Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qəbizlik
Qəbizlik — Qəbizlik nadir və ya çətin bağırsaq hərəkətlərinə aiddir. Nəcislər çox vaxt sərt və quru olur. Digər simptomlar arasında qarın ağrısı, şişkinlik və bağırsaqların tam boşalmadığı hissi ola bilər. Qəbizliyin ağırlaşmalarına hemoroid, anal fissura və ya nəcisin tıxanması daxil ola bilər. Böyüklərdə bağırsaq hərəkətlərinin normal tezliyi həftədə üç dəfədir. Körpələr gündə üç-dörd dəfə, kiçik uşaqlar isə gündə iki-üç dəfə nəcis edirlər. Qəbizliyin bir çox səbəbi var. Ümumi səbəblərə nəcisin yavaş hərəkəti, bağırsaq sindromu və çanaq dibinin pozulması daxildir. Əsas müşayiət olunan xəstəliklərə hipotiroidizm, diabet, Parkinson xəstəliyi,, qeyri-qluten həssaslığı, kolon xərçəngi, divertikulit və iltihablı bağırsaq xəstəliyi daxildir. Qəbizliklə əlaqəli dərmanlara opioidlər, bəzi antasidlər, kalsium kanal blokerləri və antikolinerjiklər daxildir.
Təmizlik
Təmizlik — insanın sağlamlığı və təbiətin mühafizəsi üçün lazım olan vacib amil. Böyük alimlər təmizliyi aşağıdakı mövzularla tədqiq etmişdir: A. Y. E(bədən-paltar-qida) təmizlik Ev (mətbəx-hamam-ayaqyolu) təmizliyi Ətraf mühit (tullantıların uyğun şəkildə uzaqlaşdırılması) təmizliyi Kifayət qədər təmiz suyun təmin edilməsi. == Fərdi təmizlik == Fərdi təmizlik deyiləndə bədən təmizliyi nəzərdə tutulur. Buradan da cilt, əl, ağız, burun, göz təmizliyi, saç, dırnaq, qoltuqaltı, üz, diş və ayaq baxımı nəzərdə tutulur. Dünya Səhiyyə Təşkilatının bədən təmizliyi, əl təmizliyi, ağız və diş baxımının əhəmiyyəti və mühafizəsi yollarına aid materiallar mövcuddur. Ancaq Dünya Səhiyyə Təşkilatının dırnaqların yoluxucu xəstəliklərdəki təsirinə, tüklərin təmizliyinə və yoluxucu xəstəliklərdəki roluna aid ciddi nəşrləri yoxdur. Fərdi təmizliyə baxmayaraq insan ətrafdan xəstəlik tapa bilər. İnsan nə qədər təmiz olursa olsun, ətraf mühiti təmiz olmasa, heç bir şeyə toxunmasa belə hava, külək, böcəklər və digər daşıyıcılar üzündən xəstələnə bilər.
Vəkillik
Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. == Etimologiya == Ərəb dilindən götürülmüş "vəkil" sözü "başqasının işini görmək üçün tapşırıq almaq" anlamına gəlir. Latıncadan "advakatus" sözü isə "yardıma çağırıram" mənasını verir.
Əkizlər
Əkiz — demək olar ki, eyni vaxtda bir ana tərəfindən iki balanın doğulması halı. Bir yumurta əkizləri öz başlanğıclarını bir ziqotdan götürürlər. Mayalanmadan sonra yumurtahüceyrə bölünməyə başlayır, və bölündükcə hüceyrələr bir divarın içində qalır. Əgər iki hüceyrə dıvarın içindən çıxıb ayrılsa, bir yumurtalı əkizlər əmələ gələ bilər. Bir yumurta əkizlərinin ümumi plasentası, eyni genotipi olur. Bu səbəbdən də onlar bir cinsə mənsub olur. Onların eyni qan qrupları olur və hədsiz dərəcədə bir-birinə oxşayırlar. Bəzən parçalanma mərhələsində blastomerlərin tam bölünməməsi, yaxud bölünmüş hissəciklərin bir-birinə yaxın yerləşməsi gələcəkdə bu cür əkizlərdə müxtəlif eybəcərliklərin yaranmasına səbəb olur (siyam əkizləri). Müxtəlif yumurta əkizləri heteroziqot olurlar. Onlar həm eynicinsli, çox zaman isə müxtəlifcinsli olurlar.
Əlillik
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. == Əlilliklə bağlı Azərbaycan qanunvericiliyi == Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. == Əlilliyə görə pensiyalar == Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Əmirlik
Əmirlik— Əmirin idarəsi altında olan yerlər, ölkə.
Əvəzlik
Əvəzlik — Bütün əsas nitq hissələrinin yerində işlənə bilən əsas nitq hissəsinə əvəzlik deyilir. Əvəzlik əvəz etdiyi nitq hissəsinin suallarına cavab verir.Əvəzlik əsas nitq hissələrindən biridir. == Əvəzliyin mənaca növləri == Şəxs əvəzlikləri: mən, sən, o, biz, siz, onlar. Həmişə insana aid olmaya bilər. Mənsubiyyətə görə dəyişmir və quruluşca sadə olur. İşarə əvəzlikləri - o, bu, elə, belə, həmin, həmən İşarə əvəzlikləri isimləşə bilir(istisna:həmin) Qeyri-müəyyən əvəzliklər: hamı, hər kəs, hər nə, heç nə, hər şey, hərə, bəzisi, kim isə, kimsə, nəsə, biri, kimi, filankəs. Filankəs sözü mürəkkəbdir Təyini əvəzliklər: hər, bütün, filan, öz, eyni. Təyini əvəzliklər isimləşmir, mənsubiyyətə görə dəyişmir. Sual əvəzlikləri - Bütün əsas nitq hissələrinin sualları Sual əvəzlikləri əvəzliyin özünü də əvəz edir. == Əvəzlik nitq hissəsi == Əvəzlik daha loru dildən desək bütün nitq hissələrini əvəz edən əsas nitq hissəsidir.
Əxilik
Əxilik — İslamda sufi təriqətlərindən biridir. Abbasi xilafəti dövründə qurulan, İran, Azərbaycan, Orta Asiya və Anadoluda yayılan bu təşkilat (sufi cərəyanı) Xəlifə Nasir tərəfindən dəstəklənmiş və islam ölkələrində geniş yayılmışdır. Pozulan ictimai nizamı yenidən tənzimləmək istəyən xəlifə bu düşüncəsini gerçəkləşdirmək üçün Şəhabəddin Sührəverdiyə Kitabül-fütuvvət adlı bir əsər yazdırmış və bu barədə xəbər vermək üçün ətraf ölkələrə elçilər göndərmişdi. Anadolu səlcuqlularının bu məsələyə müsbət münasibətinə görə burada əxilik təşkilatlanmağa başlamışdır. Həmin dövrdə Anadolu əxilərini təşkilatlandıran Əxi Evrən adı ilə məşhur olan mənşəcə Azərbaycan türklərindən olan böyükk sufi alim Şeyx Nəsrəddin Mahmud Xoyidir. Əxi Evrənə görə əxiliyə girənlərin bir sənətə sahib olması vacib idi. Çünki əxi halal qazancla yaşamağı öhdəlik olaraq götürürdü. Halal qazancın yolu insanın öz zəhməti ilə dolanacağı bir sənətinin olmasından başlayır. Belə ki, zəngin olan başqasına daha çox xidmət edə bilər. Əxi olan eyni zamanda cihad idealına da sahib olmalı idi.
Əzizli
Əzizli (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Əzizli (Ərdəbil) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ojarud-e Qərbi kəndistanı ərazisinə daxil olan kənd. Əzizli (Göyçə) — Göyçə mahalında kənd. Əzizli (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Böyük Təmizlik
Böyük Təmizlik (bəzən Stalin repressiyası və ya Böyük Terror adlanır) – 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyası. Səbəbi Kommunist partiyasının, hökumət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir. Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi. "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür. == Başlanğıc == Repressiyaların əsas məqsədi müxalifləri Kommunist partiyasından uzaqlaşdırmaq, Stalinin hakimiyyətini daha da möhkəmləndirmək idi. İlk əvvəllər sadə əhalinin diqqətini daha çox partiya rəhbərliyindəki şəxslərin, həmçinin də iri bürokratların mühakimələri çəkdi. Bu kampaniyadan cəmiyyətin digər təbəqələri də xeyli ziyan gördü: ziyalılar, kəndlilər, xüsusən də "kəndli üçün çox varlı olan qolçomaqlar" və ixtisaslı kadrlar. Bəzən bütöv etnik qruplar V kalon adlandırılaraq, vətən xaini elan edilirdi.
Səkkizlik not
Səkkizlik not — Səslənmə müddətinə — uzunluğuna görə bütöv notdan səkkiz dəfə kiçik olan not (və ya bütöv notun səkkizdə bir hissəsinə bərabər uzunluq). İki səkkizlik not bir çərək nota bərabərdir.
Əkizlər (astrologiya)
Üçüncü bürcü olan Əkizlər 21 May - 21 İyun tarixləri arasında doğulanlara təsir edir. Hava elementinin və Merkuri planetinin təsiri altında olan bürcdür. == Hava elementi == Hava elementinin dəyişkən xüsusiyyətləri Əkizlərin maraqlı, ağıllı və dəyişməyə açıq xarakterini formalaşdırır. Zehni fəaliyyət, ünsiyyət və məlumat vermək bu işarə üçün həyati əhəmiyyət daşıyır. Merkuri planetinin himayəsi Əkizlərə ünsiyyət qurmaq, tez düşünmək və problemləri həll etmək bacarığı verir. Bu işarənin ambivalent və dəyişkən təbiətinə də təsir göstərir. == Əkizlər Bürcünün Ruhu == Əkizlərin ruhu kəpənəyin qanadlarının çırpınması kimi yüngül, zərif və daim dəyişəndir. Ölkələrinin dünyasında, gizləndiyi yerdə sözlər və sonsuz imkanlar labirintinə bənzəyir.Bilik Əkizlər üçün nəfəssiz hava kimidir. Daim oxumaq, araşdırmaq və yeni şeylər öyrənmək onlar üçün həyati əhəmiyyət kəsb edir. Əkizlər bürcü sözlərin sehrli alət kimi dizaynından xəbərdardır.
Əkizlər (astronomiya)
Əkizlər (lat. Gemini) — Zodiak Qurşağında yerləşir. Ən parlaq ulduzları Kastor və Polluksdur. Qədim adları ilə bilinən Əlmeysan və Məbsutə adlı ulduzlar da bu bürcə daxildir.
Əkizlər (bürc)
Əkizlər (lat. Gemini) — Zodiak Qurşağında yerləşir. Ən parlaq ulduzları Kastor və Polluksdur. Qədim adları ilə bilinən Əlmeysan və Məbsutə adlı ulduzlar da bu bürcə daxildir.
Əkizlər (dəqiqləşdirmə)
Əkizlər (astrologiya) — Ulduzlar sistemində üçüncü yeri tutan Əkizlər bürcü təxminən mayın 22-dən iyunun 21-nə qədər olan dövrü (31 günü) əhatə edir. Əkizlər (astronomiya) — Zodiak Qurşağında yerləşir. Ən parlaq ulduzları Kastor və Polluksdur.
Əkizlər bürcü
Üçüncü bürcü olan Əkizlər 21 May - 21 İyun tarixləri arasında doğulanlara təsir edir. Hava elementinin və Merkuri planetinin təsiri altında olan bürcdür. == Hava elementi == Hava elementinin dəyişkən xüsusiyyətləri Əkizlərin maraqlı, ağıllı və dəyişməyə açıq xarakterini formalaşdırır. Zehni fəaliyyət, ünsiyyət və məlumat vermək bu işarə üçün həyati əhəmiyyət daşıyır. Merkuri planetinin himayəsi Əkizlərə ünsiyyət qurmaq, tez düşünmək və problemləri həll etmək bacarığı verir. Bu işarənin ambivalent və dəyişkən təbiətinə də təsir göstərir. == Əkizlər Bürcünün Ruhu == Əkizlərin ruhu kəpənəyin qanadlarının çırpınması kimi yüngül, zərif və daim dəyişəndir. Ölkələrinin dünyasında, gizləndiyi yerdə sözlər və sonsuz imkanlar labirintinə bənzəyir.Bilik Əkizlər üçün nəfəssiz hava kimidir. Daim oxumaq, araşdırmaq və yeni şeylər öyrənmək onlar üçün həyati əhəmiyyət kəsb edir. Əkizlər bürcü sözlərin sehrli alət kimi dizaynından xəbərdardır.
Əvinlik (Miyanə)
Əvinlik (fars. اونليق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,647 nəfər yaşayır (477 ailə).
Bəxtiyar Əzizli
Cinsi kimlik
Cinsi kimlik və ya seksual kimlik — bir insanın romantik və ya cinsi əlaqəyə cəlb olunduğu şəxs məsələsində özü haqqında necə düşünməsi. Cinsi kimlik cinsi oriyentasiya kimliyinə də aid edilə bilər. Bu, özünü hansısa bir cinsi oriyentasiya ilə identifikasiya edən və ya etməyən insanlara aiddir. Cinsi kimlik və cinsi davranış cinsi oriyentasiya ilə yaxından əlaqəlidir, lakin fərqlənir. Kimlik fərdin özünün anlayışına, davranış fərdin həyatda keçirdiyi faktiki cinsi hərəkətlərə, cinsi oriyentasiya isə əks cins və ya genderdən, eyni cins və ya genderdən, hər iki cins və ya daha çox gendərdən olan insanlara, ya da heç kəsə qarşı romantik və ya cinsi cazibədarlıqlara aiddir. Tarixi cinsi kimlik modelləri bunun formalaşmasını yalnız cinsi azlıqların keçirdiyi bir proses kimi qiymətləndirməyə meylli olmuşdur. Buna baxmayaraq, müasir modellər bu prosesi daha universal hesab edir və cinsi kimliyi digər əsas kimlik nəzəriyyələri və proseslərinin daha geniş əhatəsində təqdim etməyə çalışırlar.
Eldəniz Əzizli
Eldəniz Yəmən oğlu Əzizli (20 aprel 1992, Beyləqan rayonu) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. 3 dəfə Dünya, 2 dəfə isə Avropa Çempionatlarının qalibi olan titullu güləşçidir. Karyerasının birinci illərində Eldəniz Əzizli 3 dəfə (2007, 2008, 2009) gənclər arasında Avropa Çempionatının, 2 dəfə (2010, 2011) yeniyetmələr arasında Avropa Çempionatının qızıl medallarına sahib oldu. 2010 və 2012-ci illərdə isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi olan Eldəniz Əzizli 2018-ci ildən etibarən ardıcıl olaraq altı dəfə Avropa Çempionatında, beş dəfə isə Dünya Çempionatında medallara sahib olub. Eldəniz Əzizli əvvəl 2018-ci ildə Rusiyada Avropa Çempionatının, Macarıstanda isə Dünya Çempionatının qalibi olmaqla mövsüm ərzində "qızıl dubl" elədi. Daha sonra 2019 və 2021-ci illərdə Dünya Çempionatını və 2019—2021-ci illərdə Avropa Çempionatını bürünc medallarla başa vuran Eldəniz Əzizli 2022-ci ildə növbəti dəfə mövsüm ərzində həm Dünya, həm də Avropa Çempionatlarının qalibi oldu. 2023-cü ildə isə Avropa Çempionatının final görüşündə məğlub olaraq gümüş medala sahib olan Eldəniz Əzizli həmin il Belqrad şəhərində üçündü dəfə Dünya Çempionatının qalibi oldu. Eldəniz Əzizli 1985-1987-ci illərdə SSRİ adına Dünya çempionu olan yunan-roma güləşçisi Məhəddin Allahverdiyev və 2014-2017-ci illərdə Azərbaycan adına Dünya çempionu olan sərbəst güləşçi Hacı Əliyevdən sonra üç dəfə Dünya Çempionatının qalibi olmağı bacaran üçün azərbaycanlı güləşçi oldu. == Həyatı == Eldəniz Əzizli 1992-ci il aprelin 20-də Beyləqan şəhərində anadan olub. Beyləqan şəhərində Mehdi Mehdizadə adına 3 nömrəli tam orta məjtəbin VII sinifə qədər təhsil alıb.
Elnur Əzizli
Elnur Şahin oğlu Əzizli (d. 25 sentyabr 2000; Biləsuvar rayonu — ö. 9 noyabr 2020; Şuşa şəhəri) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elnur Əzizli 25 sentyabr 2000-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Elnur Əzizli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Elnur Əzizli 12 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kimlik (jurnal)
== Haqqında == Kimlik – müstəqil aylıq elmi-kütləvi jurnal. Baş redaktoru: Sirus Azadi Elmi məsləhətçi Məsul katib: Fotoqraf: Tiraj: 1000 nüsxə Redaktordan: Dərginin adını "Kimlik" seçməyimiz heç də təsadüfi deyil. Uzun əsrlər axtarışında olduğumuz əsas mövzu milli kimliyimiz olmuşdur. Tarixin gedişi sırasında Türk düşmənləri tərəfindən bizim millətə qarşı aparılan assimilyasiya siyasəti və bu yolda tariximizin, dilimizin ədəbiyyatımızın, incəsənətimizin, folklorumuzun, yer adlarımızın və milli kimliyimizin təhrif olunmasında bütün güclərini işə salmışlar. Bu gün əgər biz varıqsa və hələ də Türk Ulusu olaraq aradan getməmişiksə, bunun səbəbi yalnız bu yolda mücadilə aparmağımız deyil. (Çünki bizlərə edilən zorakılıq, müstəmləkə, həm də şovinist siyasətinin nəticəsində özümüzdən uzaqlaşdırılmışıq.) Bəlkə dilimizin, ədəbiyyatımızın və tariximizin zənginliyindən və çox dərin köklərinin olmasından xəbər verir. "Kimlik" dərgisi olaraq, düşünürük ki, bu vasitə ilə dünyanın müxtəlif ölkələrində yaşayan və məskən salan bütün Türk ölkələri və topluluqları arasında, "Milli Kimliyimiz" üzrə maariflənmə və əlaqələndirmə işində bir körpü olaq. Təbii ki, bu yolda çalışan yalnız biz deyilik. Çoxlu kitablar, dərgilər, qəzetlər, məqalələr və s. Türk soydaşlarımız tərəfindən dərc olunur və yayımlanır.
Milli kimlik
== Milli kimlik (identiklik) nədir == Milli kimlik- milli düşüncəni, mədəniyyəti, dili, dini, tarix, vətəndaşlıq, vətənpərvərlik, milli ideya, milliyətçilik anlayışlarını özündə ehtiva edir. Milli identiklik fərdin özünün bu və ya digər dövlətə mənsub olmasım dərk etməsi və duyması, həmçinin müəyyən millətlə eyniləşdirərək konkret siyasi davranış modelinin olmasıdır. Milli identikliyin formalaşmasını araşdırmaq üçün onun struktur hissələrini nəzərdən keçirmək lazımdır. Milli identikliyin tərkibində üç bir-birindən ayrılmaz tərkib hissəni ayırmaq olar: 1) koqnitiv, 2) affektiv, 3) davranış. Koqnitiv komponent fərdin dövlətlə bağlılığı, əlaqəsi haqqında təssəwürləri, bilikləri təmin edir. Bu təsəvvürlərin, biliklərin düzgün qavranılması və mənimsənilməsi olduqca vacibdir. Bu prosesdəki hər hansı yanlışlıq sonradan məlumatların düzgün qiymətləndirilməsinə və şəxsiyyətin tamın üzvü hissəsi kimi özünüdərkinə mane olur. Belə olan halda nəticə etibari ilə ya şəxsiyyətin marginalığı, ya da milli identiklik kimi başa düşülən etnik identiklik hadisəsi ilə rastlaşırıq. Deməli, şəxsiyyətin adekvat davranış modelinin formalaşması mümkünsüz olur. Milli identikliyin ikinci struktur komponenti olan affektiv komponent şəxsin öz dövlətinə olan duyğularından, emosiya və hisslərindən ibarətdir.
Sabir Əzizli
Sabir Hikmət oğlu Əzizli (14 noyabr 1998; İmişli, Azərbaycan — 29 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Sabir Əzizli 14 noyabr 1998-ci ildə İmişli şəhərində anadan olmuşdur. 2016-cı ildə İmişli şəhər 1 saylı tam orta məktəbi bitirmişdir. 2017-ci ildə Naxçıvanda hərbi xidmət müddətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Sabir Əzizli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində iştirak etmişdir. Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ailəsi ilə sonuncu dəfə 29 oktyabr tarixində əlaqə saxlamışdır. Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralansa da, döyüşlərə yenidən davam etmişdir və döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Sabir Əzizlinin nəşi 10 yanvar 2021-ci ildə İmişli Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əzizli "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Seksual kimlik
Cinsi kimlik və ya seksual kimlik — bir insanın romantik və ya cinsi əlaqəyə cəlb olunduğu şəxs məsələsində özü haqqında necə düşünməsi. Cinsi kimlik cinsi oriyentasiya kimliyinə də aid edilə bilər. Bu, özünü hansısa bir cinsi oriyentasiya ilə identifikasiya edən və ya etməyən insanlara aiddir. Cinsi kimlik və cinsi davranış cinsi oriyentasiya ilə yaxından əlaqəlidir, lakin fərqlənir. Kimlik fərdin özünün anlayışına, davranış fərdin həyatda keçirdiyi faktiki cinsi hərəkətlərə, cinsi oriyentasiya isə əks cins və ya genderdən, eyni cins və ya genderdən, hər iki cins və ya daha çox gendərdən olan insanlara, ya da heç kəsə qarşı romantik və ya cinsi cazibədarlıqlara aiddir. Tarixi cinsi kimlik modelləri bunun formalaşmasını yalnız cinsi azlıqların keçirdiyi bir proses kimi qiymətləndirməyə meylli olmuşdur. Buna baxmayaraq, müasir modellər bu prosesi daha universal hesab edir və cinsi kimliyi digər əsas kimlik nəzəriyyələri və proseslərinin daha geniş əhatəsində təqdim etməyə çalışırlar.
Evsizlik
Evsizlik — sosial-iqtisadi problem olaraq müntəzəm sığınacaq sahibi olmama halıdır. Küçələr, tərk edilmiş yerlər, gecə istifadəsi aşağı olan şəhər yerləri adətən evsiz sığınacaq yerləridir. Evsizlik hadisəsini yaşayan şəxsə evsiz deyilir. 2015-ci ildə QHT-nin məlumatına görə, Bakıda 50.000 civarında evsiz var.
Ekizlər
Əkiz — demək olar ki, eyni vaxtda bir ana tərəfindən iki balanın doğulması halı. Bir yumurta əkizləri öz başlanğıclarını bir ziqotdan götürürlər. Mayalanmadan sonra yumurtahüceyrə bölünməyə başlayır, və bölündükcə hüceyrələr bir divarın içində qalır. Əgər iki hüceyrə dıvarın içindən çıxıb ayrılsa, bir yumurtalı əkizlər əmələ gələ bilər. Bir yumurta əkizlərinin ümumi plasentası, eyni genotipi olur. Bu səbəbdən də onlar bir cinsə mənsub olur. Onların eyni qan qrupları olur və hədsiz dərəcədə bir-birinə oxşayırlar. Bəzən parçalanma mərhələsində blastomerlərin tam bölünməməsi, yaxud bölünmüş hissəciklərin bir-birinə yaxın yerləşməsi gələcəkdə bu cür əkizlərdə müxtəlif eybəcərliklərin yaranmasına səbəb olur (siyam əkizləri). Müxtəlif yumurta əkizləri heteroziqot olurlar. Onlar həm eynicinsli, çox zaman isə müxtəlifcinsli olurlar.
Erilik Eristiin
Erilik Eristiin (rus. Эрилик Эристиин / Semyon Stepanoviç Yakovlev 12 (24) yanvar 1892 – 6 oktyabr 1942) — Saxa şairi və yazıçısı, Vətəndaş müharibəsi illərində qırmızı partizan, SSRİ Yazıçılar İttifaqının üzvü (1938). Sadə xalq onu Nikolay Ostrovskinin "Polad necə bərkidi" əsərinin qəhrəmanı Pavel Korçaqinin şərəfinə "Yakut Korçakini" adlandırırdı. == Həyatı == Erilik Erisstiin 1892-ci ildə Çurapçı ulusunun Çakır kəndində kəndli ailəsində anadan olmuşdur. Uşaqlıqda müstəqil şəkildə Saxa və rus dillərini mənimsəmişdir. Vətəndaş müharibəsi illərində, ağqvardiyaçılar onun anasını, qardaşını və digər qohumlarını öldürmüşlər. Belə ki, 1922-ci ilin yanvarında onun 28 yaşlı qardaşı həlak olmuşdur. Elə həmin ilin iyul ayında anası Yelena İqnatiyevna və altı qohumu qanlı qırğının qurbanı olmuşlar. Kiçik qardaşı 1925-ci ildə vəfat etmişdir. Sonralar Erilik Eristiin üç oğlunun ölüm faciəsini yaşamışdır.