Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəyalə Abdulla
Xəyalə Mardan qızı Abdulla (13 iyul 1993) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2015). == Şahmat karyerası == 2010-cu ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş 18 yaşa qədər qızlar arasında Avropa çempionatında bürünc medal qazanıb. 2011-ci ildə 18 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında qızıl, 20 yaşa qədər qızlar arasında isə gümüş medala sahib çıxıb. 2012-ci ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında ikinci dəfə gümüş medala sahib çıxıb. 2013 və 2014-cü illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub. Azərbaycanın qadınlardan ibarət milli komandasının tərkibində 2014-cü ildə Norveçin Tromse şəhərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında və 2013-cü ildə Polşanın Varşava, 2015-ci ildə isə İslandiyanın Reykyavik şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında çıxış etmişdir. 2016-cı ildə Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparmışdır. Xəyalə Abdulla 2010-cu ildə qadınlar arasında beynəlxalq usta adına, 2015-ci ildə isə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülüb. == Reytinqi == FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin mart ayına olan məlumata görə Xəyalə Abdulla 2241 xalla Azərbaycan qadın şahmatçıları arasında 9-cu, "Top 100 Women February 2017" reytinq cədvəlində isə 320-ci yerdə qərarlaşıb. == Şəxsi həyatı == Xəyalə Abdulla azərbaycanlı qrosmeyster Nicat Abasov ilə ailə həyatı qurub.
Xəyalə Manaflı
Xəyalə Manaflı (19 mart 1985, Bakı) — müğənni, televiziya aparıcısı. == Həyatı == Xəyalə Manaflı 1985-ci il martın 19-da Bakıda anadan olub. 1990-cı ildən böyük səhnədə çıxışlar edib. Azərbaycan estrada səhnəsində ilk uşaq estrada müğənnisidir. 1994-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konserti olub. 1991-1998-ci illərdə xüsusilə onun üçün yazılmış 40-a yaxın mahnılar hələ uşaq ikən ona şöhrət gətirib. Uşaq mahnılarına çəkilmiş ilk kliplər də onundur. İlk uşaq televiziya aparıcısıdır. 1991-1999-cu illərdə Azərbaycan Televiziyasında Bax belə, Xəzər studiyasında "7…17" telemüsabiqəsinin, "BMTİ" müstəqili televiziya kanalında "Xəyalə və dostları", Azərbaycan televiziyasının 2-ci proqramında "Çərək, çərək, gəl görüşək" adlı musiqili, əyləncəli, uşaq və yeniyetmə proqramlarının aparıcısı olub. 1992-ci ildə "7…17" telemüsabiqəsinin qalibi olub.
Xəyalə Murad
Xəyalə Murad (Xəyalə Məmmədli; 25 noyabr 1986, Sumqayıt) — yazıçı, redaktor, tarixçi, publisist, "Sürətli oxu" təlimçisi (kouç) == Həyatı == 1986-cı il 25 noyabr tarixində Sumqayıt şəhərində mühəndis ailəsində dünyaya gəlib. İlk qələm təcrübəsi on yaşından başlayır. İlk şerini on, ilk hekayəsini on dörd yaşında yazmış Xəyalə Murad hələ orta məktəbdə təhsil alarkən bir çox yazıçıların pyeslərinin səhnələşdirilməsində yaxından iştirak edib. 2004-cü ildə Sumqayıt şəhəri N.Tusi adına 12 saylı orta məktəbi fərqlənmə ilə başa vurub. 2006-cı ildə İnformasiya Texnologiya institutunun Ağstafa şəhərində yerləşən filialında kompüter müəllimliyi üzrə dərs alıb. 2006-2008-ci illər Sumqayıt şəhərində yerləşən müxtəlif kompüter mərkəzlərində müəllimə kimi fəaliyyət göstərib. 2012-ci ilin aprel ayından 2016-cı ilin dekabr ayınadək ilk milli qadın portalı olan Qadin.Net saytında və 2016-2017-ci illərdə ilk beynəlxalq informasiya bürosu olan Voicepress.az saytında redaktor vəzifəsində çalışıb. Hazırda isə 2017-ci ilin iyun ayından etibarən Qadin.Net saytının baş redaktorudur. 2021-ci ildə Rusiyanın Tolyatti Dövlət Universitetinin (Тольяттинский государственный университет) Tarix fakültəsinə qəbul olub. 2014-cü ildən öz təcrübəsinin əsasında hazırladığı layihə ilə "Sürətli oxu" (скорочтение, Speed reading) təlimçisi (Коуч coach) kimi müxtəlif universitetlərdə, gənclər evlərində təlimlər verir, insanların mütaliə sevgisini artırmağa çalışır.
Xəyalə Quliyeva
Xəyalə Quliyeva (26 aprel 1980, Bakı) — azərbaycanlı aktrisa, teleaparıcı. == Həyatı == Xəyalə Quliyeva 26 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Qala kəndindəki 185 saylı məktəbdə təhsil alıb. Hələ məktəb illərindən incəsənətə çox meyilli olan Xəyalə məktəbdə keçirilən bütün tədbirlərdə aktiv iştirak etmişdir. Onun bu istedadını müəllimləri də çox sevindirmişdir. Məktəb illəri Azərbaycanın tarixində çətin dönəmlərə düşməsinə baxmayaraq, aktrisa təhsilindən geri qalmamış, bütün çətinliklərə baxmayaraq məktəbi yaxşı qiymətlərlə bitirmişdir. Eyni zamanda qarmon ifaçılığı üzrə musiqi məktəbini də yaxşı qiymətlərlə bitirmiş, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olmuşdur. Tələbəlik illərində də öz istedadı ilə fərqlənən Xəyalə tez-tez müxtəlif tədbirlərə aparıcı və aktrisa kimi dəvət olunur. 2003-cü ildə universitetin son kurslarında oxuyarkən ilk dəfə öz müəllifliyi ilə ATV telekanalında "Çəkirəm Haa" proyekti ilə efirə çıxmışdır. Bu veriliş böyük uğur qazanaraq az vaxtda çox saylı izləyici kütləsi yığmışdır.
Xəyalə İsgəndərova
Xəyalə İlqar qızı İsgəndərova (türk. Hayale Isgenderova; doğ. 20 oktyabr 1988, Bakı ) — Azərbaycan əsilli Türkiyə şahmatçısı, qadınlar arasında beynəlxalq usta (2009). == Şahmat karyerası == 2006-cı ildə qadınlar arasında Azərbaycan çempionatında qızıl, 2007 və 2008-ci illərdə isə bürünc medal qazanıb. 2015-ci ildə qadınlar arasında Türkiyə çempionatında gümüş, 2014 və 2016-cı illərdə isə bürünc medal qazanıb. 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərinın Şarja şəhərində keçirilmiş beynəlxalq "Sharjah Cup" turnirinin qalibi olub. Müxtəlif illərdə qadınlardan ibarət Azərbaycan və Türkiyə yığma komandalarının heyətində Şahmat Olimpiadalarının (2006–2016) və Avropa çempionatlarının (2007–2009, 2015–2017) iştirakçısı olub. == Şəxsi həyatı == Türkiyə vətəndaşı ilə ailə həyatı qurub və 2013-cü ildən bu ölkəni təmsil etməyə başlayıb. == İstinadlar == == Ədəbiyyat == Gino Di Felice. Chess International Titleholders, 1950-2016.