Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Futzal
Futzal və ya minifutbol — futbolun kiçik sərt-kortda oynalınan növlərindən biridir..
Total
Total Fransa nın neft şirkəti. Dövlət Neft Şirkəti ilə Fransanın «Total» şirarasında Xəzər dənizinin Azərbaycan sektorunda «Abşeron» dəniz yatağı blokunun kəşfiyyat, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sənədə əsasən, Dövlət Neft Şirkəti layihədə 40, «Total» şirkəti isə 60 faiz iştirak payına malikdir. Kəşfiyyat dövründə Dövlət Neft Şirkətinin ortaq neft şirkətinin payına düşən bütün xərc və məsrəflərin maliyyələşdirilməsi podratçı tərəfin üzərinə düşür. Qazılacaq «Abşeron» bloku Xəzər dənizində Bakıdan 100 km aralıda, dənizin təxminən 500 metr dərinliyində yerləşir. Layihədə tərəflərin pay iştirakı belədir: ARDNŞ - 40%, Total - 60%. Yataqda kəşviyyat müddəti 3 il təşkil edəcək və zərurət olarsa daha 2 il uzadılacaq. Kəşviyyət dövründə bütün xərcləri Total ödəyir. ARDNŞ geoloqlarına görə, yataqda ən azı 200 mlrd. kubmetr qaz və 100 mln.
Tutak
Tutak (türk. Tutak) — Türkiyənin Şərqi Anadolu regionunda yerləşən Ağrı ilində bir ilçə. Yüksək dağlarla əhatə olunmuş və Murad çayı ilə suvarılan kiçik bir düzənlikdə, Ağrı şəhərindən Patnos ilçəsinə gedən yolda yerləşir. 1562 km² ərazini əhatə edir və hündürlüyü 1535 metrdir. == Əhali == Əhalisi 2010-cu il siyahıyaalmasına əsasən 34 812 nəfərdir, onlardan 7170 nəfəri Tutak şəhərində, əksəriyyəti isə ətraf kəndlərdə yaşayır. Bələdiyyə başçısı Fırat Öztürkdür (BDP). === Milli tərkibi === Tutak ilçəsində Azərbaycan türklərinin subetnik qrup olan qarapapaqlar və kürdlər iç-içə yaşayır. İlçə mərkəzində qarapapaq türkləri çoxluqda olsa da, kəndlərdə kürdlər üstünlük təşkil edir. == İqtisadiyyat == Tutak, bu kasıb kənd bölgəsinə məktəblər, xəstəxana və digər əsas imkanlar verən kiçik bir şəhərdir. İlçənin əsas gəlir mənbəyi dağ kənarındakı mal-qaradır.
Tonqal qalamaq
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. == Haqqında == Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. == Tarixi qaynaqlarda Novruz == Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır.
Turqay (çay)
Turqay — Qazaxıstanın Aktübinsk vilayətində və Kostanay vilayətində çay. == Ümumi məlumat == Uzunluğu 825 km-dir. Əsasən qar suyu ilə qidalanır.Qolları İrgiz, Sarıturqay və Kayındı çaylarıdır.
Turqay yaylası
Turqay yaylası— Qazaxıstanın Kostanay vilayətin ərazisində, Cənubi Uralla Muqacarın arasında yayla. == Ümumi məlumat == Ərazinin böyüklüyü, relyefin müxtəlifliyi ölkənin iqliminə güclü təsir edir. Subtropik və mülayim qurşağın kəskin kontinental tiplərinin səciyyəvi olduğu bu ölkədə sutkalıq və illik temperatur amplitudası çox böyükdür. Qış ayları üçün orta temperatur −14, yay üçün isə 26 götürmək olar. Yağıntının illik miqdarı 100 mm-dən (qərb rayonlarında) 300 mm-dək (ölkənin şərqi) dəyişir. Qar örtüyü 20 sm-dən çox olmur. Ölkənin cənubunda yaz əkinləri başlayanda, şimal tərəfdə hələ şaxtalar davam edir.
Turqay çayı
Turqay — Qazaxıstanın Aktübinsk vilayətində və Kostanay vilayətində çay. == Ümumi məlumat == Uzunluğu 825 km-dir. Əsasən qar suyu ilə qidalanır.Qolları İrgiz, Sarıturqay və Kayındı çaylarıdır.
Turqay Şeren
Turqay Şerən (t.a Türkay Sabit Şerən; d. 15 may 1932, Keçiörən, Ankara, Türkiyə; ö. 7 avqust 2016, İstanbul, Türkiyə) — Türk futbolçu; baş məşqçi; futbol şərhçisi və idman meneceri. Qapıçı mövqeyində iştirak edən futbolçu, bütün futbol karyerasını Qalatasarayda keçirib. 1932-ci ildə anadan olan Şeren, Qalatasarayın A komandasında oynadığı zaman, ilk matçını 1949-50 mövsümündə oynayıb. 1954-55, 1955-56 və 1957-58 mövsümlərində İstanbul Peşəkar Liqası, 1961-62 və 1962-63 mövsümlərində Milli Liqa, 1962-63, 1963-64 və 1965-66 mövsümlərində Türkiyə kuboku çempionu olub. Karyerasının bir çox hissəsini Qalatasarayda keçirən Şerən, 1966-67 mövsümünün sonuna qədər burada oynadı. Bu müddətdə 369-u liqa olan, 405 rəsmi matçda iştirak edib. Futbolçu karyerasını sona çatdırdıqdan sonra, rəsmi matçlarında nəzərə alınması nəticəsində klub tarixinin ən çox matçda iştirak edən futbolçusu oldu. Sonralar bu titulu başqa futbolçular daşıdı.
Tutaqas (Baltas)
Tutaqas (başq. Тутағас, rus. Староякшеево) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Sikeyaz kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 10 km., kənd sovetliyindən (Aşağı Sikeyaz): 6 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 55 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (95%) üstünlük təşkil edir.
Tutqun ayıca
Qara ayıca (lat. Axiopoena maura) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Görünüşü == Qanadları açıq halda 100–105 mm-dir. Ön qanadın uzunluğu 43–48 mm-dir. Hər iki cinsin rəngi eynidir. Ön qanadlar ipək parıltılı, qara rənglidir. Arxa qanadların əsası kərpici-qırmızı, kənarı isə bozumtul-qaradır. Bəzən ön qanadların xarici kənarında 1–2 ağ ləkə olur. Yaxalığı qırmızı, qarıncığı qonuru-qırmızı olub, ucu qaradır. == Arealı == Növə Orta Asiya, Pakistanın şimal-qərbi, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Zaqafqaziya, Azərbaycan və Şərqi İran ərazilərində rast gəlinir.
Abdulla Tuqay
Məhəmmədarif oğlu Abdulla Tuqay ili (tatar Габдулла Тукай, Ğabdulla Tuqay, عبدالله توقاي‎; 14 (26) aprel 1886, Quşlauç[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 2 (15) aprel 1913, Klyaçinsk ambulatoriyası[d], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) – Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi. Tatar ədəbiyyatında tənqidi realizmin banisi. == Həyatı == Abdulla Tuqay 26 aprel 1886-cı ildə Kazan quberniyasının Quşlauç kəndində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. İbtidai təhsilini Kırlay kənd mədrəsəsində almışdır. 1895-ci ildən sonra Uralsk şəhərində bibisinin yanında yaşamışdır. Burada Mutiullah mədrəsəsində oxumuşdur. Eyni zamanda mədrəsənin yanındakı rus sinfində də oxumuşdur. Orada tatar xalq ədəbiyyatı ilə yanaşı, ərəb, fars, türk, rus və digər xalqların ədəbiyyatları, Şərq və Qərb mədəniyyətləri ilə tanış olmuşdur. == Yaradıcılığı == Abdulla Tuqay mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır.
Taqal dili
Taqal dili — Filippin əhalisinin üçdə birinin ana dili (danışanların sayına görə ölkədə 2-ci dil). Avstroneziya dillərindəndir. Standart forması,Filippin dili adlanır və milli dilidir və Filippinlərin iki rəsmi dillərindən biridir.
Total Plaza
Total Plaza (əvvəlki adları Entex Building, Louisiana Place, və United Gas Building) — Texasın Hyuston şəhərində yerləşən göydələn, Allen Center kompleksinin blokundan biridir. Binanın tikintisi 1971-ci ildə başa çatmışdı, 1981-ci və 1996-cı illərdə tikinti yenilənmişdi. Hər mərtəbədə təxminən 2,200 m² var, bütün mərtəbələri cəmləsüy 78,710 m² olar.
Total müharibə
Total müharibə qanuni hərbi hədəflər kimi mülki şəxslərlə əlaqəli hər hansı resursları və infrastrukturu özündə birləşdirən, cəmiyyətin bütün resurslarını müharibə ilə mübarizə üçün səfərbər edən və qeyri-döyüş ehtiyacları üzərində müharibəyə üstünlük verən müharibə növüdür. Termin "istifadə olunan silahlar, iştirak edən ərazi və ya döyüşçülər və ya qarşıya qoyulan məqsədlər baxımından məhdudiyyətsiz, xüsusən də müharibə qanunlarına məhəl qoyulmayan müharibə" olaraq təyin edilmişdir. XIX əsrin ortalarında alimlər total müharibəni ayrı bir müharibə sinfi kimi müəyyən etmişdilər. Total müharibədə, döyüşçülər və qeyri-döyüşçülər arasındakı fərq, qarşı tərəflərin, demək olar ki, hər bir insanı, o cümlədən qeyri-döyüşçüləri müharibə səylərində istifadə olunan resurslar kimi nəzərdən keçirmək qabiliyyətinə görə azalır. == Xüsusiyyətləri == Stiq Försterin əsərlərindən Tiziano Peccia tərəfindən aparılan təhlilə görə, total müharibə dörd ölçüdə xarakterizə olunur: Total məqsədlər (iştirak edən tərəflərin gücünün davamlı olaraq artırılması məqsədi və hegemon baxışlar); Total metodlar (öz təsir dairələrini artırmaq niyyətində olan ölkələr arasında oxşar və ümumi metodologiyalar); Total səfərbərlik (münaqişəyə ənənəvi olaraq cəlb edilməyən tərəflərin, məsələn, qadın və uşaqlar və ya silahlı orqanların tərkibinə daxil olmayan şəxslərin daxil edilməsi); Tam nəzarət (təhsil və mədəniyyət, media/təbliğat, iqtisadi və siyasi fəaliyyətlər üzərində çarpaz funksional nəzarət ilə diktatorların və ya oliqarxların kiçik bir dairəsində dövlətlərin səlahiyyətlərinin çoxsahəli mərkəzləşdirilməsi və fəaliyyətlərinin təşkili). Tiziano Peccia Försterin bölgüsünə beşinci ölçü əlavə edir: “total dəyişiklik”. Total müharibədən sonra təhlil göstərir ki, siyasi, mədəni, iqtisadi və sosial varlıqlar münaqişənin sona çatmasından sonra da davam edir (“total müharibə dünyanın episentri olan zəlzələdir”). XIX əsrdən sonrakı total müharibə konsepsiyasını xarakterizə edə biləcək hadisələrə aşağıdakılar daxildir: İkinci Dünya müharibəsi, Koreya müharibəsi və Vyetnam müharibəsi (Rolling Thunder və Linebacker II əməliyyatları ) zamanı olduğu kimi strateji bombardmanlar Birinci və İkinci Dünya Müharibələri zamanı Almaniyanın Müttəfiq blokadası və Leninqradın mühasirəsində olduğu kimi, mühasirəyə alınması və yaşayış mərkəzlərinin mühasirəyə alınması Yandırılmış torpaq siyasəti, Amerika Vətəndaş Müharibəsi zamanı Dənizə Yürüş və İkinci Çin-Yapon müharibəsi zamanı Yaponiyanın “ Üç Bütün Siyasəti ” kimi Ticarət basqınları, tonnaj müharibəsi və məhdudiyyətsiz sualtı müharibəsi, özəlləşdirmə, Birinci və İkinci Dünya Müharibələrində Alman sualtı qayıq kampaniyaları və İkinci Dünya Müharibəsi zamanı ABŞ-nin Yaponiyaya qarşı sualtı kampaniyası . 1871-ci il Paris Kommunasının süqutundan sonra şübhəli kommunarların edam edilməsi və deportasiyası və ya Fransada olduğu kimi müqavimət hərəkatlarını, üsyançıları və untermenşləri hədəf alan alman repressiv siyasəti ilə olduğu kimi, düşmən hesab edilən əhaliyə qarşı kollektiv cəza, sakitləşdirmə əməliyyatları və repressiyalar (məs. Maille qətliamı ) və Polşa İkinci dünya mügaribəsi illərində Birinci Dünya Müharibəsi və İkinci Dünya Müharibəsi zamanı öz daxili cəbhələrində bütün döyüşən tərəflərlə olduğu kimi sənaye müharibəsi Yaponiya, SSRİ və Almaniyanın İkinci Dünya Müharibəsi zamanı digər xalqların məcburi işçilərindən kütləvi şəkildə istifadə etdiyi kimi mülki əhalinin və hərbi əsirlərin hərbi əməliyyatlar üçün məcburi əmək kimi istifadəsi (bax.
Tujal (Sərdəşt)
Tujal (fars. توژل‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 243 nəfər yaşayır (46 ailə).
Tuqay Kərimoğlu
Tuqay Kərimoğlu (tür. Tugay Kerimoğlu, 24 avqust 1970, İstanbul) — yarımmüdafiəçi kimi çıxış edən türkiyəli keçmiş peşəkar futbolçu. O, karyerasının böyük hissəsini "Qalatasaray" və "Blekbörn Rovers"-də keçirib. O, "Mançester Siti"-də Mark Hyuz ilə qısa müddətdə işlədikdən sonra "Qalatasaray" gənclər akademiyasının koordinatoru olub. O, 2013–14 mövsümündə "Qalatasaray"da Roberto Mançininin köməkçi məşqçisi olub. == Futbol Karyerası == 2001-ci ildən 2009-cu ilə qədər İngiltərənin Blekbern Rovers komandasındə forma geyimişdir. Tuqay Blekberndən əvvəl Şotlandiyanın Qlazqo şəhərindəki Reyncers F.C. komandasındə 25 matç oynadı və üç qol vurdu. Tuqay ümumiyyətlə yarımmüdafiədə ya müdafiə meyilli, ya da oyun qurucu olaraq oynamaqdadır. İki ayağını da çox yaxşı istifadə edə bilən Tuqay uzun ötürmələri və uzaqdan atdığı məqsədəuyğun qapıya zərbələri ilə tanınar. Tuqayın bu enerjisi son iki mövsümdür müqaviləsinin yenilənməsiylə mükafatlandırılmışdır.
Tuqay meşələri
Tuqay meşələri — Kür çayının subasarında, əsasən söyüd və ağyarpaq qovaq ağacları üstünlük təşkil edən nadir meşədir. Bu meşələrin azalmasını nəzərə alaraq 1978-ci ildə Kür qırağında Ağstafa meşə təsərrüfatı ərazisində sahəsi 4860 ha olan Qarayazı dövlət təbiət qoruğu yaradılmışdır. Hazırda Kürqırağında meşə ilə örtülü sahə 23 min ha təşkil edir. Bu meşələrin 8 min ha qovaq meşələridir, lakin onların çoxusu bu və ya digər dərəcədə pozulmuş vəziyyətdədir. Nisbətən normal doluluqlu qovaq meşələrinin sahəsi cəmi təşkil edir. Vaxtilə palıd, qarağac və saqqızağac meşələri Kürboyu ərazidə geniş sahə tuturmuş, indi palıd meşəsinin Qarayazı qoruğu ərazisindədir, lakin onlar da lazımi səviyyədə qorunmayıb pozulmaqda davam edir. Tuqay meşəaltı torpaqları ən çox Orta Asiyada — Amudarya və Sırdarya çayları boyunda və onların ətraflarında yayılmışdır. Burada bitən sıx meşələr "Tuqay" meşələri adlanır. Bu zolaqda əmələ gəlmiş torpaqlara isə tuqay torpaqları deyilir. Azərbaycanın şimal-şərq düzənliyində, Kür, İori, Alazan və başqa çaylar ətrafında tuqay torpaqları inkişaf edərək böyük sahə tutur.
Tural Eyyubov
Tural Yadulla oğlu Eyyubov (2 iyul 1992, Mollakənd, Kürdəmir rayonu – 25 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Eyyubov 1992-ci il iyulun 2-də Kürdəmir rayonunun Mollakənd kəndində Yadulla və Gülnarə Eyyubovların ailəsində anadan olub. 1993-cü ilin iyulunda Eyyubovlar ailəsi Rusiyada yaşamağa başladılar. 1998–2005-ci illərdə təhsilini Rusiyada alıb. 2005–2009-cu illərdə isə Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009–2013-cü illərdə Bakı Dövlət Universitetində (BDU) "Tətbiqi-riyaziyyat" üzrə ali təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Tural Eyyubov 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduğdan sonra isə 2014–2015-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə olub və "leytenant" hərbi rütbəsi alıb. Azərbaycan Ordusunun leytenantı olan Tural Eyyubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Tural Gəncəliyev
Tural Gəncəliyev (6 mart 1980, Şuşa, Dağlıq Qarabağ) — Azərbaycan Respublikasının Milli Məclisinin Xankəndidən olan VI çağırış deputatı. "Qarabağa Dönüş" İctimai Birliyinin sədri (2021–h.h.) Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü (2021–h.h.); Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin 2-ci və son sədri (2018–2021) == Həyat == Tural Babaşah oğlu Gəncəliyev, 6 mart 1980-ci ildə Şuşa şəhərində anadan olub. Uşaqlıq illərini Şuşanın ən qədim və məşhur məhəllələrindən biri sayılan "Çölqala Məhəlləsi"ndə yerləşən Xan qızı Xurşudbanu Natəvan, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyov və tanınmış muğam ustası Xan Şuşinskinin ev muzeyləri ilə qonşuluqda keçirib. Bu isə onun sonradan musiqi təhsili almağına həvəs yaradıb. Daha sonra Şuşa şəhəri Vaqif Cəfərov küçəsi 28 ünvanında yaşayıb. Şuşa şəhər 4 saylı orta məktəbdə ibtidai təhsil alıb. 1987-ci ildə Şuşa şəhəri Niyazi adına musiqi məktəbində tar sinfinə daxil olub. Eyni zamanda, atası Gəncəliyev Babaşah Şuşa şəhər Uşaq Şahmat məktəbinin direktoru işlədiyi müddətində şahmat dərsləri sinfinə gedərək, şahmat təlimi alıb. Dağlıq Qarabağda keçirilən musiqi müsabiqələri və şahmat yarışlarında uşaq vaxtlarından iştirak edib. Şuşanın işğalı səbəbindən 1992-ci ilin may ayından etibarən Bakı şəhərinə köçmüş və məcburi köçkün olaraq orta məktəb və musiqi təhsilini Bakıda davam etdirib.
Tural Haşımlı
Tural Hümbətov
Tural Hümbətov (24 yanvar 1994, Sankt-Peterburq, Rusiya) — müdafiəçi mövqeyində oynayan Azərbaycan futbolçusu. 2017-ci ildən Makedoniyanın "Pobeda" klubunda çıxış edir. 17, 19 və 21 yaşadək Azərbaycan yığma komandalarının şərəfini qoruyub. Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə salınmışdır. == Həyatı == Tural Hümbətov 1994-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. Futbolla 10 yaşında məşğul olmağa başlamışdır, onun ilk klubu Vasili Aleksandroviç Kostrovskinin çalışdırdığı DYUSŞ "Smena" klubu olmuşdur. Bir il sonra o, Sankt Peterburqun "Turbostroitel" komandasına (indiki "Zenit-84") keçir, burada məşqçisi Protasov Sergey İvanoviç olur. Klubun kapitanına çevrilən Tural burada 4 il keçirir. 2009-cu ildən 2011-ci ilə qədər Romanov Sergey İvanoviçin rəhbərliyi altında olan SDYUŞOR "Zenit"in oyunçusu olur 2011-ci ildə Sankt-Peterburq Dövlət Aerokosmik Cihazqayırma Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur. == Klub karyerası == === Çempionat === ==== Rusiya ==== 2011-ci ilin əvvəlində Zenit futbol komandasının Akademiyası ilə müqavilə bağlayır, 18 yaşadək komandanın tərkibində "Severo-Zapad" birinciliyində bir il keçirir.
Tural Hümmətov
Tural Rövşən oğlu Hümmətov (20 may 1998, Tatoba, Lənkəran rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Hümmətov 1998-ci il mayın 20-də Lənkəran rayonunun Tatoba kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tural Hümmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Hümmətov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Hümmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Hümmətov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tural Həmid
Tural Həsənov
Tural Həsənqarayev
Tülqan
Tülqan — qəsəbə, Rusiyanın Orenburq vilayətinin Tülqan rayonunun mərkəzidir. == Coğrafiya == Orenburq şəhərinin 130 km şimal-şərqində yerləşir. Tülqan qəsəbəsi Kiçik Nakas dağ silsiləsinin bir hissəsini tutur. == Tarix == 1940-cı illərdə Tülqan bölgəsinin ərazisində qonur kömür yatağı tapıldı, bu ərazidə 1953-cü ildə Tülqan qəsəbəsi quruldu. Qəsəbəyə buradan 4 km məsafədə yerləşən Tülqan xutorunun adı verilmişdir. Xutorun adı başqırd dilində tüylügen ("uçurtma") sözündən yaxud türkcə şəxs adı Tülegen sözündən gəlir . 1960-cı ildə Tülqan Troitsky rayonunun regional mərkəzi oldu. 1965-ci ildə Tülqan rayonu quruldu və Tülqan qəsəbəsi onun mərkəzi oldu. 1957–1999-cu illərdə Tülqan işçi qəsəbəsi statusu daşıyırdı. == Əhali == == İqtisadiyyat == Qəsəbədəki sənaye Tülqan Maşınqayırma Zavodu MMC və Tülgan Elektromekanika Zavodu MMC kimi müəssisələrlə təmsil olunur.
Tuğay
Tuğay — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 439 nəfərdir (2009-cu il).
Turgay Baydur
Turgay Baydur (d. 26 yanvar 1984, İstanbul) —Türkiyə kino, teatr və serial aktyoru.
Aylin Urgal
Aylin Urgal (d.1951, İstanbul - ö.26 Nisan 1985, Bolu) — Türk pop musiqisi sənətçisi.
Hüsaməddin Tuğac
Hüsaməddin Tuğac (1 yanvar 1889, Pasinlər, Ərzurum ili – 2 yanvar 1975) — ictimai xadim. == Həyatı == Hüsaməddin Tuğac 1889-cu ildə Türkiyədə, Ərzurumun Həsənqala rayonunda hərbçi yüzbaşı Hacı Əhmədin ailəsində dünyaya göz açıb. Hüsaməddin 1910-cu ildə Hərbi Məktəbi bitirdikdən sonra Bağdad və Şamda (Dəməşqdə) xidmət edib. 1912–1913-cü illərdə Balkan savaşına qatılıb. Birinci Dünya müharibəsində isə Sarıqamışda vuruşub. 1917-ci ildə Gəncəyə gəlməsinə Sarıqamış döyüşləri səbəb olub. Belə ki, 1915-ci il yanvar ayının ilk günlərində, Qafqaz cəbhəsindəki döyüşlərdə 9-cu Kolordunun zabiti Hüsaməddin Tuğac tabeliyində olan bir neçə əsgərlə birlikdə çovğunlu havada azaraq mühasirəyə düşür və ruslar tərəfindən əsir götürülür. Yüksək rütbəli zabit olduğundan, həm də türk ordusu komandanı Ənvər paşaya çox oxşarlığı səbəbindən onu Rus Qafqaz Cəbhəsi komandanı general Yudeniçin qərargahına gətirirlər. Qatar Samaraya yaxınlaşarkən Hüsaməddin tif — qarın yatalağı xəstəliyinə tutulur və təcili olaraq bu şəhərdəki hospitala yerləşdirilir. Uzun müalicədən sonra sağlamlığı bərpa olunur, sürgün yolları davam etdirilir.
Tugay Kerimoğlu
Tuqay Kərimoğlu (tür. Tugay Kerimoğlu, 24 avqust 1970, İstanbul) — yarımmüdafiəçi kimi çıxış edən türkiyəli keçmiş peşəkar futbolçu. O, karyerasının böyük hissəsini "Qalatasaray" və "Blekbörn Rovers"-də keçirib. O, "Mançester Siti"-də Mark Hyuz ilə qısa müddətdə işlədikdən sonra "Qalatasaray" gənclər akademiyasının koordinatoru olub. O, 2013–14 mövsümündə "Qalatasaray"da Roberto Mançininin köməkçi məşqçisi olub. == Futbol Karyerası == 2001-ci ildən 2009-cu ilə qədər İngiltərənin Blekbern Rovers komandasındə forma geyimişdir. Tuqay Blekberndən əvvəl Şotlandiyanın Qlazqo şəhərindəki Reyncers F.C. komandasındə 25 matç oynadı və üç qol vurdu. Tuqay ümumiyyətlə yarımmüdafiədə ya müdafiə meyilli, ya da oyun qurucu olaraq oynamaqdadır. İki ayağını da çox yaxşı istifadə edə bilən Tuqay uzun ötürmələri və uzaqdan atdığı məqsədəuyğun qapıya zərbələri ilə tanınar. Tuqayın bu enerjisi son iki mövsümdür müqaviləsinin yenilənməsiylə mükafatlandırılmışdır.