Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vençur maliyyələşdirməsi
Vençur maliyyələşməsi və ya Vençur kapitalı — innovasiya kompaniyasının inkişafı və genişlənməsindən gəlir əldə etmək üçün yüksək riskli investisiya vəsaitidir. İnnovasiya müəssisəsinin yaradılması mərhələsində (start-up mərhələsi) investisiyadan fərqli olaraq vençur maliyyələşməsi kompaniya ilk gəlir gətirməyə başladıqda, başqa sözlə inkişaf və genişlənmənin ilkin mərhələsində həyata keçirilir. Vençur maliyyələşməsi əsasən vençur fondları və biznes-layihələr (innovasiya layihələrinə şəxsi vəsaitlərini yerləşdirməyə hazır olan fiziki şəxslər) həyata keçirirlər. İdarəetmə kompaniyası qapalı səhmdar fondun təşkilati-hüquqi şəklində yaradılır. == Tarixi == Vençur kapitalı 1950-ci illərin sonlarında ABŞ-də meydana çıxdı və tezliklə özünə geniş fəaliyyət meydanı əldə etdi. == Vençur investisiyasının əsas xüsusiyyətləri == Kompaniyanın “portfeli”-nin qiymətinin artmasında professional vençur investorlar (mütəxəssislər) komandasının aktiv iştirakı; İnvestisiyanın cəlb edilməsi kompaniyanın nizamnamə kapitalının və ya borcun konvertasiyası yolu ilə həyata keçirilir; Kompaniya gələcəkdə investorların marağına uyğun qurulur; İnvestisiya strategiyası ortamüddətli və uzunmüddətli olur; Vençur investisiyasının son məqsədi, gəliri aktivlərin strateji və ya portfel investorlarına satışının nəticəsində və ya kompaniyaların aksiyalarını satışa verməklə əldə etməkdir. == İnnovasiyaların maliyyələşdirilməsində vençur kapitalının rolu == Dinamik inkişaf edən iqtisadiyyat daim özü ilə yeniliklər və dəyişikliklər gətirir. Bəşər tarixinin inkişafının müxtəlif mərhələlərində iqtisadiyyatın təkamülü həmişə məhsuldar qüvvələrin istehsala səmərəli cəlb olunması problemi ilə qarşı-qarşıya dayanmışdır. Bu baxımdan resurslardan qənaətli istifadə və bunun qarşılığında daha çox məhsul istehsal edərək bazara təqdim etmək kimi məsələlər həm sahibkarlıq subyektlərinin həm də elm adamlarının əsas müzakirə obyektinə çevrilmişdir. Yeniləşən və inteqrasiya olunan müasir dövrümüzdə, dövlətlərarası, regionlararası və şirkətlərarası rəqabətin kəskinləşdiyi vaxtda göstərilən problemlər daha qabarıq xarakter alaraq ölkəmizin dünya bazarında yerinin müəyyənləşməsi və mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm aktuallıq kəsb edir.
Vençur maliyyələşməsi
Vençur maliyyələşməsi və ya Vençur kapitalı — innovasiya kompaniyasının inkişafı və genişlənməsindən gəlir əldə etmək üçün yüksək riskli investisiya vəsaitidir. İnnovasiya müəssisəsinin yaradılması mərhələsində (start-up mərhələsi) investisiyadan fərqli olaraq vençur maliyyələşməsi kompaniya ilk gəlir gətirməyə başladıqda, başqa sözlə inkişaf və genişlənmənin ilkin mərhələsində həyata keçirilir. Vençur maliyyələşməsi əsasən vençur fondları və biznes-layihələr (innovasiya layihələrinə şəxsi vəsaitlərini yerləşdirməyə hazır olan fiziki şəxslər) həyata keçirirlər. İdarəetmə kompaniyası qapalı səhmdar fondun təşkilati-hüquqi şəklində yaradılır. == Tarixi == Vençur kapitalı 1950-ci illərin sonlarında ABŞ-də meydana çıxdı və tezliklə özünə geniş fəaliyyət meydanı əldə etdi. == Vençur investisiyasının əsas xüsusiyyətləri == Kompaniyanın “portfeli”-nin qiymətinin artmasında professional vençur investorlar (mütəxəssislər) komandasının aktiv iştirakı; İnvestisiyanın cəlb edilməsi kompaniyanın nizamnamə kapitalının və ya borcun konvertasiyası yolu ilə həyata keçirilir; Kompaniya gələcəkdə investorların marağına uyğun qurulur; İnvestisiya strategiyası ortamüddətli və uzunmüddətli olur; Vençur investisiyasının son məqsədi, gəliri aktivlərin strateji və ya portfel investorlarına satışının nəticəsində və ya kompaniyaların aksiyalarını satışa verməklə əldə etməkdir. == İnnovasiyaların maliyyələşdirilməsində vençur kapitalının rolu == Dinamik inkişaf edən iqtisadiyyat daim özü ilə yeniliklər və dəyişikliklər gətirir. Bəşər tarixinin inkişafının müxtəlif mərhələlərində iqtisadiyyatın təkamülü həmişə məhsuldar qüvvələrin istehsala səmərəli cəlb olunması problemi ilə qarşı-qarşıya dayanmışdır. Bu baxımdan resurslardan qənaətli istifadə və bunun qarşılığında daha çox məhsul istehsal edərək bazara təqdim etmək kimi məsələlər həm sahibkarlıq subyektlərinin həm də elm adamlarının əsas müzakirə obyektinə çevrilmişdir. Yeniləşən və inteqrasiya olunan müasir dövrümüzdə, dövlətlərarası, regionlararası və şirkətlərarası rəqabətin kəskinləşdiyi vaxtda göstərilən problemlər daha qabarıq xarakter alaraq ölkəmizin dünya bazarında yerinin müəyyənləşməsi və mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm aktuallıq kəsb edir.
Vençur kapitalı
Vençur kapitalı (bəzən VC kimi də qısaldılır) adətən ilkin mərhələdə, yüksək potensiallı və yüksək riskli startap və ya inkişaf etməkdə olan şirkətlərə təqdim edilən özəl kapital maliyyələşdirmə növü. Bu, investorların yüksək inkişaf potensialına malik şirkətləri müəyyən etməyə və investisiyalarından əhəmiyyətli gəlir əldə etmək üçün böyüməyə kömək etməyə çalışdıqları yüksək riskli, yüksək gəlir potensiallı investisiya modelidir. Vençur kapitalistləri adətən xüsusi sənaye sahələrində təcrübəyə malikdirlər və sərmayə qoyduqları şirkətlərə dəstək və təlimat verirlər. Maliyyələşdirmə müqabilində vençur kapitalistləri əksər hallarda şirkətdən kapital alır və ya biznesə tərəfdaş olurlar. Startaplar yüksək qeyri-müəyyənliklə üzləşdikləri üçün VC investisiyalarının uğursuzluq nisbətləri yüksəkdir. Startaplar adətən innovativ texnologiyaya və ya biznes modelinə əsaslanır və onlar adətən informasiya texnologiyaları (İT), təmiz texnologiya və ya biotexnologiya kimi yüksək texnologiyalı sənayelərdən olurlar. Tipik vençur kapital qoyuluşları "toxum maliyyələşdirməsinin" birinci mərhələsindən sonra baş verir. Böyüməni maliyyələşdirmək üçün korporativ vençur kapitalının birinci mərhələsi A seriyası adlanır.
Dyula Bençur
Dyula Bençur (mac. Gyula Benczúr; 28 yanvar 1844[…], Niredxaza – 16 iyul 1920[…], Bençurfalva[d], Noqrad) — portret və tarixi səhnələrin rəsm edilməsi üzrə peşəkar macar rəssamı, pedaqoq. == Həyatı == Dyula Bençur 28 yanvar 1844-cü ildə Macarıstanın Niredxaza şəhərində anadan olmuşdur. 1861-ci ildə Herman Ançuz və Conn Qeorq Hiltenspreqer ilə birgə rəsm təhsili almağa başladı. Artıq 1870-ci ildə bir çox beynəlxalq müsabiqələrdə uğurlar əldə etmiş, "Macarıstan Milli Rəsm" müsabiqəsində "Kral Stefanın vəftizi" təsvirinə görə qalib gəlmişdir. Bundan başqa Karl von Piloti ilə birgə Münhendə Maksimilenyum və Sürixdə Rathaus freskalarının hazırlanmasında çalışmışdır. Ona Bavariya kralı II Ludoviq tərəfindən Rokoko motivlərinin rəsm edilməsi tapşırılmışdı. Dəfələrlə Praqa və Veymar universitetlərindən müəllimlik təklifi alsa da, 1875-ci ildə Münhen İncəsənət Akademiyasının professoru olmuşdur. 1883-cü ildə isə Macarıstana qayıdalar müəllimlik fəaliyyətini davam etdirdi. Onun ən məşhur şagirdlərindən biri amerikan rəssam Adolfo Müller -Yuri olmuşdur .
Veskur
Veskur (fr. Vescours) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivye-de-Kurt kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01437. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 208 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 125 yaş arasında (15-64 yaş arasında) 99 nəfər İqtisadi fəal, 26 nəfər hərəkətsizdir (fəaliyyət göstərici - 79,2%, 1999-cu ildə 70.3%). Aktiv olan 99 sakindən 93 nəfəri (50 kişi və 43 qadın), 6 nəfəri işsizdir (3 kişi və 3 qadın). Aktiv olmayan 26 nəfər arasında şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 6 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Enkur
Enkur (fr. Aincourt) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 657 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 50 km şimal-qərbində, Serji bələdiyyəsinin 21 km şimal-qərbində yerləşir.
07 Vestur
07 Vestur — Farer adalarını təmsil edən futbol klubu. 2007-ci ildə qurulmuşdur. Sandavóavur və Servoavur (Voar adası) şəhərlərini təmsil edir. == Tarixi == Klubun tarixi 1993-cü il dekabrın 18-də "Mivoavur" və "Sandavoavur" klublarının birləşməsi nəticəsində "Vaqar" klubunun yarandığı vaxtdan başlayır. 1998-ci ildə "Servoavur" klubuda onlara qoşuldu, nəticədə Voar adasında vahid komanda formalaşdı və tezliklə Farer çempionatının yüksək divizionuna yüksələ bildi, amma klub uzun müddət yüksək liqalarda yer tuta bilmədi və tezliklə oradan aşağı liqaya düşdu. Uğursuzluqlar nəticəsində klubdaxili parçalanmalar kəskinləşdi və 2004-cü ildə onlar, əvəllər olduğu kimi ayrı-ayrı komandalara ayrıldı. Buna baxmayaraq, Voar adasında vahid güclü klub yaratmaq ideyası ölmədi və 8 noyabr 2004-cü ildə vahid "Vagar 2004" klubu yenidən yaradıldı və 2007-ci ildə "Servoavur" klubu yenidən ona qoşuldu. Bu birləşmə nəticəsində klub indiki adı "07 Vestur" qəbul etdi və 6 noyabr 2007-ci il klubun rəsmi yaranma tarixi oldu. 2008-ci ildə klub birinci liqanın qalibi oldu və Farer adalarının yüksək divizionu olan Vodafondaildində oynamaq hüququ qazandı. Yüksək Liqadakı ilk mövsümündən sonra klub birinci liqaya düşdü, lakin yenidən qalib gələrək 2011-ci ildə yenidən Yüksək Liqada oynamaq hüququ qazandı.
Arsen Venger
Arsen Venger (22 oktyabr 1949, Strasburq) — fransalı baş məşqçi
Dendur məbədi
Dendur məbədi — koptik əlyazmada göstərildiyi kimi VI əsrdə (544, 559, və ya 574 cü illərə təsadüf edir) Nubiya hökmdarı Eyparnomun göstərişi ilə məbəd kilsəyə çevrilmişdir. Dendur məbədi Misir iqtidarının ABŞ hökumətinə hədiyyəsi kimi təqdim olunur. ABŞ prezidenti isə onu Lindon B. Conson 1965 ci ildə Metropoliten muzeyinə hədiyyə etmişdir. Pavilyonda məbədin ətrafındakı su sahəsi Nil çayını simvolizə edir.
Lino Ventura
Lino Ventura (it. Lino Ventura, 14 iyul 1919–22 oktyabr 1987) — fransız aktyoru, mənşəcə italyan. Fransız filmlərində çəkilərək məşhur olmuşdur. == Həyatı == Lino Ventura İtaliyanın Şimali Parma şəhərində, Covanni Ventura və Luiza Borininin ailəsində anadan olmuşdur. Səkkiz yaşında ikən təhsilini yarımçıq qoymuş və çlışdığı peşələri dəfələrlə dəyişmışdir. İlk olaraq karyerasında boks və güləşlə məşğul olurdu. 1950-ci ildə Lino yunan-Roma güləşi üzrə Avropa çempionu olur, lakin Henry Cohen (həm də aktyor) ilə mübarizə zamanı onun sağ ayağı ciddi zədə alaraq idman karyerasını dayandırmaq məcburiyyətində qaldı. 1953-cü il Jak Bekkerin "Qənimətimə toxunmayın" qanqster filmidə çəkildikdən sonra, kino aləminə daxil oldu. Həmin andan da onun aktyorluq karyerası başladı. Qanqster filmlərinin çoxunda onun tərəf müqabili dostu, məşhur fransız aktyorları Jan Qaben və Alen Delon olmuşdur.
Loren Venqer
Loren Venqer (11 mart 1984, Lonq-Biç, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Loren Venqer, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Loren Venqer, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Ventura (Kaliforniya)
Ventura — ABŞ-nin Kaliforniya ştatının Ventura qraflığında yerləşən şəhər.
Riqoberta Mençu
Riqoberta Mençu Tum (isp. riɣoˈβeɾta menˈtʃu; 9 yanvar 1959-cu il təvəllüdlü) Kiçeli yerli feminist və Qvatemalalı insan haqları müdafiəçisi. Mençu, həyatını Qvatemala Vətəndaş müharibəsi (1960-1996) dövründə və sonrasında Qvatemala aborigenlərinin hüquqlarının təbliğinə və yerlilərin hüquqlarının beynəlxalq səviyyədə təbliğinə həsr etdi. Digər nüfuzlu mükafatlarla bərabər 1992-ci ildə Nobel sülh mükafatını və 1998-ci ildə Asturiya Şahzadəsi mükafatını aldı. O, Riqoberta Mençu (1983) avtobioqrafik əsərinin qəhərmanıdır və digər əsərləri ilə yanaşı "Sərhədləri keçmək" (1998) avtobioqrafik əsərinin müəllifidir. Mençu UNESCO-nun xoşməramlı səfiridir. Ölkənin ilk yerli siyasi partiyası olan Vinaqı quraraq,2007 və 2011-ci illərdə Qvatemala prezidentliyinə namizədliyini irəli sürmüşdü. == Şəxsi həyatı == Riqoberta Mençu, şimali mərkəzdəki Qvatemala El Kiçe əyalətinin Laj Çimel kəndində Maya mənşəli yerli yoxsul kəndli ailəsində anadan olmuşdur. Ailəsi, İspaniyanın Qvatemalanı fəth etməsindən sonra qaldıqları kiçik torpaq sahələrində özlərini dolandıra bilməyən bir çox aborigen ailələrdən biri idi. Mençunun anası on altı yaşında mamaça (akuşerka) olaraq karyerasına başladı və 43 yaşında öldürülənə qədər ənənəvi dərman bitkilərindən istifadə etməyə davam etdi.
Venus FK
Venus FK — Taiti futbol klubudur. Klub hal-hazırda Taiti Birinci Diviziyasında mübarizə aparır. Klub öz ev oyunlarını Stad Munisipal de Mahina stadionunda keçirir. == Uğurları == Taiti Birinci Diviziyası: 9 1953, 1990, 1992, 1995, 1997, 1998, 1999, 2000, 2002 Taiti kuboku: 7 1952, 1990, 1991, 1992, 1998, 1999, 2001.
Mənsur
Mənsur (ing. Mansur) — Azərbaycan kişi adı. Mənsur ağa Vəkilov — kapitan Mənsur Vəkilov — şair, tərcüməçi, ssenarist, jurnalist. Mənsur Mənsurov — Azərbaycan tarzəni, pedaqoq, musiqi xadimi, II Mənsur (Dərbənd əmiri) — Dərbənd əmiri. Mənsur Məmmədov — Göyçay Rayon Icra Hakimiyyətinin Başçısı Mənsur xan Mənsur xan (Moğolustan xanı) Mənsur xan (qullar ağası) Mənsur Ələkbərov — şair Əbu Mənsur Əli ibn Yəzid — Şirvanşahlar dövlətinin on ikinci hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu. Rəcəbəli Mənsur — İranın baş naziri.
Pencər
Pəncər
Pəncər (lat. Amaranthus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Yunan dilində tərcüməsi "solmayan gül" deməkdir. Dekorativ gülçülükdə 4 növündən istifadə olunur. Onlardan biri dekorativ yarpaqlı bitkilərə, qalanları isə dekorativ-gül bitkilərinə aiddir. Azərbaycanda 9 növü yayılmışdır ki, onlardan 2 növü (Amaranthus cruentus və Amaranthus hypochondriacus) gülçülükdə istifadə olunur. Pəncərin toxumları may ayında torpağa əkilir. Enli, şaxələnmiş bitki yetişdirmək üçün pəncərin köklərini torpaqda bıçaqla əyri kəsmək lazımdır. Pəncər kolunun gözəl olması üçün iyun ayında bitkinin təpə tumurcuğu qopardılır. Dərilmiş pəncər otaq şəraitində güldanda yaxşı görünür.
Səntur
Səntur — toxmaqla çalınan alətdir. Toxmaqla çalındığına görə, həm simli, həm də zərb musiqi aləti sayılır. İranda bu alətin bir qədər kiçik - diatanik növü indi də istifadə olunur. Azərbaycanda isə XIX əsrə qədər istifadə olunub. Sənturun ən qədim növü Şumer mədəniyyətinə qədər gedib çatır. Yatıq sazlar ailəsinə mənsubdur. Qanun, nüzhə və bu növ alətlərdən hesab edilir. Sənturun bu alətlərdən başlıca fərqi onun iki yüngül ağac toxmaqla (mizrabla) çalınmasıdır. Ona görə də səntur həm də zərb musiqi aləti sayılır. == Etimologiya == Səntur haqqında R. Yektabəy yazır: "Bu çalğı aləti çox qədim olub, "Tövrat"da "psanterin", "zəbur" adlandırılır.
Tənbur
Tənbur — şərq, eləcə də türkdilli xalqlar arasında ən geniş yayılmış simli musiqi alətlərindən biridir. İki simli bu alət Şirvan aləti sayılır. Amma Təbriz sakinləri tənburu çox sevdikləri üçün buna Şirvan-Təbriz tənburu adını veriblər. Tənburun digər simli alətlərdən başlıca fərqi mizrabla deyil, barmaqla — baş və şəhadət barmaqları ilə çalınmasıdır. Özünəməxsus səs ahəngi var. XIX əsrin ikinci yarısınadək Azərbaycanda geniş istifadə olunub. == Etimologiya == Uzaq Şərqdən Qərb ölkələrinə qədər böyük bir coğrafi ərazidə müxtəlif formaları, müxtəlif adlarla yayılmışdır. Orta Asiya türk xalqları tərəfindən geniş istifadə edilməkdədir. Qazaxlarda "dombra", qırğızlarda "dombura", özbəklərdə "dombrak", türkmənlərdə "danbura", osmanlı türklərinə yaxın olan türklərdə "tanbur"a, bir çox Qərb xalqları arasında "domra" adı ilə yayılmış bu alət Azərbaycanda tarixən tənbur adı ilə çox məşhur olmuşdur. == Tarixçə == Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Qətran Təbrizinin və bir çox orta əsr klassiklərimizin əsərlərində tənbur haqqında maraqlı məlumatlar var.
Xəncər
Xəncər — əlbəyaxa və ya yaxın məsafədə döyüşdə istifadə edilən soyuq silah. Bir və ya ikiağızlı qısa tiyədən (şiş uclu) və dəstəkdən ibarət olur. İkiağızlı xəncər tiyələrinin uzunu boyu mərkəzdən keçən kiçik novu olur. Ən qədim nümunələri heyvan buynuzu, çaxmaqdaşıdan sonralar isə mis, tunc, dəmir və poladdan düzəldilmişdir. Əyri tiyəli xəncərlərdən daha çox yunanlar və iranlılar istifadə etmişdilər. Qədim Ön Asiya və skif tipli xəncərlər geniş yayılmışdı. Qafqaz Albaniyasında dəstəklə tiyə arasında xüsusi ayrın olan xəncər mövcud idi. Orta əsrlərdə polad tiyəli və üzəri nəfis bəzənmiş xəncərlərdən geniş istifadə edilmişdir. İkinci Dünya müharibəsində tüfənglərin ucuna, şişuclu xüsusi xəncər növü olan süngü keçirilirdi. Qında gəzdirilir.
Ventura qraflığı (Kaliforniya)
Ventura — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 823,318 nəfər olmuşdur. Mərkəzi Ventura şəhəridir.
Əncir
Əncir (lat. Ficus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi. == Əncirin orqanizmə təsiri == Azərbaycanın bir çox yеrlərində yеtişdirilir. Orta əsr Azərbaycan müəllifləri bu bitkinin mеyvələrinin müalicəvi əhəmiyyətindən ətraflı məlumat vеrirlər. Məhəmməd Mömin yazır ki, əncir yüksək qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır və işlətmədə faydalıdır.Bununla bеlə, əncir ödqovucu və qara ciyəri möhkəmlətmək təsirinə malikdir.Əncir ağacıO, həmçinin, sidiyin tutulmasına, şiddətli ürəkdöyüntüsünə qarşı xеyirlidir.Ənciri astma, öskürək, ciyərlər ətrafında ağrı və xırıltı zamanı məsləhət görürlər. .Xalq təbabətində müalicəvi məqsədlə yalnız əncirin özündən yox, həmdə yarpaqlarından da istifadə еdirlər.Onun tərkibində qətranlı maddələr, furokominlər, P,C vitaminləri və üzvü turşular mövcuddur. Yarpaqların həlimi və cövhərini öskürək, bronxial astma və böyrək xəstəliyində qəbul еdirlər, tər-tər yarpaqları isə çibanların üzərinə qoyurlar.Əncirin təzə mеyvəsinin tərkibində 23% şəkər (qlyukoza, fruktoza), pеktin maddələri, lifli maddələr, üzvü turşular, C, B1, B2, B6, PP vitaminləri, karotin (A provitamini), pantotеn və foli turşuları, kalium, fosfor, kalsium, maqnеzium və dəmir mövcuddur.Əncirin quru mеyvəsində 71%-ə qədər şəkər vardır, onun kalorisi yüksəkdir .Əncirin mеyvəsi işlətmə təsirinə malik olan kafiol prеparatının tərkibinə daxildir.Əncir yarpağından hazırlanan psobеran prеparatı vitiliqo və kеçəlliyə qarşı müalicə üçün icazə vеrilib.Müasir təbabət ənciri ürək-damar xəstəliyində müalicəvi vasitə kimi, damar trombozlarında (qanın laxtalanmasını azaldır) istifadə еtməyi məsləhət görür.Süddə bişirilmiş əncir yuxarı nəfəs yolları xəstəliyində yaxşı kömək еdir. Mеyvənin həlimi və mürəbbəsi tərqovucudur, qızdırmanı aşağı salır, həzmə kömək еdir və yüngül işlətmə təsirinə malikdir. == Əncir haqqında == Yer üzündə 750 -dən çox əncir növü olduğu söylənilir.Əncir ağacı insan təkamülündə və mədəniyyətin yaranmasında da rol oynayıb.Bu ağaclar həm tarixə şahidlik edib, həm də onu formalaşdırıb. Əgər bu ağaclara düzgün yanaşsaq, gələcəyimizi də zənginləşdirə bilərik.
Əncər
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
İnan Cençu yabqu
İnan Cençu yabqu (öncəki titulu İl Pi Tardu şad 頡苾達度設; v. 659, Şuanxe[d], Sincan-Uyğur Muxtar Rayonu) — Yükük şadın yeganə oğlu idi. == Hakimiyyəti == 653-659-cu illərdə Künduz şəhərini idarə etmişdir. 655-ci ildə Çin tərəfindən rəsmən xaqan kimi təsdiq almaq istəsə də Xallıq İşbara Yabqunun səfiri ölkəyə buraxmaması sayəsində məqsədinə çatmamışdır. 659-cu ildə Aşina Mişe tərəfindən Ebinur gölü sahillərində öldürülmüşdür.
Amblyseius lencus
Amblyseius lencus (lat. Amblyseius lencus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius lencus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Həllac Mənsur
Mənsur Həllac (təq. 858[…], Vasit, Fars ostanı, Abbasilər xilafəti – 26 mart 922, Bağdad, İraq, Abbasilər xilafəti) - məşhur sufi. Şərq dünyasının məşhur sufilərindən olan Həllac Mənsur miladi tarixi ilə 848-ci ildə (hicri 244) İranın Bəyza şəhərində doğulmuşdur. Əsl adı Hüseyn ibn Mənsur, ləqəbi "Həllac"dır. Rəvayətə görə, ləqəbi bir həllacın (yun təmizləyənin) dükanında göstərdiyi kəramətlə əlaqədardır. Deyilənə görə, o, bir dəfə köhnə tanışı həllacın yanına gəlib və ona bir iş tapşırır. Həllac tapşırığı yubatmış və Mənsura işini vaxtında başa çatdıra bilməyəcəyindən şikayətlənmişdir. Mənsur isə ona kömək edəcəyini bildirərək, yunlara dərhal təmizlənməyi əmr etmişdir. Yunlar möcüzəvi şəkildə özbaşına təmizlənməyə başlayıblar. Bu barədə xəbər tezliklə bütün şəhərə yayılmış, bundan sonra o, "Həllac" adı ilə tanınmışdır.
Mancur dili
Mancur dili ( Mançur dili: manju gisun, Çin dili: 滿語; Yapon dili: 満州語/満洲語) — Tunquz dillərindən Şimali Çində danışılan dil. Mançu dilinin özünə xas bir əlifbası vardır. Bu gün Mançu dili ölmək üzrə olan dillərdən biridir.
Mancur göyrüşü
Mancur göyrüşü (lat. Fraxinus mandshurica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Asiyada iynəyarpaqlı və enliyarpaqlı meşələrin əsas ağaclarından biridir. Rusiyanın Primorsk diyarı və Saxalin vilayətində, Koreyada, Çində, Yaponiyada yayılmışdır. == Botaniki təsviri == Bu növ adi göyrüşə oxşardır. Hündürlüyü 25 m, diametri 1,5 m olan, birinci dərəcəli ağacdır. Gövdəsi düz, sütunvari, çətiri yuxarı qalxmış, enli-yumru, zərifdir. Cavan ağaclarda nazik yarıqlarla örtülmüş, yaşlandıqda rəngi bozdan tünd bozadək dəyişir. Zoğları və cavan budaqları tünd sarı və ya qonur rəngli, ağtəhər pulcuqlu, tumurcuqları qara və ya qara-qonur, çılpaqdır. Mayın əvvəllərində yarpaqları açılanadək çiçəkləyir, meyvələri sentyabrın axırları – oktyabrda yetişir, qış ərzində tökülür.
Sehrli Xəncər
Sehrli Xəncər (ing. Kris Sakti) Malayziya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadrodur. 2011-ci ildə yaradılmışdır. Uçuşlar üçün 4 ədəd Extra EA-300 təyyarəsi istifadə olunur.
Solanum vescum
Maddalena Ventura əri və oğlu ilə
Maqdalena Ventura əri və oğlu ilə
Maddalena Ventura əri və oğlu ilə (isp. Maddalena Ventura con il marito e il figlio) və ya Saqqallı qadın (isp. Donna barbuta) — Xose de Ribera tərəfindən yağlı boya ilə kətan üzərində (196 × 127) portret janrında çəkilmiş rəsm əsəridir. Əsər Madriddəki Prado muzeyinin kolleksiyasında saxlanılır. Təsvir edilən obyektin qeyri-adiliyinə görə portret XVII əsr Avropa rəssamlığının ən nadir nümunələrindən biri hesab edilir. == Təsviri == Rəsmdə üzü sıx saqqalla örtülmüş və döşündən körpəsini əmizdirən qadın təsvir edilmişdir. Sol tərəfdə zəif işıq altında onun həyat yoldaşı təsvir edilmişdir. Sənədli iş xarakteri daşıyan bu əsərdə saqqal və kişi üz cizgilərinə malik qeyri-adi qadının mümkün qədər realistik təsviri yaradılmışdır. Buna görə də əsas qəhrəman ailəsi, o cümlədən həyat yoldaşı və yeni doğulmuş körpəsi ilə birlikdə təsvir edilmişdir. Rəsmdə uşağı əmizdirən böyük döş və qadın geyimi yeganə qadınlıq göstəriciləridir.
In The Garden Of Venus (Modern Talking albomu)
In The Garden Of Venus (azərb. Venera bağında‎) - 1987-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.Bu albom qrupun 6-cı çıxarılmış albomudur.