Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yolçiyev Varis Musa oğlu (7 iyun 1966, Sumqayıt) — yazıçı, jurnalist, Rusiya Yazıçılar İttifaqının üzvü[1], Azərbaycan Yazıçılar Birliyinin, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü. Azərbaycan Respublikasının "Əməkdar Jurnalisti". Soçidə (Rusiya) keçirilən LIFFT — 2019 Avrasiya Ədəbiyyat Festivalının laureatı[2][3].
Varis Yolçiyev | |
---|---|
Varis Musa oğlu Yolçiyev | |
| |
Doğum adı | Varis |
Doğum tarixi | |
Doğum yeri |
Sumqayıt Azərbaycan SSR SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Təhsili | |
Fəaliyyəti | yazıçı |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Varis Yolçiyev 7 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1991-ci ildə "168 saat" qəzetinə baş redaktorluq, 1993-cü ildə "7 gün" qəzetinə redaktorluq edib. 1995-ci ildə Azərbaycan Dövlət Televiziyasının "Gecə kanalı" proqramının yaradıcılarından olub.
2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Azərbaycan" nəşriyyatına baş redaktor təyin edilib. 2007-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru təyin edilib. O, həmçinin Azərbaycanda ilk "TV plyus" milli teleradio jurnalının baş redaktorudur.
Azərbaycanda və xarici ölkə mətbuatlarında yüzlərlə məqaləsi çıxıb, 2001-2005-ci illərdə dalbadal 5 dəfə müxtəlif beynəlxalq qurumlar tərəfindən ("European Market Research Center", "Editorial Ofice" və s.) media mükafatlarına layiq görülüb. Müxtəlif illərdə "Dan ulduzu" ali jurnalistika mükafatına, "İlin ən yaxşı redaktoru" adına layiq görülüb. 18 kitabın ("Əsl insan haqqında", "Azərbaycan prezidenti", "Azərbaycan gəncliyi - Azərbaycanın gələcəyi" və s.) redaktoru olub. Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə ilk hekayələri "Ulduz" jurnalında dərc edilib. 1990-cı illərdən başlayaraq isə onun ədəbi mətbuatda digər hekayələri ("Bir ovuc torpaq", "Tənha yalquzağın nağılı", "Əbədi məhəbbət dastanı", "Səhər heç vaxt açılmayacaq", "Sənə inanıram", "Yol ayrıcında azıb qalanlar") işıq üzü görüb. İlk bədii kitabı ("Sonuncu ölən ümidlərdir") 2008-ci ilin noyabrında çap olunub. 2009-cu ildə yazıçının "Bir ovuc torpaq", 2010-cu ildə "Sənə inanıram", 2011-ci ildə "Yetmiş yeddinci gün" adlı növbəti kitabları işıq üzü görüb. Kitabları Özbəkistanda,Rusiyada və Türkiyədə çap olunub.
Beynəlxalq Yazıçılar Gildiyası
Azərbaycan Yazıçılar Birliyi
Rusiya Yazıçılar Birliyi
Azərbaycan Jurnalistlər birliyi
Bir ovuc torpaq.Televiziya:Lider TV. Sənə inanıram (serial, 2013)