Sabir Əzizli

Sabir Hikmət oğlu Əzizli (14 noyabr 1998; İmişli, Azərbaycan29 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Sabir Əzizli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İmişli, Azərbaycan
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Qubadlı, Azərbaycan
Dəfn yeri İmişli Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Hikmət Əzizli
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2017-2020
Rütbə Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Qubadlının azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2020"Cəbrayılın azad olunmasına görə" medalı — 2020"Qubadlının azad olunmasına görə" medalı — 2020

Həyatı və hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Sabir Əzizli 14 noyabr 1998-ci ildə İmişli şəhərində anadan olmuşdur.[1] 2016-cı ildə İmişli şəhər 1 saylı tam orta məktəbi bitirmişdir. 2017-ci ildə Naxçıvanda hərbi xidmət müddətini davam etdirmişdir.

İkinci Qarabağ müharibəsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun əsgəri olan Sabir Əzizli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində iştirak etmişdir. FüzulininCəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ailəsi ilə sonuncu dəfə 29 oktyabr tarixində əlaqə saxlamışdır. Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralansa da, döyüşlərə yenidən davam etmişdir və döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Sabir Əzizlinin nəşi 10 yanvar 2021-ci ildə İmişli Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əzizli "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[2]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sabir Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sabir Əzizli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sabir Əzizli ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". 18.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  5. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". 18.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  7. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  8. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2021.
  9. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.