Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xolerik
Xolerik — son dərəcə coşğun xarakter. Kəmhövsələdirlər. Çox nadir hallarda "susmaq lazım gələndə birinci ol" tövsiyəsinə riayət edirlər. Həmişə istənilən məsələyə birinci reaksiya verənlər sırasındadırlar. Bu xasiyyətləri ucbatından xolerik tipli insanların başı, həmişə, necə deyərlər, qeylü-qalda olur: ətrafı ilə asanlıqla yola getmir, tez-tez münaqişəyə girirlər. Ona görə də xoleriki adətən səbirsiz, tündməcaz insan kimi tanıyırlar. İnadkardırlar. Sanqvinikdən fərqli olaraq, maraqları sabit və davamlıdır. Başladıqları işi bir qayda olaraq sona çatdırırlar. İstənilən problemlə üzləşdikdə özlərini itirmir, asanlıqla vəziyyətdən çıxış yolu tapırlar.
Dolerit
Dolerit və ya diabaz — dolerit və ya ofit quruluşlu, iri və orta dənəli aydın kristallik bazalt == Haqqında == Massiv teksturlu; nadir hallarda badamdaşlıdır. Əsasən plagioklaz (labrodor, labrodor-bitovnit) və piroksendən (avgit, pijonit, pijonit-avgit) ibarətdir. Onlar müvafiq olaraq 2:1 nisbətindədir. Olivinli növündə olivinin miqdarı 10% (bəzən bir qədər də çox) olur. Az miqdarda titan-maqnetit, bəzən ilmenit, xallkopirit, pirit olur; aksessorlardan — apatit, sirkon, qranat, rutil, sfen iştirak edir. Sill, dayka və ştoklar əmələ gətirir. Yer qabığının stabil zonaları üçün səciyyəvidir (əsasən qədim platformalar — Sibir, Afrika, Hind, Şərqi Avropa); okean hövzələrində, demək olar ki, rast gəlmir. Növləri tərkibinə, quruluş və teksturasına, törəmə dəyişilmələrinə, indeksinə və yatım şəraitinə görə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Xolera
Vəba və ya xolera (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Olein
Olein turşusu(tsis 9-oktadetsen turşusu)СН3(СН2)7СН=СН(СН2)7СООН -doymamış yağ turşusudır. Omega-9 doymamış yağ turşular qrupuna aiddir. == Fiziki xassələri == Olein turşusu yağlı mayedir, sudan yüngüldür, qoxusuz, rəngsiz, suda həll olunmur, yalnız üzvi həlledicilərdə həll olunur (benzolda, xloroformda və s.). == Alınması == Texniki olein turşusu müxtəlif bitki yağlarının hidrolizi zamanı alınır, məsələn, günəbaxan, soya və ya xardal. Bu məhsul qida məqsədləri üçün tamamilə yararsızdır. Alınan turşuları fraksiyalara ayırmaqla və ya metanoldan və asetondan–400C temperaturda təkrar kristallaş- dırılma yolu ilə əldə edilə bilər. Təbiətdə müxtəlif heyvan mənşəli piylərin tərkibində olur məs. donuz, mal piyində həmçinin bitki yağlarındada (zeytun, badam, günəbaxan,avokado,palma, arqan və s. ). == Kimyəvi xassələri == Olein turşusuna ozonla təsiri nəticəsində ozonid alınır.
Aleksander Molerio
Aleksander Molerio (19 sentyabr 1991) — Kubalı atıcı. Aleksander Molerio Kubanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aleksander Molerio birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 607.2 xal toplayaraq 49-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Homerin fobiyası
"Homerin fobiyası" (ing. Homer’s Phobia) — "Simpsonlar" cizgi serialının səkkizinci mövsümünün on beşinci seriyası. İlk dəfə 16 fevral 1997-ci ildə ABŞ-nin Fox televiziya kanalında yayımlanmışdır. Bu seriyada Homer, ailənin yeni dostu olan Conun gey olduğunu öyrənir və bundan sonra ondan uzaqlaşmağa başlayır. Conun, oğlu Barta mənfi təsir göstərəcəyindən qorxuya düşən Homer, Bartın heteroseksuallığını zəmanətə almaq məqsədilə onu ova aparmağa qərar verir. Seriyanın rejissoru Mayk Anderson, ssenari müəllifi isə Ron Hoc olub. "Homerin fobiyası" Hocun ssenari müəllifi olduğu ilk "Simpsonlar" seriyasıdır. "Homo Bart", seriyanın icraçı prodüserləri Bill Oukli və Coş Vaynşteynin, Lizanın "ədalı şeylərin sevincini kəşf etməsi" mövzusunu əhatə edən seriya çəkməyi planlaşdırarkən, Corc Meyer tərəfindən bir seriyaya başlanğıc ideyası kimi verilib. Oukli və Vaynşteyn bu iki fikri birləşdirib və nəticədə "Homerin fobiyası" ərsəyə gəlib. Fox əvvəlcə mövzusunun mübahisəli olmağına görə seriyanı nümayiş etdirməyi məqsədəuyğun saymayıb və senzuradan keçirib, ancaq Fox kanalına daxil olan çoxsaylı müraciətlərdən sonra kanal verdiyi qərarı dəyişməli olub.
Forerin evi
Forerin evi və ya Göygöl yeraltı şəhəri — Azərbaycanın Göygöl şəhərində XIX əsrdə alman köçkünləri tərəfindən tikilmiş memarlıq tikilisi. Alman memarlıq üslubunun elementlərini təcəssüm etdirən bu ev küçədəki digər tikililərdən seçilir. Onun fasadları oyma elementlərlə bəzədilib, taxta qapıların üstündə sahibinin adı həkk olunub. Bu evləri Avropadan bölgəyə köçən alman ailələri yaradıb və 6 küçə təşkil edərək 500-dən çox ev tikiblər. Hazırda şəhərdə memarlıq nümunələri şəklində alman irsinin izlərinə rast gəlmək mümkündür. == Tarixi == XIX əsrdə Qafqaza köçürülən alman ailələrindən 124-ü Yelenendorf, yəni indiki Göygöl şəhərində məskunlaşıb. Şəhərin alman sakinləri tərəfindən burada 6 küçə salınıb, 500-dən çox ev tikilib. Bu gün də şəhərdə alman izlərinə memarlıq nümunələri ilə rast gəlmək mümkündür. Belə möhtəşəm memarlıq nümunələrindən biri evlərin altından yerləşən və “yeraltı şəhər”i xatırladan böyük zirzəmilərdir. Bu zirzəmilərdən ən böyüyünün şəhərin mərkəzi küçələrindən biri olan Homer küçəsində yerləşdiyir və 1380 kvadratmetri əhatə edən 7 böyük zaldan ibarətdir.
Bazz Oldrin
Bazz Oldrin (ing. Buzz Aldrin; 20 yanvar 1930[…], Qlen-Ridc[d], Nyu Cersi) — Amerikalı aviasiya mühəndisi, keçmiş astronavt və pilot. Oldrin 1966-cı ildə Gemini-12 missiyasının pilotu və 1969-cu il Apollon 11 missiyasında Ay modulu pilotu olaraq üç kosmik yol etdi. O, missiya komandiri Nil Armstronq ilə birlikdə ayın səthinə enən ilk insan olmuşdur.
Oberin Martell
Oberin Martell (ing. Oberin Martell) və ya Qırmızı Vipera (zəhərli ilan növü) (ing. Red Viper) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələr Oberin Martellin baxış bucağından verilmir. Buna görə də onun hərəkətləri digər roman qəhrəmanları tərəfindən izah edilir.
Oldrin Bazz
Bazz Oldrin (ing. Buzz Aldrin; 20 yanvar 1930[…], Qlen-Ridc[d], Nyu Cersi) — Amerikalı aviasiya mühəndisi, keçmiş astronavt və pilot. Oldrin 1966-cı ildə Gemini-12 missiyasının pilotu və 1969-cu il Apollon 11 missiyasında Ay modulu pilotu olaraq üç kosmik yol etdi. O, missiya komandiri Nil Armstronq ilə birlikdə ayın səthinə enən ilk insan olmuşdur.
Xolera xəstəliyi
Vəba və ya xolera (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Aristotel Homerin büstü ilə
Aristotel Homerin büstü ilə (nid. Aristoteles peinzend bij een borstbeeld van Homerus) — Rembrandtın italyan kolleksiyasıçısının sifarişi ilə 1653-cü ildə çəkdiyi iri ölçülü (143,5x136,5 sm) rəsm əsəri. Rəssamın yaradıcılığı üçün ənənəvi olan bu portret tarixi süjet kimi qələmə verilmişdir. == Rəsmin tarixi == Siciliyalı zadəgan Antonio Ruffo (1610/11- 1678) Rembrandtin ofortlarını Romada görmüş və onları yüksək qiymətləndirmişdi. 1652-ci ildə o özünün Amsterdamdakı agenti vasitəsilə Aristoteli təsvir edəcək rəsm əsərinə görə Rembrandta 500 florin təklif etmişdi. O dövr üçün bu çox böyük məbləğ idi (Rəsmlərin İtaliyadakı orta qiymətindən 8 dəfə çox). O dövrkü Amsterdamda isə bu məbləğ rəssam və ya dükan sahibinin ailəsi ilə birlikdə 1 il yaşaması üçün kifayət idi. Lakin Rembrandt üçün bu daha böyük məbləğ idi, çünki Amsterdamda o artıq dəbdən düşmüşdü. Bundan əlavə, Rembrandt böyük fəlakət astanasında idi: hətta belə böyük məbləğ onu müflisləşmədən xilas edə bilmirdi Rembrandt sifarişi yerinə yetirərək rəsmi dəniz yolu ilə Messinaya göndərdi. Ruffo rəsmi çox bəyəndiyindən daha sonra Rembrandta Makedoniyalı İskəndəri (1661, dövrümüzədək gəlib çatmamışdır) və “İliada”nı pəsdən öz şagirdlərinə oxuyan Homeri (1663, Mauritsxeys) təsvir edən daha iki rəsm sifariş etmişdi.
Şollerin arxivi (film, 2018)
Şollerin arxivi — ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovun olduğu Azərbaycan filmi. Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. == Məzmun == Filmdəki hadisələr XX əsrin 40-cı illərindən Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Cəlaləddin Qasımovun sözlərinə görə filmin sujet xətti real həyatdan götürülüb: Çəkilişlər Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. == Beynəlxalq kino festivallarda iştirakı == “Şollerin arxivi” bədii filmi həm Karlovı Varı Beynəlxalq Film Festivalında, həm də Kann Film Festivalında nümayiş etdiriləcək. Cəlaləddin Qasımov bildirib ki, artıq hər iki festival filmi nümayiş üçün qəbul edib. Cəlaləddin Qasımovun sözlərinə görə, Kann Film Festivalında filmlərin qəbul vaxtının martın 5-də bitməsinə baxmayaraq, təşkilatçılar “Şollerin arxivi”ni aprel ayında qeydə almaqdan imtina etməyiblər. Hətta festivala qəbul üçün ödəniş rüsumlarını belə özləri ödəyiblər. “Şollerin arxivi” filmi 4 iyul 2018-ci il tarixində Belçikanın Move Me Producions Belgium Festivalının 10-cu buraxılışında “Ən yaxşı film” nominasiyasına layiq görülüb. Ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı ssenari”, “Ən yaxşı dram", “Yaradıcılıq axtarışlarına xüsusi diplom və qızıl priz” mükafatlarına layiq görülüb.
Növlərin mənşəyi
Növlərin mənşəyi (ing. The Origin of Species) — Çarlz Darvin tərəfindən 1859-cu ildə çap olunmuş əsər. == Tarixi == 24 noyabr 1859-cu ildə ingilis təbiətşünası Çarlz Darvinin "Təbii seçim yolu ilə növlərin mənşəyi və yaşamaq uğrunda mübarizədə üstün irqlərin qorunması" adlı kitabı çap edilib. Əsərin adı 1871-ci ildə dəyişdirilərək "Növlərin mənşəyi" olmuşdur. Elm tarixinin ən böyük çalışmalarından sayılan əsər Darvinin 1831-36-cı illər ərzində Biql gəmisi ilə səyahəti, xüsusilə də Qalapaqos adasındakı təcrübələrə əsaslanan bioloji təkamül anlayışı ilə qələmə alınıb. Bununla məşhur Təkamül nəzəriyyəsinin elmi əsası qoyulurdu. Əsərdə irəli sürülən tezislər müasir təkamül nəzəriyyəsinin özəyi kimi hələ də öz aktuallığını saxlayır. Kitab çap olunarkən geniş oxucu kütləsi və ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Əsərin 1250-lik tirajla çap olunan ilk kitab nüsxələrinin hamısı elə həmin gündəcə satılmışdı. Darvinin bu əsəri Karl Marks və Fridrix Engels kimi alimlərin də diqqətindən yayınmamışdı.
İtlərin döyüşü
İtlərin döyüşü — azərbaycanlı rəssam Əzim Əzimzadənin 1938-ci ildə çəkdiyi rəsm əsəri. == Poçt markası üzərində == 2007-ci ilin iyun ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Əzim Əzimzadəyə həsr olunmuş 2 poçt markası təqdim edilmişdir. Qiyməti 20 qəpik, tirajı isə 10000 ədəd olan həmin markalardan biri "İtlərin döyüşü" adlı rəsm əsərinə həsr olunmuşdur.
Xəzərin hasarlanması
Göllərin Tacı (1966)
== Məzmun == Genişekranlı mənzərə filmidir. Film Kiçik Qafqaz dağlarında zəlzələ nəticəsində yaranmış göllər və bu göllərin ən gözəli Göygöl haqqındadır. == Festivallar və mükafatlar == 1) 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Qısametrajlı sənədli filmə görə SSRİ Kinematoqrafçılar İttifaqının II dərəcəli Diplomu verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Mirzə Mustafayev Ssenari müəllifi: Mirzə Mustafayev Mətnin müəllifi: Yusif Səmədoğlu Operator: Faiq Qasımov Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: S.Dolgina == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Göllərin hidromorf torpaqları
Göllərin hidromorf torpaqları — şoran, şorakət və solod torpaq tipi. Qazaxıstanda, Rusiyanın Aşağı Volqaboyu bölgəsində, Mərkəzi Asiyada, Şimali Amerikada ABŞ və Kanadada, Azərbaycanda Kür-Araz ovalığı ərazilərində yayılmışdır. == Növləri == Şoranlaşmış torpaqların formalaşması duzların qrunt sularında və süxurlarda toplanması və onların torpaqda akkumlyasiyasına təsir göstərən şərait ilə əlaqədardır. Bu duzlar torpaq qatında toplaşanda torpaqlar şorlaşır. Bir sıra vulkanizm rayonlarında püskürmə məhsullarının səthə çixması şoranlığın yaranmasına səbəb olur. Aerob şəraitdə bitkilər kök sistemi vasitəsilə alt qatlarda olan duzları su ilə birlikdə səthə çıxır. Küləklər də torpaqların şoranlaşmasına sürətləndirici təsir göstərməklə, şoranlaşmanın arealını genişləndirir. Bu prosesə impulsverizasiya, yəni duzların külək vasitəsilə yayılması deyilir. Rütubətli iqlim şəraitində torpaqlar profil boyu sularla yuyulur və həll olan duzlar torpaq profilindən çıxarılır. Əksinə, quraq ərazilərdə duzlar dərin qatlardan üst qatlara çıxır.
Gözlərin kimyəvi yanıqları
Gözdə kimyəvi zədələnmə — gözə turşular, qələvilər, əhəng, naşatır spirti, kimyəvi karandaş düşdükdə kimyəvi yanıqlar baş verir. Bədənin müxtəlif lokalizasiyalı kimyəvi yanıqları içərisində ən qorxulusu gözlərin kimyəvi yanıqlarıdır. Göz almasının zədələnməsi yanmış gözdə görmə qabiliyyətinin tam itməsindən başqa, zədələnməmiş gözdə bir neçə müddət sonra simpatik iltihab adlanan səbəbdən görmə qabiliyyətin zəifləməsi də baş verə bilər. Bundan əlavə bir qayda olaraq, gözlərin kimyəvi yanıqlarında zədələyici amilin bir hissəsi gözləri əhatə edən toxumalara tökülərək ağır kosmetik defektlər ilə nəticələnir. Gözlərin kimyəvi zədələnməsi kəskin, bəzən dözülməz ağrı, göz yaşının axması, kəskin başlayan (bəzən müvəqqəti) zədələnmiş gözdə görmə qabiliyyətinin pozulması müşayiət olunur. Bəzən qısa müddətli şüur itməsi də müşahidə olunur. == Həmçinin bax == Yanıq; Kimyəvi yanıqlar; Göz; Görmə siniri; Zədə; Korluq; Sarğı (tibbi); Oftalmologiya.
Quru çöllərin torpaqları
Quru çöllərin torpaqları — quru və ekstrakontinental şəraitdə quru çöllərdə formalaşan şabalıdı və qonur səhra-çöl torpaqları. Bu torpaqlar ən çox Asiya qitəsində yayılmışdır. === Şabalıdı torpaqlar === Bu torpaqlar ensiz zolaq şəklində Qara və Azov dənizləri sahillərində, Şərqi Avropanın cənub-şərqində-Aşağı Volqaboyu, Xəzər sahilində formalaşmışdır. Lakin, Qazaxıstan respublikası ərazisində bu torpaqlar geniş sahə tutur. Şabalıdı torpaqlar yayıldığı arealın ən şərq sahilləri Baykala qədər gedib çıxır. ==== Qonur səhra-çöl torpaqları ==== Bu torpaqlar daha məhdud sahədə Qazaxıstanda yarımsəhralarında yayılmışdır. == İqlimi == Quru çöllərin iqlimi kəskin kontinentaldır. Avrasiya materikinin Avropa hissəsində +5-9°C, Asiyada +3-4°C təşkil edir. Qərbdə orta aylıq temperatur 32-36°C-yə yaxın, şərqdə isə -35-40°C-yə çatır. Orta illik yağıntıların miqdarı şimaldan cənuba doğru 300-350 mm-dən 200 mm-ə qədər azalır.
Türkiyədəki göllərin siyahısı
== Təbii göllər ==
Xəzərin Azərbaycan sektoru
Xəzərin Azərbaycan sektoru — Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan ərazisi. == Tarixi == 20 sentyabr 1994-cü ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında Xəzərin Azərbaycan sektorunda yerləşən neft yataqlarının birgə işlənməsi barədə sazişin bağlanması bu regiona iqtisadi marağı daha da artırmış, qısa müddət ərzində dünyanın 12 ölkəsindən 20 neft şirkəti burada aparılan işlərə cəlb edilmiş və bu Xəzər dənizinin digər sektorlarında da işlərin canlanmasına səbəb olmuşdur. == Xəzərin Azərbaycan sahilərinin morfodinamikası == Xəzər dənizinin Azərbaycan sahillərinin geomorfoloji quruluşu öz müxtəlifliyi ilə xarakterizə olunur, belə ki geoloji quruluş, tektonik rejim və hidrometeoroloji şəraitdən aslıdır və sahillərin formalaşmasında mühim rol oynayır. Görkəmli alimlər O.K.Leontyev və A.S.Xəlilov Xəzər dənizinin qərb sahillərini üç əsas əraziyə bölür: Qərb sahilləri Terek çayı mənsəbindən Sumqayıt çayına qədər. Abşeron ərazisi Sumqayıt çayından Buta burnuna qədər. Cənubi-Qərb ərazisinin cənub hissələrinə qədər. Qərb sahilləri abrazion akkumlyativ, alçaq dağlıq relyefə malik olub, dənizdən ensiz sahə ilə ayrılır. Abşeron ərazisinin sahil zonası Xəzər dənizi sahillərinin, ən mürəkkəb quruluşa malik olanıdır. Abşeron zonası N.N.Mehdiyev tərəfindən dörd yarımrayona ayrılır bunlar: Şimali Abşeron Şimali Şərq Şah Dili Cənubi Abşeron yarımrayonu. Bu rayonlar sahillərin müasir inkişaf şəraitinə görə bir-birindən fərqlənirlər və köklü süxurlardan təşkil olunmuş akkumlyativ buxtaların abrazion burunlarla növbələşməsi ilə xarakterizə olunur.
Xəzərin sahilində (albom)
Xəzərin sahilində — Yuxu qrupunun 11 oktyabr 1993-cü ildə yayımlanmış birinci studiya albomu. Azərbaycanın ilk hard-rok albomudur. 20 sentyabr 2020-ci ildə Uzelli Müzik şirkəti tərəfindən albomun val versiyası yayımlanıb. == Mahnı siyahısı == == Heyət == İbrahim Emin — bass gitara, vokal (10-cu mahnıda) Cəsur Nemətov — vokal Namiq Nağdəliyev — gitara Çingiz Eyvazov — zərb alətləri İsmayıl Uzəlli (türk. İsmail Uzelli) — prodüser Yavuz Sönməz (türk.
Əllərin sehri (2007)
1910-cu illərin filmləri
== Filmlərin siyahısı ==
Cənubi Xəzərin statistik parametirləri