Çiyin sümüyünün sınıqları — mexaniki təsirin xarakterindən asılı olaraq (qabağa uzadılmış əlin və bədənə sıxılmış əlin üstünə yıxıldıqda) çiyin sümüyü baş hissəsində, üst 1/3, orta 1/3 hissədə sına bilər, lakin iri damarların və sinirlərin zədələnməsi ehtimalı olan daha təhlükəli sınıqlar çiyin sümüyünün aşağı hissəsindədir.[1]
Çiyin sümüyünün sınıqları | |
---|---|
XBT-9 | 812 |
MeSH | D006810 |
Vikianbarda əlaqəli mediafayllar |
Sınığın istiqamətindən asılı olaraq əlamətlər:[2]
Yalnız uşaqlarda sınıqlar zamanı çiyin sümüyünün sınıqlarında sınmış sümük fraqmentləri istiqamətini dəyişmir ("yaşıl budaq tipi") və yuxarıda göstərilən əlamətlər inkişaf etmir.[2]
Sınıq yerindən asılı olmayaraq çiyin sınıqlarında nəqliyyat immobilizasiyası üçün standart şina ilə iki taxta parçasından istifadə etmək olar; birini qoltuqaltı nahiyədən, digərini-yuxarıda əks tərəfdən qoyurlar. Bintləmə zamanı köməkçi zədələnmiş əli 900 bucaq altında əyərək, ətrafı azca bədəndən kənarlaşdırıb bu vəziyyətdə saxlayır, sonra çiyin nahiyəsini–döş qəfəsində, mil-bilək sümüyünü qarın nahiyəsinin yuxarı hissələrində bənd edərək, əli gövdəyə bintləyirlər. Şina qoyulmuş əlin ləçəkvari sarğıdan salınması məqsədəuyğun deyil, ona görə ki, o çiyin oynağının lazımi qədər hərəkətsizliyini təmin etmir.[3]