Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Rino Harniş (1949) — ABŞ-nin Azərbaycandakı səfiri (2003–2006).
Rino Harniş | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1949 |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Rino Harniş San-Dieqo Ştat Universitetinin siyasi elmlər fakültəsini bitirib.
1975-ci ildə Amerika Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsini alıb. R. Harniş iqtisadiyyat elmləri üzrə də magistr dərəcəsinə malikdir. Təhsilini başa vurandan sonra ən əvvəl Amerika Sənaye Universitetində tədqiqatçı köməkçisi vəzifəsində çalışıb. Bundan sonra ABŞ-nin Xəzinədarlıq Departamentində beynəlxalq iqtisadçı vəzifəsini tutub. Daha sonra Nebraska ştatından seçilmiş konqresmen Deyv Martinin köməkçisi olub.
Karyerasının növbəti illərində R. Harniş ABŞ-nin İtaliyadakı səfirliyində ətraf mühit, elm və texnologiya məsələləri üzrə, ABŞ-nin Almaniya Demokratik Respublikasındakı səfirliyində isə iqtisadiyyat və ticarət məsələləri üzrə müşavir vəzifələrində işləyib. Sonrakı dövrdə Dövlət Departametinin İnkişaf Etmiş Ölkələrlə Ticarət üzrə Departamentində çalışıb, ABŞ-nin Avstriyadakı səfirliyində iqtisadi məsələlər üzrə müşavir işləyib. R. Harniş ABŞ-nin Nigeriyadakı səfirliyində də müşavir qismində çalışıb. 1992–1995-ci illərdə ABŞ Dövlət Departamentində ABŞ-nin Mərkəzi Asiya və MDB ölkələri ilə əməkdaşlıq məsələləri üzrə məsul şəxslərdən olub. Daha sonra ABŞ-nin İsveçdəki və Misirdəki səfirliklərində səfir müavini vəzifələrində işləyib.
Bundan sonra R. Harniş ABŞ-nin Kosovadakı missiyasına rəhbərlik edib. 2003–2006-cı illərdə ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsində çalışıb. 2006-cı ildən ABŞ dövlət katibi köməkçisinin baş müavini vəzifəsində çalışır. Bu postda o, quş qripi xəstəliyinə və qlobal istiləşməyə qarşı mübarizə, habelə kosmosun tədqiq olunması ilə məşğuldur.
Alman, italyan, isveç dillərini mükəmməl, ərəb dilini qismən bilir.