Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vaqif Bayatlı Önər
Cəbrayılov Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər; 1 oktyabr 1948, Böyük Mərcanlı, Cəbrayıl rayonu) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Vaqif Bayatlı Odər 1948-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil almışdır. Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləmişdir (1981–1990). "Xəzər" toplusunun baş redaktoru olmuşdur (1989–1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışmışdır (1992-). Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilmişdir (1991-). Ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI poeziya festivalında iştirak etmişdir. Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı" laureatı olmuşdur. 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.
Dönər
Dönər (dönər kababı) Türkiyədən gələn və Azərbaycanda (əsasən mal və toyuq ətindən), habelə başqa ölkələrdə yayılmış fastfud yeməyi. Ət layları dönən şişdə olurlar (adı buradandır). Bəzi hallarda kartof, qışda isə marinadlaşdırılmış pomidor da qoyulur. 2006-cı ildə Azərbaycanda "quş qripi" ilə əlaqədar toyuq ətindən dönər qeyri-tələbatlı olub. Berlin divarında dönərçi təsvir edilmişdir. Şəhərdə bəzi Restoran və Fastfood dükanlarında fərqli qiymətlərlə satılır. 19-cu əsrdə Osmanlı İmperiyasında icad edilmişdir və ərəb şavarma, Yunan girosları, Kanada donair və Meksikan al pastor kimi yeməklərə ilham vermişdir.
Ömər
Ömər ibn əl-Xəttab və ya I Ömər (ərəb. عمر بن الخطاب‎; təq. 585, Məkkə – 3 noyabr 644, Mədinə) — 634–644-cü illərdə I xəlifə Əbu Bəkrin vəfatından sonra onun təyinatı ilə Rəşidi xilafətinin ikinci xəlifəsi․ == Həyatı == 581-ci ildə Məkkədə doğulub. 3 noyabr 644-cü ildə Mədinədə vəfat edib. == Hərbi fəaliyyəti == === Ömər ibn Xəttabın dövründə baş verən döyüşlər === ==== Əcnadeyn döyüşü ==== Müsəlmanların Suriya və Fələstinin fəthi sırasında Bizanslılarla ilk döyüşü. Sosial nəticə: Müharibə müsəlmanların zəfəri ilə başa çatdı (28 Cəmaziyəəvvəl 13/30 Temmuz 634). Bu müharibədə 3000 düşmən əsgəri öldürüldü; müsəlmanlar isə sadəcə 14 şəhid verdilər. Siyasi nəticə: Bizans imperatoru Herakleios bu müharibədən çox qorxaraq Humus’tan Antakyaya qaçmışdır. Əcnadeyn savaşı ilə Fələstin və Suriyanın qapıları müsəlmanlara açılmış, 2 il sonra Yərmuk döyüşündə zəfər qazanılması nəticəsində bölgənin fəthi tamamlanmışdır. Bu döyüş nəticəsində Suriya, 637-ci ildə isə Fələstin torpaqları alındı.
Aşıq Ömər
Aşıq Ömər (təq. 1621, Evpatoriya – təq. 1707, Evpatoriya) — türk aşığı. == Həyatı == Aşıq Ömərin həyat və yaradıcılığı ilə əlaqədar geniş bilgi yoxdur. Onun anadan olma və ölüm tarixləri də, harada dünyaya gəldiyi də mübahisəlidir. Bir şerində "Kəndim Gözləvəli, Ömərdir ismim" misrasındakı bu Gözləvə kəndinin Konya vilayətində olduğundan bir sıra ədəbiyyatşünas alimlər onun məhz Konyalı olduğunu yazırlar. Bəziləri isə onun Aydmlı olduğunu irəli sürürlər. "Vatan-ı aslimiz Aydın ilidir" misrasına əsaslananlar da onun Aydın vilayətindən olmasını ehtimal edirlər. Ancaq bu xalq aşığının Konyanın Gözləvə kəndində anadan olduğunu və bir müddət Aydında yaşadığım yazanların fikrilə razılaşmaq olar. Beləliklə də, Aşıq Ömərin təxminən 1651-ci ildə Konyanın Gözləvə kəndində anadan olduğunu söyləmək mümkündür.
Dönər top
Dönər top (ing. Swivel gun) — böyük olmayan 360° dönən, hərlənə bilən gəmi göyərtəsinə ya qala hücrəsinə quraşdırılan, XV–XIX əsrlərdə donamada istifadə olunan artilleriya qurğusu, döyüş topu.
Gümrah Ömər
Gümrah Ömər (23 iyul 1973, Bakı) — Azərbaycan teatr rejissoru, "Səda" Tədris Teatrının Direktoru və Bədii rəhbəri(2017-ci ildən). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi. == Həyatı == 1973-cü ildə Gürcüstan respublikasınında anadan olmuşdur. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyorluğu" fakültəsində təhsil almış. 1995-ci ildən "Yuğ" Dövlət Teatrında aktyor, 2000-ci ildən rejissor kimi fəaliyyətə başlamışdır.2010-2013 illərdə Gəncə Dövlət Dram Teatrının, 2014–2017-ci il "Yuğ" Dövlət Teatrında baş rejissor vəzifəsində çalışıb, 2017-ci ildən "Səda" Tədris Teatrının direktorudur. 2017-ci ildən "Səda" Tədris Teatrında direktor və bədii rəhbər vəzifəsində çalışır.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr Sənəti" fakültəsinin "Dram teatrı və kino aktyoru" kafedrasında müəllim vəzifəsində çalışır. == Quruluş verdiyi tamaşalar == == İştirak etdiyi teatr festivalları == "Milli klassika Festivalı" (Bakı-Azərbaycan)-2001-ci il; "Üfüq-XXI" monotamaşalar Festivalı (Bakı-Azərbaycan)-2002-cı il; "Qafqaz Kültürləri festivalı-2" (Kars-Türkiyə)-2005-ci il; "Beynəlxalq Teatr yarmarkası" (Tibilisi-Gürcüstan)-2005-ci il; "Boş Məkanın dolğunluğu " (Bakı-Azərbaycan)-2006-cı il; "Orta Asiya məmləkətlərinin I Beynəlxalq teatr festivalı (Alma–ata)"-2006-cı il; "Milli Teatr Festivalı" (Estoniya-Sarema)-2008-ci il; "Üfüq-XXI" monotamaşalar Festivalı (Bakı-Azərbaycan)-2002-ci il; "Beynəlxalq Teatr yarmarkası" (Tibilisi-Gürcüstan)-2005-ci il; "Boş Məkanın dolğunluğu" (Bakı-Azərbaycan)-2006-cı il; "Orta Asiya məmləketlərinin I Beynəlxalq Teatr Festivalı" (Alma–ata-Qazaxıstan)2006-cı il; "Sərgüzəşti Mirzə Fətəli" festivalı (Bakı-Azərbaycan)-2012-ci il; "Tuğanlıq festivalı"- (Ufa-Başqırdıstan)-2012-ci il; "Bin nəfəs bir səs-Konya teatr festivalı"-(Türkiyə-Konya)-2013-cü il; "Sabah İncəsənət Festival"(Bakı-Azərbaycan)-2018-ci il; "Qits Ustad Dərsləri Festivalı"(Rusiya Moskva)-2019-cu il; "33-cü Amotör Teatr Festivalı" (Türkiyə-Dənizli)-2019-cu il; == Mükafatları == "Üfüq-XXI" Monotamaşalar festivalı. "Ən yaxşı rejissor işi (Diplom). (Bakı-Azərbaycan 2002) İlin ən yaxşı teatr rejissoru(Diplom)-Azərbaycan Gənclər İdman və Turizm Nazirliyi. (Bakı-Azərbaycan 2003) Gənclər-mükafatı (Diplom)-Azərbaycan Gənclər İdman və Turizm Nazirliyi.
II Ömər
Ömər ibn Əbdüləziz və ya II Ömər (2 noyabr 681, Mədinə, Əməvilər xilafəti – təq. 5 fevral 720) — səkkizinci Əməvi xəlifəsi. Yaşadığı illər: 682–720 illər. Hakimiyyət illəri 717–720 illər. Onun sələfi xəlifə Süleyman idi . Ömər ibn Əbdüləziz həmçinin ikinci rəşidi xəlifəsi Ömər ibn əl-Xəttabın nəticəsidir. Dindarlığı və qeyri-adi düzgünlüyü ilə seçilirdi. Həm əhli sünnə, həm də əhli şiə arasında özü barəsində çox yaxşı xatirə qoymuşdur. II Ömər 5-ci Raşidi Xəlifə hesab olunur. == Mənşəyi == Ömər ibn Əbdüləziz hicri 60-cı ildə (miladı 682) Mədinədə anadan olmuşdur.
Molla Ömər
Məhəmməd Ömər (tam adı: Məhəmməd Ömər Mücahid 1960, Xakrez rayonu[d], Qəndəhar vilayəti – 23 aprel 2013, Zabul vilayəti, Əfqanıstan İslam Respublikası[d]) — "Taliban" hərəkatının lideri. == Həyatı == Məhəmməd Ömər (Molla Məhəmməd Ömər kimi də tanınır) 1962-ci ildə doğulub (başqa bir versiyaya görə 1959-cu ildə). Puştu tayfasındandır. Ailəsi yoxsul idi. Ömər hələ lap uşaq ikən Quranın əsaslarını öyrədən və səyyari müəllim olan atası vəfat etdi. Anası mərhumun qardaşına ərə getdi. O da ətraf kəndlərdə dinin əsaslarını təlim edirdi. Buna görə də Muhəmməd Ömər bütün uşaqlığı boyu Əfqanıstan kəndinin din mədəniyyətini mənimsədi. Quran məktəbindəki təhsildən sonra molla olan Ömər öz nəslinin taleyni anladı.SSRİ-Əfqanıstan müharibəsinin iştirakçısı olub.O zaman mühafizəkar “Hərakate-İnqilabe-islam” partiyasının sıralarında müqavimətə qoşuldu. Cəbhədə üç dəfə yaralandı.
Məhəmməd Ömər
Məhəmməd Ömər (tam adı: Məhəmməd Ömər Mücahid 1960, Xakrez rayonu[d], Qəndəhar vilayəti – 23 aprel 2013, Zabul vilayəti, Əfqanıstan İslam Respublikası[d]) — "Taliban" hərəkatının lideri. == Həyatı == Məhəmməd Ömər (Molla Məhəmməd Ömər kimi də tanınır) 1962-ci ildə doğulub (başqa bir versiyaya görə 1959-cu ildə). Puştu tayfasındandır. Ailəsi yoxsul idi. Ömər hələ lap uşaq ikən Quranın əsaslarını öyrədən və səyyari müəllim olan atası vəfat etdi. Anası mərhumun qardaşına ərə getdi. O da ətraf kəndlərdə dinin əsaslarını təlim edirdi. Buna görə də Muhəmməd Ömər bütün uşaqlığı boyu Əfqanıstan kəndinin din mədəniyyətini mənimsədi. Quran məktəbindəki təhsildən sonra molla olan Ömər öz nəslinin taleyni anladı.SSRİ-Əfqanıstan müharibəsinin iştirakçısı olub.O zaman mühafizəkar “Hərakate-İnqilabe-islam” partiyasının sıralarında müqavimətə qoşuldu. Cəbhədə üç dəfə yaralandı.
Pir Ömər
Pir Ömər (v. 1420, Ərzincan) — Qaraqoyunlu sərkərdəsi. == Həyatı == Qara Yusif 1410-cu ildə Ərzincanı Ağqoyunlulardan aldıqdan sonra Pir Ömər bəyi Ərzincan hakimi təyin etdi. Ardınca Bayburt, Tərcan və İspiri də ələ keçirərək bu əraziləri də Pir Ömərə verdi. Bundan sonra Qara Yusif geriyə Təbrizə qayıtdı. Qara Yusifin başının Sultan Şahruxa qarışmasından istifadə edən Ağqoyunlu Osman bəy 1416-cı ildə Ərzincana yürüş etdi. Pir Ömər tezliklə Qara Yusifdən kömək istədi. Qara Yusif oğlu Qara İsgəndərin başçılığı ilə Ərzincana ordu göndərdi. Bundan xəbər tutan Qara Yuluq Osman bəy geri çəkildi. Ağqoyunluların Qaraqoyunlular ilə münasibətləri sabitləşdikdən sonra Qara Yusifin elçiləri ilə birlikdə Pir Ömər bəyin elçilərinin də Ağqoyunlu sarayına göndərildikləri mənbələrdə qeyd edilir.
Səidə Ömər
Xəlifə Ömər
Ömər ibn əl-Xəttab və ya I Ömər (ərəb. عمر بن الخطاب‎; təq. 585, Məkkə – 3 noyabr 644, Mədinə) — 634–644-cü illərdə I xəlifə Əbu Bəkrin vəfatından sonra onun təyinatı ilə Rəşidi xilafətinin ikinci xəlifəsi․ == Həyatı == 581-ci ildə Məkkədə doğulub. 3 noyabr 644-cü ildə Mədinədə vəfat edib. == Hərbi fəaliyyəti == === Ömər ibn Xəttabın dövründə baş verən döyüşlər === ==== Əcnadeyn döyüşü ==== Müsəlmanların Suriya və Fələstinin fəthi sırasında Bizanslılarla ilk döyüşü. Sosial nəticə: Müharibə müsəlmanların zəfəri ilə başa çatdı (28 Cəmaziyəəvvəl 13/30 Temmuz 634). Bu müharibədə 3000 düşmən əsgəri öldürüldü; müsəlmanlar isə sadəcə 14 şəhid verdilər. Siyasi nəticə: Bizans imperatoru Herakleios bu müharibədən çox qorxaraq Humus’tan Antakyaya qaçmışdır. Əcnadeyn savaşı ilə Fələstin və Suriyanın qapıları müsəlmanlara açılmış, 2 il sonra Yərmuk döyüşündə zəfər qazanılması nəticəsində bölgənin fəthi tamamlanmışdır. Bu döyüş nəticəsində Suriya, 637-ci ildə isə Fələstin torpaqları alındı.
Çingiz Öndər
Cengiz Ündər (türk. Cengiz Ünder; 14 iyul 1997, Sındırqı[d], Balıkəsir ili) — İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubunda hücumçu kimi çıxış edən peşəkar Türkiyə li futbolçu. == Karyerası == === Klub karyerası === Ünder öz peşəkar karyerasına Altınordu klubunda start vermişdir. O, peşəkar karyerasında debütünü 28 dekabr 2014-cü ildə Birinci Liqa görüşündə Manisaspor klubuna qarşı oyunda etmişdir. Cengiz Ündər ilk qolunu 15 fevral 2015-ci ildə Dənizlispor klubuna qarşı oyunda vurmuşdur. O, 2016-cı ildə Türkiyə Super Liqası təmsilçilərindən olan Başakşehir klubuna transfer olunmuşdur. O, klubu ilə debütünü 28 iyul 2016-cı ildə UEFA Avropa Liqasının təsnifat mərhələsində Xorvatiya təmsilçisi olan Riyeka klubuna qarşı oyunda etmişdir. 14 iyul 2017-ci ildə Cengiz Ündər €14 milyon qarşılığında İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubuna transfer olmuşdur. === Milli karyerası === Ünder bir müddət Türkiyə gənclər milli futbol komandasının U-18 və U-19 millilərində çıxış etmişdir. O, son vaxtlar Türkiyə U-21 milli futbol komandasına çağırılır.
Ömər Assar
Ömər Assar (22 iyul 1991) — Misiri təmsil edən stolüstü tennisçi. == Karyerası == Ömər Assar Misiri 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Ömər Assar Misiri 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Ömər Ağayev
Ömər Ağacahangir oğlu Ağayev (1 yanvar 1928, Leninabad, Mərəzə rayonu – 1 oktyabr 2017, Bakı) — istehsalat qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1974), Azərbaycan SSR dövlət mükafatı laureatı (1976). == Həyat və əmək fəaliyyəti == Ömər Ağayev 1928-cı ildə Şamaxının Leninabad (indiki Təklə) kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1944-cü ildən başlamışdır. 1952-ci ildən Bakı elektrik maşınqayırma zavodunda çalışmışdır. 1959-cu ildən Sov.İKP üzvü olmuşdur. 1960-cı ildən hopdurucular briqadasının briqadiri olmuşdur. AKP 28 və 29-cu qurultaylarında AKP MK-nın üzvü seçilmişdir. Sov.İKP 22 və 25-ci qurultaylarının nümayəndəsi olmuşdur. 3 yanvar 1974-cü ildə sənayenin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordenləri ilə təltif olunmuşdur. 2002-ci ildən prezident təqaüdçüsü olub.
Ömər Aşiq
Ömər Faruk Aşıq (türk. Ömer Faruk Aşık)—;(d.4 iyul 1986) Türkiyəli profisional basketbolçudur. O Milli Basketboll Assosasiyasının Nyu Orlean Pelikansında oynuyur. 19 yaşında Avropa Beynəlxalq oyununda 7:0 hesabı ilə qalin gəlmişdi. O ilk dəfə Türkiyənin Fənərbaxça basketbol qrupunda 2005-06-cı illerde oynayıb. Alpellada birinci mövsümündən sonra yenidən Fənərbaxçaya qayıdır ancaq 2009-cu ilde Oradan çıxır. 2009-10-cu illərdə Türkiyənin əsas komandasında oynayır. 2010-cu ildə FİFA-nın dünya çempionatında oynayır. Bu oyunlar zamanı Türkiyə gümüş medal qazanır. 2010-cu ildə Aşıq Çikaqo Bullsa komandasına qatılır.
Ömər Buludov
Ömər Buludov (15 dekabr 1998, Azərbaycan) – Misli Premyer Liqasında çıxış edən Neftçinin futbolçusu. == Karyerası == === Neftçi === Neftçidə ilk matçına 25 noyabr 2017-ci ildə keçirilən Neftçi-Keşlə matçında çıxıb. Matç Neftçinin 3–1 hesablı qələbəsi ilə başa çatıb. Neftçidə ilk qolunu 10 mart 2019-cu ildə keçirilən Sumqayıt-Neftçi matçının 87-ci dəqiqəsində vurub. Matç Neftçinin 1–2 hesablı qələbəsi ilə başa çatıb.
Ömər Cəbrayılov
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Ömər Dimayev
Ömər Dimaeviç Dimayev (çeç. Дима́ев, Ума́р Димаевич; 1 oktyabr 1908, Urus-Martan – 26 dekabr 1972, Qroznı) — Çeçen musiqiçisi və bəstəkarı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti, musiqiçi və bəstəkar Əli Dimayev və Səid Dimayevin atası. == Həyatı == 1908-ci il oktyabrın 1-də Çeçenistanın Urus-Martan kəndində anadan olub. 1924-cü ildən Urus-Martan rayonu radio mərkəzində musiqiçi işləyib. 1929-cu ildən Qroznıda Çeçen-İnquş Dram Teatrında xalq çalğı alətləri orkestrinin solisti vəzifəsində çalışıb. 1934-cü ildə respublika radio komitəsinin xalq çalğı alətləri orkestrinin solisti kimi çıxış edib. 1939-cu ildə Moskvada xalq çalğı alətləri üzrə ifaçıların birinci Ümumittifaq müsabiqəsinin laureatı olub. Böyük Vətən müharibəsi illərində bir çox vətənpərvərlik əsərləri yazıb. Çeçenlərin və inquşların deportasiyasına qədər o, cəbhə musiqi briqadalarının tərkibində fəal işləyib, cəbhədə, xəstəxanalarda, cəbhəçilərə və cəbhəyə gedənlər üçün konsertlər verib. Deportasiya illərində Qırğızıstan SSR-in Bişkek stansiyasında yaşayıb.
Ömər Döngəloğlu
Ömər Döngəloğlu (türk. Ömer Döngeloğlu; d.1968 Zile, Tokat - 3 may 2020, İstanbul) — Türk ilahiyyatçı, yazıçı, proqram prodüseri və aparıcısı. Kanal 7-də aparıcısı olduğu dini verilişləri ilə tanınır. 2020-ci ildə Koronavirüs səbəbindən dünyasını dəyişib. == Həyatı == 1968-ci ildə Ziledə anadan olan Ömər Döngəloğlu ibtidai təhsilini Zile Altunyurt İbtidai məktəbində, orta təhsilini Zile İmam Hatip liseyində almışdır. Daha sonra Sakarya Universiteti İlahiyyat fakültəsini bitirib. Ərəb və ingilis dillərini yaxşı bilir. 1986-1996-cı illər arasında məmləkəti Tokatda İmam-Hatip kimi işləməyə başladı. Uzun illər dövlət sektorunda müxtəlif inzibati vəzifələrdə çalışan Döngəloğlu illər boyu İslam tarixi və Siyer-i Nebi haqqında araşdırma aparmış, səyahət etmişdir. === Ölümü === 3 may 2020-ci ildə tutulduğu koronavirüs xəstəliyi səbəbi ilə müalicəsi aldığı Başakşehir Dövlət Xəstəxanasında vəfat etdi.
Ömər Eldarov
Ömər Həsən oğlu Eldarov (21 dekabr 1927, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan heykəltaraşı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru (2001–2023), Azərbaycan SSR xalq rəssamı (1982), SSRİ (1980) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı, "Heydər Əliyev" ordeni laureatı (2017). == Həyatı == 1927-ci dekabrın 21-i Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltaraşlıq bölməsini qurtardıqdan sonra peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ. Repin adına rəngkarlıq, heykəltaraşlıq və memarlıq institutunun heykəltaraşlıq fakültəsində təhsilini davam etdirib. 1946-cı ildən etibarən mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir. Yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958–1968-ci illərdə o, Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ Rəssamlıq Akademiyasının heykəltaraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib.
Ömər Faiq
Ömər Faiq Lömən oğlu Nemanzadə (24 dekabr 1872, Azğur, Axalsıx qəzası, Tiflis quberniyası – 10 oktyabr 1937, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Azərbaycan ədibi, ictimai-siyasi xadim, mollanəsrəddinçi, publisist, pedaqoq, "Qeyrət" mətbəəsinin sahibi və "Molla Nəsrəddin" jurnalının həmtəsisçisi, Gürcüstan SSR Müvəqqəti İnqilab Komitəsinin üzvü və Gürcüstan SSR Müsəlman İşləri Üzrə Şuranın 1-ci sədri. Axısqa türkü. == Həyatı == Ömər Faiq 1872-ci ilin 24 dekabrında Axalsıx qəzasının Azğur kəndində kəndli ailəsində anadan olmuşdur. O, bir neçə il molla məktəbinə getsə də, dinə maraq göstərməmiş və yenicə açılmış rus məktəbinə daxil olmuşdur. Atası onu Qori müəllimlər seminariyasına qoymaq istəyirdi, lakin dindar qadın olan anasının: "Mən oğlumu kafirlərin içərisinə buraxa bilmərəm" deyə etiraz etməsi buna mane olmuş və anasının təkidi ilə 1882-ci ildə İstanbula getmiş, "Fateh" məktəbində təhsilini davam etdirmişdir. Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan "Darüş-şəfəq" məktəbinə daxil olmuşdur. 1891-ci ildə həmin məktəbi bitirdikdən sonra Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlamışdır. O, burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olmuşdur. Bir müddətdən sonra sultan istibdadına qarşı gizli çalışan cavanlara qoşulmuşdur. == Fəaliyyəti == 1894-cü ildə, Axısqada milli münasibətlərin kəskinləşməsi dövründə vətənə qayıtmışdır.
Ömər Xəlvəti
Ömər Xəlvəti (Avaxıl, Şamaxı rayonu – 1349, Avaxıl, Şamaxı rayonu) — Mənşəcə Azərbaycan türklərindən olan məşhur sufi alimi, xəlvətilik təriqətinin banisi. == Həyatı == Əxi Məhəmməd Xəlvətinin xəlifəsi və qardaşı oğlu, xəlvətilik təriqətinin banisi, piri və mürşidi Əbu Abdulla Siracddin Ömər Xəlvəti şeyx nəslindən olub, soyu Şirvanın məşhur şeyx ailələrinə dayanır. Atası Şeyx Əkmələddindir. Pir Ömər Avaxıl kəndində dünyaya göz açmış və burada böyümüşdür. Daha sonra Xarəzmə getmiş və orada Məhəmməd Xəlvətinin söhbətlərində yetişmişdir. Daha sonra əmisi ilə birgə Heriyə gəlmiş, ölümündən sonra onun yerinə səccadəyə oturmuşdur. Öncə Xoy şəhərində, sonra Misirdə, daha sonra Hicazda elm öyrənmişdir. Sultan Üveysin dəvəti ilə Təbrizə gəlmiş, orada bir versiyaya görə 1349-cu ildə, digər bir versiyaya görə isə 1397-ci ildə vəfat etmişdir. Mehmet Rıhtım birinci tarixi daha çox həqiqətə uyğun hesab edir. Ləmazatda onun qəbrinin Təbriz yaxınlığında, Mir Əli türbəsi adlanan yerdə olduğu bildirilir.
Ömər Çəlik
Ömər Çelik (15 iyun 1968, Adana) — türk jurnalist və siyasətçi. == Həyatı == Ömər Çelik 1968-ci ildə Adanada anadan olub. Çelik Qazi Universitetinin məzunudur. 3 dəfə Adanadan millət vəkili seçilən Çelik Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr üzrə sədr müavini olub.
Ömər İzgi
Ömər İzgi (türk. Ömer İzgi; 1 yanvar 1940) — Türkiyə siyasətçisi və hüquqşünası. 2000–2002-ci illərdə Türkiyə Böyük Millət Məclisinin sədri olmuşdur İzgi 1999–2002-ci illərdə Milliyətçi Hərəkat Partiyasından (MHP) Konya seçki dairəsi üzrə millət vəkili olmuş, lakin 2002-ci il ümumi seçkilərində yerini itirmişdir. == Erkən illəri == Ömər İzgi 1 yanvar 1940-cı ildə Türkiyədə, Konyanın Doğanhisar şəhərində anadan olmuşdur. Onun atası Mehmed Səlim, anası isə Zeynəb xanımdır. O, Ankara Universitetinin Hüquq fakültəsini bitirmiş və eyni zamanda həmin fakültədə mülki hüquq üzrə magistr dərəcəsi almışdır. İzgi azad hüquqşünas olmamışdan əvvəl Türkiyə Baş Nazirliyində baş ekspert vəzifəsində çalışmışdır. == Siyasi karyerası == Ömər İzgi 1983-cü ildə Mühafizəkarlar Partiyasının qurucu üzvlərindən biri olmuşdur. Mühafizəkarlar Partiyası 30 noyabr 1985-ci ildə adını dəyişərək Milliyətçi Əmək Partiyası olmuşdur. İzgi daha sonra yeni partiyanın baş katibinin müavini seçilmişdir.
Oser
Oser (fr. Auxerre) – Fransada şəhər. === İdman === Fransa Liqa 1-də çıxış edən AJ Oser şəhərdə yerləşir.
Döner qapı
Döner qapı (ing. Revolving door) — tipik olaraq üç və ya dörd qapıdan ibarət olan və mərkəzi bir çubuğa yapışdırılan və silindrik bir kamerada şaquli bir ox ətrafında dönən bir qapı növüdür. Döner qapılar enerji qənaətlidir və binanın istilik və ya soyutma itkisini azaldır.
Ersay Üner
Ersay Üner (d.7 oktyabr 1978 Konya,)-Türkiyəli müğənni və şair. İlk öncə Konyada mahnılar ifa edən, səhnə alan Ersay Üner, daha sonra İstanbula gəlir və Demet Akalının musiqi qrupuna daxil olur. Demet Akalının "Afedersin", "Bebek", "Herkes Hak Ettiği Gibi Yaşıyor", "Mucize", "Tatil", "Unuttum" mahnılarının sözlərinin müəllifidir."İki aşık" sinqlı ilə Türkiyə və Azərbaycan hitparadlarına daxil ola bilmişdir.
Kərim Odər
Kərim İbadulla oğlu Odər (1901, Bakı – 19 noyabr 1981, Ankara) — Azərbaycan Dövlət xadimi, Musavat Partiyasının III başqanı. == Həyatı == Kərim İbadulla oğlu Odər 1901-ci ildə Bakıda anadan olub. Bakı Ticarət Litseyini bitirdikdən sonra, Azərbaycan Xalq Cumhuriyyəti (1918–1920) dövründə Xarici İşlər Nazirliyində özəl Qələm müdirliyi vəzifəsində çalışıb və o zaman Xarici İşlər naziri olan Nəsib bəy Yusifbəyli ilə yaxın münasibətdə olub. Həmin illərdə Kərim Odər gündüzlər işləyir, gecələr isə İqtisad fakültəsində təhsilini davam etdirirdi. 1920-ci il 27 aprel işğalından sonra Kərim Odər bir müddət Xarici İşlər nazirliyindəki işində çalışıb, lakin sonradan bolşeviklərin terror rejimi ilə ölkəni idarə etdiklərini görüb Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Üç ilə qədər Tiflisdə qalan Kərim Odər burada iqtisad fakültəsini bitirib, bolşeviklərin əlinə keçməmək üçün Batuma qaçaraq oradan Türkiyəyə keçib. Bir müddət ticarətlə məşğul olan Kərim Odər, Türkiyə vətəndaşlığını qəbul etdikdən sonra Osmanlı Bankında yeddi ilə qədər işləyib, müdir müavini olub, Mərkəzi Bankda işə qəbul edilib. Son iş yeri Sumerbank Ümum Müdirliyində Bankaçılıq və Kredi İşlər Müdirliyində müşavir olan Kərim Odər 1966-cı ilə təqaüdə çıxıb. Kərim Odər rus, fransız dillərini sərbəst, fars, alman və ingilis dillərini isə orta dərəcədə bilirdi. Kərim Odər bir müddət Müsavat Partiyasının rəhbərliyində yer alıb, Partiya Məclisi başqanı olub, eyni zamanda Azərbaycan Kültür Dərnəyinin Fəxri Başqanı adını alıb.
Mahmut Özer
Mahmut Özer (5 may 1970, Tokat) — Türk akademik, Bülent Ecevit Universitetinin keçmiş rektoru, keçmiş ÖSYM prezidenti və hazırda Milli Təhsil Naziridir. == Həyatı == 1970-ci ildə Tokatda doğulan Özer 1988-ci ildə Tokat İmam Hatip Liseyini bitirib. 1992-ci ildə İstanbul Texniki Universitetinin Elektronik və Kommunikasiya Mühəndisliyi fakültəsini bitirib. 1992–1994-cü illərdə Dalaman Hava Limanı, Dövlət Hava Limanları İdarəsi Ümumi Müdirliyi Elektronik Mühəndisi olaraq çalışdıqdan sonra 1994–2002-ci illərdə Gaziosmanpaşa Universiteti Tokat Peşə Məktəbində müəllim olaraq çalışdı. 2001-ci ildə Karadeniz Texniki Universiteti Elm İnstitutu Elektrik və Elektronik Mühəndisliyi fakültəsində dokturluq dərəcəsini tamamlayan Özer 2002-ci ildə Zonquldak Karaelmas Universiteti (Bülent Ecevit Universiteti) Elektrik və Elektronik Mühəndisliyi Bölməsində dosent vəzifəsinə başlamışdır. Eyni universitetdə 2005-ci ildə dosent, 2010-cu ildə professor elmi adını almışdır. 2009-cu ildən prorektor vəzifəsində çalışarkən sonra Zonquldak Karaelmas Universitetinin rektoru təyin edildi. 2014-cü ildə rektorluq seçkilərində də qalib gələn Özer Bülent Ecevit Universitetinin rektoru vəzifəsinə yenidən təyin edildi. 1 avqust 2015 və 1 avqust 2016 tarixləri arasında Universitetlərarası İdarə Heyətinin Sədri vəzifəsində çalışdı. 2014-cü ilin oktyabr ayından etibarən Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası tərəfindən nəşr olunan və Science Citation Index (SCI) daxilində incələnən Türk Elektrik Mühəndisliyi və Kompüter Elmləri Jurnalının baş redaktoru vəzifəsini davam etdirdi.
Ofer Levi
Ofer Levi (17 iyun 1964) — İsrailli müğənni.
Omer Adam
Omer Adam (ivr. ‏ עומר אדם‏‎; 22 oktyabr 1993, Şimali Karolina, ABŞ[…]) — İsrail müğənnisi. Mizrahi şərq musiqisi üslubunda müasir musiqi alətlərinin müşayəti ilə mahnılar ifa edir. 2009-cu ildə İsraildə keçirilən Koxav Nolad musiqi müsabiqəsinə qatıldıqdan sonra məşhurlaşmışdır. 2010-cu ildə "Names Mimeh" adlı ilk albomunu satışa çıxarmışdır.
Onir (mifologiya)
Onir (yun. Όνειρος, "yuxu") — yunan mifologiyasında yuxunu tərənnüm edən yarımtanrı, yarımruh, Niks və Erebin oğlu, Hipnos, Tanat və Momun qardaşı. Hesioda görə "Onirlər" yuxu kütlələri olub Niksdən tırənmişlər. Troya müharibəsində Zevsin göstərişi ilə Onir Nestor cildində Aqamemnonun yuxusuna girərək ona döyüşü başlayacağı təqdirdə yunanların qələbə çalacağını deyərək, onu aldatmış olur. LXXXVI orfik nəğmə tanrı Onirə həsr edilmişdir.
Onur Tuna
Onur Tuna (2 iyul 1985, Çanaqqala) — Türk kino, teatr və teleserial aktyoru. == Tərcümeyi-hal == Filinta ve Bi Küçük Eylül Meselesi adlı seriallarla məşhurlaşan aktyor Ege Universiteti Dövlət Türk Musiqisi Konservatoriyası Səs Təhsili Hissəsindən məzun olmuşdur. Orta məktəb illərində lisenziyalı olaraq voleybol və basketbol'la maraqlanmışdır. Ayrıca İzmirdə 4 il model olaraq çalışmışdır. Müjdat Gezen Sənət Mərkəzində aktyorluq dərsləri almışdır. 2011-ci ildə Həyat davam edir adlı TV teleserialı ilə ekranlara ilk addımını atan oyunçu, indiki vaxtda Cəsur Ürək serialında baş rol olaraq oynamaqdadır. Show TVdə nəşr olunan Cəsur Ürək serialında Ömər Qorxmaz xarakterini canlandırmaqdadır.2017-ci ildə Cəsur Ürək seriali bitmişdir.
Onur Ünlü
Onur Ünlü — türk ssenari müəllifi, rejissor, aktyor, şair və musiqiçi. == Karyera == 1993-1998-ci illərdə Ah Muhsin Ünlü ləqəbi ilə bir çox şeir yazmışdır. Müəllifi olduğu şeirləri "Gidiyorum Bu" adlı kitabda toplamışdır. 1999-cu ildə ssenari müəlliflərindən biri olduğu "Deli Yürek" serialında "Umur" obrazını canlandırmışdır. 2006-cı ildə ilk filmi olan "Polis" filminin prodüseri, ssenari müəllifi və rejissoru olmuşdur. 2011-2013-cü illərdə TRT 1-də yayımlanmış "Leyla ile Mecnun" serialının quruluşçu rejissoru olmuşdur. Serial uğur qazanmışdı. 2012-2013-cü illərdə isə "Şubat" serialının quruluşçu rejissoru olmuşdur. Daha sonra isə "Ben de Özledim" serialına "Onur Ünlü" rolu ilə çəkilmişdir. Leyla The Band qrupunda baraban çalır.
Oser (rayon)
Oser (fr. Auxerre) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yonna. Suprefektura — Oser. Rayon əhalisi 2006-cı ildə 181 731 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 52 nəf / km². Rayon ərazisi — 3515 km².
Oser FK
"Oser" Futbol Klubu (fr. Association de la Jeunesse Auxerroise, Fransızca tələffüz: [asɔsjasjɔ̃ də la ʒœnɛs osɛʁ], Oser FA və sadəcə Oser olaraq da bilinir) — Fransaın Oser şəhərini təmsil edən, Liqa 2-də oynayan və 1905-ci ildə qurulmuş olan peşəkar futbol klubu. Ev stadionu Yonna çayının sahilində yerləşən və tutumu 24,493 nəfər olan "Abbe-Deşam" stadionudur. Klub, 1996-cı ildə Fransa çempionu olmuşdur.
Rüşdü Onur
Rüşdü Onur ( 3 Avqust 1920 Devrək – 2 Dekabr 1942 İstanbul) İyirmi iki yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Özü kimi gənç yaşında vərəmdən vəfat edən dostu Müzəffər Tayyib Uslu ilə birlikdə ölümlərindən sonra ki illərdə dərc olunan hər şeir antologiyasında qısa həyat hekayələri və şeirləri “Zonquldağ şairləri” olaraq dərc olunmuşdur. Müzəffər Tayyib Uslu kimi o da Behcət Necatigilin tələbəsidir. Həyatı “Kəpənəyin Yuxusu” adlı filmə çəkilmişdir. == Həyatı == 3 Avqust 1920 ci ildə Devrəkdə anadan olmuşdur. Atası , kənd müəllimi olan Məmməd Əmin Onur, anası isə Fikriyyə xanımdır. Ailənin ən böyük övladı olan Rüşdü Onurun, Hüseyin və Saffət adlarında iki oğlan qardaşı var idi. Ilk təhsilini 1933 cü ildə Devrəkdə bitirdikdən sonra Kastamonuda başladığı orta məktəbi Zonquldağda, Zonquldağ Məmmd Çəlikəl Liseyində dəvam etdirdi. Vərəmə yoluxduğu üçün 1938 ci ildə təhsilinə bir il fasilə vermək məcburiyyətində oldu. Sonraki il təkrar məktəbə başlasa da artıq məktəb mühitindən uzaqlaşdığı üçün təhsilinə dəvam edə bilmədi.
Soner Sarıkabadayı
Soner Sarıkabadayı – (8 dekabr 1978, Qəhrəmanmaraş) türk pop ifaçısı və söz yazıçısı. == Həyatı == Soner Sarıkabadayı 8 dekabr, 1978-ci ildə Türkiyənin Qəhrəmanmaraş vilayətində dünyaya gəlib. Anasının adı Güngör, atasının adı Həsəndir. Pərixan və Zəfər adlı bacısı və qardaşı var. 4 yaşına qədər ailəsi ilə Qəhrəmanmaraşda yaşayan Soner, daha sonra Mərsinə köçmüşdür. İlk, orta məktəb və lisey təhsilini də Mərsində tamamlayıb. Universiteti İstanbulda oxumuşdur və İstanbula köçmüşdür. Yıldız Teknik Universitetində İqtisad fakültəsində oxuyarkən musiqiyə olan marağı səbəbilə klassik gitara dərsləri almağa başlamışdır. 2008-ci ildə imtahanlara gedən Soner, Yıldız Teknik Universiteti "Sənət və Layihə" fakültəsinə qəbul edilir və eyni il də buradan məzun olur. == Karyerası == İlk albomu 2001-ci ildə buraxılmışdır.