Xəyalə Murad

Xəyalə Murad (Xəyalə Məmmədli; 25 noyabr 1986, Sumqayıt) — yazıçı, redaktor, tarixçi, publisist, "Sürətli oxu" təlimçisi (kouç)

Xəyalə Murad
Oxucularla görüşdən
Oxucularla görüşdən
Təxəllüsü Xəyalə Murad
Doğum tarixi 25 noyabr 1986(1986-11-25) (38 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Təhsili Ali
İxtisası Tarixçi
Fəaliyyəti Yazıçı, tədqiqatçı, publisist, tərcüməçi, təlimçi
Fəaliyyət illəri 1996
Əsərlərinin dili AzərbaycancaRusca
Janr Nəsr
İlk əsəri Görünməyən həqiqət
Mükafatları Euroasian Literature Book Festival- FİNALİST
Xəyalə Muradın instagram keçidi [1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1986-cı il 25 noyabr tarixində Sumqayıt şəhərində mühəndis ailəsində dünyaya gəlib. İlk qələm təcrübəsi on yaşından başlayır. İlk şerini on, ilk hekayəsini on dörd yaşında yazmış Xəyalə Murad hələ orta məktəbdə təhsil alarkən bir çox yazıçıların pyeslərinin səhnələşdirilməsində yaxından iştirak edib.

2004-cü ildə Sumqayıt şəhəri N.Tusi adına 12 saylı orta məktəbi fərqlənmə ilə başa vurub. 2006-cı ildə İnformasiya Texnologiya institutunun Ağstafa şəhərində yerləşən filialında kompüter müəllimliyi üzrə dərs alıb. 2006-2008-ci illər Sumqayıt şəhərində yerləşən müxtəlif kompüter mərkəzlərində müəllimə kimi fəaliyyət göstərib. 2012-ci ilin aprel ayından 2016-cı ilin dekabr ayınadək ilk milli qadın portalı olan Qadin.Net saytında və 2016-2017-ci illərdə ilk beynəlxalq informasiya bürosu olan Voicepress.az saytında redaktor vəzifəsində çalışıb. Hazırda isə 2017-ci ilin iyun ayından etibarən Qadin.Net saytının baş redaktorudur. 2021-ci ildə Rusiyanın Tolyatti Dövlət Universitetinin (Тольяттинский государственный университет) Tarix fakültəsinə qəbul olub. 2014-cü ildən öz təcrübəsinin əsasında hazırladığı layihə ilə "Sürətli oxu" (скорочтение, Speed reading) təlimçisi (Коуч coach) kimi müxtəlif universitetlərdə, gənclər evlərində təlimlər verir, insanların mütaliə sevgisini artırmağa çalışır.

Ailəlidir. İki övladı var.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Xəyalə Murad təxəllüsü ilə yazdığı ilk kitabı 2007-ci ildə qələmə aldığı və 2013-cü il mart ayının 3-də çapdan çıxmış “Görünməyən həqiqət” detektiv povestidir. Xəyalə Murad Ədəbiyyat tarixinə “Görünməyən həqiqət” kitabı sayəsində Azərbaycan dilində ilk detektiv yazan qadın olaraq düşdü.

Xəyalə Murad 2015-ci ilin oktyabr ayının 25-i oxuculara ikinci “Bir yarpağın arzusu” kitabını təqdim etdi. Kitabda yer alan “Xoşbəxtlik həsrəti” adlı roman ədəbiyyatda ilk çoxkuliminasiyalı roman olaraq qeydə alınıb. Kitabda eyni zamanda “Bir yarpağın arzusu”, “Yaşam naminə”, “Sadiq dost” hekayələri də yer alıb.

Xəyalə Murad 2016-cı ilin dekabr ayının 7-si nəşr edilmiş sayca üçüncü “Hər şey qızım üçün” kitabını oxucularına təqdim etdi. Kitabda “Hər şey qızım üçün” povesti, “Son şans”, “Məqsədli həyat”, “Zülmət”, “Dostluq sədası”, “Xoşbəxt azadlıq” hekayələri, “Qızıl heraldika” pyesi (qələmə aldığı ilk pyesi), “Açılmayan düyünlər” (2008-ci ildə yazdığı) detektiv-povesti yer alıb. Xəyalə Muradın sayca dördüncü kitabı 2017-ci ilin 28 may tarixində oxuculara təqdim etdiyi “Adsız” psixoloji romanıdır. Kitab Azərbaycan ədəbiyyatında şəxsiyyətin dissosiativ parçalanması (çoxşəxsiyyətlilik) haqqında yazılmış ilk əsərdir.

"Vanuatu adasının sakinləri" macəra romanı

"Vanuatu adasının sakinləri" Xəyalə Muradın sayca beşinci kitabıdır. 2019-cü ilin fevralın 5- i nəşr olunan kitabın təqdimat və imza günü martın 3-ü keçirildi. Kitab "Parafraz Nəşrləri"-də işıq üzü görüb. Əsər bir-birinə yad on dörd nəfərin hava limanında ölüm müqaviləsi imzalaması ilə başlayır. Üç həfə ərzində gözdən uzaq adada sağ qalmağı bacaran bir nəfər on milyonun sahibi olacaq. Rəqibə çevrilmiş bu adamların taleyindən bəhs edən roman hələ nəşrindən əvvəl oxucuların, izləyicilərin diqqətini öz üzərinə və sujet xəttinə çəkməyi bacarmışdır. Qeyd edək ki, “Vanuatu Adasının Sakinləri” romanının sinopsisi Rusiya Dövlət kinostudiyası olan “LENFİLM”in elan etdiyi Beynəlxalq ssenari müsabiqəsində macəra filmləri kateqoriyasına görə ilk on beşliyə düşüb.

Tərcümələri

[redaktə | mənbəni redaktə et]

Kitabsevərlər ictimai birliyinin “Şəhrizad” hekayə toplusunda dərc edilmiş: Nəcib Məhfuzun “Şəhrizad” hekayəsi, Salman Rüşdi “Peyğəmbərin saçları” hekayəsi, Əbdurrəhman Əş Şərkavi “Yayda ovlanan göyərçinlər” hekayəsi.

Kitabsevərlər ictimai birliyinin “Gəlincik evi” hekayələr toplusunda dərc edilmiş: Nina Artyuxovanın “Çatdıq”, “Rəfiqələr”, “Tamamilə eyni” hekayələri. Tuve Yansonun “Sedrik”, “Dünyanın ən son əjdahası” hekayələri. Vitali Biyanki “Balıq evi” hekayəsi. Xəyalə Murad 2018-ci ildə Vladimir Jeleznikovun Владимир Карпович Железников “Müqəvva” əsərini tərcümə etmişdir. Kitab "Xan Nəşriyyatıında işıq üzü gördü və qısa müddət ərzində dəfələrlə ayın ən çox satılan kitabı oldu. Əsər "Uşaq ədəbiyyatı” silsiləsində ilk dəfə 1981-ci ildə nəşr edilib. Əsər çətin vəziyyətə düşən, sinif yoldaşları tərəfindən boykot edilən 6-cı sinif şagirdi Lenka adlı qızdan bəhs edir. Utancaq, qərarsız qız inadcıl və cəsarətli insana çevriləndə uşaqlar anlayır ki, qızın və onun babasının özündə gəzdirdiyi əxlaqi dəyərlər uğrunda döyüşülməli olan həmin xeyirxahlıqdan ibarətdir. “Müqəvva” əsəri nəşr olunduğu ildən ədəbi-tənqidçilərin diqqətini cəlb etmiş, haqqında saysız resenziyalar yazılmışdır. Əsasən məktəbli uşaqlar üçün yazılan bu əsər qurğusuna, qaldırdığı problemlərə, gəldiyi nəticələrə görə zaman-zaman psixoloqlara da məsləhət görülür.

Babacan Pesenkurdunun "Aşeka", Sofia Prokofyevanın "Sarı çamadanın sərgüzəştləri", "Sarı çamadanın yeni sərgüzəştləri", Nur Nombaycının "Saçaqlı qızın pasaqlı gündəliyi-1", "Saçaqlı qızın pasaqlı gündəliyi-2", "Peşə hekayələri toplusu" (10 ədəd kitab), Hüseyin Rahmi Gürpınarın "Qulyabani" romanını, Ahmet Yavuz Uşaklıoğlunun "Günəşini oyat", və s. bir-birindən fərqli kitabların tərcüməçisidir.

Qadin.Net- “Sevgi zərbəsi” ixtisar edilmiş roman, “Anamın həsrəti”, “Görünməyən həqiqət” ixtisar edilmiş detektiv-povest, “Yaşadığım möcüzə”, “Fəryad edən ümidlər” hekayə, “Məsumluq altında yatan ilan”, “Ailədə fədakarlıq”, “Ona səbəb göstərin”, “Sən elə sən ol”, “Ata Dümanın yarım qalmış tarixi romanı” və onlarla bu tərz məqalə və hekayələr. Zim.Az- “Zülmət” hekayəsi. Düşüncə.az- “Yaşam naminə” hekayəsi, “Sən elə sən ol” məqalə. Azadlıq.org “Bir yarpağın arzusu” hekayəsi. Voicepress.Az “Super Qəhrəmanlar” məqaləsi. “Ulduz” dərgisində “Xilas” hekayəsi.

Bundan əlavə Xəyalə Muradın geniş və müasirlərindən fərqli araşdırmaları hər ay dərc olunan "Ustad" ədəbi dərgisində "İkibaşlı" adlı ilə nəşr olunur və oxucular tərəfindən rəğbətlə qarşılanır.

“Qızıl heraldika” pyesinə görə “Anamın Kitabı” Ədəbi Mukafatı -2015 müsabiqəsinin “Fəxri Fərman”ı ilə təltif edlib.

“Yaşam naminə” hekayəsinə görə “Düşüncə” jurnalı tərəfindən “Ən yaxşı hekayə” mükafatına layiq görülüb. “Son Şans” hekayəsi Azərbaycan Yaradıcılıq Fondunun “Quran motivləri əsasında hekayələr" antalogiyasında dərc edilib.

“Zülmət” hekayəsinə görə Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım ictimai birliyinin “Xocalı Soyqırmı”-nın 24-cü illiyinə həsr edilmiş müsabiqəsində layiqli iştirakına görə “Fəxri fərman”la təltif edilib. “Bir yarpağın arzusu” hekayəsi “Ədəbi Azadlıq-2015” müsabiqəsində hekayə kateqoriyasına görə münsiflər heyətindən layiqli bal alıb.

“Vanuatu adasının sakinləri” romanının sinopsisi Rusiya Dövlət kinostudiyası olan “LENFİLM”in elan etdiyi beynəlxalq ssenari müsabiqəsində macəra filmləri kateqoriyasına görə ilk on beşliyə düşüb.

Xəyalə Murad "Yaşam naminə" hekayəsi sayəsində 2017-ci il noyabrın 17-si İsveçdə keçirilən"VI Beynəlxalq Ədəbiyyat Festivalı"-da 38 ölkədən qoşulmuş 1200 yazıçı arasından fərqlənərək Finalist oldu. Xəyalə Murad eyni hekayəsi ilə 2018-ci il aprelin 20-si "Женское Дерево ресурсности" adlı Beynəlxalq Ədəbiyyat müsabiqəsində 3-cü yer tutub.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]