Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xaniyan (Əcəbşir)
Xaniyan (fars. خانيان‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,118 nəfər yaşayır (272 ailə).
Xanımana Əlibəyli
Xanımana Sabir qızı Əlibəyli (20 aprel 1920, Bakı – 7 may 2007, Bakı) — Azərbaycan yazıçısı. == Həyatı == Xanımana Sabir qızı 20 aprel 1920-ci ildə Bakı şəhərinin Keşlə kəndində maraqlı mədəni ənənələrə malik zadəgan ailəsində dünyaya göz açmışdır. Babası general Ağasəlim bəy Əlibəyov və nənəsi Xanımana o zamanın yüksək təhsil görmüş ziyalılarından olmuşlar. Bədii istedadı olan Xanımana nənə hərdən şeir də yazarmış. Atası genaral Ağasəlim bəy Əlibəyovun oğlu Sabir bəy Əlibəyov 1886-cı ildə Bakıda anadan olmuşdur. Məsumə xanım Qarayeva ilə evlənmişdir. Xanımana Əlibəylinin atası Sankt-Peterburq universitetini bitirmişdi və ölkəmizin xaricdə ixtisaslaşmış ilk ali təhsilli peşəkar hüquqşünaslarından biri kimi tanınırdı.1966-cı ildə vəfat etmişdir. Xanımananın anası Məsumə xanım Qarayeva H. Z. Tağıyevin məşhur Qızlar gimnaziyasını və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, Əli Bayramov adına Qadınlar klubunun fəallarından olmuş, uzun illər Bakının orta məktəblərində dərs demiş, məktəb direktoru, rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində çalışmış, bu sahədə səmərəli fəaliyyətinə görə əməkdar müəllim fəxri adına layiq görülmüşdü. Xanımana dörd qızın və üç oğlanın böyüdüyü bu ailənin ilk uşağı idi. Gənc şair Bakıdakı 13 nömrəli orta məktəbdə təhsil almış, həmişə yaxşı oxumuş, müəllimlərinin sevimlisi olmuşdur.
Gənc xanımın portreti
"Gənc xanımın portreti" (təxm. 1470) holland rəssamı Petrus Kristus tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. Xüsusi dəqiqliklə işlənilmiş bu əsər holland portret rəssamlığı məktəbində yeni inkişaf mərhələsinə təkan vermişdir. Əsərdə çox gənc yaşlarında olan xanımın qapalı məkanda və aydın fonda surəti yaradılmışdır. Bu naməlum qəhrəman əsilzadələrə məxsus zərifliyi ilə diqqəti cəlb edir. Dəbdəbəli və bahalı qiyafələri bu xanımın fransız əsilli olmasına işarə edə bilər.
Xanımın ferması (roman)
Xanımın ferması — Orxan Kamalın üç cildlik romanıdır. Kitab Hadisə var, Xanımın ferması və Qaçaq cildlərindən ibarətdir. == Məzmun == Romanın birinci cildi olan Hadisə var, müəllif tərəfindən 20 gündə yazılmışdır. Əsər məşhur mədəniyyət sahəsində də diqqəti cəlb etmişdir; Türkiyə televiziyasında serial olaraq iki fərqli adaptasiya yayımlandı. Romanda Çukurovadakı insanların həyatından bəhs edilir. Romanın cildlərindəki süjet bir-biri ilə bağlıdır. Məsələn: Hadisə var romanında başlayan süjet Xanımın fermasında davam edir.
Kaniyan
Kaniyan (Salmas)
Xancyan
Xancyan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Xanədan
Xanədan və ya sülalə — Monarxiya quruluşlu dövlətlərdə irs əsasında nəsil hakimiyyəti silsiləsi.
Caiman
Kaymanlar (lat. Caiman) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə daxil olan cins. Bunlar kiçik alliqatorlardır — bütün növlər yalnız 1,5–2 metr uzunluğa çatır və orta hesabla 6 ilə 40 kq arasındadır. İspan dilindən tərcümədə "kayman" timsah mənasını verir. Bu heyvanlar qara kaymalar (Melanosuchus) və hamaralın kaymalar (Paleosuchus) ilə qarışdırılmamalıdır. == Görünüşü == Kaymanlar morfologiyasına görə alliqatorlara bənzəyir, ancaq qarın nahiyəsində osteodermalar kimi tanınan sümük lövhələrinin olması ilə fərqlənir. Enlisifət və eynəkli kaymalar burun körpüsündən gözlərin altından keçən sümüklü bir silsilənin olması ilə xarakterizə olunur. Enlisifət kayman cinsin ən böyük növüdür, maksimum uzunluğu 3,5 metrə qədər, kütləsi isə 200 kq-a çatır. Eynəkli və paraqvay kaymanları təxminən 2,5 m uzunluğa çatır və 60 kq-a qədər çəki verir. Orta hesabla bütün bu növlərin nümayəndələri nəzərəçarpacaq dərəcədə kiçikdir, uzunluğu 2 metrdən azdır.
Xandan
Xandan — Bakı şəhərinin Əzizbəyov rayonunun Qala qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Qala qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xandan qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Yerli əhali arasında Seyid Xəndan adı ilə tanınır. Qəsəbə vaxtilə mövcud olmuş Seyid Xəndan obası adlı yaşayış məntəqəsi əsasında yarandığına görə həmin obanın ixtisar olunmuş adını daşıyır. Fars. xəndan "gülən, şad" deməkdir.
Xatman
Xatman — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xatman Ağsu rayonunun Kalva inzibati ərazi vahidində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Kəndin adı XVIII əsrin əvvəllərində Gilanın Lahican bölgəsindən köçüb gəlmiş tat ailələrin adı ilə bağlıdır. Ulu əcdadaları Lahıc Əhməd adı ilə Gilanda məşhur olmuşdur. Kəndin öz adı Hətəm adlı lahıclı şəxsin adı ilə bağlıdır(Hətəman- Hətəm şəxs adına -an cəmlik şəkilçisi ilə əlavə edilməklə yaranmış toponim).
Aniran
Aniran (fars. انیران‎) və ya Aneran (pəhl. 𐭠𐭭𐭩𐭥𐭠𐭭) —"qeyri-iranlı " və ya "qeyri-İran " (qeyri-ari) mənasını verən etnolinqvistik termin. Beləliklə, ümumi mənada "Aniran" İran dillərinin danışılmadığı əraziləri ifadə edir. Alçaldıcı mənada "İranın və zərdüştiliyin siyasi və dini düşməni" deməkdir. "Aniran" termini Pəhləvi dilində "aneran" sözündən gəlir. Bu, öz növbəsində ya xalqı, ya da Sasani imperiyasını ifadə edən "Eran"ın antonimi idi. Bununla belə, "zərdüşti ədəbiyyatında və ola bilsin ki, Sasanilərin siyasi fikrində də bu terminin həm də nəzərəçarpacaq dərəcədə dini mənası var". "Aner" şəxs sadəcə qeyri-iranlı deyil, xüsusilə də qeyri-zərdüşti hesab olunurdu. Bu söz həmçinin, divlərə ibadət edənləri və ya başqa dinlərin tərəfdarlarını nəzərdə tutur.
Aleksandr Xalifman
Aleksandr Valeyreviç Xalifman 1966-cı il 18 yanvar doğumlu, rusiyalı qrosmeysterdir. O 1999-cu il FIDE Dünya Şahmat Çempionu adını qazanmışdır. == Erkən həyatı == Xalifman yəhudi əsillidir. O, 6 yaşında ikən atası ona şahmat oynamağı öyrətmişdir. == Turnir karyerası == Xalifman 1982 və 1984-cü ildə SSRİ Yeniyetmələr arası Çempionatın qalibi, 1985-ci ildə Qroningen şəhərində keçirilmiş 20 yaşlılar arası Avropa Çempionatının qalibi, 1985 və 1987-ci illərdə Moskva çempionu, 1990-cı il Qroningen, 1993-cü il Ter Arpel, 1994-cü il Eupen Open turnirinin, 1995-ci ildə Sankt Peterburq Open turnirinin, 1996-cı ildə Rusiya çempionu, 1996 və 1997-ci illərdə Sankt Peterburq Çempionatının qalibi, 1997-ci il Sankt Peterburq Qrossmeyster Turnirinin qalibi, 1997-ci ildə Orhus, 1997 və 1998-ci illərdə Bad Visze , 2000-ci ildə isə Hoqeven turnirini qazanmağa müvəffəq olmuşdur. O, 1992, 2000 və 2002-ci illərdə Şahmat Olimpiyadasının qalibi olmuş Rusiya yığmasının üzvü idi. Həmçinin millinin tərkibində 1997-ci ildə komandalararası Dünya Çempionatının qalibi olmuşdur. O, qrosmeyster titulunu 1990-cı ildə Nyu-Yorkda təşkil olunmuş və bir çox yerli qrosmeysterlərin mübarizə apardığı turnirdə birinci yeri tutmaqla əldə etmişdir. Onun ən yüksək nailiyyəti isə 1999-cu ildə FİDE Dünya Çempionatında qalib olması olmuşdur. O finalda erməni qrosmeyster Vladimir Akopyana 3,5 - 2,5 hesabı ilə qalib gəlmişdir.
Deniel Kaneman
Deniel Kaneman (ing. Daniel Kahneman; 5 mart 1934, Tel-Əviv, İsrail – 27 mart 2024) — İsraildə anadan olmuş, ABŞ-də yaşayan iqtisadçı və psixoloq. == Həyatı == Deniel Kaneman Yerusəlim Yəhudi Universitetində psixologiya və riyaziyyat üzrə təhsil almışdır. Sonra isə Berkli Kaliforniya Universitetində psixologiya təhsilinə davam etdi. Deniel Kaneman Anna Trismenlə evlidir. == Fəaliyyəti == Deniel Kaneman Gözləmə nəzəriyyəsini Emos Tverski ilə birlikdə quran iki təcrübi psixoloqdan biridir. Fərdlərin riskli və qeyri-müəyyən şəraitlərdə qərar və seçim proesesləri ilə bağlı suallar meydana gətirərək cavablarını da vermiş, minlərlə qərar nümunəsi təkmilləşdirmişlər. Deniel Kaneman fərdlərin nəticələri dəqiq olan hadisələri şişirdərək bunlara nəticələri dəqiq olmayan hadisələrdən daha çox önəm verdiyini qəbul etmişdir. Yəni insanlar qarışıq, riskli hadisələrdə, qərar verərkən hər zaman məntiq və ağılla hərəkət etmirlər. Məqbul qərarlar qəbul etməyən insan modeli iqtisadiyyat sahəsində ümumiliklə qəbul olunmuş, rasional və məntiqli hərəkət edən, öz mənafeyini güdən insan modeli ilə ziddiyət yaratmışdır.
Kanikan (Bicar)
Kanikan (fars. كاني كن‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 223 nəfər yaşayır (46 ailə). Əhalisini kürdlər təşkil edir.
Kaniyan (Salmas)
Kaniyan (fars. كانيان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,151 nəfər yaşayır (225 ailə).
Kaniyan (Urmiya)
Kaniyan (fars. ‎‎‎‎كسيان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.314 nəfər yaşayır (236 ailə).
Xalimat Bayramukova
Xalimat Bayramukova (15 avqust 1917, Xurzuk, Kuban vilayəti[d] – 8 noyabr 1996, Çerkessk) — Sovet şairi, nasir, dramaturq, 1939-cu ildən Yazıçılar İttifaqının üzvü. == Bioqrafiyası == 1917-ci il avqustun 15-də Qaraçay-Çərkəz Respublikasının qədim Qaraçay Xurzuk kəndində anadan olmuşdur. Pedaqoji İnstitutunda oxuyur, sonra M. Qorki adına Ədəbiyyat İnstitutunu və Moskvada Ali Ədəbiyyat Kurslarını bitirir. Müharibə illərində 2436 saylı evakuasiya xəstəxanasında tibb bacısı, komsomol təşkilatının katibi olur. Rayon qəzetinin məsul katibi, Qaraçay yazıçılar təşkilatının birinci məsləhətçisi, Qaraçay-Çərkəz kitab nəşriyyatının baş redaktoru olur. 10 ildən artıq Qaraçay-Çərkəz yazıçılar təşkilatına rəhbərlik etmişdir. == Yaradıcılığı == 1935-ci ildən, yəni 18 yaşı tamam olandan rayon “Qızıl Qaraçay” qəzetində ədəbi işçi kimi fəaliyyətə başlayır. Bir il sonra bu qəzetin səhifələrində onun “Ölkəmə” adlı ilk şeiri dərc olunur. Xalimat Bayramukova 14 şeir toplusunun, dörd romanın, beş povestin və bir çox hekayənin, dörd qeyri-bədii kitabın, "Sonuncu sürgün" librettosu ilə ilk milli operanın, həmçinin “Ailəsiz gəlin” əsəri ilə ilk qaraçay musiqili komediyasının müəllifidir. Əsərləri dünyanın əlli dilində nəşr olunmuşdur.
Xalisan (Sərdəşt)
Xalisan (fars. خليسان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 123 nəfər yaşayır (19 ailə).
Xanəşan (Urmiya)
Xanəşan (fars. ‎‎خانشان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (129 ailə).
Şadiman Barataşvilli
Şadiman Barataşvilli (gürc. შადიმან ბარათაშვილი) — XVI–XVII əsrlərdə Kartli çarlığında siyasi xadim. Barataşvilli saray müəllimi idi və II Luarsabın hakimiyyəti dövründə taxt-tacı ələ keçirmək istəyirdi. İkinci həyat yoldaşının vəfat etməsindən sonra Şadiman və II Luarsaba qarşı çıxan feodallar onu Georgi Saakadzeni edam etdirmək qərarını almağa vadar etmişdi. Bundan vaxtında xəbərdar olan Saakadze 1612-ci ildə İrana qaçmış və I Şah Abbasın himayəsi altında qalmışdır. == Mənbə == === Ədəbiyyat === Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh. 200, Tbilisi, 1977 Mikaberidze, Aleksandr. Historical Dictionary of Georgia (2). Rowman & Littlefield. 2015.
Şanican (Şəbüstər)
Şanican (fars. شانجان‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. Əvvəllər kəndin adı Çənəvən olmuşdur. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 356 nəfər yaşayır (102 ailə).
Əfşarlar (xanədan)
Əfşar imperiyası, (Əddəulət-u Əfşar, Xanədan-i Türkmaniyyə) (farsca: ایران افشاری) — Səfəvi dövlətinin süqutundan sonra yaranmış və əsası Nadir Şah Əfşar tərəfindən qoyulmuş tarixi Əfşar sülaləsi tərəfindən idarə olunan iran dövlətidir. Səfəvi şahı II.Təhmasib Nadir Xanın nüfuzunun dövlətdə artdığını görüb öz nüfuzunu artırmaq məqsədi ilə 1731-ci ildə Osmanlılara qarşı yürüşə keçdi, lakin döyüşdə məğlub olduqdan sonra Nadir xanın Osmanlılardan azad etdiyi ərazilər təkrar Osmanlının əlinə keçdi. Nadir xan 1732-ci ildə Şah II Təhmasibi hakimiyyətdən salaraq onun yerinə şahın oğlu III Abbası hakimiyyətə gətirdi və dövləti onun adından idarə etməyə başladı. Dövlətin bütün torpaqlarını işğaldan azad etdikdən sonra o, 1736-cı ildə Səfəviləri devirib Əfşarlar imperiyasını qurdu. == Əfşarlar sülaləsinin mənşəyi == İlk olaraq deyək ki Nadir şah bir ömürlük imperiyanı idarə edib. Fəzlullah Rəşidəddin və Əbülqazi Bahadır xan Xivəliyə görə əfşar adının mənası "işlərini cəld görən və ova həvəslidir". Bəzi müəlliflər isə bu adı əsərlərində "toplayıcı" və ya "əfsər, zabit" kimi açıqlayır. K. Nemət isə əfşar adının "avşı" feilindən yarandığı, "itaətli" mənasını verdiyini yazır. Türkoloq Mahmud Kaşğari "Divani-Lüğət-it-türk" əsərində 22 oğuz tayfalarından birini Əfşarlar qeyd etmişdir. Bu boy Boz oxlardan, Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir.
Paniran rəngləri
Paniran rəngləri — İrandilli xalqların ortaq mənşəyini simvollaşdıran rənglər toplusu. Onlara əsas olaraq qırmızı, ağ, yaşıl və bəzən sarı və ya qızıl rəngləri daxildir. Onlar əksər İrandilli dövlət və xalqlarının bayraqlarında istifadə olunan rənglərdir. == Tarixi == Paniran rənglərinin kökü antik dövrlərdən qaynaqlanır. "Avesta"ya görə, qədim İran cəmiyyətinin tam azad əhalisi hər biri müəyyən rənglə bağlı olan üç sinfə bölünürdü: Hərbi zadəganlıq (avestaca: raθaē-štar) – qırmızı rəng hərbi şücaət və qan və yüksək ideallar naminə fədakarlıq rəmzidir və ona görə də ən hörmətli və nəcib sayılır; Mobəd (āθravan) – ağ rəng mənəviyyat, mənəvi saflıq, təmizlik və müqəddəslik rəmzidir; Pastoralist-fermer icması (vāstrya fšuyant) – yaşıl rəng təbiəti, gəncliyi və firavanlığı simvollaşdırır. Pamir icmasında bu günə qədər qırmızı rəng xoşbəxtlik, rifah və sevinc, ağ rəng saflıq və aydınlıq, yaşıl rəng isə gənclik və firavanlıq anlayışlarını simvollaşdırır. Qırmızı, ağ və yaşıl rənglərdən istifadə ənənəsi Əhəmənilər imperiyasında yaranmışdır və o vaxtdan da davam etdirilir.
Xalijan Bekxojin
Xalijan Bekxojin (2 (15) dekabr 1913, Pavlodar, Bozqır general-qubernatorluğu – 2 oktyabr 1990, Almatı) — Müasir qazax ədəbiyyatının görkəmli simalarından olub, poema, dram əsərləri, şeir və tərcümələr müəllifidir. === Həyatı === Müasir qazax ədəbiyyatının görkəmli simalarından olan Xalijan Bekxojin 15 dekabr 1913-cü ildə Pavlodar şəhərində anadan olmuşdur. O, orta mək- təbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, 1933–1934-cü illərdə Pavlodar şəhərində dərc olunan "Kolxoz" qəzetinin əməkdaşı olmuşdur. 1938–1942-ci illərdə Qazaxıstan Komsomolu Mərkəzi Komitəsində və Qazaxıstan Yazıçılar İttifaqında işləmişdir. Böyük Vətən müharibəsi başladıqdan bir il sonra müharibəyə getmiş və 1942–1945-ci illərdə hərbi jurnalist kimi fəaliyyət göstərmişdir. Xalijan Bekxojin müharibədən geri döndükdən sonra 1946–1949-cu illərdə Qazaxıstan Elmlər Akademiyası-nın Dil və Ədəbiyyat institutunda elmi işçi vəzifəsində çalışmışdır. O, 1965-ci ildə "Qazax mətbuatının inkişaf yo- lu" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1969-cu ildə onun ədəbi-tənqidi məqalələrdən ibarət "Ənənə və novatorluq" kitabı çap olunmuşdur. O, 1978-ci ildə Qazaxıstanın Dövlət mükafatı laureatı, 1986-cı ildə isə xalq yazıçısı adlarına layiq görülmüşdür. Xalijan Bekxojin 2 oktyabr 1990-cı ildə Almatı şəhərində vəfat etmişdir.
Animal Planet
Animal Planet (azərb. Heyvanlar aləmi‎) — Discovery Channel şirkətinə məxsus Amerika kabel kanalıdır. 1 oktyabr 1996-cı ildə yaradılıb, şəbəkə əsasən vəhşi və ev heyvanları haqqında seriya və sənədli filmlərə həsr olunub. Peyk və kabel versiyalarında yayılmışdır. Kanal, yaşayış yerlərində heyvanları göstərən filmləri, Qırmızı Kitabda qeyd olunan növlərlə bağlı hekayələr yayımlayır. Kanalın şüarı — «Planetimizdə 2 milyondan çox canlı var. Onlardan biri — sənsən. Qalan hissəsini isə Animal Planet kanalının proqramlarında tanış ol.» Kanalın müəyyən versiyaları Kanada, Hindistan, Yaponiya, Tayvan və digər ölkələrdə yaradılmışdır. Bəzi yayımları DVD şəklində buraxılır. == Tarixi == «Animal Planet» kanalı 1 oktyabr 1996-cı ildə əsası qoyulmuşdur.
Arenaria (animal)
Daşçevirən (lat. Arenaria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Asif Asiman
Asif Asiman (tam adı: Asif Məhəmmədəli oğlu Quliyev; 23 yanvar 1955, Disər, Ordubad rayonu) — şair, yazıçı, publisist; Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 23 yanvar 1955-ci ildə Ordubad rayonunun Disər (indiki Başkənd) kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Əvəz Sadıq adına Vənənd kənd orta məktəbində 1972-ci ildə başa vurmuş, elə həmin ildə də Bakı Politexnik Texnikumunun "Gündüz Mexanika şöbəsi"nə daxil olmuşdur. Oradan da birbaşa Ukrayna SSR-in Vinitsa vilayətinə hərbi xidmətə yola düşmüşdür. Hərbi xidməti 1975-ci ildə başa vurduqdan sonra Bakıya qayıtmış və təhsilini davam etdirmişdir. 1977-ci ilin may ayında gənc mütəxəssis kimi Sumqayıtda yerləşən Azərboru zavoduna təyinatla göndərilmişdir. İstehsalatdan ayrılmadan 1987, 1988, 1989-cu illərdə Azərbaycan Jurnalistika Sənətkarlığı İnstitutunda təhsil almışdır. 1986-1994-cü illərdə 49 nömrəli (indiki 4 nömrəli) Texniki Peşə Liseyində istehsalat təlimi ustası işləmişdir. 1994-cü ildən bu günədək Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə əmək təlimi müəllimi kimi çalışmaqdadır. Eyni zamanda "Yeganə yol" və "Məslək" qəzetlərinin xüsusi müxbiridir.
Xanılar
Xanılar (lat. Percidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Xanım
Xanım — qadın adı. Xanım İsmayılqızı — şairə, bəstəkar. Xanım Balacayeva — Azərbaycan şahmatçısı.
Hacıman şəlaləsi
Hacıman şəlaləsi — Azərbaycan Respublikasının Ağsu rayonu, Hacman kəndi inzibati vahidliyində yerləşir. Şəlalə həmçinin Pirqulu Dövlət Təbiət Qoruğunun bir hissəsini təşkil edir.