürək sözləri və şeirləri toplanmışdır. Şeirlər tərbiyəvi ruhda yazılmışdır. Ustadnamələrlə zəngin olan kitabda "Sabirsayağı" tənqidi şeirlər də çap olunmuşdur. == Kitabları == "Ehtimal nəzəriyyəsi və riyazi statistika", (Teymurov Fərhad, Həsənov Əvəz və Əfəndiyev Məqsəd ilə birlikdə).