Tural Əbdül oğlu Haşımlı (27 dekabr 1988, Dırnıs, Ordubad rayonu – 25 fevral 2017, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub.
Tural Haşımlı | |
---|---|
Tural Əbdül oğlu Haşımlı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | Baş leytenant |
Döyüşlər | Azərbaycan-Ermənistan münaqişələri (2017) |
Təltifləri |
Tural Haşımlı 1988-ci ildə Ordubad rayonunda anadan olub. Tural Haşımlı şəhid olmadan 7 ay əvvəl ailə həyatı qurdu, bir müddət sonra övladı dünyaya gəlməli idi.
Baş leytenant Tural Haşımlı 2017-ci ildə, Fevral döyüşləri zaman şəhid oldu. Fevralın 27-də onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülü. Fevralın 28-i isə Tural Haşımlı Ordubad şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Haşımlı uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Tural Haşımlı ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edildi.