Şollerin arxivi — ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovun olduğu Azərbaycan filmi.[1][2] Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib.
Şollerin arxivi | |
---|---|
Rejissor | Cəlaləddin Qasımov |
Ssenari müəllifi | Cəlaləddin Qasımov |
Baş rollarda |
Əjdər Zeynalov Şirzad Pirallahı Sabir Məmmədov Rövşən Kərimduxt Ramiz Vəliyev |
İlk baxış tarixi | aprel 2018 |
Filmin növü | tammetrajlı bədii film |
Ölkələr | |
Dil | azərbaycanca |
İl | 2018 |
Rəng | rəngli |
Filmdəki hadisələr XX əsrin 40-cı illərindən Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Cəlaləddin Qasımovun sözlərinə görə filmin sujet xətti real həyatdan götürülüb:
Almanları sürgün edəndə azərbaycanlı ailəsinə bələkdə bir uşaq vermişdilər. O vaxt qayda belə idi ki, almanlara kim kömək etsəydi, həmin adamı Azərbaycanda cəza gözləyirdi. O sürgün oluna bilərdi. Odur ki, həmin bələkdəki uşağı gizlincə götürüb saxlayıblar. Sonra da 1945-ci ildə Şoller nəvəsinin dalınca gəlir… |
Çəkilişlər Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb.[1]
“Şollerin arxivi” bədii filmi həm Karlovı Varı Beynəlxalq Film Festivalında, həm də Kann Film Festivalında nümayiş etdiriləcək.[3] Cəlaləddin Qasımov bildirib ki, artıq hər iki festival filmi nümayiş üçün qəbul edib. Cəlaləddin Qasımovun sözlərinə görə, Kann Film Festivalında filmlərin qəbul vaxtının martın 5-də bitməsinə baxmayaraq, təşkilatçılar “Şollerin arxivi”ni aprel ayında qeydə almaqdan imtina etməyiblər. Hətta festivala qəbul üçün ödəniş rüsumlarını belə özləri ödəyiblər.[1]
“Şollerin arxivi” filmi 4 iyul 2018-ci il tarixində Belçikanın Move Me Producions Belgium Festivalının 10-cu buraxılışında “Ən yaxşı film” nominasiyasına layiq görülüb. Ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı ssenari”, “Ən yaxşı dram", “Yaradıcılıq axtarışlarına xüsusi diplom və qızıl priz” mükafatlarına layiq görülüb. Film son bir ildə 36 beynəlxalq festivalda uğur əldə edərək, Azərbaycan kino sahəsində ən çox mükafat qazanan ekran əsəri olub.
İl | Mükafatın adı | Ölkə | Nəticə |
---|---|---|---|
5 iyun 2018 | Straight Jacket Guerilla Film Festival | Birləşmiş Krallıq | Diplom |
11 iyun 2018 | European Cinematography AWARDS (“Best Drama Film” kateqoriyası üzrə) | Niderland | “Best Drama Film” kateqoriyası üzrə Finalçı |
11 iyun 2018 | European Cinematography AWARDS (“Best First Time Director” kateqoriyası üzrə) | Niderland | Yarı Finalçı |
13 iyun 2018 | Genre Celebration Festival (Ən Yaxşı Dram Bədii Nominasiyası) | Yaponiya | Namizəd |
13 iyun 2018 | AltFF Alternative Film Festival | Kanada | Yarı Finalçı |
19 iyun 2018 | Canada’s Yes! Let’s Make a Movie Film Festival | Kanada | Qazandı |
20 iyun 2018 | Los Angeles Cine Fest | ABŞ | Yarı Finalçı |
29 iyun 2018 | 28th Chichester International Film Festival | Birləşmiş Krallıq | Diplom |
2 iyul 2018 | Move Me Productions Belgium Film Festival | Belçika | Finalçı |
14 iyul 2018 | Social Machinery Film Festival | İtaliya | Qazandı |
20 iyul 2018 | Lakecity İnternational Film Festival | Hindistan | Qazandı |
15 avqust 2018 | Iranian Film Festival – San Francisco | ABŞ | Yarı Finalçı |
3 sentyabr 2018 | Global Nonviolent Film Festival | ABŞ | Qazandı |
8 sentyabr 2018 | 2019 Great Lakes International Film Festival | ABŞ | Diplom |
1 oktyabr 2018 | Lifft India Filmotsav (World Cine Fest) | Hindistan | Diplom |
8 oktyabr 2018 | The Lift-Off Sessions | İngiltərə | Diplom |
31 oktyabr 2018 | Capital Filmmakers Festival | Almaniya | Yarı Finalçı |
10 noyabr 2018 | Mediterranean Film Festival Cannes | Fransa | Qazandı |
12 noyabr 2018 | Cannes Film Festival | baxış festivalı-19LM0381 | |
19 dekabr 2018 | Germany’s Best Independents International Film Festival | Almaniya | Finalçı |
29 yanvar 2019 | Dadasaheb Phalke Internetational Film Festival | Hindistan | Diplom |
31 yanvar 2019 | New Dreams International Film Festival | ABŞ | Diplom |
31 yanvar 2019 | Rosarito International Film Festival | ABŞ | Diplom |
19 fevral 2019 | First-Time Filmmaker Sessions | Birləşmiş Krallıq | Seçilmiş |
5 mart 2019 | International Film Festival of Detective Films and Television programs on Law-Enforcement themes DetectiveFEST | Rusiya | Seçilmiş |
1 iyul 2019 | FESTIVAL ANGAELICA | ABŞ | Seçilmiş |
1 iyun 2019 | Under The Stars International Film Festival | İtaliya | Seçilmiş |
29 iyun 2019 | New York Cinematography AWARDS | ABŞ | Seçilmiş |
1 iyul 2019 | FESTIVAL ANGAELICA | ABŞ | Seçilmiş |
22 avqust 2019 | Accolade Global Film Competition | ABŞ | Qazandı |
20 sentyabr 2019 | Mozimotion | Niderland Antil adaları | Seçilmiş |
10 oktyabr 2019 | Green Mountain Christian Film Festival | ABŞ | Ən yaxşı xarici film |
10 oktyabr 2019 | Green Mountain Christian Film Festival | ABŞ | Ən yaxşı xarici direktor |
14 oktyabr 2019 | Prince of Prestige Academy Awards | ABŞ | |
10 noyabr 2019 | Festiflix | ABŞ | Seçilmiş |
8 yanvar 2020 | Waco Family & Faith International Film Festival | ABŞ | Seçilmiş |
21 yanvar 2020 | The BeBop Channel Content | ABŞ | Seçilmiş |
23 yanvar 2020 | CINEMA LAB 2020 | Kolumbiya | Yarı Finalçı |