Cilən — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd.[1] 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Cilən kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Cilən | |
---|---|
39°26′09″ şm. e. 46°58′11″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kəndi 1840-cı ildə Ermənistanın Qafan rayonunun Balx kəndindən və Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələri Cilan adlı yerdə salmışdılar. Cilan "bataqlıq, sucaq yer" deməkdir. Kənd öz adını salındığı yerin adından almışdır.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | XXXX | XXXX | XXXX |
2009[5] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.