Sakit İsmayıl oğlu İsmayılov (7 yanvar 1985, Aran, Şəki rayonu – 23 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Sakit İsmayılov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 yanvar 1985(1985-01-07) |
Doğum yeri | |
Vəfat tarixi | 23 oktyabr 2020(2020-10-23) (35 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2003—2004 / 2010—2020 |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2021 2021 |
Sakit İsmayılov 1985-ci il yanvarın 7-də Şəki rayonunda Aran kəndində anadan olub.[1] Ailəli idi. 2 övladı yadigar qaldı.
Sakit İsmayılov 2003-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2010-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2011-2018-ci illərdə Manqa Komandiri olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Sakit İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sakit İsmayılov oktyabrın 23-də Ağdərə istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sakit İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sakit İsmayılov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sakit İsmayılov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]