Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yevgeni
Yevgeni — ad. Yevgeni Karlov — Azərbaycanın Milli Qəhrəmanı Yevgeni Tomaşevski — Rusiya şahmatçısı, qrosmeyster (2005). Yevgeni Yevtuşenko — məşhur rus və sovet şairi, nasir, publisist, aktyor.
Yevgeni Ablin
Yevgeni Mixayloviç (Moyseyeviç) Ablin (rus. Евге́ний Миха́йлович (Моисе́евич) А́блин; 13 may 1928, Moskva – 7 aprel 2011, Moskva) — SSRİ və Rusiya monumental heykəltaraşı, rəssamı, qrafika rəssamı. O, Rusiyanın əməkdar artisti adına layiq görülmüşdür. SSRİ-də ictimai binaların memarlığında iri mozaika pannolarının müəllifi, bionik və abstrakt formaların ustası kimi tanınırdı. Əsas işləri: Zelenoqradda ticarət mərkəzinin fasadında və interyerində mozaik relyef (1970); Moskva Olimpiya hovuzunda mozaika və relyeflər (1980). == İstinadlar == == Əlavə ədəbiyyat == Синтез искусств и архитектура общественных зданий. М.: Советский художник, 1974. Лебедева В. Е. Евгений Аблин // Советское монументальное искусство 75/77: сб. ст. -М., 1979.
Yevgeni Baratınski
Yevgeni Abramoviç Baratınski (rus. Евгений Абрамович Баратынский, d. 2 mart 1800 — ö. 11 iyul 1844) — rus şairi. == Həyatı == Yevgeni Abramoviç Baratınski 2 mart 1800-cü ildə , Tambov quberniyasının , Mara qəsəbəsinin Vyajla kəndində doğulmuşdu. Soylu bir ailədən gəlirdi. İlk təhsilini evdə anasından və Borgeze adındaki İtalyan müəllimindən aldı. Borgeze, şagirdini Fransız ədəbiyyatı ilə tanış edir və onda gözəllik qavramının yetişməsini təşkil edir, klassik İtalyan sənətinə qarşı bir istək oyandırır. 1808-ci ildə , ailəsi Moskvaya köçür.1810-cu ildə isə atası Abram Andreyeviç ölür. Buna görə ana övladlarını alaraq Maraya dönür.
Yevgeni Petrov
Yevgeni Petroviç Katayev (Petrov) (30 noyabr (13 dekabr) 1902, 30 noyabr (13 dekabr) 1903 və ya 30 noyabr 1903, Odessa, Rusiya imperiyası – 2 iyul 1942[…] və ya 2 aprel 1942, Rostov vilayəti) — Sovet yazıçısı. == Həyatı == 13 dekabr 1903-cü ildə Odessada doğulub. 1920-ci ildə gimnaziyanı bitirdikdən sonra Moskvaya köçən (1923) Yevgeni Petrov jurnalistika ilə məşğul olmağa başlayır. 1925-ci ildə "Qudok" qəzetinin redaksiyasında İlya İlflə tanış olduqdan sonra birgə əməkdaşlıq nəticəsində bir neçə felyeton və "12 Stul" və "Qızıl Dana" povestlərini yazmışdır. 2 iyul 1942-ci ildə Sevastopoldan Moskvaya uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olmuşdur.
Yevgeni Polivanov
Yevgeni Dmitriyeviç Polivanov (rus. Евге́ний Дми́триевич Полива́нов; 28 fevral (12 mart) 1891, Smolensk – 25 yanvar 1938, Kommunarka poliqonu[d], Moskva vilayəti) — rus dilçi, şərqşünas və poliqlot. Əsərlərini yapon, çin, özbək və dunqan dillərində yazmışdır. Əsərlərində nəzəri dilçilik və poetika kimi mövzulara yer vermişdir. Polivanov SSRİ torpaqlarında yaşayan xalqların dillərinin yazı sistemlərinin inkişaf etdirilməsində iştirak etmişdir. Yapon dilinin kirilləşdirilməsi üçün tərtib etdiyi Polivanov sistemi SSRİ-də rəsmi olaraq qəbul edilmişdi. Polivanov sistemindən hələ də müasir Rusiyada rəsmən istifadə olunur. Polivanov həmçinin Manas dastanını qırğız dilindən rus dilinə tərcümə etmişdir. Polivanov yapon dilini və onun dialektlərini öyrənmişdir. 1917-ci ildə Rusiya vətəndaş müharibəsində əvvəlcə menşeviklərin tərəfində olmuş, daha sonra bolşeviklərin tərəfinə keçmişdir.
Yevgeni Pospelov
Yevgeni Mixayloviç Pospelov (27 yanvar 1923, Petroqrad – 26 mart 2007, Moskva) — Sovet və Rusiya coğrafiyaşünası, toponimiya və kartoqrafiya üzrə mütəxəssis. Coğrafiya üzrə elmlər doktoru və professor. İkinci Dünya Müharibəsinin üzvü, hərbi topoqraf. == Tərcümeyi-hal == Yevgeni Pospelov İkinci Dünya Müharibəsi (1942–1945) zamanı Leninqrad cəbhəsinin 3-cü topoqrafiya dəstəsində xidmət etmiş və yaralanmışdır. O, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Birləşmiş Silahlar Akademiyasının Hərbi İnstitutunda (Mühəndis Qoşunları) (1953–1974), Moskva Dövlət Regional Universitetində (1976–2003) və Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetində tədris almış, Geodeziya, Hava Tədqiqatı və Kartoqrafiya üzrə Mərkəzi Tədqiqat İnstitutunda işləmişdir. Uzun illər SSRİ Coğrafiya Cəmiyyətinin Moskva bölməsinin (indiki Rusiya Coğrafiya Cəmiyyətinin Moskva mərkəzi) Toponimik Komissiyasının sədri, 1995-ci ildən bəri prezidium üzvü və Rusiya Coğrafiya Cəmiyyətinin fəxri üzvüdür. 1968-ci ildə polkovnik rütbəsinə layiq görülmüşdür. Yevgeni Pospelov 2002-ci ildən etibarən Moskvada ərazi vahidlərinin, küçə və metro stansiyalarının adlandırılması üzrə idarələrarası komissiyanın üzvü olmuşdur. Pospelov Moskvada, Pyatnitskoye qəbiristanlığında dəfn edilmişdir. == Biblioqrafiya == === Kitablar === Y.M.Pospelov.
Yevgeni Primakov
Yevgeni Maksimoviç Primakov (rus. Евгений Максимович Примаков; 29 oktyabr 1929[…], Kiyev – 26 iyun 2015[…], Moskva) — sovet-rus siyasi və dövlət xadimi, iqtisadçı. Sovet İttifaqının son illərində bu dövlətin rəhbərlərindən biri olmuşdur, sonralar Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru (1991–1996), xarici işlər naziri (1996–1998), baş nazir (1998–2000) işləyib. Sənaye Ticarət Palatasının prezidenti postunda 2001-ci ilin dekabr ayından 2011-ci ilin fevral ayına kimi olub. Primakov Azərbaycanın paytaxtı Bakıda sovet qoşunlarının 1990-cı il, 20 yanvarda törətdiyi 20 Yanvarın əsas təşkilatçılarından biri olmuşdur.
Yevgeni Protokovets
Yevgeni Georgiyeviç Protokovets (rus. Евгений Георгиевич Протоковец; 20 avqust 1931 – 18 oktyabr 1989, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1988–1989). == Həyatı == Yevgeni Georgiyeviç Protokovets 1931-ci il avqustun 20-də anadan olmuşdur. Əmək fəaliyyətinə 1954-cü ildə Novosibirsk metallurgiya zavodunun texnoloqu kimi başlamışdır. 1957-ci ildə Ural Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirmiş, texnika elmləri namizədi elmi dərəcəsini almışdır. Təhsilini başa vurduqdan sonra Yevgeni Protokovets Novosibirsk elektrotermik avadanlıq zavodunda sex rəisinin müavini, sex rəisi, baş texnoloq, baş mühəndis işləmişdir. 1965-ci ildə o, Ümumittifaq Elektrotermik Avadanlıq Elmi-Tədqiqat, Layihə-Konstruktor və Texnologiya İnstitutu xüsusi konstruktor bürosunun Bakı filialının baş mühəndisi vəzifəsinə keçirilmişdir. 1967-ci ildə o, Bakı elektrotermik avadanlıq təcrübə-eksperiment zavodunun baş mühəndisi təyin edilmiş, 1970-ci ildə zavodun direktoru vəzifəsinə, 1974-cü ildə isə "Azərelektroterm" İstehsal Birliyinin baş direktoru vəzifəsinə irəli çəkilmişdir. 1988-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin edilmişdir. Yevgeni Protokovets 1962-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuş, Azərbaycan Kommunist Partiyasının XXXI qurultayında Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü seçilmişdir.
Yevgeni Ptiçkin
Yevgeni Nikolayeviç Ptiçkin (rus.: Евгений Николаевич Птичкин) — rus bəstəkarı, RSFSR-in əməkdar incəsənət xadimi (1978), RSFSR-in xalq artisti (1988). == Həyatı == Yevgeni Ptiçkin 1 iyun 1930-cu ildə Moskvada anadan olmuşdur. 1957-ci ildə Musiqili-pedaqoji institutunun kompozisiya sinfini bitirmişdir. Bir vaxtlar səs rejissoru çalışan Y. Ptiçkin sonralar peşəkar bəstəkara çevrilir. 1960-cı illərin əvvəllərindən kinoda çalışmışdır. Ona ən böyük şöhrəti 1970-ci ildə çəkilmiş "Mənim küçəm" filminə yazdığı mahnı gətirmişdir. Yevgeni Nikolayeviç Ptiçkinin musiqiləri 70-dən artıq bədii və animasiya filmlərində səslənmişdir. Bu mahnıları məşhur müğənnilər – Anna German, İosif Kobzon, Mayya Kristalinskaya, Lüdmila Qurçenko ifa etmişlər. Bəstəkar Yevgeni Nikolayeviç Ptiçkin 28 noyabr 1993-cü ildə doğulduğu Moskva şəhərində vəfat etmişdir.
Yevgeni Qolovin
Yevgeni Aleksandroviç Qolovin (rus. Евге́ний Алекса́ндрович Голови́н, 1782-1858)— rus hərbçisi, Qafqaz canişini. == Həyatı == Yevgeni Aleksandroviç Qolovin 1782-ci ildə anadan olmuşdu. Yevgeni Qolovin 1838-1842-ci illərdə Qafqazın canişini olmuşdu. Yevgeni Qolovinin Qafqazda uğurunun birinci mərhələsi Şeyx Şamil üsyanının yatırılması ilə bağlıdır. 1839-cu ildə Qafqaz komandanlığı Dağıstana iki tərəfli hücum planı həyata keçirdi. General Qolovin, Cənubi Dağıstanı ram etdi, general Qrabbe isə İçkeriya ərazisinə soxularaq Arçuk və Çirkat bölgələrini ələ keçirdi, Axulqo qalasını muhasirəyə aldı. Uzun muharibələrdən sonra Şamil oğlunu ruslara girov verərək qala müdafiəsindən vaz keçməyə və Çeçenistana qaçmağa məcbur oldu. Axulqo muharibəsi hər iki tərəf üçün olduqca baha başa gəlmişdi. Rus tərəfi 150 zabitini və 2900 əsgərini, Şamil isə 180 müridini itirmişdi.
Yevgeni Rudakov
Yevgeni Rudakov (futbolçu)
Yevgeni Samoylov
Yevgeni Samoylov (3 (16) aprel 1912, Sankt-Peterburq – 17 fevral 2006, Moskva) - aktyor.
Yevgeni Skibinski
Yevgeni Skibinski (pol. Eugeniusz Skibiński; 1858, Şamaxı – 1918) — polyakəsilli Azərbaycan memarı. == Həyatı == Yevgeni Skibinski Şamaxıda anadan olmuşdur. Güman ki, 1859-cu ildə baş vermiş dağıdıcı zəlzələdən sonra onun valideynləri şəhəri tərk etmiş Şamaxı quberniyasının yeni mərkəzi olan Bakıya köçüblər. Skibinski 1886-cı ildə Peterburq Bədii Akademiyasını bitirmişdir. 1896-cı ilə qədər Bakı şəhər idarəsində texnik işləmiş, sonra isə Bakı texniki məktəbində (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) müəllimlik etmişdir. O, çoxlu layihələr işləmiş, əsasən klassik memarlığın order sistemində birmərtəbəli evlərdən tutmuş üçmərtəbəli evlərə qədər çoxlu binalar tikmiş, klassik memarlıq üslubundan, o cümlədən, Zivər bəy Əhmədbəyov, İosif Qoslavski, Y. Skibinski, Kazimir Skureviç, İosif Ploşko, İohann Edel, Adolf Eyxler Azərbaycanın, o cümlədən Şərqin memarlıq irsindən öz işlərində istifadə etmişdir. 1900-cü ilə qədər 250-dən çox layihə hazırlamışdır. Başqa memarlar kimi Skibinski də şərq memarlığının motivlərindən istifadə edirdi, amma Qoslavski Hacı Zeynalabdin Tağıyevin sarayının əsas zallarından birini işləyərkən Kordova xəlifətinin və Məğribin "alışıb yanan" memarlığına meyl göstərəndə; Skureviç şərq və qərb elementlərini uyğunlaşdırmağa çalışanda Skibinski Bakı və Abşeronun qədim memarlıq ənənələrinə meyl göstərdi. Skibinskinin ilk layihələrində müəllif dəst-xəttini müəyyənləşdirmək çətindir.
Yevgeni Sıqanov
Yevgeni Terentyeviç Sıqanov (d. 22 avqust 1921, Bakı – ö. 23 may 1971, Tallin) — Sovet İttifaqı Qəhrəmanı (22 yanvar 1944). == Həyatı == Yevgeni Sıqanov 1921-ci ildə Bakıda anadan olub. Milliyətcə rusdur. Bakı təyyarəçilər klubunu və Yeysk təyyarəçilər məktəbinin bitirmişdir. General-mayor 492 döyüş uçuşu keçirmiş, 65 dəfə hava döyüşdə iştirak etmişdir. 1941–1943-cü illərdə 18 düşmən təyyarəsi vurmuşdur. 22 yanvar 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibə qurtardıqdan sonra SSRİ silahlı qüvvələrində hava hücumundan müdafiə qoşunlarında rəhbər vəzifədə işləmişdir.
Yevgeni Tabakov
Yevgeni Tabakov (d. 6 mart 2001; Noqinsk, Rusiya - ö. 28 noyabr 2008; Noqinsk, Rusiya) — 12 yaşlı bacısını təcavüzçüdən müdafiə edən zaman qəhrəmancasına həlak olan oğlan. Yevgeni Tabakov, vətəndaş borcunu layiqincə yerinə yetirdiyinə, şəxsi igidliyə, fədakarlığa və qəhrəmanlığa görə, ölümündən sonra Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin sərəncamına əsasən "Şücaətə görə" ordeni ilə təltif edilib. == Həyatı == Yevgeni Tabakov 2001-ci il 6 martda Moskva vilayətinin Noqinsk rayonunun "Noqinsk-9 (Dubrovo)" hərbi şəhərciyində, hərbi həkimlər Qalina və Yevgeni Tabakovların ailəsində anadan olub. O, 2007-ci ildən öldüyünə günə qədər, Noqinsk rayonu 83 nömrəli tam orta məktəbində təhsil alırdı.
Yevgeni Tomaşevski
Yevgeni Yuryeviç Tomaşevski (rus. Евгений Юрьевич Томашевский, 1 iyul 1987, Saratov) Rusiya şahmatçısı, qrosmeyster (2005). 2009-cu ildə Tomaşevski taybreyklərdən sonra 10-cu Avropa Şəxsi Çempionatın qalibi oldu. 2015-ci ilin fevralında Tbilisidə keçirilən FİDE Qran-Pri turnirində 11 oyundan 8 xal toplayaraq yarışda qalib gəldi. Bu turnirdə 2921 performansı ilə çıxış etdi. O, 2009-cu ildə Bursada keçirilən komandalar arasında Dünya Çempionatında qızıl medal qazanmış Rusiya komandasının üzvü idi. 2015-ci ilin avqustunda keçirilən Rusiya Çempionatının superfinalının qalibidir. == İstinadlar == == Xarici keçidlər == Yevgeni Tomaşevski. Chess-DB.com Arxivləşdirilib 2016-03-30 at the Wayback Machine (ing.) Yevgeni Tomaşevski. 365chess.com (ing.) Yevgeni Tomaşevski.
Yevgeni Tuşenko
Yevgeni Tuşenko (rus. Евге́ний Андре́евич Ти́щенкo; 15 iyul 1991, Kanevskaya[d], Krasnodar diyarı) — peşəkar rus bokçusu, İ, 2009-cu ildən etibarən Rusiya milli komandasında çıxış edir. Olimpiya çempionu (2016), Dünya çempionu (2015), Avropa çempionu (2015, 2017), Universial çempionu (2013) və Dünya Çempionatının gümüş mükafatı (2013), Bir çox milli və beynəlxalq turnir qalibi. Belqorod Regionunda əməkdar idman ustası. == Həyatı == Yevgeni Tişenko 1991-ci il iyulun 15-də Krasnodar ərazisində Kanevskaya kəndində anadan olub, lakin sonra Belqorod şəhərinə köçüb. Məktəbin beşinci sinfində oxuyarkən boksla fəal məşğul olur, məşqçi İvan Andreyeviç Leviçevin rəhbərliyi altında boks bölməsində təhsil alıb. Məktəb səviyyəsində heç bir əhəmiyyətli nəticə göstərmədən ən yüksək nəticəsi Cənubi Federal Çempionatında mükafatçılar sırasına düşmək oldu. Tişenko müsahibədə bu sözləri bildirib: "Bu idman ilə biz bir tərəfli sevgiyə sahibik: mən onu sevdim, amma o, məni yox! Amma bütün uğursuzluqlarımın olmasına baxmayaraq, mən çox məşq etdim. Mən heç bir məşqi qaçırmadım, hətta xəstə olsam da, hələ də gəlməyə çalışdım".
Yevgeni Vuçetiç
Yevgeni Viktoroviç Vuçetiç (15 (28) dekabr 1908, Dnepr – 12 aprel 1974, Moskva) — sovet heykəltaraşı, pedaqoq, professor. SSRİ Rəssamlıq Akademiyasının vitse-prezidenti (1970—1974). Sosialist Əməyi Qəhrəmanı (1967). SSRİ xalq rəssamı (1959). == Həyatı == Yevgeni Vuçetiç 28 dekabr 1908-ci ildə Ukraynanın Yekaterinoslav (indiki Dnipro) şəhərində anadan olmuşdur. Atası—Viktor Vuçetiç milliyətcə Çernoqoriya serbi idi və Rusiya vətəndaş müharibəsində iştirak etmişdi. Anası—Anna Andreyevna isə fransız idi. Yevgeni 1931—1933-cü illərdə İ.E.Repin adına rəssamlıq, heykəltəşlıq və memarlıq institutunda təhsil almışdır. 1941-ci ildə Böyük Vətən müharibəsi başlandıqdan sonra Yevgeni Vuçetiç orduya çağırılır. Döyüşlərdə fərqləndiyinə görə Vuçetiç podpolkovnik vəzifəsinə yüksəlir və Vətən Müharibəsi Ordeni ilə təltif olunur.
Yevgeni Yevtuşenko
Yevgeni Yevtuşenko (18 iyul 1932, Zima, İrkutsk vilayəti – 1 aprel 2017, Talsa) — məşhur rus və sovet şairi, nasir, publisist, aktyor. Ədəbiyyat üzrə iki dəfə Nobel mükafatı namizədi (1963 və 2010-cu ildə) == Həyatı == 1932-ci ildə anadan olmuş Yevtuşenko keçmiş SSRİ-nin ən böyük şairlərindən hesab olunur. Baltikyanı almanlardan olan həvəskar şair Aleksandr Qanqnusun ailəsində anadan olmuşdur. Sonradan anası oğluna öz soyadını verib. 1949-cu ildən dərc olunmağa başlayan şair Stalin sonrası dövrün ən populyar şairlərindən hesab olunur. Şairliklə yanaşı, roman yazarı, publisist, aktyor kimi də tanınan Yevgeni Yevtuşenko dəfələrlə xarici səfərlərlə olmuş, Qərb ölkələrində əsərləri dərc olunmuşdur. O, 1991-ci ildə Amerika Birləşmiş Ştatlarının Talsa Universiteti ilə müqavilə bağlayaraq ailəsi ilə birlikdə ölkəni tərk etmişdir. Ara-sıra Rusiyaya dönsə də, ömrünün sonlarına qədər Amerikada yaşamışdır. 1 aprel 2017-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir. Vəsiyyətinə görə, 11 aprel 2017-ci ildə Peredelkino qəbristanlığında şair Boris Pasternakın məzarı yanında dəfn olunmuşdur.
Yevgeni Zamyatin
Yevgeni Zamyatin (rus. Евге́ний Ива́нович Замя́тин; 20 yanvar, 1884 Lebedyan, Tambov quberniyası — 10 mart, 1937 Paris, Fransa) — rus yazıçısı, tənqidçisi və publisisti. == Həyatı == Atası pravoslav keşişi, anası isə pianoçu olmuşdur. Zamyatinin ən məşhur əsəri olan Biz romanı ilk antiutopik romandır. Romanda totalitar rejim və ona məcbur şəkildə tabe olan insanlar əks olunmuşdur. Roman riyazi motivlər əsasında yazılmışdır və riyazi qanunlar əsasında qurulmuş bir dünya təsvir olunmuşdur. Əsərdə insanlar nömrələrlə adlandırılmışdır. Baş qəhrəman D-503 fərdiçilik xəstəliyinə tutulur və hamı ilə birgə vahid bədənin bir üzvü olmaq istəmir. Onu bu xəstəliyə alışdıran isə İ-330 adlı qadın olur. Corc Oruell 1984, Oldoks Haksli Cəsur Yeni Dünya, Rey Bredberi 451 Faranheyt kimi antiutopik əsərlər Bizdən dən təsirlənərək yazılmışdır.
Yevgeni Çazov
Yevgeni Çazov (10 iyun 1929, Nijni Novqorod – 12 noyabr 2021, Moskva) — məşhur sovet və Rusiya kardioloqu, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, REA Rəyasət Heyətinin üzvü. 20 il ərzində (1967–1986) SSRİ Səhiyyə Nazirliyi 4-cü idarəsinin rəisi. 1968–1986-cı illərdə Y. Cazov SSRİ Səhiyyə Nazirinin müavini, 1987–1990-cı illərdə SSRİ Səhiyyə Naziri, 1972-ci ildən Rusiya Tibb Elmləri Akademiyasının Rəyasət Heyətinin üzvü olub. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi üzvü (1982–1990), MK üzvlüyünə namizəd (1981–1982). 9–11 çağırış SSRİ Ali Sovetinin deputatı . SSRİ Tibb Elmləri Akademiyasının akademiki (1971; müxbir üzv 1967). SSRİ Elmlər Akademiyasının akademiki (1979). Sosialist Əməyi Qəhrəmanı (1978). Lenin mükafatı (1982), üç SSRİ Dövlət mükafatı (1969, 1976, 1991), SSRİ Nazirlər Soveti Mükafatı (1977) və Rusiya Dövlət Mükafatı (2004) laureatı. Vətən qarşısında xidmətlərinə görə ordeninin tam komandiri.
Yevgeni Çeqodayev
Yevgeni İvanoviç Çeqodayev (rus. Евгений Иванович Чегодаев; 2 noyabr 1909, Belici, Dağıstan vilayəti – 29 dekabr 1977) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyinin sədri (1965–1971), Azərbaycan SSR Ali Sovetinin 7-ci çağırış deputatı. == Həyatı == Yevgeni İvanoviç Çeqodayev 1909-cu ildə Belici kəndində fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1933-cü ildə başlamış, Xaçmaz və Əli Bayramlı rayonlarında maşın-traktor stansiyalarının baş mexaniki, Azərbaycan SSR Xalq Torpaq Komissarlığında mühəndis, texnik-inspektor, baş mühəndis vəzifələrində işləmişdir. Yevgeni Çeqodayev 1941–1942-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, 1942-ci ilin sonlarından yenidən Azərbaycan SSR Xalq Torpaq Komissarlığı aparatında məsul vəzifələrdə çalışmışdır. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Baş MTS-lər, Mexanikləşdirmə və Elektrikləşdirmə İdarəsi rəisinin müavini, sonra da bu idarənin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyinin yaradılması ilə əlaqədar olaraq Yevgeni Çeqodayev 1961-ci ildə bu birliyin sədr müavini, sonra sədrin birinci müavini, 1965-ci ildə isə sədri vəzifələrinə təyin edilmişdir. Bu vəzifədə o, 1971-ci ilədək işləmişdir. Yevgeni Çeqodayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş, yeddinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Yevgeni Çernyayev
Kino rəssamı
Yevgeni öldürgəni
Yevgeni öldürgəni (lat. Anabasis eugeniae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, prioritet, endem növüdür. Regional IUCN Statusu: VU D2. == Qısa morfoloji təsviri == Gövdəsi incə, yarpaqlarla örtülü olan, 10-25 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları sərtvari, yuxarıda itiuclu, 2-3 sm uzunluqdadır. Çiçəkləri yarpaq qoltuğunda üç-üç yerləşmişdir. Meyvə qanadları sarı və ya tünd-qırmızıdır, sonradan qaralır, yuxarıda dik durandır, onlardan 3-ü nisbətən böyükdür, köndələn ovaldır və ya geniş geriyə -yumurtavaridir. Digər 2 meyvə yarpağı kiçikdir.
Yevgeni Şetinin
Yevgeni Şetinin (1 fevral 1970) — Belarusu təmsil edən stolüstü tennisçi. == Karyerası == Yevgeni Şetinin Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Yevgeni Şetinin Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.