Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çilyan
Chillán - Çili şəhəri. Ərazisi 511 km². Əhalisi 161.953 nəfərdir. (2002).
Viyən
Viyən (əvvəlki adı: Viyan) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Viyan kəndi Viyən kəndi adlandırılmışdır. == Toponimikası == Viyen kend mesciti 1883-cü ilde Qedirov Qedir terefinden insa etdirilib. O, Qum sheherinde oxuyarken öz heyatyani sahesini mescit tikmek üçün kend camaatina verib. Eyni zamanda muxtelif imkanli shexslerden de pul toplayib uzun merhele ile tikintini bitirib. Hal-hazirda mescit temir edilib ve Medeniyyet Nazirliyi terefden qorunur 2700-dən artıq əhalisi olan kəndin gencleri yayda esasen Rusiyaya islemeye gedir. Qısda ise geri gelirler. Azyaslilar uzun illerdir ki, berbad günde olan mektebde tehsil alir. Buna regmen, bu mekteb hekim, muellim, polis, jurnalist ve diger onemli saheler üçün kadrlar hazirlaya bilib. Bu işde Fexri ve Natevan muellimin böyük rolu var.
Çimən
Çimən (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Çimənkənd — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Çimən (rəsm) — Fransız boyakarı Pol Sezannın məşhur rəsmlərindən biri.
Çiyin
Çiyin (lat. brachium) — yuxarı ətrafın şöbəsi. Çiyin qurşağı və ön kol arasında yerləşir və müvafiq olaraq çiyin birləşməsi və dirsək vasitəsilə onlara birləşir.
Çilyan Vyexo
Chillán Viejo — Çilidə şəhər. Əhalisi 26172 nəfərdir (2002). Ərazi — 292 km², əhali sıxlığı — 89,63 nəfər/km²-dir.
Çirmən döyüşü
Çirmən döyüşü — 26 sentyabr 1371-ci ildə başçılıq etdiyi Osmanlı qüvvələri ilə Vukaşin və Uqleşa (Despot Seres) Mrnyavçeviç qardaşlarının koalisiya ordusu arasında Çirmən (indiki Qərbi Trakyadakı Ormenio) kəndi yaxınlığında Maritsa çayı sahilində baş vermiş döyüş. Filippopolisin Osmanlıların əlinə keçməsindən sonra döyüş qaçılmaz olur. == Nəticə == Serb salnamələrindən biri olan “Rahib Yeşayanın qeydi” serblərlə türklər arasında qarşıdurmanı başlatmaq üçün bəhanə olaraq kral Uqleşanın qardaşı Vukaşinlə birlikdə türkləri Makedoniya və Trakyadan qovmaq niyyətindən bəhs edir. Sürpriz gecə hücumu sayəsində Osmanlılar böyük bir qələbə qazanırlar. Bunun əsas səbəbi birləşmiş xristian ordusunda düzgün nizam-intizamın və hərbi mühafizəçinin olmaması idi. Buna görə də türklər düşərgəni faktiki olaraq darmadağın edirlər. Serblərin qeyri-mütəşəkkil müqaviməti yatırılır. Mrniavçeviçi qardaşları əsgərləri həlledici mübarizəyə sövq etmək cəhdlərinə baxmayaraq, gecə döyüşündə həlak olurlar. Döyüşdən sonra Makedoniyanın Osmanlı fəthi başlayır və bir çox yerli bolqar, serb və yunan hökmdarları Sultanın vassalı olurlar.
Viyən bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çimən (Vedibasar)
Çimənkənd, Aşağı Qarabağlar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Çimənkənd rayon mərkəzindən 9 km şərqdə yerləşir. Əvvəllər mövcud olmuş Qarabağlar rayonuna aid olmuşdur və onun mərkəzi idi. Digər adı Aşağı Qarabağlar (yenə orada). 1948-49-cu illərdə Qarabağlar rayonunun ləğvi ilə əlaqədar Vedi rayonunun tabeliyinə verilmişdir. Qafqazın 5 verstlik xəritəsində Cmankənd formasında qeyd edilmişdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 756 nəfər, 1886-cı ildə 924 nəfər, 1897-ci ildə 1260 nəfər, 1904 - cü ildə 1725 nəfər, 1914 - cü ildə 1879 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırılmış və sağ qalanlar zorla qovulmuşdur. 1919 - cu illərdə xaricdən, xüsusilə də Türkiyədən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir.
Çimən (rəsm)
Çimən (fr. Baigneur) — Fransız boyakarı Pol Sezannın məşhur rəsmlərindən biridir. Əsər ABŞ-nin Nyu-York ştatında yerləşən Müasir İncəsənət Muzeyində saxlanılır.
Çimən (Füzuli)
Çimən — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Çimən kəndi Füzuli rayonunun Cuvarlı inzibati ərazi vahidində yerləşir. Dağətəyi ərazidədir. Əsl adı Çəməndir. Yaşayış məntəqəsi çəmənlikdə (yaşıl otla örtülmüş sahədə) salındığı üçün belə adlandırılmışdır. Oykonim çəmənli tayfasının adından da ola bilər. Şahbuz rayonunun Biçənək və Keçili kəndlərində Çimənyurd adlı yerlər qeydə alınmışdır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Miqren
Miqren (fr. migraine) — başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyil. Miqren ağır formalı birincili baş ağrısının ən geniş yayılmışnövüdür. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda müşahidə olunur. "Miqren" sözü fransız mənşəli olub, öz növbəsində yunan dilində "başın yarısı" mənasını verən ἡμικρανία (hemikraniya) sözündən götürülmüşdür. == Təsnifatı == Miqren G 43.0 Aurasız miqren (sadə miqren) G 43.1 Aura ilə gedən miqren (klassik miqren) Miqren: Baş ağrısız aura Bazilyar Ekvivalentlər Ailəvi hemiplegik Hemiplegik G 43.2 Miqrenoz status G 43.3 Ağırlaşmış miqren G 43.8 Digər miqren Oftalmoplegik miqren Retinal miqren G 43.9 Dəqiqləşdirilməmiş miqren == Növləri == Miqren xəstəliyinin 2 növü vardır: Auralı miqren; Aurasız miqren Miqren xəstəliyinin ən geniş yayılmış növü aurasız miqren tipidir. Aurasız miqren 4 saatdan 72 saata qədər davam edə bilər. Aurasız miqren zamanı ağrı fiziki və zehni aktivlik zamanı, işığa və səsə həssaslıq zamanı daha da artır.
Vinyen
Vinyen (vyet. Vĩnh Yên) — Vyetnamın şimalında şəhər, Vinfuk vilayətinin paytaxtı. Hanoydan 55 km şimal-qərbdə və Hoşimin şəhərindən 1,774 km məsafədə yerləşir. Şəhərin sahəsi 50,80 km2-dir. Vinyen əhalisi, 2009-cu il məlumatlarına görə, 94,294 nəfərdir ki, bunun da 84,36%-i şəhər, 15,64%-i kənd sakinləridir. 2006-cı ilə görə onun sayı 122,568 nəfər idi. İnzibati cəhətdən 7 şəhər məhəlləsinə və 2 kəndə bölünür.
Cilən
Cilən — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Cilən kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndi 1840-cı ildə Ermənistanın Qafan rayonunun Balx kəndindən və Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələri Cilan adlı yerdə salmışdılar. Cilan "bataqlıq, sucaq yer" deməkdir. Kənd öz adını salındığı yerin adından almışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Ciren
Cirən - türk və altay mifologiyasında və nağıllarda danışan at növü. Cerən və ya Ceyrən də deyilir. Danışa bilən, fövqəladə bir heyvandır. Kayçı Cerən və Kamçı Cerən ən yaxşı bilinən iki dənəsidir. Oçı Cerən, Gıl Cerən kimi adlara da rast gəlinir. == Etimologiya == (Cir/Yır/Yir) kökündən törəmişdir. Danışmaq, ötmək mənalarını ehtiva edər. Ərəbcə olduğu deyilsə də, at üzərində oynanan cirit (çövkən) adlı oyunun da söz kökündə Cir/Cer/Cər kökü yer ala bilər. Lakin bu hələlik sübut edilməmişdir. Ancaq bu məzmunda Cirən və Cirit sözləri birbaşa atla bağlı sözlər olaraq başa düşülməlidir.
Cirən
Cirən - türk və altay mifologiyasında və nağıllarda danışan at növü. Cerən və ya Ceyrən də deyilir. Danışa bilən, fövqəladə bir heyvandır. Kayçı Cerən və Kamçı Cerən ən yaxşı bilinən iki dənəsidir. Oçı Cerən, Gıl Cerən kimi adlara da rast gəlinir. == Etimologiya == (Cir/Yır/Yir) kökündən törəmişdir. Danışmaq, ötmək mənalarını ehtiva edər. Ərəbcə olduğu deyilsə də, at üzərində oynanan cirit (çövkən) adlı oyunun da söz kökündə Cir/Cer/Cər kökü yer ala bilər. Lakin bu hələlik sübut edilməmişdir. Ancaq bu məzmunda Cirən və Cirit sözləri birbaşa atla bağlı sözlər olaraq başa düşülməlidir.
Cizyə
Cizyə — ərəbcədən götürülən sözdür. Quranda bu haqda belə deyilir: "Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din olan İslama etiqad etməyənlərlə, zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun." (Tövbə surəsi / 29 ) Cizyə müsəlman ölkələrində qeyri müsəlman əhalidən can və mal mülkiyyətinin qorunması qarşılığında alınan vergidir. Yəni fəth edilən ərazidə qeyri müsəlmanlardan kollektiv olaraq alınırdı. Cizyəni ağılca,bədəncə sağlam və yetişkin kişilər ödəyirdi. Qocalardan, qadınlardan, uşaqlardan, xəstələrdən müharibədə iştirak qabiliyyətləri olmadıqları üçün bu vergi alınmırdı. Korlar, şikəst olanlardan yalnız varlılar cizyə ödəyirdi. Kasıblar və dilənçilər cizyə ödəməzdi, yoxsul rahiblər də ödəməzdi.
Cəgən
Cəgən (fars. جگن‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (9 ailə).
Zigen
Ziqen (alm. Siegen‎) — Almaniya şəhəri, Şimali Reyn-Vestfaliya torpağına aid edilir. Arnsberq inzibati dairəsinə aid olan Ziqen-Vittgenştayn rayonunun mərkəzi. Əhalisi 103 555 nəfərdir. Şəhərin ərazisindən Ziq çayı axır. Zigerland filiz rayonunun mərkəzi. Barokko dövrünün məşhur rəssamı Piter Paul Rubensin doğum yeri. == Coğrafiyası == === Coğrafi mövqeyi === Ziqenə yaxın iri şəhərlər arasında Hagen (65 km), Frankfurt-Mayn (120 km), Koblents (65 km) və Köln (75 km) var. === İqlimi === Ziqenin hündürlükdə yerləşməsi onun iqliminə çox təsir göstərir. İl ərzində orta hesabla 1160,8 mm yağıntı düşür.
Ziqen
Ziqen (alm. Siegen‎) — Almaniya şəhəri, Şimali Reyn-Vestfaliya torpağına aid edilir. Arnsberq inzibati dairəsinə aid olan Ziqen-Vittgenştayn rayonunun mərkəzi. Əhalisi 103 555 nəfərdir. Şəhərin ərazisindən Ziq çayı axır. Zigerland filiz rayonunun mərkəzi. Barokko dövrünün məşhur rəssamı Piter Paul Rubensin doğum yeri. == Coğrafiyası == === Coğrafi mövqeyi === Ziqenə yaxın iri şəhərlər arasında Hagen (65 km), Frankfurt-Mayn (120 km), Koblents (65 km) və Köln (75 km) var. === İqlimi === Ziqenin hündürlükdə yerləşməsi onun iqliminə çox təsir göstərir. İl ərzində orta hesabla 1160,8 mm yağıntı düşür.
Çiyin sümüyünün sınıqları
Çiyin sümüyünün sınıqları — mexaniki təsirin xarakterindən asılı olaraq (qabağa uzadılmış əlin və bədənə sıxılmış əlin üstünə yıxıldıqda) çiyin sümüyü baş hissəsində, üst 1/3, orta 1/3 hissədə sına bilər, lakin iri damarların və sinirlərin zədələnməsi ehtimalı olan daha təhlükəli sınıqlar çiyin sümüyünün aşağı hissəsindədir. == Çiyin sümüyünün sınıqlarının əlamətləri == Sınığın istiqamətindən asılı olaraq əlamətlər: kəskin ağrı; şişkinlik; qançır; deformasiya; qeyri-adi hərəkət; ətrafın qısalması; vəzifəsinin məhdudlaşması baş verir. Yalnız uşaqlarda sınıqlar zamanı çiyin sümüyünün sınıqlarında sınmış sümük fraqmentləri istiqamətini dəyişmir ("yaşıl budaq tipi") və yuxarıda göstərilən əlamətlər inkişaf etmir. == İlk yardım == Sınıq yerindən asılı olmayaraq çiyin sınıqlarında nəqliyyat immobilizasiyası üçün standart şina ilə iki taxta parçasından istifadə etmək olar; birini qoltuqaltı nahiyədən, digərini-yuxarıda əks tərəfdən qoyurlar. Bintləmə zamanı köməkçi zədələnmiş əli 900 bucaq altında əyərək, ətrafı azca bədəndən kənarlaşdırıb bu vəziyyətdə saxlayır, sonra çiyin nahiyəsini–döş qəfəsində, mil-bilək sümüyünü qarın nahiyəsinin yuxarı hissələrində bənd edərək, əli gövdəyə bintləyirlər. Şina qoyulmuş əlin ləçəkvari sarğıdan salınması məqsədəuyğun deyil, ona görə ki, o çiyin oynağının lazımi qədər hərəkətsizliyini təmin etmir. == Həmçinin bax == Çiyin; Sınıqlar; Zədə; Yara; Sarğı; Sümük.
Cülyen Beyker
Cülyen Rouz Beyker (29 sentyabr 1995, Memfis, Tennessi) — amerikalı müğənni-bəstəkar və multi-instrumentalist. Fibi Bricers və Lüsi Dakus ilə birlikdə yaratdığı Boygenius qrupunun üzvüdür. == Həyatı == Tennessi ştatının Memfis şəhərində anadan olub böyüyən Beyker, Tennessi Dövlət Universitetində tələbə olarkən debüt albomu Srained Ankle (2015) buraxdı. Albom müsbət rəylər aldı və 2015-ci ilin sonunda bir neçə siyahıda yer tutdu. Sonradan Beyker, Matador Records ilə müqavilə imzaladı və daha çox kritik uğur əldə etmək üçün 2017-ci ildə Turn Out the Lights adlı ikinci studiya albomunu dərc etdi. Onun üçüncü albomu, Little Oblivions (2021) daha dolğun səsi əhatə etdi və onun Billboard 200 hit-paradında ilk 40-da yer alan ən yaxşı albomu oldu.
Cülyen Lamerti
Cülyen Ofre de Lametri (12 dekabr 1709 və ya 25 dekabr 1709, Sen-Malo – 11 noyabr 1751[…], Potsdam) — fransız teoloq-alim. == Həyatı == O, əvvəlcə Parisdə, sonra isə Leydendə tibb təhsili almışdır. Lametri ləqəbi ilə yaşadığı məlum olduqdan sonra onu Hollandiyadan da çıxarırlar. II Fridrixin dəvəti ilə o, Berlinə gəlir və Berlin Universitetində elmi fəaliyyətini davam etdirir. Lametri sensualizmi Dekartın insan davranışının maşınabənzər olması ideyası ilə birləşdirir. O hesab edirdi ki, Dekartın iki substansiya ilə bağlı ideyası ilahiyyatşıları aldatmaq üçün işlənilmiş “stilistik hiylədir”. Lametri materialist olaraq göstərirdi ki, ruh və bədən ayrılmazdır. O, bir həkim kimi müəyyənləşdirmişdi ki, güclü qızdırma nəticəsində qan dövranı onun ruhi vəziyyətinə və fikri fəaliyyətinə təsir göstərir. Lametriyə görə, ruh mövcuddur, lakin o, bədəndən ayrılmazdır. İnsanın fəallığının mənbəyi tələbatlardır.
Cülyen Lametri
Cülyen Ofre de Lametri (12 dekabr 1709 və ya 25 dekabr 1709, Sen-Malo – 11 noyabr 1751[…], Potsdam) — fransız teoloq-alim. == Həyatı == O, əvvəlcə Parisdə, sonra isə Leydendə tibb təhsili almışdır. Lametri ləqəbi ilə yaşadığı məlum olduqdan sonra onu Hollandiyadan da çıxarırlar. II Fridrixin dəvəti ilə o, Berlinə gəlir və Berlin Universitetində elmi fəaliyyətini davam etdirir. Lametri sensualizmi Dekartın insan davranışının maşınabənzər olması ideyası ilə birləşdirir. O hesab edirdi ki, Dekartın iki substansiya ilə bağlı ideyası ilahiyyatşıları aldatmaq üçün işlənilmiş “stilistik hiylədir”. Lametri materialist olaraq göstərirdi ki, ruh və bədən ayrılmazdır. O, bir həkim kimi müəyyənləşdirmişdi ki, güclü qızdırma nəticəsində qan dövranı onun ruhi vəziyyətinə və fikri fəaliyyətinə təsir göstərir. Lametriyə görə, ruh mövcuddur, lakin o, bədəndən ayrılmazdır. İnsanın fəallığının mənbəyi tələbatlardır.
Orqyen Tşerinq
Orqyen Vanqçuk Tşerinq (14 sentyabr 1999-cu ildə anadan olub) — Butan Milli Liqası təmsilçilərindən olan Timpxu Siti klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Butan futbolçusudur. == Milli karyerası == Tşerinq Butan milli futbol komandasında debütünü 13 iyun 2017-ci ildə 2019 Asiya Kubokunun təsnifat mərhələsinin üçüncü turunda Maldiv adaları millisinə qarşı oyunda etmişdir. Həmin görüşdə Butan rəqibinə 2-0 hesabı ilə məğlub olmuşdur.
Vivyen Vestvud
Vivyen Vestvud (ing. Vivienne Isabel Westwood; 8 aprel 1941[…], Tintuisl[d], Derbişir[d] – 29 dekabr 2022, Klapem[d], Böyük London, Birləşmiş Krallıq) — İngiltərəli modelyer. O, pin-up, pank və digər stil mədəniyyətlərini dəb ilə birləşdirən dizaynerdir. Vestvud 1971-ci ildə İngiltərədə sevgilisinin geyim mağazasında öz dizaynlarını satmağa başladı. 1981-ci ildə ilk kolleksiyasını yaratdı. == Həyatı == Uşaq yaşlarından rəssamlıq məktəbində təhsil alan Vivyen Derek Vestvud ilə ailə qurur və bu evlilikdən Roz və Ben adlarında iki övlad sahibi olur. İlk həyat yoldaşından ayrılmasına baxmayaraq o, soyadını dəyişmir və səbəb olaraq da dünyada artıq bu adla məşhur olmasını göstərir. İkinci ailə həyatı Sex Pistols qrupunun üzvü Malkolm Maklaren ilə olur və bu evlilikdən də Cosef adlı bir oğlu dünyaya gəlir.
Arseni Cioyev
Arseni Cioyev (9 iyul 2002, Tsxinvali) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Arseni Cioyev 2023-cü ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətinə dəvət edildi. Arseni Cioyev həmin avqustunda Belarusda II MDB Oyunlarının bürünc medalına sahib oldu. Həmin il Albaniyada U-23 Dünya Çempionatını 11-ci pillədə başa vuran Arseni Cioyev ilin sonunda Azərbaycan Çempionatının gümüş medalına da sahib oldu 2024-cü ildə Arseni Cioyev sərbəst güləş üzrə Azərbaycan yığmasının əsas heyətinə cəlb edildi. Yanvarda Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirini beşinci pillədə başa vuran Arseni Cioyev fevralda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.
Xosrovun çimən Şirini görməsi
Xosrovun çimən Şirini görməsi — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçıların fikrincə, daha əvvəl də, bu mövzuda müxtəlif rəssamlar tərəfindən rəsmlər çəkilməsinə baxmayaraq, məhz Sultan Məhəmmədin əsərində mövzü özünün klassik həllini tapmışdır. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini axtarmaq üçün Ərmənə gələn Xosrov, yolda çayda çimən gözəllə qarşılaşır. Onu, hürkütməmək üçün, gizlincə izləyən Xosrov, saraya gəldikdən sonra, yolda gördüyü gözəlin Şirin olduğunu başa düşür. Mövzuya dəfələrlə, müxtəlif rəssamlar tərəfindən müraciət olunsa da, onların yaratdıqları miniatürlərdə daimi bir sxem yoxdur. XV–XVI əsr Şiraz və Təbriz miniatürlərində kompozisiyanın əsas quruluşunun bədii cəhətdən ifadə edilməsindəki fərdi fərqlərə baxmadan, süjet inkişafının vahid yolu müşahidə olunursa, Hindistanda XVII əsrin sonlarında bu mövzulu rəsmlərin kompozisiyası tamamilə ayrı əsasda yaradılırdı. "Xosrovun çimən Şirini görməsi" süjetini təsvir edən ən qədim miniatür 1420-ci il tarixli Berlin əlyazmasındakı Şiraz məktəbinə aid nümunədir. == Təsvir == Miniatürün mərkəzində şaxəli ağaclar və bəyaz çiçəklərlə örtülmüş qaya fonlu bir mənzrədə gözlənilməz yad kişinin — Xosrovun ona baxmasını görüb özünü itirmiş, ilk hərəkətlə uzun qara saçları ilə çılpaqlığını gizlətməyə çalışan Şirin təsvir olunmuşdur.
Ağ ciyər
Sağ və sol ağciyərlər (lat. pulmo dexter et sinister, yun. pneumon) — döş qəfəsində yerləşmişdir; aşağı səthləri diafraqmaya və içəri səthləri ürək kisəsinə söykənmişdir. Sağ diafraqma günbəzi sol günbəzdən yüksək olduğuna görə və ürək asimmetrik vəziyyət aldığı üçün, ağciyərlərin həcmi və şəkli müxtəlif olmalıdır. Sağ ağciyər sol ağciyərdən qısa, geniş və həcmlidir. Normal ağciyərlərin rəngi uşaqda açıq çəhrayı olur, böyüklərdə isə getdikcə rəngi dəyişib tündləşir, xarici səthində qara ləkələrə təsadüf olunur. Bu ləkələrin yaranması xaricdən hava ilə ağciyərlərə daxil olan kənar cisimlərdən (toz, tüstü və s.) asılıdır. Ağciyərlər böyüklərdə orta dərəcədə hava ilə dolduğu zaman aşağıdakı ölçülərdə olur; şaquli ölçüsü 25–27 sm, sagital ölçüsü (əsasında) 16–17 sm, frontal ölçüsü sağ tərəfdə 10 sm və sol tərəfdə 7 sm. Ağciyərlərin tutumuna gəldikdə görürük ki, insan dərin nəfəs aldıqda, yəni döş qəfəsi maksimum böyüdükdə, sağlam ağciyərlər 5000 sm³ hava tutur. Dərin nəfəs verdikdən sonra ağciyərlərdə 1500 sm³ hava qalır, beləliklə dərin nəfəs alma və dərin nəfəs vermə arasında 3500 sm³ fərq vardır.
Ciqəh (Heris)
Ciqəh (fars. جيقه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,156 nəfər yaşayır (244 ailə).
Ciyər axşamı
Ciyər axşamı — Azərbaycanda toy adətlərindən biri. Bəzi yerlərdə ona toy axşamı da deyirlər. Ciyər axşamı Azərbaycan toylarının təşkili ilə bağlı həyata keçirilən mərasimlərdən biridir — bu zəhmətkeş insanların yardımlaşma mərasimi və toyda çəkdikləri əziyyətin bəhrəsini gördükləri məclisdir. Ciyər axşamı toplum olaraq yardımlaşmağın da ən gözəl nümunələrindən biridir. Ciyər axşamına əsasən rayonlarıda daha çox rast gəlinir, xüsusilə də kənd yerlərində bu məclis geniş yayılıb. Şəhər toylarında isə bu ənənəyə son dövrlərdə çox nadir hallarda rast gəlinir. Ciyər axşamının iştirakçıları məhdud sayda, ilk növbədə də toy üçün heyvan kəsimində iştirak edən şəxlərdən və bəyin ən yaxın qohum və qonşularından, sağdışı, solduşu olan dostlarından ibarət olur. Toy üçün ət tədarükü görüldükdən sonra toy mağarının qurulmasında zəhmət çəkənlər üçün, heyvanların kəsilməsində, ətin doğranmasında iştirak edənlər üçün kəsilən heyvanın toyda istifadə olunmayacaq ciyər-içalat hissələrindən, bəzən ətindən də yemək bişirilir. Ciyər axşamında həm də toyun ssenarisi və toyla bağlı digər məsələlər də müzakirə olunur. Mövcud problemlərin və yarana biləcək problemlərin aradan qaldırılması üçün məsləhətləşmələr aparılır.
Ciyər kababı
Ciyər kababı – Azərbaycan və Türkiyə mətbəxində ciyərdən hazırlanan kabab növü. == Haqqında == Ciyər kəbabı həm şişdə, həm də boşqabda servis edilə bilər. Türkiyənin hansısa bölgəsi üçün spesifik xörək deyil, lakin Qaziantep və Diyarbəkir şəhərlərində daha çox bişirilir. Qaziantepdə ciyər kababı lavaşda servis edilir, üzərinə nanə, bibər əlavə olunur. Diyarbəkirdə səhər yeməyi hesab olunur. == Hazırlanması == Ciyər kababının hazırlanmasında qoyun qaraciyərindən, sumaqdan və duzdan istifadə olunur. Qaraciyər pərdələrdən azad edilib kub formalı tikəciklərə, eyni zamanda da qoyun quyruğu tikəciklərə doğranır, növbə ilə şişə taxılır. Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir. Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir.