Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
"Hollivud" yazısı
"Hollivud" yazısı (ing. Hollywood Sign və ya keçmiş adı ilə ing. Hollywoodland Sign) — ABŞ-nın Kaliforniya ştatında, Santa-Monika dağlarının Maunt-Li zirvəsinin ətəyindəki yazı. Amerikan mədəniyyətinin simvoludur. == Tarixi == Maunt-Li dağının ətəyindəki bu yazı 1923-cü il iyulun 13-də peyda olmuşdur. Həmin vaxt belə yazılmışdır: "HOLLYWOODLAND". Əvvəlcə bu yazının kino ilə heç bir əlaqəsi yox idi. Belə ki, o yeni yaşayış rayonunun reklamı idi. Amma bu reklam dərhal turistləri özünə cəlb etməyə başladı. Yazının ora yerləşdirilməsi sifarişçiyə, "Los-Anceles Tayms"ın naşiri Harri Çandlerə 21 min dollara başa gəlmişdir.
Alban yazısı
Alban əlifbası və ya Alban yazısı (alb. 𐔰𐔾𐔸𐕒̅𐔱𐔴𐔸, transliterasiya: alto͞bet, tərcümə: Alt və Bet) — Qafqaz albanlarının dili üçün istifadə olunan yazı sistemi. == Yaranması və istifadəsi == Alban əlifbasının yaradılması haqqında əsasən ermənidilli qaynaqlar məlumat verir. V əsr erməni tarixçisi Koryunun 443–451-ci illər arasında yazılmış Maştotsun həyatı adlı əsərində Benyamin adlı alban bir din adamının Maştotsu ziyarət etməsini göstərir. Zaza Aleksidzenin fikrincə bu hadisə 422-ci ildə baş vermişdir. Hekayəyə görə Maştots Ermənistandan Albaniyaya gələrək hökmdar Yesuagenin sarayına daxil olur, bundan əlavə Alban katolikosu İyeremiya ilə də görüşür. Koryunun yazdıqlarına görə əlifba qısa bir müddətdə Albaniyada yayılıb, əlifbanın öyrədilməsi üçün məktəblər açılıb, Bibliya tərcümə edilib, hətta bu dildə yazılan materiallardan ermənicəyə tərcümə üçün də istifadə olunub. Əlifba daha sonra Balasakan ərazisində də qəbul edilib və buranın yepiskopu Muşeğ əlifbanın təbliği işində iştirak edib. Koryun Maştotsun Yesuagenlə harada görüşdüyünü qeyd etməsə də, Aleksidzenin fikrincə böyük ehtimal bu görüş Kabalakada baş tutmuşdur. Koryun əlifbanın yaradıldığı dilin "Alban dili" olduğunu qeyd etsə də, Movses Xorenli və Moisey Kalankatlı bu əlifbanın "Qarqar dili" (erm.
Avar yazısı
Avar əlifbası — avar dilində yazı üçün istifadə olunan əlifba. Mövcud olduğu müddətdə müxtəlif qrafik əsaslarda fəaliyyət göstərmiş və dəfələrlə islahatlar aparılmışdır. Hazırda avar yazısı kiril əlifbasındadır. Avar yazı tarixində aşağıdakı mərhələlərə bölünür: XV əsrdən 1928-ci ilə qədər — ərəb əlifbası əsasında yazı; 1860–1910-cu illər — kiril əlifbasına əsaslanan yazı (ərəblə paralel); 1928–1938-ci illər — latın əsasında yazı; 1938-ci ildən — kiril əlifbasına əsaslanan müasir yazı. == Ərəb qrafikası == Avar yazısının ən qədim abidələri Dağıstanın Xunzax rayonunda aşkar edilmiş daş xaç və lövhələr üzərində üç gürcü — avar ikidillidir. Bu yazılar gürcü qrafikası ilə yazılmışdır. Onlardan birini 1940-cı ildə akademik A. S. Çikobava, digərini Xunzax kəndindən olan T. E. Qudava, üçüncünü Qotsatl kəndindən olan K. Ş. Mikaylov deşifrə etmişlər. Bu yazılar 12–14-cü əsrlərə aiddir . İslam dini Dağıstanda yayıldıqdan sonra ərəb yazısı da onunla birlikdə nüfuz edir. Ərəb qrafikası əsasında avar yazısının ən qədim abidəsi Qunib rayonunun Koroda kəndində 13–14-cü əsrlərə aid olan kitabədir.
Baihua yazısı
Baihua yazısı (Sadələşdirilmiş Çincə: 白话文; Ənənəvi Çincə: 白話文; pinyin: báihuàwén), XX əsrin əvvəllərinə qədər imperatorluq Çinində istifadə olunan yazılı standart olan Klassik Çin dilindən fərqli olaraq, Çin miqyasında danışılan ləhcələrə əsaslanan Çin yazı formasıdır. Baihua, Mandarin Çin dilinə söykənir və Min sülaləsi və Qing sülalələri dövründə romanlarda istifadə edilmişdir. 1920-ci illərin əvvəllərindən bəri, bu müasir danışıq forması, Müasir Standart Çin dilinin yazı forması olaraq Materik Çini daxil olmaqla Çin Xalq Respublikası, Çin Respublikası (Tayvan), Malayziya və Sinqapurdakı bütün Çin dilində danışanların əsas yazı formasına çevrilmişdir.
Brahmi yazısı
Brahmi — qədim hind heca yazılarından biri. E.ə. VIII-VII əsrlərdə yarandığı ehtimal olunur. Oxunmuş ilk abidələri Sohqauradan tapılmış mis lövhə (e.ə. IV əsr), padşah Aşokanın (e.ə. III əsr) qaya üzərində yazılmış fərmanlarıdır. Brahminin mənşəyi müəyyənləşdirilməmişdir. Brahmi əlifbası 4 sait və 31 hecadan (samit+qısa “a” saiti), samitin burunda tələffüz olunmasını göstərən xüsusi işarədən ibarət idi. Soldan sağa yazılırdı. Hindistan Şri-Lanka (Seylon), Birma ,Tailand və s.
Gecə yazısı
Gecə yazısı — Qaranlıq mühitdə qarşılıqlı yazılı ünsiyyəti təmin edən relyefli şrift. Gecə yazısı Napoleon Bonapart dövründə xidmət etmiş fransız əsgərlərinin qaranlıq şəraitdə pıçıldaşmadan, işıq yandırmadan bir toxunuşa məlumatları bir-birlərinə ötürə bilmələri üçün Carls Barbier tərəfindən yaradılmışdır. Gecə yazısının gözdən əlil şəxslər üçün yaradılmış forması isə 1821-ci ildə Luis Brayl tərəfindən tərtib edilmişdir. Həmin yazı forması yaradıcısının adına uyğun olaraq Brayl əlifbası adlandırılmışdır.
Gürcü yazısı
Gürcü yazısı – müstəqil fonetik yazı sistemi. Gürcü dilində yazmaq üçün Asomtavruli, Nusxuri və Mxedruli yazılarından istifadə olunur və hər üç yazının hərfləri bir-birinin ekvivalenti olub, eyni ad və əlifba sırasına malikdirlər, üçü də tək kameralıdır (böyük və kiçik hərflər arasında fərq yoxdur). Baxmayaraq ki, onların hər üçü istifadə olunur, Mxedruli yazısı (aşağı bax) gürcü dili və onunla əlaqəli olan digər kartvel dilləri üçün standart yazı hesab olunur. Gürcü yazıları orijinalda 38 hərfdən ibarətdir. Lakin hazırda gürcü dilində 33 hərfdən istifadə olunur, çünki beş hərf köhnəldiyi üçün istifadədən çıxarılmışdır. Meqrel əlifbasında 36 hərfdən istifadə olunur: gürcü dili üçün istifadə olunan 33 hərf, həmin dil üçün köhnəlmiş olan bir hərf və əlavə olaraq Meqrel və Svan dilləri üçün spesifik olan iki hərf. Həmin hərflər, üstəlik Yunan əlifbasından bir hərf də əlavə olmaqla 35 hərf Laz əlifbasında istifadə olunur. Dörd kartvel dilindən yalnız Svan dili yazı sisteminə malik deyil, lakin, bu dildə yazmaq istəyərkən Meqrel əlifbasının hərflərindən istifadə olunur, bəzən də çoxsəsliliyi təmin etmək üçün diakritik işərələr tətbiq olunur. Gürcü yazıları Gürcüstan mədəni irsində milli statusu daşıyır və hazırda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınmağa namizəddir. == İlk baxış == == Tarixi və mənşəyi == Gürcü yazılarının mənşəyi haqqında çox az məlumat var, gürcü və xarici alimlər arasında gürcü yazılarının tarixi, həmin yazıların kim tərəfindən yaradılması və bu prosesə əsas təsir edən amillər haqqında ortaq rəy yoxdur.
Hollivud yazısı
"Hollivud" yazısı (ing. Hollywood Sign və ya keçmiş adı ilə ing. Hollywoodland Sign) — ABŞ-nın Kaliforniya ştatında, Santa-Monika dağlarının Maunt-Li zirvəsinin ətəyindəki yazı. Amerikan mədəniyyətinin simvoludur. == Tarixi == Maunt-Li dağının ətəyindəki bu yazı 1923-cü il iyulun 13-də peyda olmuşdur. Həmin vaxt belə yazılmışdır: "HOLLYWOODLAND". Əvvəlcə bu yazının kino ilə heç bir əlaqəsi yox idi. Belə ki, o yeni yaşayış rayonunun reklamı idi. Amma bu reklam dərhal turistləri özünə cəlb etməyə başladı. Yazının ora yerləşdirilməsi sifarişçiyə, "Los-Anceles Tayms"ın naşiri Harri Çandlerə 21 min dollara başa gəlmişdir.
Khmer yazısı
Khmer yazısı və ya khmer əlifbası (khm. អក្សរខ្មែរ, [ʔakˈsɑː ˈkʰmae], aksa khmae) — Kambocanın rəsmi dili olan Khmer dilini yazmaq üçün istifadə olunan yazı. == Samitlər == Khmer yazısında 35 samit var, onlardan yalnız 33-ü müasir khmer dilində istifadə olunur, ikisi isə köhnəlmişdir. Hər samitin özünəməxsus saiti var. Samit silsiləsi samitlərə aid edilən asılı saitlərin tələffüzünü müəyyən edir və bəzi mövqelərdə özünəməxsus sait səsi öz-özünə tələffüz olunur. Bu iki cərgə əvvəlcə səssiz və müvafiq olaraq səsli samitlər idi. Orta Khmer dövründə fonetik dəyişikliklər səssiz samitlərdən sonra saitlərə təsir etmiş və bu dəyişikliklər xarakterik səsin itirilməsinə baxmayaraq davam etmişdir.
Koreya yazısı
Hanqıl (kor. 한글 Hangeul, Cənubi Koreyada), (kor. 조선글 Chosŏn'gŭl, Şimali Koreyada)- Koreya əlifba sistemidir. Koreya əlifbası, loqoqrafik Çin simvolları olan Hancadan tamamilə ayrı əlifbadır. Koreya əlifbası XV əsrin ortalarında Coson krallığı zamanı yaradılmış və hazırda həm Şimali Koreya və həm Cənubi Koreyanın rəsmi əlifbadır. == Koreya yazısı == Koreya dilində mətnlərin yazılışında istifadə olunan fonetik hərfi-hecalı yazı. Koreyada bir neçə yazı sistemindən istifadə olunmuşdur. 1444-cü ildə hökmdar Böyük Seconun təşəbbüsü ilə hazırlanmış və 1446-cı ildən dövlət əlifbası kimi (çon əlifbası adlandırılmışdır) təsdiqlənmişdir. Müasir Koreya əlifbası 40 qrafemdən ibarətdir.
Misir yazısı
Misir heroqlif yazısı — dünyanın ən qədim yazı sistemlərindən biridir. == Yaranması == Misirdə dövlət meydana gələndən sonra yazı qəti şəkildə yarandı. Əvvəlcə misirlilər demək istədikləri şeyin sadəcə şəklini çəkirdilər. Məsələn, içərisinə nöqtə qoyulmuş dairə "günəş", yay-oxlu insan isə "döyüşçü" demək idi. Buna piktoqrafiya deyilir. Yazının heroqriflərdən təşkil olunması Qədim Misirdəki səsli danışığın araşdırılmasını çətinləşdirir. Sonralar hecaları və ayrı-ayrı səsləri də işarələrlə göstərməyə başladılar. Bu cür işarə şəkillərə heroqlif deyilir. Yazı yazmaq üçün Nil çayının dayaz yerlərində bitən papirus adlı qamışdan istifadə edirdilər. Papirusun gövdəsini nazik zolaqlar şəklində kəsir və bunları kağıza oxşayan vərəqlər şəklində bir-birinə yapışdırırdılar.
Monqol yazısı
Monqol yazısı — XIII əsrin əvvələrində monqolların uyğurlardan əxz etdikləri yazı. Soğdi yazısı vasitəsilə Suriya arami əlifbalarının birindən götürülmüşdür. Monqolustanda "köhnə yazı" adlanır. Yuxarıdan aşağıya, sağdan sola yazılır. Hərflərin çoxu polifonik olub, 2 və ya 3 fonemi ifadə edir. 1945-ci ildə iki sait (ö, ü) əlavə edilməklə kiril əlifbası əsasında yeni əlifbaya keçilmişdir. Geniş yayılmamış "kvadrat yazı" (XVIII–XIV əsrlər, Tibet əlifbası əsasında) və "aydın yazı" (XVII əsrdən, təkmilləşdirilmiş köhnə monqol yazısı) adlanan yazılar da məlumdur. == Yunikod == Monqol yazısının yunikod dərəcəsi U+1800–U+18AF arasıdır. Buna monqol yazısı üçün hərflər, rəqəmlər və durğu işarələri daxildir. == Klaviatura == == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == İzah University of Vienna: Grammar of Written Mongolian by Nicholas POPPE Index CJVlang: Making Sense of the Traditional Mongolian Script StudyMongolian: Written forms with audio pronunciation The Silver Horde: Mongol Scripts Lingua Mongolia: Uighur-script Mongolian Resources Omniglot: Mongolian Alphabet (note: contains several table inaccuracies regarding glyphs and transliterations) Lüğət Bolor Dictionary Mongol toli dictionary: state dictionary of Mongolia Transliteration University of Virginia: Transliteration Schemes For Mongolian Vertical Script Online tool for Mongolian script transliteration Automatic converter for Traditional Mongolian and Cyrillic Mongolian by the Computer College of Inner Mongolia University Əlyazma Mongolian Manuscripts from Olon Süme – Yokohama Museum of EurAsian Cultures Digitised Mongolian manuscripts – The Royal Library, National Library of Denmark Mongolian texts – Digitales Turfan-Archiv, the Berlin-Brandenburg Academy of Sciences and Humanities Preservation of unique and historic newspapers printed in traditional Mongolian script between 1936–1945 – Endangered Archives Programme, British Library Official Mongolian script version of the People's Daily Online Office of the President of Mongolia website in Mongolian script Didi Tang.
Nadir yazısı
Nadir yazısı — İranın Kəlat şəhərindəki Arğun şah qapısının girişində yerləşən, üzərində Nadir şah Əfşara həsr edilmiş mədhiyyə həkk olunan daş kitabədir. Mədhiyyə Nadir şahın saray şairi Gülbün Əfşar tərəfindən türk dilində yazılıb.
Presian yazısı
Presian yazısı — Yunanıstanın Filippi antik şəhərində tapılmış, I Presian xan tərəfindən qoydurulan abidə. == Hadisələr == İmperator Feofilə qarşı 837-ci ildə Saloniki şəhərində üsyan başlamışdı. Xana kömək üçün müraciət edən imperator eyni zamanda gizli-gizli xanlıqdan əsir yunanları qaytarmağa başlamışdı. Buna qəzəblənən kovxan, hücuma keçərək Salonikinin özünü ələ keçirmişdi. Presian yazısı bu dövrdə xan tərəfindən qoydurulmuşdur. == Mətni == Orijinal mətn: Το]ν πολων Βου(λ)γα-ρον [ο] εκ θεου αρχον ο Π-ερσιανος απεστιλενΙ[σ]βουλον τον καυχανον δοσας αθτον φοσα- τα κ(ε) τοω ητξιργου βοιλ-αν κ(ε) τον κανα βοιλα κολοβρον κ(ε) ο καυχανοσεπι τουσ Σμολεανους ο-ν......Η [τησ] την αληθηναν γ-υρευη, ο θ(εος) θεορι.κ(ε), η τησ ψ-ευδετε, ο θ(εος) θεορι. ΤουσΧριστηανους οι βουλγαρι-σ πολα αγαθα επυισα[ν] κ(ε) οι Χριστηανοι ελησμον-ησαν, αλλα ο θ(εο)ς θεορι. Tərcümə: Bir çox bulqarların hökmdarı, Tanrı tərəfindən qoyulmuş Presian, kovxan İsbula ordular verərək, içirqu-boyul və xanboyul kolobronu Smolyanlara qarşı göndərdi...Əgər kimsə gerçəyi axtarırsa Tanrı baxır. Əgər kimsə yalan deyirsə, Tanrı baxır.
Sunda yazısı
Sunda yazısı (Aksara Sunda, ᮃᮊ᮪ᮞᮛ ᮞᮥᮔ᮪ᮓ), Sunda xalqı tərəfindən istifadə edilən bir yazı sistemidir. XIV və XVIII əsrlər arasında qədim sundalılar tərəfindən istifadə edilən Qədim Sunda yazısı (Aksara Sunda Kuno) əsasında qurulmuşdur. Sundalılar bir-birindən fərqli yazılardan istifadə etdiyindən Sunda yazılarının standartlaşdırılmasında bir sıra tələblər mövcuddur: (a) Sunda dilini yaza biləcək bir skript; (b) istifadə müddəti; (c) istifadə sahəsi; (d) anlaşıqlıq; (e) Sunda kimliyini göstərir. Qərbi Yava vilayəti hökuməti Sunda dili, ədəbiyyatı və yazısı haqqında Peraturan Daerah (Yerli Tənzimləmə) no. 6 1996 elan etdi. Tənzimləmə Keputusan Presiden tərəfindən (Prezidentin Qərarı) no. 082 / B / 1991, 24 iyul 1991-ci il. Yerli tənzimləməni izlədikdə 21 Oktyabr 1997 Çərşənbə axşamı Yapon dili Araşdırmaları Mərkəzinin əsas salonunda Universitas Padjadjaran, Jatinangor; Qərbi Yava əyalətinin hökuməti və Padjadçara Universiteti Ədəbiyyat Fakültəsi ilə birgə "Lokakarya Aksara Sunda" adlı seminar keçirilib və Qərbi Yava əyalətindəki yerli icmalar və şəhərlərdən nümayəndə heyətləri iştirak edib.
Çin yazısı
Çin yazısı (sadələşdirilmiş çincə: 汉字; ənənəvi çincə:漢字; pinyin: hànzì; çin. han işarələri) — çincə yazmaq üçün yaradılmış loqoqramlar. == Tarix == === Əfsanəvi mənşəsi === Əfsanəyə görə, çin yazısı Sarı İmperatora işləyən rəsmiyyətçi, Tsancie tərəfindən yaradılmış. Dünya heyvanlardan, yer landşaftından, ulduzlar və göydən öyrənib, heranlanmış, o ilk Çin yazısı olan, 字 (dzı) adlı simvolları yaratmışdı. Əfsanəyə görə, yazıların yardılma günü insanlar xəyalətlərin ağlamasını eşitdilər bəhərin yağış kimi yağmasını gördülər. === Müasir işlətmə === Çin heroqlifləri Çindən başqa başqa ölkələrdə də işlənilir. Yapon yazısında onlar hiraqana və katakana əlifbaları ilə birlikdə işlənilir.
Şepard yazısı
Şepard yazısı (ing. Shugborough inscription, azərb. Çoban yazısı‎) — İngiltərənin Staffordşir bölgəsində yerləşən Şepard Hall-ın ərazisindəki abidə. XVIII əsrə aid olduğu təxmin edilən abidənin üzərində O U O S V A V V hərf və rəqəmləri yazılmışdır. Bu rəqəmlərin hansı mənanı ifadə etdiyi bu gün belə müəyyənləşdirilməyib.
Kürd yazısı
Kürd orfoqrafiyası — kürd dilini yazmaq üçün istifadə olunan 3 əlifbadan ibarət yazı sistemi. Bu gün kürdcənin yazılmasında Cəladət Əli Bədirxan tərəfindən 1932-ci ildə təqdim olunmuş Bədirxan əlifbası (yaxud Havar jurnalının adından Havar əlifbası) adlanan bir latın əlifbası və sorani əlifbası (yaxud orta kürd dili əlifbası) adlanan bir fars-ərəb əlifbasından istifadə olunur. İraq Kürdüstanı ərəb əlifbasını orta kürd dili üçün Unicodeda hesabat məqsədilə tətbiq olunan bir standart qəbul etmişdir. Havar əlifbası Suriya, Türkiyə və Ermənistanda, orta kürd əlifbası isə İraq və İranda istifadə olunur. SSRİ-dəki kürdlər isə keçmişdə, əsasən, Ermənistan SSR və Kürdüstan qəzasında erməni əlifbası və kiril əlifbası əsasında tərtib edilmiş iki əlifbadan daha istifadə etmişlər.
Mayuskul yazısı
Mayuskul yazısı (lat. maiusculus – "bir qədər böyük") — konturları iki paralel xətt arasında yerləşən, yalnız böyuk hərflərdən (mayuskullardan) ibarət yazı. Qədim latın və yunan, o cümlədən Bizans yazısında istifadə edilmişdir. Yunan mayuskul yazısı klassik monumental yunan əlifbası ilə (e.ə. IV əsr), latın mayuskul yazısı monumental latın əlifbası ilə (e.ə. VI—IV əsrlər), Bizans xətti isə ustav (eynihəcmli) və unsial (kalliqrafik) yazı ilə (V—IX əsrlər) təmsil olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Маюскул // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.
Azərbaycan yazısı (film)
Böyük Karnak yazısı
Böyük Karnak yazısı — Qədim Misirdə heroqlif yazısı. Bu, firon Merneptahın XIX sülaləsi dövrünə aiddir. Yazı 1828–1829-cu illərdə Karnakda tapılmışdır. Vilhelm Maks Müllerə görə, bu, "Misirologiyada uzun illər tədqiqatçılar üçün ən böyük sirrlərdən biri olan tanınmış kitabədir". Əvvəlcə Jan-Fransua Şampolyon tərəfindən müəyyən edilmiş, daha sonra qismən Karl Rixard Lepsi tərəfindən nəşr edilmişdir. Fironun dəniz xalqlarına qarşı yürüşləri haqqında məlumatlar var. Misirdə indiki dövrə qədər qorunub saxlanmış ən uzun mətndir.
Qədim Göytürk yazısı
=== Göytürk Yazısı(Orxon Yenisey Yazıları) === === Yazıların tarixi === Tarixi Göytürk Qədim türk yazılı abidələri eramızın V yüzilliyində yaranmışdır. Bu yazıların günümüzə qədər gəlib çatan ən əski örnəkləri VII-VIII yüzilliklərə aiddir. Daşlar üzərində Göytürk hərfləri ilə yazılmış bu kitabələr bütün türk xalqlarının tarixində böyük ədəbi-tarixi əhəmiyyətə malikdir. Göytürk kitabələrində ilk dəfə olaraq türk millətinin adı çəkilmiş, türkün tarixi ilk öncə bu daşlar üzərində yazılmışdır. Bu daş yazıları türk ədəbiyyatının ilk əsəri, ulu babasıdır, türk dilinin ilk yazılı qaynağıdır. 1721-ci ildə Güney Sibirdə Yenisey çayının sahillərində yerləşən Abakan bölgəsində iki avropalı gəzib dolaşırdı. Bu yerin təbiəti, yerli xalqların dili, adət-ənənəsi onları ciddi maraqlandırırdı. Onlar kim idi, Biri alman alimi Daniel Messerşmidt və digəri isə isveçli İohan fon Stralenberq idi. Bir gün bir yerli kəndli onların yanına gəlib qəribə daş yazısı və heykəllərdən danışdı. 1722-ci ildə Daniel Çarkov kəndində yazılı daşları görüb heyrətə gəlir.
Qədim perm yazısı
Qədim perm yazısı (abur, anbur, perm / zıryan əlifbası) — XIV—XVII əsrlərdə Rusiyanın Avropa hissəsinin şimal-şərqində komi-zıryanlar, komi-permyaklar, ruslar və digər xalqlar tərəfindən istifadə edilən əlifba. Komilərin maarifçisi və ruhanisi Stefan Permski tərəfindən kiril, yunanPerm əlifbaları sı əsasında 1372-ci ildə Vıçeqda çayının qolu olan Vım şayı ərzisində yaradılıb. Əlifba lik iki hərfin (an və bur) adı ilə anbur əlifbası adlanıb. Qədim rus dilinin yazısı kimi istifadə edilib. XVII əsrdə kiril əlifbası tərəfindən sıxışdırılıb.
Sadələşdirilmiş Çin yazısı
Sadələşdirilmiş Çin yazısı (Çincə: 簡體字 veya 简体字; pinyin: jiǎntǐzì) — Çin yazısında qədim dövrlərdən bəri istifadə edilən Ənənəvi Çin yazısı, 1960-cı illərdə Çində Sadələşdirilmiş Çin yazısına keçiddən sonra rəsmən ortadan qaldırılmışdır.
Samit-sait yazısı
Əbcəd hesabı – Türk, ərəb və fars ədəbiyyatında bir hadisəni, bir işin tarixini bildirmək üçün işlənən və rəqəmləri hərflərdən ibarət olan hesabdır. Biz orta əsrlərdə müsəlman səyyahların coğrafi kordinatları Əbcəd hesabı ilə verdiyinin şahidi oluruq. Məsələn: Hacı Zeynalabdin Şirvani özünün Riyaz əs-siyahət əsərində Səmərqənd, Konya, Qeysəriyyə və s. şəhərlərin coğrafi kordinatlarını verərkən Əbcəd hesabından istifadə etmişdir.
Yazıçı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir. Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Yazıcık, Niksar
Yazıcıq — Tokat ilində qəsəbə.
Yazıcık (Niksar)
Yazıcıq — Tokat ilində qəsəbə.
İkili yazılış
İkili yazılış — təşkilatın fondlarındakı vəziyyətdəki hər dəyişikliyin ümumi bir qalıq təmin edən ən azı iki mühasibat hesabında əks olunduğu mühasibat üsulu. == Tarixi == Uçotda ikili yazılışın və ümumiyyətlə mühasibat uçotunun yaranması da İtaliyanın intibah dövrünə təsadüf edir. Təsərrüfatda baş vermiş hadisələrin-işlərin, əməliyyatların, proseslərin hərəkətini izləmək, daha doğrusu, bir tərəfdən işin, əməliyyatın, prosesin kim tərəfindən verilməsini, onların həyata keçirilməsi üçün vəsaitin haradan alınmasını, tələb olunan digər zəruri fəaliyyətin yerinə yetirilməsinə lazım olan maddi və əmək ehtiyatlarının əldə edilmə mənbəyini, digər tərəfdən sözügedən sifarişlərin, vəsaitlərin, maddi və əmək ehtiyatlarının və s-nin kimin icra edəcəyini, ona məsul olacağını, harda mühafizə edəcəyini təyin etmək üçün (həm sifarişin verilməsi, vəsaitin alınması, ehtiyatların əldə edilməsi kimi bir yazılışla həm də bu verilmiş sifarişləri, alınmış vəsaitləri, əldə edilmiş ehtiyatları kimin icra edəcəyi kimi ikinci yazılışla aparılmasında) istifadə edilən ikili yazılışın meydana gəlməsinin insan cəmiyyətinin həyat və yaşayışının təmin edilməsinə imkan yaradan şəxsi kapitalın gələcək inkişafına təkan vermişdir. İkili yazılış sistemi XIII-XIV əsrdə yaranmış, onlardan Şimali İtaliyanın bir sıra ticarət mərkəzlərində istifadə olunmuşdur. Genuyada tapılmış bələdiyyə yazılarında ikili yazılış sistemi 1340-cı ilə təsadüf edir. Daha erkən ikili yazılış Florensiyanın ticarət firmalarında (1299-1300-cü illər) eləcə də Şampan (Fransa) əyalətində ticarət aparan firmalarda aşkar edilmişdir. Uçotun ilk sistemləşdirilməsi Fransiskan rahibi Luka Paçoli olmuş və o həmin dövrdə özünün böyük əsəri olan «Hesablar və yazılışlar haqda traktat»ını yazaraq (1494-cü il) uçot yazılışlarının mahiyyətini çox bacarıqla aça bilmişdir. Onun, sözügedən bu kitabı bizim dövrümüzdə də aktual olaraq qalır və uçot təcrübəsində istifadə olunur. === Müasir dövr ilə fərqi === Müasir dövrdən fərqli olaraq əvvəlki dövrün mühasibat uçotu fərdi sahibkarı lazımi informasiyalarla təmin etmiş, bütün məlumatlar gizli şəkildə saxlanılmış; həmin dövrdə mülkiyyətçi və təşkilatın əmlakı arasında heç bir məhdudiyyət qoyulmamış; təşkilatda hesabat və onlar arasındakı dövr haqqında heç bir anlayış olmamış; çoxlu pul vahidinin mövcudluğu ikili mühasibatlıqdan istifadəni çətinləşdirmişdir. Bütün bunlar uçot registrlərində (qeydiyyatlarında) aparılan yazılışları xüsusilə mal haqda məlumatları (çəki, ölçü, ölçü vahidi, qiymət) təsviri xarakterizə etməklə öz işini yekunlaşdırırdı.
İnfiks yazılış
İnfiks yazılış (ing. infix notation ~ ru. инфиксная запись ~ tr. infiks gösterimi) – ifadələrdə istifadə edilən elə işarələmə sistemidir ki, ikiyerli operatorlar öz arqumentləri arasında yazılır, məsələn, “2+4”, biryerli operatorlar isə, adətən, bilavasitə öz arqumentlərinin qabağında göstərilir, məsələn: “–1”. Java və C++ kimi proqramlaşdırma dillərində bu infiks yazılışından istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == RPN or DAL?
Yevgeniya Yanişiç
Yevgeniya Yanişiç (belar. Яўгенія Янішчыц ) — Belarus sovet şairəsi. == Bioqrafiya == Yevgeniya Yanişiç 20 noyabr 1948-ci ildə Rudka kəndində (indiki Pinsk rayonu, Brest vilayəti, Belarusiya) kəndli ailəsində anadan olub. Rudkovskaya ibtidai məktəbində, sonra 3-cü sinfə qədər Merçitsi kəndindəki məktəbdə oxuyub. 1966-cı ildə Poreçye kəndində məktəbi bitirmiş, elə həmin il V.İ.Lenin adına Belarus Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1971-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Artıq 1969-cu ildə gənc şair və yazıçıların ümumittifaq qurultayında iştirak edir. 1970-ci ildə ilk şeirlər toplusunu nəşr etdirir. Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsində kitabxana müdiri işləyib (1971). 1976-cı ildən “Selskaya qazeta” dərgisinin ədəbi məsləhətçisi olub, 1983-1988-ci illərdə “Maladost” ədəbi jurnalının poeziya şöbəsinə rəhbərlik edib. 1971-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olur.