Xəyalə Mardan qızı Abdulla (13 iyul 1993) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2015).
Xəyalə Abdulla | |
---|---|
Ölkə | Azərbaycan |
Doğum tarixi | |
Titulu | qadınlar arasında beynəlxalq qrosmeyster (2015) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.320 (sentyabr 2015) |
FİDE nömrəsi | 13401807 |
Vikianbarda əlaqəli mediafayllar |
2010-cu ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş 18 yaşa qədər qızlar arasında Avropa çempionatında bürünc medal qazanıb.[2]
2011-ci ildə 18 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında qızıl,[3] 20 yaşa qədər qızlar arasında isə gümüş medala sahib çıxıb.[4]
2012-ci ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında ikinci dəfə gümüş medala sahib çıxıb.[5]
2013[6][7] və 2014-cü[8] illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub.
Azərbaycanın qadınlardan ibarət milli komandasının tərkibində 2014-cü ildə Norveçin Tromse[9] şəhərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında və 2013-cü ildə Polşanın Varşava, 2015-ci ildə isə İslandiyanın Reykyavik şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında çıxış etmişdir.[10] 2016-cı ildə Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparmışdır.[11]
Xəyalə Abdulla 2010-cu ildə qadınlar arasında beynəlxalq usta adına, 2015-ci ildə isə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülüb.
FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin mart ayına olan məlumata görə Xəyalə Abdulla 2241 xalla Azərbaycan qadın şahmatçıları arasında 9-cu,[12] "Top 100 Women February 2017" reytinq cədvəlində isə 320-ci yerdə qərarlaşıb.
Xəyalə Abdulla azərbaycanlı qrosmeyster Nicat Abasov ilə ailə həyatı qurub.[13]