Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tural Babaşah oğlu Gəncəliyev (6 mart 1980, Şuşa, DQMV) — Azərbaycan Respublikasının Milli Məclisinin Xankəndidən olan VI və VII çağırış deputatı (2020-ci ildən). "Qarabağa Dönüş" İctimai Birliyinin sədri (2021–h.h.) Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü (2021–h.h.); Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin 2-ci və son sədri[1] (2018–2021)
Tural Gəncəliyev | |
---|---|
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
Seçki dairəsi | VI və VII çağırış — 122 saylı Xankəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 mart 1980 (44 yaş) |
Doğum yeri |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Tural Babaşah oğlu Gəncəliyev, 6 mart 1980-ci ildə Şuşa şəhərində anadan olub. Uşaqlıq illərini Şuşanın ən qədim və məşhur məhəllələrindən biri sayılan "Çölqala Məhəlləsi"ndə yerləşən Xan qızı Xurşudbanu Natəvan, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyov və tanınmış muğam ustası Xan Şuşinskinin ev muzeyləri ilə qonşuluqda keçirib. Bu isə onun sonradan musiqi təhsili almağına həvəs yaradıb. Daha sonra Şuşa şəhəri Vaqif Cəfərov küçəsi 28 ünvanında yaşayıb.
Şuşa şəhər 4 saylı orta məktəbdə ibtidai təhsil alıb. 1987-ci ildə Şuşa şəhəri Niyazi adına musiqi məktəbində tar sinfinə daxil olub. Eyni zamanda, atası Gəncəliyev Babaşah Şuşa şəhər Uşaq Şahmat məktəbinin direktoru işlədiyi müddətində şahmat dərsləri sinfinə gedərək, şahmat təlimi alıb. Dağlıq Qarabağda keçirilən musiqi müsabiqələri və şahmat yarışlarında uşaq vaxtlarından iştirak edib.
Şuşanın işğalı səbəbindən 1992-ci ilin may ayından etibarən Bakı şəhərinə köçmüş və məcburi köçkün olaraq orta məktəb və musiqi təhsilini Bakıda davam etdirib. 1995-ci ildə Bakıda musiqi məktəbləri arasında keçirilmiş Hacı Xanməmmədovun xatirəsinə həsr olunmuş musiqi müsabiqəsinin qalibi olub. Eyni zamanda Dövlət Filarmoniyası və Rəşid Behbudov adına mahnı teatrında musiqi proqramları ilə çıxış edib.
2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə isə eyni fakültənin magistraturasını fərqlənmə diplomu ilə bitirib.
İngilis, fransız və rus dillərini bilir. Ailəlidir.
5 avqust 2004-cü ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin referenti vəzifəsinə, 2006-cı ilin 16 yanvar tarixində həmin idarənin attaşesi, 2008-ci ilin 1 may tarixində üçüncü katibi vəzifəsinə təyin edilib.
2008-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinə ezam edilib. Səfirlikdə uzunmüddətli ezamiyyət müddəti bitdikdən sonra, 25 yanvar 2013-cü il tarixində Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin Şimali və Mərkəzi Amerika şöbəsinə təyin edilib. 8 aprel 2014-cü il tarixində birinci katib vəzifəsini alıb. 2014-cü ilin 1 oktyabr tarixindən etibarən Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinə birinci katib vəzifəsinə təyin edilib.
2018-ci ilin 1 oktyabr tarixindən etibarən Çexiyada uzunmüddətli ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə geri çağırılıb.
2017-ci ilin 16 noyabr tarixində ATƏT-in İnsan ölçüsü çərçivəsində "İnsan hüquqları və məcburi köçkünlər haqqında" Vyana şəhərində keçirilən konfransda Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinın təmsilçisi qismində çıxış etmək üçün Avstriyaya ezam edilib.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının 20 dekabr 2018-ci il tarixində keçirilmiş qurultayının qərarı ilə icmanın yeni sədri seçilib.[2]
Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin olunub.
2021-dən "Qarabağa Dönüş" İctimai Birliyinin sədri kimi fəaliyyətini davam etdirir.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[3]