Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Varis
Varis Vəliəhd Varis (film, 1988) Varis Yolçiyev — Azərbaycanlı yazıçı.
Varniçi burnu
Varniçi burnu (rus. Варничный) — Barens dənizinə daxil olan Kola körfəzinin şərqində yerləşən burun. Murmansk şəhərinin mərkəzi hissəsində yerləşir. Burunda 1575-ci ildə Yakov və Qriqori Stroqanovlar dəniz suyundan duz hasil edən müəssisəni işə salırlar. 1579-cu ildə duz sexi Peçenqski monastrına verilir. XVII əsrdə isə sex fəaliyyətini dayandırmışdır. 1916-cı ildə hərbi gəmilərin bura yan alması üçün priçallar mövcud idi. Burada emalatxanalar vardı. 1934-cü ildə həmin müsissələr Murmansk balıqçılıq limanına çevrilmişdir. Burunun cənub hissəsindən körfəzə Varniçi axarı tökülür (kollektrlaşdırılmış).
Amblyseius carnis
Amblyseius carnis (lat. Amblyseius carnis) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius carnis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Arnis Litsitis
Arnis Alfredoviç (8 yanvar 1946, Riqa – 21 yanvar 2022, Riqa) – Sovet və Latviya teatr və kino aktyoru. == Həyatı == Arnis Alfredoviç Lisitis 8 yanvar 1946-cı ildə anadan olub. Latviya Dövlət Konservatoriyasnın aktyorluq fakültəsində təhsil alıb (1970). Milli Teatrda, Valmir Teatrında, Riqa Gənc Tamaşaçılar Teatrında, 1996-cı ildən Rus Dram Teatrında çalışıb. Musiqi ilə məşğuldur. 150-dən çox filmə çəkilib.
Varis (1988)
Varis (dəqiqləşdirmə)
Varis Vəliəhd Varis (film, 1988) Varis Yolçiyev — Azərbaycanlı yazıçı.
Varis (hüquq)
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir. İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. == Mənbə == a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.).
Varis Dirie
Varis Dirie (21 oktyabr 1965[…]) — dünyanın ən məşhur supermodellərindən biri. O, öz həyatını "Səhra çiçəyi" əsərində qələmə alıb. Hazırda kitabının adını daşıyan "Çöl çiçəyi" fondunun sponsorluq etdiyi kompaniyaların təşkili ilə məşğul olur.
Varis Yolçiyev
Yolçiyev Varis Musa oğlu (7 iyun 1966, Sumqayıt) — yazıçı, jurnalist, Rusiya Yazıçılar İttifaqının üzvü, Azərbaycan Yazıçılar Birliyinin, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü. Azərbaycan Respublikasının "Əməkdar Jurnalisti". Soçidə (Rusiya) keçirilən LIFFT — 2019 Avrasiya Ədəbiyyat Festivalının laureatı. == Həyatı == Varis Yolçiyev 7 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1991-ci ildə "168 saat" qəzetinə baş redaktorluq, 1993-cü ildə "7 gün" qəzetinə redaktorluq edib. 1995-ci ildə Azərbaycan Dövlət Televiziyasının "Gecə kanalı" proqramının yaradıcılarından olub. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Azərbaycan" nəşriyyatına baş redaktor təyin edilib. 2007-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru təyin edilib. O, həmçinin Azərbaycanda ilk "TV plyus" milli teleradio jurnalının baş redaktorudur.
Əl-Varis
Əl-Varis (ər. الوارث) — Allahın adlarından biri.
Danish Singles Chart
Varis (film, 1988)
== Məzmun == Vaxtilə Azərbaycanın bölgə və kəndlərində milli güləş ənənələrini qoruyub saxlayan və nəsildən-nəslə keçirən el pəhləvanları olmuşlar. Onların çıxışlarını-müxtəlif güləş üsullarını el-oba həmişə böyük maraqla qarşılamışdır. Filmdə milli pəhləvanlıq ənənələrinə sadiq olan, pəhləvanlıq sənətinin bəlkə də sonuncu varislərindən biri olan 61 yaşlı Paşa Kərimovdan söhbət açılır. == Filmin heyəti == Rejissor: Miri Rzayev Ssenari müəllifi: Fəraməz Səfiyev Operator: Fikrət Əsgərov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Rino Harniş
Rino Harniş (1949) — ABŞ-nin Azərbaycandakı səfiri (2003–2006). == Həyatı == Rino Harniş San-Dieqo Ştat Universitetinin siyasi elmlər fakültəsini bitirib. 1975-ci ildə Amerika Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsini alıb. R. Harniş iqtisadiyyat elmləri üzrə də magistr dərəcəsinə malikdir. Təhsilini başa vurandan sonra ən əvvəl Amerika Sənaye Universitetində tədqiqatçı köməkçisi vəzifəsində çalışıb. Bundan sonra ABŞ-nin Xəzinədarlıq Departamentində beynəlxalq iqtisadçı vəzifəsini tutub. Daha sonra Nebraska ştatından seçilmiş konqresmen Deyv Martinin köməkçisi olub. Karyerasının növbəti illərində R. Harniş ABŞ-nin İtaliyadakı səfirliyində ətraf mühit, elm və texnologiya məsələləri üzrə, ABŞ-nin Almaniya Demokratik Respublikasındakı səfirliyində isə iqtisadiyyat və ticarət məsələləri üzrə müşavir vəzifələrində işləyib. Sonrakı dövrdə Dövlət Departametinin İnkişaf Etmiş Ölkələrlə Ticarət üzrə Departamentində çalışıb, ABŞ-nin Avstriyadakı səfirliyində iqtisadi məsələlər üzrə müşavir işləyib. R. Harniş ABŞ-nin Nigeriyadakı səfirliyində də müşavir qismində çalışıb.