Tural Həsənov

Tural Rauf oğlu Həsənov (15 iyun 1997, Sahil31 dekabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Şəhid.

Tural Həsənov
Şəxsi məlumatlar
Ləqəbi Həkim
Doğum tarixi 15 iyun 1997(1997-06-15)
Doğum yeri
Vəfat tarixi 31 dekabr 2020(2020-12-31) (23 yaşında)
Vəfat yeri
Dəfn yeri Qaradağ rayonu, Ümid qəsəbəsi
Vətəndaşlığı
Atası Həsənov Rauf
Anası Həsənova Xatirə
Təhsili
Hərbi fəaliyyəti
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
Təltifləri "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020

Həyatı[redaktə | mənbəni redaktə et]

Əslən Laçın rayonu Mişni kəndindən olan sakit təbiətli, mehriban, böyük-kiçik yeri bilən bu gənc oğlan hamının hörmətini qazanmışdı. Həsənov Tural Rauf oğlu 1997-ci il iyun ayının 15-də Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olmuşdur. 2003-cü ildən Qaradağ rayonunun Ümid qəsəbəsindəki 294 saylı orta məktəbin 1-ci sinfinə gedib. 2014-cü ildə həmin məktəbi bitirib və elə həmin il Lənkəran Dövlət Universitetinin İngilis dili (tərcüməçi) fakültəsinə qəbul olub. 2018-ci ildə həmin universitetdən məzun olmuşdur. 2018-ci il iyul ayı çağırışı ilə hərbi xidmətə getmiş, 2019-cu il iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur. 2020-ci il sentyabr ayının 21-də Tural Səfərbərlik xidmətinin çağırışı ilə hərbi xidmətə getmişdir. 2020-ci il dekabr ayının 30-da Xocavənd yolunda xidməti maşınlarında minaya düşərək şəhid olmuşdur[1]. Tural, Füzuli, CəbrayılŞuşanın azad olunmasına görə medalları ilə təltif olunmuşdur.

Mişni kəndində adına küçə var.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Tural Həsənov 30 dekabr 2020-ci ildə Xocavənd rayonunda minaya düşərək şəhid olub. Şəhid 31 dekabr 2020-ci ildə Qaradağ rayonunun Ümid qəsəbəsində dəfn olunmuşdur.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. AzTV. ""O istədi ki, bütün Azərbaycan onunla fəxr eləsin" - Şəhid Tural Həsənovun anası" (az.). Youtube.com. 29.12.2022. 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.